hökmdarı sözü azərbaycan dilində

hökmdarı

Yazılış

  • hökmdarı • 96.4504%
  • Hökmdarı • 3.3048%
  • HÖKMDARI • 0.2448%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arslanşah (Qəznəvi hökmdarı)
Arslanşah Qəznəvi (1101 – 1118) — Qəznəvilərin on üçüncü sultanı. Qardaşı Şirzad Qəznəvini məğlub edərək 22 fevralda taxta çıxmışdı. Bu dövrdə qardaşı Bəhramşah Qəznəvi ona qarşı üsyan etdi. Arslanşah Qəndəhar yaxınlığında qardaşını məğlub etsə də ona köməyə gələn dayısı Sultan Səncər tərəfindən məğlub edildi. 1117-ci ildə Arslanşahın ordusunda fillərin olmasına baxmayaraq 30.000 süvarilik və 50.000 piyadalıq Səlcuqi ordusuna qarşı gələ bilmədi və məğlub olaraq Hindistana qaçdı. Sultan Səncərin Qəznəni Bəhramşaha verib getməsindən sonra Arslanşah Hindistandan ordu ilə geri döndü və Bəhramşahı bir daha qovaraq hələ bir il də hakimiyyətdə qaldı. Sultan Səncər geri dönərək Arslanşahı edam etdirdi və Bəhramşah bundan sonra vassal olaraq sultanlığa davam etdi.
Atrnerseh (Şəki hökmdarı)
Atrnerseh, yaxud Adarnerse — Şəki hökmdarı. Mənbələrdə adı ilk dəfə 906-cı, sonuncu dəfə isə 944-cü ildə baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın oğlu, Girdman knyazı Saak Sevadanın kiçik qardaşı, Tao-Klarceti(ru) hakimi, eristavlar-eristavı III Adarnersenin(en) qızı Dinarın əri, özündən sonra Şəki hökmdarı olmuş İşxan Əbu Əbdülmalikin atası idi. == Həyatı və siyasi fəaliyyəti == === 906/907-ci ildə Tatev monastırı mülki sənədində adının çəkilməsi === Stepanos Orbelyanın “Sünik vilayətinin tarixi”ndə Atrnersehin Albaniya knyazları Saak və Qriqor Yesaye ilə birlikdə və Albaniya katolikosu Simeonun (902-923) iştirakı ilə 906/907-ci ildə təsdiq etdiyi Tatev monastırının mülki haqqında sənəddən bəhs edilir. === 906-cı il hadisələrində "heretilərin çarı" və ya "patrik Adarnerse" === 906-cı ildə Abxaz çarı III Konstantin(en) və Kaxeti xorepiskopu I Kvirike(en) Şəki ərazisinə daxil olaraq Vecini qalasını mühasirəyə aldılar. Vecini qalası Şəkinin Kaxetiya ilə sərhəddəki ilk qalalarından biri hesab olunurdu; Eredvi kəndindəki kilsənin kitabəsində göstərilir ki, 906-cı ilin yayında abxaz çarı III Konstantin Bu hadisə “Kartli salnaməsi”ndə (“Matiane kartlisay”da) aşağıdakı şəkildə təsvir edilir: === 909-cu il hadisələrində “Albaniya çarı Atrnerseh” === Erməni katolikosu və tarixçisi Ovanes Drasxanakertli(ru) müəllifi olduğu “Ermənistan tarixi”ndə Albaniya çarı Atrnersehin adını çəkir; Ovanes Drasxanakertli 909-cu ilin yayında Ermənistandan baş götürüb “Qafqazın şimal-şərqinə” – Albaniya knyazı Saakın (Sevedanın) və Albaniya çarı Atrnersexin yanına qaçmışdır. === Xayzan şəhərindəki “çar Adzarnarse” === X əsr ərəb müəllifi İbn Rüstənin yazılma tarixi ən geci 930-cu il hesab olunan əsərində göstərilir ki, Mənbəni ruscaya tərcümə edən Karaulova Adzarnarseni Məsudidə adı çəkilən Şəki hökmdarı Adernerse olduğunu qeyd edir. IX əsr ərəb coğrafiyaşünası İbn Xordadbeh 846-886-cı illər arasında yazdığı “Yollar və ölkələr” əsərində Cənubi Qafqaz ərazisini təsvir edərkən Sanariyadan sonra qərbə doğru ardıcıllıqla əl-Baq, Kisal (Kasak), Абхаз, Qələ'ət əl-Cərdiman, Xayzan və Şəkkinin gəldiyini göstərir. Buradan da aydın olur ki, İbn Rüstədə adı çəkilən Xayzan Şəkidən bir qədər qərbdə yerləşirmiş. Şirinbəy Hacıəli mənbələrdə buna qədər hələ Şəki şəhərinin adının çəkilmədiyini əsas götürərək, Şəkinin ilk paytaxtının Xayzan şəhəri olması ehtimalını irəli sürür və hesab edir ki, Xayzan şəhəri ən azından Şəki dövlətinin yay iqamətgahı hesab edilə bilər.
Atsız (Xarəzm hökmdarı)
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097 - 1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128-1156). == Həyatı == Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir . Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir . Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129-1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
Bəhramşah (Qəznəvi hökmdarı)
Bəhramşah Qəznəvi - Qəznəvilərin on dördüncü sultanı. Xarici siyasətdə müstəqil olmamış, Sultan Səncərin vassalı olaraq hakimiyyət sürmüşdür. == Hakimiyyətə gəlişi == Arslanşaha qarşı mübarizəsində Səffari əmiri Tacəddin Əbül Fəzl və Sultan Səncərdən yardım alan Bəhramşah 1118-ci ildə sultan olmuşdu. == Hakimiyyəti == 1119-cu ildə Arslanşaha sadiq qalan Lahor hakimi Əbu Hatim Məhəmmədin üsyanı üzərinə Hindistana gedən Bəhramşah onu və 17 oğlunu öldürərək dövləti stabilləşdirdi. 1149-cu ildə Qəznəyə sığınmış olan Qütbəddin Məhəmməd Qurinin zəhərlənməsi Qurilərin başçısı Əlaəddin Qurini əsəbləşdirdi, o Qəznəyə hücum etdi, şəhəri yeddi gün, yeddi gecə yandırdı. Səbuk Təkin, Sultan Məsud Qəznəvi və İbrahim Qəznəvi istisna olmaqla bütün Qəznəvilərin qəbirləri və kitabxanalar yandırıldı. Bəhramşah Hindistana qaçdı. 24 iyun 1152-ci ildə Sultan Səncər Quriləri məğlub edərək Qəznəni yenidən Bəhramşaha verdi. Bəhramşah hələ 5 il sultanlıq etsə də Qəznənin xarabaya çevrilməsi dövlətin süqutunu sürətləndirdi.
Fərruxzad (Qəznəvi hökmdarı)
Fərruxzad Qəznəvi - Qəznəvilərin doqquzuncu sultanı. Toğrul Buzanın əlindən qurtulmuş 3 şahzadədən biri idi. Sərkərdələr tərəfindən hökmdar seçilmişdi. Qəznəyə hücum edən Səlcuqiləri iki dəfə məğlub etdikdən sonra 1053-cü ilində məğlub oldu. 1059-cu ildə ölən sultanın yerinə qardaşı keçdi. Kolit xəstəliyindən ölmüşdür.
Mahmud (Qəznəvi hökmdarı)
Sultan Mahmud Qəznəvi (971–1030) — Qəznəvilər dövlətinin ən qüdrətli hökmdarı. Hakimiyyət illəri:(99)-1030) == Atasının dövründə == 2 oktyabr 971-ci ildə, Səbuk Təkinin və Zabulistanlı bir türk əsilzadənin oğlu olaraq doğulmuşdu. 994-cü ildə Samanilər dövlətinə xidmət edən Mahmud II Nuh tərəfindən Xorasan hakimliyini almışdı. == Hakimiyyəti == Qardaşı İsmail Qəznəvini digər qardaşı Nurəddin və əmisi Buğracoq ilə birlikdə devirərək hakimiyyətə gəldi. Tarixdə ilk dəfə «sultan» titulu Mahmuda verilmişdir. Samanilər dövləti 999-cu ildə dağıldı, onun ərazisi Qəznəvi və Qaraxanlı dövlətləri arasında bölüşdürüldü. Nəticədə keçmiş Samani torpaqları olan Xorasan, Xarəzm, Sistan və indiki Əfqanıstan Qəznəvi dövlətinə qatıldı. Mahmud Qəznəvi 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Mahmud hakimiyyətini qərbi İranda yaymaq məqsədilə 1029-cu ildə Rey, Həmədan və İsfahan əyalətlərini, az sonra Gur əyalətini tutdu.
Mövdud (Qəznəvi hökmdarı)
Mövdud Qəznəvi — Məhəmməd Qəznəvini 8 aprel 1041-ci ildə Cəlalabadda məğlub edərək onu edam etmişdi. Lakin qardaşı Məcdud Qəznəvi onun hakimiyyətini tanımadı və Lahor şəhərindən hücuma keçdi lakin yolda öldükdən sonra Mövdud tam hökmdar oldu. 1047-ci ildə Pişəvərdəki hind üsyanını yatırdı və Sistanı Səlcuqilərdən aldı. 1049-cu ildə isə Bamiyan şəhərini ələ keçirdi. Onun dövründə Qəznəvilərin qərb torpaqları Səlcuqların əlinə keçdi.
Arslanşah (İraq Səlcuq hökmdarı)
Arslan şah (1133 – 1176, Həmədan) — Sultan II Toğrulun oğlu idi. 1133-cü ildə anadan olmuşdu. Əmisi Sultan Məsud onu himayəsini götürmüş və təlim-tərbiyəsi ilə məşğul olmuşdu. 1160-cı ildə Atabəy Eldəniz tərəfindən İraq Səlcuq sultanlığının hökmdarı elan edilmişdi. == Həyatı == Sultan Məsud 1145–46-cı illərdə Azərbaycana yürüşü ərəfəsində Səlcuq şahzadələrini Tikrit qalasında həbsə atdı. Şahzadələr illərlə qalada həbsdə qaldılar. 1152-ci ildə Məsudun ölümündən sonra Abbasi xəlifəsi Müqtəfi-Lidillah İraq Səlcuqlarının başda Bağdad Ərəb İraqındakı torpaqlarını ələ keçirməyə başladı. Xəlifənin qüvvətlənməsindən narahat olan Sultan Məhəmməd və tərəfdarları qoşun yığaraq Bağdada doğru hücuma başladılar. Bu ərəfədə həbsdə olan şahzadələri də azad etdilər. Arslan şaha ordunun mərkəzində rəhbərlik verildi, lakin baş vermiş döyüşdə İraq Səlcuq sultanlığı məğlub edildi.21 yaşındakı Arslan şah isə Alp Quş tərəfindən Mahqi qalasına onun ölümündən sonra isə Atabəy Eldənizin yanına aparıldı.
Fırtınalar hökmdarı (film, 2008)
Fırtınalar hökmdarı — Rejissoru Ketrin Biqelou olduğu və İraq müharibəsi dövründə üç amerikalı mina zərərsizləşdiricisinin hərbi fəaliyyəti haqqında çəkilən filmdir.
III Məsud (Qəznəvi hökmdarı)
III Məsud Qəznəvi — Qəznəvilərin on birinci sultanı. Hakimiyyəti boyu Hindistana hücumlar etdi və Qəznəni gözəlləşdirməklə məşğul oldu. Ölümündən sonra onu oğulları əvəz etdi.
II Məhəmməd (Səfəvi hökmdarı)
Şah II Məhəmməd (1772 −1796) — Səfəvi şahzadəsi, Səfəvi şahı. == Həyatı == Şah II Məhəmməd Şah II Təhmasibin qız nəvəsi İsmət sultan Səfəvidəndir. Atası Seyid Murtuz Şah Sultan Hüseyn'in oğludur. 1773-cü ildə Şah III İsmayılın ölümündən sonra o qanuni İran şahı təyin edildi. Şah olduqdan sonra qohumu Haşim mirzə Səfəviyə toxunmadı. Onun himayəarı Ağa Məhəmməd xan Qacar idi. Şah Hindistan səfərində qəfildən ölmüşdür.
II Məhəmməd (Xarəzm hökmdarı)
Ələddin Məhəmməd Xarəzmşah — Xarəzmşahların sonuncu nümayəndələrindən olan Əlaəddin Məhəmmədin dövrü dövlət üçün önəmli dövrlərdən sayılır. Hakimiyyətinin ilk dövrlərində Xarəzmşahlar dövləti sürətlə inkişaf etsə də, hakimiyyətinin son dövründə eyni sürətlə də zəifləmişdir. Dövlətin yüksəlişində ordunun, siyasi və idarəetmə fəaliyyətinin, işğalların təsiri böyük olmuşdur. Xarəzmşahın hakimiyyətinin son dövrlərində isə dövlətin dərin böhran keçirməsinə səbəb sultanın şəxsi xüsusiyyətlərində olan mənfi xarakterlər, işğal edilmiş ölkələrin xalqlarına qarşı hakimiyyətin rəftarının yaxşı olmaması, xəlifə Ən-Nasirə qarşı həyata keçirilən mənasız güc mübarizəsi və nəhayət monqol hücumu ehtimalına qarşı ağıllı bir siyasətin tətbiq edilməməsi olmuşdur. == Şəhzadəlik dövrü == Mənbələrdə şahzadəlik dövrü haqqında məlumat demək olarki yoxdur. 1197-ci ildə vəliəhd qardaşı Nəsrəddin Məlikşahın ölümündən sonra vəliəhd seçilərək onun yerinə 1200-cü ilə qədər Xorasana hakimlik etmişdir.1200-cü ildə atası Xarəzmşah Təkişin əmri ilə İsmaililərə qarşı hücuma keçmiş və Turşizi mühasirəyə almışdır. Həmin ildə də atasının ölümü xəbərini almışdır və 100 min dinar qarşılığında mühasirəni dayandıraraq, paytaxta üz tutmuşdur. 1200-cü ilin avqustun 3-də taxta oturmuşdur. == Hakimiyyəti == === Daxili mübarizə === Əlaəddin Məhəmməd hakimiyyətinin ilk dövrlərində əyanların müqaviməti ilə üzləşdi. İsfahandakı qardaşı Əlişahın orada möhkəmlənməsindən narahatlıq keçirən Sultan Məhəmməd onu mərkəzə çağırdı.
II Məsud (Qəznəvi hökmdarı)
Sultan II Məsud Qəznəvi — Qəznəvilərin başında çox az bir müddət qalmışdı. Kiçik yaşlı olduğuna görə yerinə əmisi keçdi.
II Süleyman (Səfəvi hökmdarı)
II Süleyman Səfəvi (fars. شاه سلیمان دوم‎; iyun 1714, İsfahan – may 1763, Məşhəd), Süleyman şah Səfəvi, Mirzə Seyid Məhəmməd Məraşi —1749-cu ildən 1750-ci ilədək Xorasanda hakimiyyətdə olub. Səfəvi şahənşahı, Səfəvilər dövlətinin XII hökmdarıdır. == Həyatı == Mir Seyid Məhəmmədin anası Səfəvi şahı I Süleyman şah Səfəvi (II Şah Səfi)-nin qızı idi. Yəni o, ana tərəfdən Səfəvilər sülaləsindən idi. Məhz buna görə də o, İran taxt-tacına iddia edirdi. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. 1747-ci il iyul ayında hakimiyyətə Adil şah gəlsə də, çox keçmədən o, İbrahim şah tərəfindən məğlub edildi və hakimiyyətdən kənarlaşdırıldı. Lakin İbrahim şahın da hakimiyyəti uzun çəkmədi. Beləki o, 1748-ci ildə Məşhəd üsyançıları tərəfindən məğlub edildi və öldürüldü.
Üzüklərin hökmdarı
Üzüklərin hökmdarı (ing. The Lord of the Rings) — ingilis yazıçısı Con Ronald Ruel Tolkienin məşhur epik fentezi romanı. Əsər, əsasən, 1937-1949-cu illərdə, İkinci Dünya müharibəsi dövründə yazılmışdır. Əvvəlcə bir cildlik əsər olmalı idisə, sonradan üç hissəyə bölünərək dərc olunmuşdur: "Üzük qardaşlığı", "İki qala" və "Kralın qayıdışı". Romanın məşhurluğu incəsənəti və çoxlu pərəstişkarlar cəmiyyətlərinin yaranmasına ilham olmuş, dünya mədəniyyətində dərin iz buraxmışdır. == Yaranma tarixi == "Üzüklərin hökmdarı" XX əsrin ən məşhur və tanınmış əsərlərindən hesab olunur. O, ən azı dünyanın 38 müxtəlif dilinə tərcümə edilib. Bu kitab fantaziya janrı ədəbiyyatına, stolüstü və kompüter oyunlarına, bütövlükdə dünya mədəniyyətinə böyük təsir göstərmişdir. İlk olaraq, Tolkien "Hobbit"-in davamını yazmağı planlaşdırmırdı ("Üzüklərin hökmdarı" romanı faktiki olaraq həmin əsərin davamıdır). Bununla belə, 1937-ci ildə, müəllifin "Hobbit" əsərini çap etdirdiyi nəşriyyat evinin sahibi Stenli Anvinom ilə nahar vaxtı ona baxılmaq üçün digər əsərləri də təqdim etməsi təklif edildi.
Məhəmməd (Qəznəvi hökmdarı)
Məhəmməd Qəznəvi (998, Qəzni – 1041, Qəzni) — 1030-cu ildə atasının yerinə taxta çıxmışdı. Cəmi 5 ay hakimiyyətdə qaldı və qardaşı Məsud Qəznəvi tərəfindən kor edildi və həbs olundu. 9 il sonra oğlu Əhməd Qəznəvi və əmisioğlu Süleyman Qəznəvi (Yusif Qəznəvinin oğlu) birlikdə Məsud Qəznəvini öldürdükdən sonra 2 il daha yenidən sultan oldu. Əmisi əvvəl onu dəstəkləsə də sonra Məsud Qəznəvinin tərəfinə keçdi. 1041-ci ildə qardaşı oğlu Mövdud Qəznəvi tərəfindən öldürüldü.
Xosrovşah (Qəznəvi hökmdarı)
Xosrovşah Qəznəvi - Qəznəvilərin on beşinci sultanı. Qurilərə məğlub olmağa davam etdi və cəmisi 3 il hakimiyyətdə qaldıqdan sonra yerinə oğlu keçdi.
Özbək (Eldəniz hökmdarı)
Özbək (Özbəy) Müzəffərəddin (? — v. 1225, Culfa rayonu) — Azərbaycan Atabəyləri dövlətinin son hökmdarı (1210–1225). 1225-ci il Xarəzmşah Cəlaləddinin hücumu zamanı həm sülalə hakimiyyətdən getmiş, həm də dövlət süquta uğramışdır. == Hakimiyyəti == === Gürcülərin hücumları === Məhəmməd Cahan Pəhləvanın kənizdən olan oğlu. Atabir qardaşı Əbu Bəkrin ölümündən sonra onun tabeliyində olan mülkləri idarə etməyə başlamış, hakimiyyətə gələnədək bölgənin siyasi həyatında fəal iştirak etmişdir. Hakimiyyətinın ilk ilində (1210–1211) gürcülərin Azərbaycana ən böyük hərbi yürüşlərindən biri baş verir. Naxçıvana hücum edən gürcülər şəhəri ələ keçirə bilməyərək, Culfaya doğru yönəlir, Dərədüz dərəsini keçib cənuba – Mərəndə, Təbrizə, Miyanəyə, Zəncana, Qəzvinə, Ərdəbilə və s. hücüm edir, talan və qarətlər törədirlər. Dövrün müəllifinin yazdığına görə, gürcülər geri qayıdarkən bir çox qalaları ələ keçirir, Naxçıvan və Beyləqan şəhərləri üzərinə xərac qoyurlar.
Üzüklərin hökmdarı (teleserial)
Üzüklərin Hökmdarı: Qüvvət üzükləri (ing. The Lord of the Rings: The Rings of Power) — Con Tolkinın Orta Dünya haqqında əsərləri əsasında çəkilən teleserial. Amazon Prime Video vasitəsilə yayımlanacaq proyektin hazırlanmasına 2017-ci ildə başlanılıb. 2019-cu ildə isə teleserialın çəkilişinə start verilib. Birinci mövsüm Legendariumun ikinci dövründə baş verən hadisələr haqqında bəhs edəcək. Hesablamalara görə teleserial tarixin ən bahalı seriallarından biri olacaq. Təkcə birinci mövsümün qiyməti təxminən 465 milyon ABŞ dollarına başa gələcək. == İstehsalı == 13 Noyabr 2017-ci ildə Amazon Con Ronald Ruel Tolkinın "Üzüklərin hökmdarı" romanını ekranlaşdırma hüququnu qazandı. Mətbuatda yayımlanan məlumatlara görə, Amazon, Tolkinın əsərləri hüquqlarına sahib olan təşkilatlarla (Tolkien Estate, HarperCollins və New Line Cinema) $ 200–250 milyon dollar müqabilində müqavilə bağladı, hansı ki Netflix şirkətinin təklif etdiyi məbləğindən çox idi. Müqavilənin şərtlərinə görə, Amazon iki il ərzində (yəni 2019-cu ilin noyabrına qədər) teleserialın istehsalına başlamalı idi.
İbrahim (Qəznəvi hökmdarı)
İbrahim Qəznəvi — Qəznəvilərin onuncu sultanı. Qəznəvilərin ən uzun hakimiyyətdə qalan hökmdarıdır. == Xarici siyasət == Hakimiyyətə gələn kimi Səlcuqilərlə sülh müqaviləsi imzalayan sultan qızını Alp Arslanın oğlu Arslanşah ilə evləndirdi. Məlikşahın qızını isə oğlu Məsudla evləndirdi. Sultan Hindistana hücumları intensivləşdirdi və Gurlularla müharibələrə davam etdi. Gurlu hakimi Məhəmməd vassal statusu aldı. == Daxili siyasət == Sultan hakimiyyəti boyu vergiləri azaltdı, ticarət və dinə önəm verdi. Həyatının son 22 ilində vəziri Əbdül Həmid ibn Əhməd Sirasin ona köməkçi oldu. Mədəniyyətə və şairlərə qucaq açan sultan Osman Muxtari, Əbül Fərəc Runi kimi şairləri sarayına gətirdi. Sultan İbrahim "Əl Düsturi Vüzəra" adlı bir kitab yazmışdı.
İsmayıl (Qəznəvi hökmdarı)
İsmayıl Qəznəvi - atası Səbuk Təkinin ölümündən sonra onun vəsiyyətinə əsasən taxta çıxmışdı. Cəmi 7 ay hakimiyyət sürən İsmayıl qardaşı Mahmud tərəfindən yaşca özü böyük olduğu üçün taxtdan çəkilməyə məcbur edildi. İsmayıl həyatının geri qalan hissəsini Cürcanda bir qalanın hakimi olaraq yaşadı. Səbuk Təkin yaşca kiçik olmasına baxmayaraq, anası Alp Təkinin qızı olduğu üçün onu vəliəhd seçmişdi. == Taxta çıxması == Səbutəkinin öldüğü zaman qardaşı Buğracuk, Herat və Puşenc valisi, oğullarından Mahmud Xorasan orduları komandanı, Əbu Müzəffər Nasr Büst valisi ve İsmayıl isə Qəznəvi və Bəlx hakimi yerləşirdi. Yusif təxminən 3 yaşındaydı. Səbutəkin ölmədən əvvəl, çox gümanki Alptəkinin qızından olan oğlu İsmayılın taxta keçməsinin vəsiyyət etmişdir. Hətta əmirlər və sərkərdələrdən ona itaət edəcəklərinə dair sədaqət andı almışdı. İsmayıl atasının ölüm xəbərini eşidən kimi Bəlxə səfər etdi və hökmdarlığını elan etdi. Ayrıca o yaxın vaxtda qardaşı Mahmudla ehtimal edilən taxt müharibəsində əsgərlərinin itaətini möhkəmləndirmək üçün də onlara atasının xəzinəsindən çoxlu sayda pul və hədiyyələr dağıtdı.
Şirzad (Qəznəvi hökmdarı)
Şirzad Qəznəvi - Qəznəvilərin on ikinci sultanı. III Məsud Qəznəvinin ölümündən sonra oğulları arasında başlayan vətəndaş müharibəsini dövründə hakimiyyətə gətirilmiş və bir il keçmədən qardaşı Arslanşah tərəfindən qovulmuşdur.
Əbdürrəşid (Qəznəvi hökmdarı)
Əbdürrəşid Qəznəvi — Qəznəvi sultanı, ailənin ən qoca üzvü idi. Hakimiyyətə gələndə Səlcuqlarla müharibələrə davam etdi. Səlcuqlara qarşı bir sıra döyüşləri qazanan Toğrul Buzan adlı sərkərdəsi ona qarşı üsyan etdi, onu və 11 uşağını öldürərək özünü sultan elan etdi. Qəznəvilər isə tezliklə yenidən birləşərək hakimiyyətə Fərruxzad Qəznəvini gətirdilər.
Əbubəkr (Eldəniz hökmdarı)
Atabəy Nüsrədəddin Əbu Bəkr və ya I Əbu Bəkr – Eldənizlər dövlətinin hökmdarı. == Hökmranlığı == Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfahan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfahan və Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172–1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü. Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu.
Əli (Qəznəvi hökmdarı)
Əli Qəznəvi — 1050-ci ildə hakimiyyətdə olmuş Qəznəvi sultanı. Məsud Qəznəvinin oğludur. 29 avqust 1049da taxta çıxmışdır. Əbdürrəşid Qəznəvi ni həbs etmək üçün vəziri başçılığında bir ordunu Sistana göndərsə də vəzir tərəf dəyişdirib Əlini məğlub edərək yerinə Əbrüşşəridi gətirdi.
Hökmdarın taleyi (film, 2008)
Hökmdarın taleyi — Film Azər­bay­can ta­ri­xi­nin ən mü­rək­kəb və çə­tin döv­rü­nü əha­tə edir. Ek­ran əsə­ri­nin döv­lət­çi­lik ta­ri­xi­mi­zin qa­pa­lı mə­qam­la­rı­nın öy­rə­nil­mə­sin­də xü­su­si əhə­miy­yət kəsb edir. Bö­yük dra­ma­turq İlyas Əfəndiyevin "Hökm­dar və qı­zı" fa­ciə­li pye­si­nin mo­tiv­lə­ri əsa­sın­da çə­ki­lən fil­min sse­na­ri mü­əl­li­fi ya­zı­çı-dra­ma­turq Elçin Əfəndiyev­dir. "Hökm­dar və qı­zı" fil­mi­nin mu­si­qi­si Po­lad Bül­bü­loğ­lu­na məx­sus­dur. Mü­rək­kəb və çə­tin sü­je­tə ma­lik olan gər­gin dra­ma­tiz­mi ilə fərq­lə­nən film Şə­ki­də len­tə alın­mış­dır. == Məzmun == Film hökmdarın siyasi meydanda tənhalığı haqqındadır və bu problem dövlətçilik problemidir. Siyasəti ilə onun ətrafının razılaşmaması sonda İbrahimxəlil Xanın (Fəxrəddin Manafov) tək qalmasına və sonda qətlinə gətirib çıxarır. Bu film Azərbaycanın o vaxtkı xanlıqlarının əmin-amanlıqda yaşaması üçün birləşib bir dövlət yaratmamasından və Azərbaycan torpaqlarının Rusiya və İran kimi iki nəhəng imperiya tərəfindən zəbt edilməsindən bəhs edir. Filmin ssenarisi tarixi hadisələr üzərində qurulmuşdur. == Film haqqında == Filmin çəkilişi Azərbaycan Nazirlər Kabinetinin 8 iyun 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycan Mədəniyyət Nazirliyinə dövlət sifarişi verilib.
II Kvirike (Şəki-Kaxeti hökmdarı)
II Kvirike (Şəki/Eretidə); IV Kvirike (Kaxetidə (gürc. კვირიკე IV )) – Şəki-Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1082-ci ildə çəkilir və 1104-cü ildə vəfat etməsi göstərilir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi isə səhvən II Kvirikenin 1084-сü ildən 1102-ci ilə qədər hakimiyyətdə olduğunu və 1102-ci ildə vəfat etdiyini göstərir. ХII əsr erməni tarixçisi Samuel Anesi(ru) 1082-ci il üçün Şəki çarı Kverikenin adını çəkir. “Çarlar-çarı Davidin həyatı” adlanan ХII əsr anonim gürcü mənbəsinə görə “Çarlar-çarı Davidin həyatı”na görə, Gürcü çarı IV David Zeda-Zedeni qalasını II Kvirikenin əlindən aldıqdan bir il sonra (1104) II Kvirike vəfat etmişdir. Zeda-Zedeni (Zedazeni) qalası Tiflisin şimalında idi və “Kartlis tsxovreba”nın XVI əsr redaktəsində (“Çariça Annanın siyahısı”) çar Davidin həmin qalanı 1003-cü ildə ələ keçirməsi göstərilir. == İstinadlar == == Ədəbiyyat == Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). Тбилиси: Мацниереба. 1982.
II Mahmud (Böyük Səlcuq hökmdarı)
II Mahmud (d. 1105 – v. 1131) — 1118-ci ildə Böyük Səlcuq, 1118-1131 illərində isə İraq Səlcuq sultanı.
II Şah Səfi (Səfəvi hökmdarı)
I Arslanşah (Kirman Səlcuq hökmdarı)
Arslanşah (1072 – 1142) — Səlcuq şahzadəsi, Kirmanşahın oğlu. == Hakimiyyəti == İranşahın hakimiyyəti dövründə saraydan qaçıb sadə bir ayaqqabıçı ailəsində yaşayırmış.Onun ölümündən sonra Kirman əyanları tərəfindən taxta çıxarılmışdır. 40 illik hakimiyyəti 1141-ci ildə sonlanmışdır. Ölümü ilə Yəzd Atabəylər dövlətinin hakimi Sam ibn Vərdanruz Yəzdi ələ keçirmiş, Səlcuqlarla problemlər yaranmışdı.
I Mahmud (Böyük Səlcuq hökmdarı)
I Mahmud (fars. محمود‎; türk. Mahmud; 1088 – noyabr 1094, İsfahan) — Beş yaşında ikən 1092-1093-cü illərdə Böyük Səlcuqlu Dövləti hökmdarı, 1093-1094-də isə İsfahan və Fars bölgəsinin vassal hökmdarı elan edilmişdir. == Həyatı == 1092-ci ilin noyabrında Məlikşah öldüyü zaman 13 yașında olan və qanuni varisi olaraq elan edilmiş olan Əbul-Müzəffər Börküyarıq Böyük Səlcuqlu Dövləti taxtına keçdi. Amma Məlikşahın arvadı Qaraxanlılar hökmdarının qızı olan Türkan xatun Məlikşahdan sonra öz oğlu Mahmudun sultan olmasını istəyirdi. O zaman Səlcuqlu Dövləti vəziri olan və qısaca "Mustafi" olaraq xatırlanan "İbn Mərzban Xosrov Firuz Şirazi ibn Darust Tacumulk Əbul-Qanayim" tərəfindən dəstəkləndi. Bağdaddakı Abbasi xəlifəsi Müqtədini də xəbərdar edən Türkan xatun Məlikşahın ölümündən 6 gün sonra, 25 Noyabr 1092-də beş yaşındakı oğlu Mahmudu sultan elan etdirib Bağdadda oğlu adına xütbə oxutdu.Müxtəlif bölgələrdə valilik və idarəçilik edən Səlcuqlu liderləri bu qarışıqlığı fürsət bilib öz müstəqilliklərini elan etməyə başladılar. Məlikşahın qardaşı Xorasan və Bəlxi tutdu. Məlikşahın digər bir qardaşı olan Tutuş özünü Şamda Suriya məliki elan etdi. Ali idarəçilərdən Xələb əmiri olan Ağsunqur əl-Hacib müstəqilliyini elan etdi.
I Mahmud (Səlcuq hökmdarı)
I Mahmud (fars. محمود‎; türk. Mahmud; 1088 – noyabr 1094, İsfahan) — Beş yaşında ikən 1092-1093-cü illərdə Böyük Səlcuqlu Dövləti hökmdarı, 1093-1094-də isə İsfahan və Fars bölgəsinin vassal hökmdarı elan edilmişdir. == Həyatı == 1092-ci ilin noyabrında Məlikşah öldüyü zaman 13 yașında olan və qanuni varisi olaraq elan edilmiş olan Əbul-Müzəffər Börküyarıq Böyük Səlcuqlu Dövləti taxtına keçdi. Amma Məlikşahın arvadı Qaraxanlılar hökmdarının qızı olan Türkan xatun Məlikşahdan sonra öz oğlu Mahmudun sultan olmasını istəyirdi. O zaman Səlcuqlu Dövləti vəziri olan və qısaca "Mustafi" olaraq xatırlanan "İbn Mərzban Xosrov Firuz Şirazi ibn Darust Tacumulk Əbul-Qanayim" tərəfindən dəstəkləndi. Bağdaddakı Abbasi xəlifəsi Müqtədini də xəbərdar edən Türkan xatun Məlikşahın ölümündən 6 gün sonra, 25 Noyabr 1092-də beş yaşındakı oğlu Mahmudu sultan elan etdirib Bağdadda oğlu adına xütbə oxutdu.Müxtəlif bölgələrdə valilik və idarəçilik edən Səlcuqlu liderləri bu qarışıqlığı fürsət bilib öz müstəqilliklərini elan etməyə başladılar. Məlikşahın qardaşı Xorasan və Bəlxi tutdu. Məlikşahın digər bir qardaşı olan Tutuş özünü Şamda Suriya məliki elan etdi. Ali idarəçilərdən Xələb əmiri olan Ağsunqur əl-Hacib müstəqilliyini elan etdi.
I Məhəmməd (Xarəzm hökmdarı)
Qütbəddin Məhəmməd (Farsça: قطب الدين محمد; ö. 1127, Harezm), 1097–1127-ci illərdə hakimiyyətdə olmuş Xarəzmşah hökümdarı. Anuş Təkinin böyük oğluydu. 1097-ci ildə Böyük Səlcuq sultanı Börkiyaruq tərəfindən "xarəzmşah" titulu ilə atası kimi Xorasan hakimliyinə təyin edildi. 1127-ci ildə ölümündən sonra yerinə böyük oğlu Əlaəddin Atsız keçdi. Anuş Təkinin vəfatından sonra Səlcuq Sultanı Səncər tərəfindən Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd də atası kimi Səlcuq sarayında yetişmiş, saray tərbiyəsi və dövlət idarəçiliyi elmləri almış, göstərdiyi uğurlar ilə atası kimi göz dolduraraq yüksəlmişdi. Anuş Təkinin vəfatından sonra Xarəzm qubernatoru olaraq təyin olunmuş Qütbəddin Məhəmməd, xalqına ədalətli və mərhəmətli davranaraq Xarəzm xalqının hörmətini və etibarını qazandı. Buna görə də, Xarəzm zadəganları, Qütbəddin Məhəmmədi şəriksiz bir lider olaraq görməyə başlamışdılar. Səlcuq Dövləti ilə inkişaf edən ticarət də Xarəzm xalqını iqtisadi olaraq yüksəltmiş, firavan bir həyat sürən Xarəzm xalqı da Qubernatorları Qütbəddin Məhəmmədə bağlı qalmışdılar. Qütbəddin Məhəmməd dövründə çətin günlər yaşamaqda olan Böyük Səlcuq Dövləti, bölgədəki siyasi proseslər səbəbinə görə Xarəzm bölgəsini uzaqdan idarə etməkdə, sədaqətini sübut etmiş və sadiq bir qubernator olan Qütbəddin Məhəmməd də mərkəzi idarədən birbaşa təlimat almadan Xarəzm bölgəsinin idarəsini həyata keçirirdi.
I Məsud (Qəznəvi hökmdarı)
Məsud Qəznəvi — Qəznəvilərin üçüncü sultanı. == Həyatı == Sultan Mahmudun oğlu Məsud (1030-1041) hakimiyyətə gəldi və qardaşı ona müqavimət göstərdi. Məsud əyanlara arxalanaraq qardaşını zərərsizləşdirə bildi. Məsud əyanlardan asılı oldu. Ölkədə rüşvətxorluq baş alıb gedirdi. Xarəzm Qəznəvilərdən ayrıldı. Qəznəvilərdə daxili ziddiyyətlər kəskinləşdi, səlcuqların Qəznəvi dövlətini sıxışdırması da gücləndi. Bütün bunlar dövlətin zəifləyib iflas etməsi ilə nəticələndi. 1040-cı ildə Dəndənəkan döyüşündə səlcuqlar qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı.
I Süleyman (Səfəvi hökmdarı)
Sam Mirzə, daha sonra birinci sülalə adı II Şah Səfi (1648, İsfahan – 29 iyul 1694, İsfahan) adı ilə tanınmış, daha çox isə ikinci sülalə adı olan Süleyman adı ilə tanınmışdır. VIII Səfəvi hökmdarıdır, 1666-cı ilin 1 noyabr tarixindən 1694-cü ilin 29 iyul tarixinə qədər hökmdar olmuşdur. == Həyatı == Sam Mirzə 1648-c ilin fevral və ya mart ayında İsfahan şəhərində anadan olmuşdur. Onun atası özündən əvvəlki Səfəvi şahı II Şah Abbas, anası isə çərkəz mənşəli kəniz Nəkihət Xanumdur. Sam Mirzənin özündən kiçik 3 qardaşı olmuşdur: Həmzə Mirzə, İsmayıl Mirzə və Mirzə Əli Nağı. Bundan əlavə Sam Mirzənin adları bizə məlum olmayan 2 bacısı da olmuşdur. Sam mirzə uşaqlıq vaxtında şah hərəmində yaşamış və şah olana qədər demək olar ki buradan çıxmamışdır. Burada onun qeydinə xədim Ağa Nəzirə qalmışdır. Sam Mirzə şah elan ediləndə azərbaycan dilindən başqa hər hansısa dildə danışa bilmirdi. Şah elan edildikdən sonra belə fars dilində çox pis danışırdı.Sam Mirzə bütün xüsusiyyətləri ilə atası II Şah Abbasdan geri qalırdı, bu özünü onun hakimiyyəti dövründəki hadisələrə reaksiyasında da öz əksini tapmışdır.
I Turanşah (Kirman Səlcuq hökmdarı)
Turanşah (XI əsr – 1096, Böyük Səlcuq İmperiyası) — Qavurd bəyin oğlu, Kirman hakimi. == Hakimiyyəti == Qardaşı Sultanşahın ölümündən sonra taxta çıxmışdır. Onun dövründə Böyük Səlcuqlarla əlaqələr yenidən pisləşmiş, Türkan xatun müharibə vəziyyəti yaratmışdı.1097-ci ildə Fars vilayəti uğrundakı döyüşdə Türkan xatunun ordusu məğlubiyyətə uğrasa da Turanşah döyüşdə aldığı yaradan tezliklə vəfat etmişdi. Kirmandakı Məlik Turanşahi Məscidi onun əmri ilə tikdirilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.65 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2003 ••••• 2.36
2004 •••••••••• 5.05
2005 •• 0.67
2006 •••••••••• 4.96
2007 ••••• 2.33
2008 •••• 1.71
2009 ••••• 2.56
2010 •••• 1.82
2011 ••••••• 3.09
2012 •••••••••••• 5.77
2013 •••••••••• 4.81
2014 •••••• 2.75
2015 •• 1.02
2016 •• 0.52
2017 •• 0.98
2018 ••• 1.35
2019 ••• 1.11
2020 •••• 1.86

"hökmdarı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hökmdarı nədir? #hökmdarı sözünün mənası #hökmdarı nə deməkdir? #hökmdarı sözünün izahı #hökmdarı sözünün yazılışı #hökmdarı necə yazılır? #hökmdarı sözünün düzgün yazılışı #hökmdarı leksik mənası #hökmdarı sözünün sinonimi #hökmdarı sözünün yaxın mənalı sözlər #hökmdarı sözünün əks mənası #hökmdarı sözünün etimologiyası #hökmdarı sözünün orfoqrafiyası #hökmdarı rusca #hökmdarı inglisça #hökmdarı fransızca #hökmdarı sözünün istifadəsi #sözlük