* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 təql. İşlək qaramalı hərəkətə gətirmək və ya qovmaq üçün işlədilir. Ho-ho! – deyə alçaqboylu, çalsaqqallı, gün altında işləməkdən əl və üzü qaralmış arabaçımız Səməd kişi öküzləri səslədi. T.Ş.Simurq. Arabaçı tez-tez çubuğunu şaqqıldadır, “ho-ho, hiş” – deyə heyvanları səsləyirdi. İ.Şıxlı.
Azərbaycan dilinin izahlı lüğəti / ho-ho2 bax ho. Ho-ho var dağa qaldırar, ho-ho var dağdan endirər. (Məsəl). Məşədi Ağakişi gedib çıxır vəlin üstə və “ho-ho” deyə-deyə başlayır öküzləri sürməyə. C.Məmmədquluzadə. Faytonçu “hoha, ho-ho” – deyə gah adamları, gah atları haylayır, qırmancını havada oynadırdı… M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / ho-ho