* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 dan. bax hovur. [Çopo:] Ceyniz biriki hor söhbət eləyib, ayağa durdu. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / horI (Xanlar, Tovuz) tərkibində yağı az olan və ya yaxşı qaynadılmayan ayrandan əmələ gələn pis keyfiyyətli şor. – Şoru çürüdüllər, onun üzü hor oloy (Xanlar); – Ayranı yaxşı çürütmüyüfsən də:n, hor oldu; – A:z, ayranın özü:n yağı azıydı, ona görə dənəvər yox, hor oluf (Tovuz) II (Meğri, Şamaxı, Zəngilan) 1. içərisinə qab-qacaq yığılan iri xurcun (Meğri, Zəngilan). – Hora qab-qacaq yığallardı dağa gedəndə (Zəngilan) 2. kisə. – Bu, hor çüyaldı, munu Mələx’ fağır toxuyup (Meğri) III (Cəlilabad) balqabaqdan hazırlanan duru xörək
Azərbaycan dilinin dialektoloji lüğəti.