* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••• | 23.98 |
2003 | •••••••••••••••••• | 55.90 |
2004 | •••••••••• | 31.67 |
2005 | •••••••••••••• | 44.54 |
2006 | •••••••••••• | 36.94 |
2007 | •••••••• | 25.37 |
2008 | •••••••• | 25.34 |
2009 | ••••••••••••••• | 45.92 |
2010 | •••••••••••••• | 42.03 |
2011 | ••••••••••••• | 39.72 |
2012 | ••••••••••••• | 41.22 |
2013 | ••••••••••••••••• | 51.20 |
2014 | ••••••••••••••• | 47.54 |
2015 | ••••••••••••••••• | 54.10 |
2016 | •••••••••••••••••••• | 63.69 |
2017 | ••••••••••••••• | 46.66 |
2018 | •••••••••••••••• | 49.14 |
2019 | •••••••••••••••• | 48.96 |
2020 | •••••••••••• | 36.60 |
1 is. [ər.] 1. Əmr, buyruq, sərəncam. [Mirzə Məmmədqulu:] Camaat, bu gün cənab naçalnikin hökmü mövcibincə burada bir siyahı qərar verilib. C.Məmmədquluzadə. [İskəndər:] Hökmümə baş əydi Hind, Həbəş, İran. A.Şaiq. □ Hökm çıxmaq – əmr gəlmək, göstəriş verilmək. …Möminlər və dindarlar mərkəzindən hökm çıxmışdı ki, gərək qurban bayramının günü bir nəfər oxumuş məscidə gəlməmiş olmasın… C.Məmmədquluzadə. Hökm etmək (eləmək) – 1) əmr etmək, buyurmaq, sərəncam vermək. Padşah hökm elədi, həkimi Diləfruz xanımın yanına apardılar. “Məsum”. Mən aşıq dara çəkər; Zülfünü dara çəkər; Şahın qəzəbi tutsa; Hökm elər, dara çəkər. (Bayatı); 2) məc. ağalıq etmək, hökmranlıq etmək, hökm sürmək. [Nüşabə:] Fələklər dönsə də, ürəyim dönməz; Zülmət hökm etsə də, al günəş sönməz. A.Şaiq. Təyyarə meydanı, qazma daxmalar; Ətrafda hökm edir çovğun, şaxta, qar. M.Rahim. Hökm sürmək – bax hökm etmək 2-ci mənada. İndi hökm sürür acı hıçqırıq; Ağlayıb, ağlayıb, susdular artıq. M.Rahim. Ağır bir sükutun qəsəbədə hökm sürdüyünü görən Leylək çiynindəki beşaçılan tüfəngini hərləyib əlinə aldı. S.Rəhimov. 2. İşə baxdıqdan sonra məhkəmənin çıxardığı qərar. Məhkəmənin hökmü. Hakim hökmü elan etdi. – Qanun üzrə mühakimə olundu; Fərman çıxdı, asılsın, hökm oxundu. A.Səhhət. □ Hökm vermək – işə baxdıqdan sonra məhkəmədə qərar çıxarmaq. // məc. Güc, qüvvə, təsir. Yayın hökmü keçdi. – Qışın hökmü rəvandır; Hər tərəf ağ boyanmış. R.Rza. ◊ Hökmdən düşmək hüq. – öz qüvvəsini itirmək, əhəmiyyətini itirmək, nüfuzunu itirmək. Köhnə qərar hökmdən düşdü. Hökmü keçmək – 1) hökmü, qüvvəsi, nüfuzu, təsiri olmaq, əmri, göstərişi yerinə yetirilmək; 2) bax hökmdən düşmək.
Azərbaycan dilinin izahlı lüğəti / hökm2 I сущ. 1. веление: 1) то, что диктуется временем, эпохой и т.п. Zamanın hökmü веление времени 2) внутреннее побуждение. Qəlbinin hökmü ilə по велению души (сердца) 2. власть: 1) право и возможность распоряжаться, повелевать. Ata hökmü власть отца, valideyn hökmü родительская власть 2) внутреннее побуждение, могущество, сила. Sözün hökmü власть слова, nüfuzun hökmü сила авторитета 3) сильное воздействие чего-л. Vəziyyətin hökmü ilə hərəkət etmək действовать под властью обстоятельств, по обстановке 3. воля (власть, право распоряжаться по своему усмотрению). Çarın hökmünə görə по воле царя, Vətənin hökmü воля Родины 4. юрид. приговор (решение, вынесенное судом в результате судебного разбирательства дела). Məhkəmənin hökmü приговор суда, ölüm hökmü смертный приговор, qiyabi hökm заочный приговор, ittiham hökmü обвинительный приговор, bəraət hökmü оправдательный приговор, hökmün icrası исполнение приговора, hökm çıxarma вынесение приговора, hökmü qüvvədə saxlamaq оставить приговор в силе; hökm qətidir və hökmə görə şikayət qəbul olunmur приговор окончательный и обжалованию не подлежит II прил. приговорный; hökm etmək приказывать, приказать, повелевать, повелеть; hökm sürmək: 1) царить, царствовать, господствовать. Sakitlik hökm sürürdü harada царила тишина где, müəssisədə kollektivçilik ruhu hökm sürürdü на предприятии царил дух коллективизма 2) свирепствовать. Hər yerdə aclıq hökm sürürdü всюду свирепствовал голод; hökm çıxarmaq выносить, вынести приговор; hökm vermək: 1. повелевать; 2. выносить, вынести приговор; hökmdən düşmək терять, потерять правовую силу, становиться, стать недейственным; hökmü keçmək: 1. пользоваться властью, правом распоряжаться; 2. см. hökmdən düşmək ◊ taleyin hökmü ilə волею судьбы; по воле судьбы
Azərbaycanca-rusca lüğət / hökm1 i. 1. order; ~ə görə by order; kiminsə ~ünə görə by order of smb.; ~ vermək to give* an order; to issue an order; ~ almaq to receive an order; 2. hüq. sentence, (məhkəmənin) verdict, judgement; (məhkumiyyət) condemnation; ~ çıxarmaq to pass sentence (on), to sentence (d.); bir kəsin ölümü haqqında ~ çıxarmaq / vermək to sentence / to condemn smb. to death; ~ü icra etmək to execute the sentence / a judgement
Azərbaycanca-ingiliscə lüğət / hökm1 is. 1) ordre m ; ~ vermək donner l’ordre ; ~ almaq recevoir l’ordre ; 2) hüq. məhkəmənin ~ü verdict m, condamnation \-dana-\] f ; ~ çıxarmaq rendre un verdict
Azərbaycanca-fransızca lüğət / hökm1 [ər.] сущ. гьукум (1. буйругъ, эмир, серенжем; hökm çıxmaq гьукум акъатун, эмир атун; hökm etmək (eləmək) гьукум авун а) буйругъ гун, буйурмишун; б) пер. агъавал авун, гьакимвал авун, пачагьвал авун; hökm sürmək кил. hökm etmək б); 2. къарар (суддин); hökm vermək гьукум гун, къарар акъудун (судди); 3. пер. гуж, къува, эсер; мес. гатун, хъуьтӀуьн); ** hökmdən düşmək юр. къувадай аватун, къувада амукь тавун (къарар); hökmü keçmək а) гьукумдин эсер хьун, гьукум, буйругъ кьилиз акъатун; б) кил. hökmdən düşmək.
Azərbaycanca-ləzgicə lüğəti / hökm\ – bir şeyin yaxud da iki şey arasındakı əlaqənin həqiqətini təsdiqləyən yaxud da ləğv edən düşüncənin ortaya qoyulması, dilə gətirilməsi. Obyekt haqqında nəyinsə iqrar edildiyi təklif formasında ifadə olunan və obyektiv olaraq ya həqiqi, ya da yanlış olan fikir.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. 1) hakimlik, hökumət; 2) əmr, göstəriş, fərman; 3) qüvvət, nüfuz; 4) təsir.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti