Hoy sözü azərbaycan dilində

Hoy

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Hoy • 85.0467%
  • hoy • 13.0841%
  • HOY • 1.8692%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hoy
Xoy (azərb. Xoy‎; fars. خوی‎) — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 km².-dir. 2012-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən əhalisi 200,985 & 354,309 nəfərdir. == Tarixi == Xoy şəhərinin tarixi e.ə. 3000–4000-ci illərdən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bugünkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir. O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş, sonra Van və onun ətrafını özündə birləşdirən Urartu dövlətinin ərazisinə qatılmışdır.
Kris Hoy
Kris Hoy (ing. Chris Hoy; 23 mart 1976, Edinburq) — Britaniya avtoidmançısı və keçmiş cığır velosipedçisi. O, Böyük Britaniyanı Olimpiya oyunlarında və Dünya çempionatlarında və Şotlandiyanı İngilis Millətlər Birliyi Oyunlarında təmsil etmişdir. Hoy on bir qat dünya çempionu və altı qat olimpiya çempionudur. Cəmi yeddi olimpiya medalına sahibdir, bunlardan altısı qızıl, biri isə gümüşdür. Hoy indiyə qədərki ən çox Olimpiya titulu olan velosipedçidir. 2008 Yay Olimpiya Oyunlarındakı üç qızıl medalla Hoy Şotlandiyanı Olimpiya oyunlarında təmsil edən ən uğurlu idmançı adına yiyələnib. 1908-ci ildə Henri Taylorun qazandığı nəticədən bəri bir Olimpiya oyunlarında üç qızıl medal qazanan ilk Britaniya atleti olub. Həmçinin bütün dövrlərin ən uğurlu Olimpiya velosipedçisidir. 2012 Yay Olimpiya Oyunlarında sonuncu iki qızıl medal qazandıqdan sonra Hoy yeddi medalla Britaniya atletləri arasında ən çox medal qazanan idmançı oldu.
Bulbophyllum hoyifolium
Bulbophyllum hoyifolium (lat. Bulbophyllum hoyifolium) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Simon Hoytvill
Simon Hoytvill (1093, Palermo – 28 sentyabr 1105) — Norman əsilli Siciliya qrafı. Taxta çıxanda hələ 8 yaşı olan Simon anasının qəyyumluğu ilə hakimiyyətdə idi. Yenə cavan yaşında 1105-ci ildə vəfat etmişdi. Yerinə kiçik qardaşı Rocer keçdi.
Svennik Hoyer
Svennik Hoyer (3 Avqust 1931 – 8 Yanvar 2017) — Norveçli siyasi alim. Hoyer 1931-ci ildə Berumda anadan olmuşdur. O, 1959-cu ildə Oslo Universitetinin siyasi elm fakultəsini, 1974-cü ildə isə fəlsəfə doktoru fakultəsini magistr səviyyəsində bitirmişdir. O, 1985-ci ildə Oslo Universitetində Tədqiqat İnstitutunun professoru təyin olunmuşdur. Onun elmi maraqlarına jurnalist peşəsi və jurnalistikanın inkişafı kimi aspektlər, mətbuatın struktur inkişafı, mətbuat və siyasət arasında qarşılıqlı əlaqə və texnologiya və cəmiyyət arasında qarşılıqlı əlaqələr daxildir.
Tankred Hoytvill
Tankred Hoytvill - Hoytvill sülaləsinin banisi. Vikinq döyüşçüsü Hialltın nəvəsi idi. Kutans şəhəri yaxınlıqlarında yaşayan bir əyan idi. Normandiya hersoqu I Riçardın qızları ilə evlənmişdi. Övladları: Serlo Hoytvill - Hoytvill hakimi Beatriks (ö.1101) Coffrey Hoytvill - Loritello qrafı (ö.1063) Vilyam Hoytvil - Apuliya hersoqu (ö.1046) Droqo Hoytvill - Apuliya hersoqu (ö.1051) Onfrua Hoytvill - Apuliya hersoqu (ö.1057) Robert Hoytvill - Apuliya hersoqu və Siciliya qrafı (ö.1085) Mauger Hoytvill - Foqqiya kapitanı (ö. 1064) Villerm Hoytvill - Salerno knyazı (ö.
Villiam Hoyt
Villiam "Bill" Hoyt (d. 7 may 1875; Qlastonburi, Birləşmiş Ştatlar - ö. 1 dekabr 1954) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında qızıl medal qazanıb. Villiam Hoyt 1875-ci ilin 7 may günündə Birləşmiş Ştatların Konneкtiкut ştatının Qlastonburi şəhərində anadan olub. 1954-cü ilin 1 dekabr tarixində isə ömrünün 79-cu yaşında vəfat edib. Villiam Hoyt 1896-cı ildə Yunanıstanın Afina şəhərində baş tutan I Yay Olimpiya Oyunlarına qatıldı. Şüvüllə tullanma yarışlarında mübarizə aparan Villiam Hoyt 3.30 metr nəticə ilə 1-ci yeri tutdu və I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Hoya
Hoya (lat. Hoya) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi.
Hoya spartioides
Hoya spartioides (lat. Hoya spartioides) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin hoya cinsinə aid bitki növü.
Steni Hoyər
Steni Hamilton Hoyər (14 iyun 1939, Nyu-York, ABŞ) — Amerikalı siyasətçi və təqaüdçü vəkil. Merilend ştatının 5-ci konqres dairəsi üzrə ABŞ nümayəndəsi (1981-ci ildən). DC Hoyer Merilend konqres nümayəndə heyətinin dekanı. Nümayəndələr Palatasının ən yüksək səviyyəli Demokratı. ABŞ Nümayəndələr Palatasının partiya lideri (2007–2011 və 2019–2023-cü illərdə).

hoy sözünün leksik mənası və izahı

  • 1 1. Bax: hov. 2. Bax: hay. (“Koroğlu” dastanının lüğəti)  Koroğlu sazı götürüb tacirə dedi: Mərd igidlər çəkər hoyu, Kəskindi şəmşirin soyu, Sizsiz Koroğlunun oyu, Xocam, səni səfa gördük.                      (Paris nüsxəsi, 7-ci məclis)

    Azərbaycan dastanlarının leksikası / hoy

hoy sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Başkeçid, Gədəbəy, Qazax) bax ho: II. – Hoy lazımdı kın, tez tikəx’ toyluyu (Gədəbəy); – Keçmişdə taxılı hoynan piçerdix’; – Büyün yığılıf mə:mkin, savah sə:nkin piçerdix’, ona hoy de:rdix’ (Qazax) ◊ Hoy eləməx’ (Gədəbəy, Qazax, Şəmkir) – <kollektiv> kömək etmək. – Hoy eli:rdix’, damın üsdün basdırırdıx (Şəmkir); – Hoy ele:ın vuraın qardalının alasın (Gədəbəy) II (Daşkəsən) şiş. – Adamın bir yeri kəsiləndə, hoyloyanda sancı çiçəyini qaynadıf, onun quymağını pişirif yaranın üsdünə qoyursan, hoyunu aler

Azərbaycan dilinin dialektoloji lüğəti.

"hoy" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hoy nədir? #hoy sözünün mənası #hoy nə deməkdir? #hoy sözünün izahı #hoy sözünün yazılışı #hoy necə yazılır? #hoy sözünün düzgün yazılışı #hoy leksik mənası #hoy sözünün sinonimi #hoy sözünün yaxın mənalı sözlər #hoy sözünün əks mənası #hoy sözünün etimologiyası #hoy sözünün orfoqrafiyası #hoy rusca #hoy inglisça #hoy fransızca #hoy sözünün istifadəsi #sözlük