hökmdarlıq sözü azərbaycan dilində

hökmdarlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hökmdarlıq • 86.6667%
  • Hökmdarlıq • 10.0000%
  • HÖKMDARLIQ • 3.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

hökmdarlıq sözünün leksik mənası və izahı

  • 1 is. Padşahlıq, şahlıq, hakimiyyət, səltənət. Səfəvilərin hökmdarlıq dövrü. □ Hökmdarlıq etmək – padşahlıq etmək, şahlıq etmək, hökm sürmək, ağalıq etmək. [Qızıl Arslan:] Biz Azərbaycanda hökmdarlıq edirik. M.S.Ordubadi. // Hökmdarın idarəsi altında olan ölkə.

    Azərbaycan dilinin izahlı lüğəti / hökmdarlıq

hökmdarlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 hakimlik — padşahlıq — şahlıq

    Azərbaycan dilinin sinonimlər lüğəti / hökmdarlıq
  • 2 HÖKMDARLIQ Padşah bu fikrə gələndə şairlik gözündə çox böyüdü, hətta hökmdarlıqdan da artıq göründü (M.İbrahimov); AĞALIQ Elə ziyalılarımızda da taqsır çoxdur. Onların içində ağalıq iddiasına düşənlər, yerliləri öz evlərində rahat dolanmağa qoymaq istəməyənlər azdırmı? (İ.Şıxlı); ALLAHLIQ (məc.) [Safo:] Bu gödək adamlar da dində üç dəfə allahlıq iddiasına düşürlər (S.Rəhimov); CAHANDARLIQ Onun nəvazişatından və əql və fərasətindən və qideyi-cahandarlığından elçi və əmələsi vəcd etdilər (M.F.Axundzadə); HAKİMLİK Sultan sözü hərləyib özünün hakimlik, dərəbəylik səltənətinə qorxu salan mətləb üstünə gətirdi (S.Rəhimov); HÖKMRANLIQ Xosrov: Gözəl dost.. Nə gördüm bu dünyada mən; Nə verdi Xosrova bu hökmranlıq (S.Vurğun); SƏLTƏNƏT İbrahim xan Qarabağa qayıdanda qardaşı Mehralı bəylə arasında səltənət davası düşmüşdü (Çəmənzəminli); SOLTANLIQ Çingiz: Piri baba, eşitdim səni sultanlıqdan əzl ediblər (S.S.Axundov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / hökmdarlıq

hökmdarlıq sözünün rus dilinə tərcüməsi

  • 1 владычество

    Azərbaycanca-rusca lüğət / hökmdarlıq
  • 2 сущ. 1. владычество (господство, верховная власть). Səfəvilərin hökmdarlıq dövrü период владычества Сефевидов 2. владение (территория, находящаяся под чьей-л. властью, в чьём-л. управлении). Feodal hökmdarlığı феодальное владение; hökmdarlıq etmək быть правителем (владыкой), владычествовать, властвовать

    Azərbaycanca-rusca lüğət / hökmdarlıq

hökmdarlıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. гьукумдарвал, шагьвал, пачагьвал, гьакимвал; hökmdarlıq etmək гьукумдарвал авун, шагьвал авун, пачагьвал авун, агъавал авун; 2. пачагьлух, гьукумдарди (пачагьди) идара ийизвай уьлкве.

    Azərbaycanca-ləzgicə lüğəti / hökmdarlıq

"hökmdarlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hökmdarlıq nədir? #hökmdarlıq sözünün mənası #hökmdarlıq nə deməkdir? #hökmdarlıq sözünün izahı #hökmdarlıq sözünün yazılışı #hökmdarlıq necə yazılır? #hökmdarlıq sözünün düzgün yazılışı #hökmdarlıq leksik mənası #hökmdarlıq sözünün sinonimi #hökmdarlıq sözünün yaxın mənalı sözlər #hökmdarlıq sözünün əks mənası #hökmdarlıq sözünün etimologiyası #hökmdarlıq sözünün orfoqrafiyası #hökmdarlıq rusca #hökmdarlıq inglisça #hökmdarlıq fransızca #hökmdarlıq sözünün istifadəsi #sözlük