* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 əvəz. 1. Bir toplunun ayrıca götürülən fərdi, onu təşkil edən şeylərdən hər biri. Hər adam. Hər ailə. Hər adambaşına. □ Hər bir – bax hər. Hər bir adam. Hər bir şey. Hər bir təsadüfdə. Hər bir çətinlik qarşısında. – Əli yüz sirr oxuyur; Hər bir heyvan izində. R.Rza. Reyhan bütün dərslərindən; Hər bir zaman “beş” alardı. M.Dilbazi. Hər biri – toplu halındakı adamlardan, ya şeylərdən ayrıca götürülmüşü. Hər birinə tapşırıq vermək. Hər birini ayrıca dinləmək lazımdır. – Əgər Məcnun, əgər Fərhad – olar kim, dərd çəkmişlər; Yığılsınlar, mənimçin hər biri çarə yazsınlar. Qövsi. [Kərim baba ilə Ayrım qızı] keçmiş igidliklərindən söyləyir, öyünməyə və hər biri özünü bəyəndirməyə çalışırdı. A.Şaiq. // Bir çox hallarda əksinə, topluluq mənası verir. Hər işə qarışmaq. Hər arzusunu yerinə yetirmək. – Xədicə hər istədiyini [həyata keçirməyə] adət etmişdi, ərköyün böyümüş bir qızdı. S.Hüseyn. □ Hər adam – bax hər kəs. Bu qədər zurnaçı, züyçü əbəsdir; Hər adam bir quzu yemləsə bəsdir… M.Araz. Hər an – bax hər vaxt. Hər an gözləmək. – Görsə kim, bir fəqir edib üsyan; Lən edər ol fəqir üçün hər an. S.Ə.Şirvani. Hər cəhətdən (cəhətcə) – tamamilə, bütünlüklə. Dünyada hər cəhətcə birbirinin eyni olan iki adam yoxdur. Ə.Abasov. Hər cür – cürbəcür, müxtəlif. [Rəsul] hər cür yeməkdən araya gətirdi. “Aşıq Qərib”. Hər dəqiqə – bax hər vaxt. Mən hər dəqiqə Bədirnisə xalanın içəri girəcəyindən qorxurdum. M.Hüseyn. Hər gün – daima, həmişə. Hər gün xeyrə açılmır dünyamızın bal ağzı. M.Araz. Hər kəs (kim) – 1) hər bir adam, hamı, bütün adamlar. Bundan hər kəsin xəbəri var. Şagirdlərdən hər kim çalışsa, usta ola bilər. – Hər kim məni, belə görə, bil, ağlar; Dağ, daş yanar, ulus, oymaq, el ağlar. M.V.Vidadi. …Rəşidin bu insanlığını və hümmətini hər kəs bildi. İ.Musabəyov; 2) naməlum, qeyri-müəyyən adam, kim olur olsun. Hər kimdir, qoy içəri gəlsin. – [Sərvər:] Onda qızı hər kəsə istəyirsən, ver! Ü.Hacıbəyov. Hər ləhzə – bax hər an. Gəh təmənna tiğin eylərsən, gəhi peykanını; Yerdən hər ləhzə bir ehsanə eylərsən həvəs. S.Ə.Şirvani. Hər nə – hər şey, nə varsa. Hər nə olursa. Hər nə istəsə, ver. Hər nə desə, qulaq as. Onun əlindən hər iş gələr. – Hər nəyimiz varsa, qurbandır sənə; Yaz gələr, atını minərsən yenə. H.K.Sanılı. [Minnət xanım:] Onu da yadında saxlarsan, sonra hər nə lazımdır, mən sənə deyərəm. Ü.Hacıbəyov. Hər nəfər – bax hər kəs. [Şah:] Peşə ilə hər nəfər öz işlərin saz eylər. Ü.Hacıbəyov. Hər saat – bax hər vaxt. Hər saat hazır olmaq. Hər şey – bütün, hamı, nə varsa hamısı. Hər şeyi açıb demək. Hər şeydən əlini üzmək. – Hər şey gözəlləşmədə; Sən də gözəlləş; Bu həyat kimi. M.Müşfiq. Hər şey dərin bir sükut içində sahibinə baxıb, sanki soruşurdu. Mir Cəlal. Hər tərəf – bütün ətraf, ətrafdakı yerlər. Hər tərəfdə yağış yağır. Hər tərəfdən musiqi səsi eşidilir. – Telli həyətin hər tərəfinə göz gəzdirdi. S.Hüseyn. Hər tərəfdə sükut çökəndə gəmi mexanizmlərinin uğultusu eşidildi. M.Hüseyn. Hər vaxt – həmişə, hər zaman. Hər vaxt qapımız üzünüzə açıqdır. Hər vaxt istəsəniz, gələ bilərsiniz. Hər yan – hər tərəf, ətraf. Hər yan qarla örtülmüşdü. Hər yan qaranlıq idi. – [İsmət:] Açılmış hər yanda güllər, çiçəklər; Qızlar, oğlanlar sevinər, seyr edər. H.Cavid. [Mərcan bəy:] Səsin düşüb hər yana; Çığırırsan, ay arvad. Ü.Hacıbəyov. Hər zaman – bax hər vaxt. Hər zaman bunları gözüm görəndə; Köhnə yaram olur təzə dünyadə. Aşıq Ələsgər. Mən çox istərdim ki, sənin hər zaman; Örtməsin o dilbər hüsnünü duman. S.Vurğun. 2. Həmcins üzvlü cümlələrdə bölgü bildirir. [Abbas:] Qovma dərgahından şirin nökəri; Geymərəm hər şalı, hər qələmkari. “Abbas və Gülgəz”. Bu xəbər hər yana, hər yerə, hər səmtə yayılır və çatırdı. S.Rəhimov. ◊ Hər addımda (addımbaşı) – daim, tez-tez. Hər addımda çətinliklə üzləşmək. – Öz kökünü bilməyən gözü küllü bu millət; Zamanın yollarında hər addımda yanıldı. M.Müşfiq. Hər ağızdan bir avaz (səs) gəlir (çıxır) – bir işdə ümumi rəyin, yekdilliyin olmadığını bildirir. [Kazım:] Qoyurlar ki, adam bir şirin yuxu yata?! Gecə yarıyacan baş-beynimizi aparırlar. Hər ağızdan bir avaz gəlir. İ.Şıxlı. Hər bir ehtimala qarşı – ehtiyac xatirinə, ehtiyac olduqda, lazım gəldikdə, ola biləcək bir iş xatirinə. [Fəxrəddin] hər ehtimala qarşı ehtiyat edərək, qapıdan çox uzaqda durmuşdu. M.S.Ordubadi. Hər bir kəlamı (sözü) qızıldır – çox ağıllı, dəyərli, parlaq danışıq haqqında. Dünyagörmüş qocanın hər kəlamı (sözü) bir qızıldır. Hər biri bir oğula dəyər – çox qiymətlidir, misli-bərabəri yoxdur, çox gözəldir. Bu ağacların hər biri bir oğula dəyər. Hər gördüyündən göz kirəsi istəmək – gördüyü, rast gəldiyi adamdan bir şey almayınca əl çəkməmək. Hər halda – 1) ehtimal bildirir – yəqin, nə olursa olsun. Hər halda bu gün gələcək. – [Ceyran:] Hər halda yenə görüşə bilərik. S.Hüseyn. Hər halda yazdığım acı həqiqət; Balaca bir qızın böyük dərdidir. M.Rahim; 2) nə kimi vəziyyət olur olsun, nə olursa olsun, mütləq. Hər halda gəlməlisən. – Axund Fərəc hər halda camaatı ağlatmalı idi. Qantəmir. [Üçüncü əyan:] Mənim fikrimcə, hər halda vəliəhdi paytaxta çağırmaq lazımdır, yoxsa sonra gec olar. Ü.Hacıbəyov. Hər hansı bir – qeyri-müəyyənlik bildirir. Hər hansı bir şəxs. Hər hansı bir iş. – [Nüsrətəddin:] Azərbaycan xalqı Toğrul ilə hər hansı bir məsələ üzərində müzakirə aparmaq üçün məni vəkil etməmişdir. M.S.Ordubadi. Hər işə (şeyə) qulp qoyur – işləməyə mane olur. Hər şeyə qulp qoymaq onun köhnə adətidir. Hər kol dibindən çıxan – bax hər yerindən duran. Hər kol dibindən çıxan özünü rəis sayır. Hər necə çalsa(lar), elə (eləcə) də oynamaq – öz müstəqil fikri olmayıb başqasının sözü ilə iş görmək. Müstəqil fikri yoxdur, hər necə çalsalar, elə də oynayır. Hər nə isə – söhbəti, söylənilən fikri yekunlaşdırmaq üçün işlənir; nə isə. Gecə şehmi düşmüş, xırdaca yağışmı yağmışdı, hər nə isə… M.Rzaquluzadə. Hər nə qədər (olsa) – necə olsa, hər halda. Hər nə qədər olsa əməkdaşımızdır, kömək etmək lazımdır. – Yer üzündə hər nə qədər insan yaşar; Yer üzündə o qədər də şeytan yaşar. M.Araz. Hər nə olur(sa) olsun – hər halda, necə olur olsun, mütləq. Hər nə olur olsun, kitab sahibinə qaytarılmalıdır. Hər nə olur olsun, getməliyəm. Hər şeydən əvvəl – ilk növbədə, ilk öncə; ən ümdəsi (bir şeyin əhəmiyyətini gücləndirir). Hər şeydən əvvəl, biz dostuq. Hər şeydən əvvəl, ədalətli olmaq lazımdır. Hər şeyi söz eləmək – hər boş şeyə diqqət vermək, ondan məna çıxarmaq. Hər şeyi söz eləyib dava salmaq. Hər tükü bir qızıl zar. – çox tərif məqamında işlənir. Qoyunumun hər tükü bir qızıldır. Hər vəchlə – hər vasitə ilə, hər necə olur olsun, hər halda. Müxtəsər, hər vəchlə məşrutə min nöqsandadır… M.Ə.Sabir. Hər yerindən duran; hər yetən (çatan); hər yoldan (küçədən) ötən (keçən) – başqası haqqında saymazyana işlədilən ifadə. Hər yerindən duran şair olub. Hər yoldan ötən göstəriş verir. – [Qərib:] Qayıtmasam, qınar məni hər yetən; Getdim, yar, əyləndim, bəlkə gəlmədim. “Aşıq Qərib”. [Əminə:] Hər çatan rüşvət verib canını qurtarmadımı? Ə.Əbülhəsən. Hər yolla – hər necə olursa olsun, bütün vasitələrlə. [Əyanlar:] Hər yolla çalışırdılar ki, mollanı Teymurun gözündən salsınlar. “M.N.lətif.”
Azərbaycan dilinin izahlı lüğəti / hər2 f. 1) toplunun ayrılıqda bir fərdi; 2) həmcins üzvlü cümlələrdə bölgü bildirir.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / hər2 мест. 1. каждый (один из ряда подобных, взятый подряд, без выбора, без пропусков), любой, всякий. Hər adam каждый человек, hər ailə каждая семья, hər adambaşına на каждого человека, hər iş каждое дело, hər dəfə каждый раз, hər səhər каждое утро, hər gün каждый день (ежедневно, повседневно); hər həftə каждую неделю, еженедельно; hər il каждый год (ежегодно) 2. все (обозначает собирательность). Hər işə qarışmaq вмешиваться во все дела, hər arzusunu yerinə yetirmək kimin выполнить все желания кого, чьи ◊ hər an в любое время, в любой момент; hər baxımdan со всех точек зрения; hər bir каждый. Hər bir işçi каждый работник; hər biri каждый из … Oyunçuların hər biri каждый из игроков; hər vaxt (hər zaman) всегда, в любое время; hər ikisi они оба (обе); hər yan, hər tərəf окрестность; кругом, вокруг; hər yanda (hər tərəfdə, hər yerdə) везде, всюду; hər kəs: 1. все; 2. каждый, всякий (о человеке); hər ləhzə см. hər an; hər nə всё, что; что бы ни. Hər nə istəsələr verin все, что захотят, дайте; hər nə olursa olsun во что бы то ни стало, что бы ни случилось; hər nəfər см. hər kəs; hər saat см. hər vaxt; hər hansı любой, всякий; hər cəhətdən во всех отношениях, hər cəhətcə полностью, по всем признакам; hər cür всевозможный, всяческий, всякого рода; hər şey всё, всячина; hər ağızdan bir avaz (səs) gəlir (çıxır) каждый говорит о своем, никто никого не слушает; hər addımda, hər addımbaşı на каждом шагу; hər ehtimala qarşı на всякий случай; hər bir кяламы (sözü) qızıldır что ни слово у кого-л. – жемчужина мудрости; hər biri bir oğula dəyər цены нет им; hər vəchlə любым путем, любой ценой, всячески; hər iki ayağından axsamaq хромать на обе ноги; hər it-qurd каждая собака; hər işə (şeyə) qulp qoymaq ко всему придираться; hər yerindən duran все, кому не лень, кто ни на есть; каждый (всякий) встречный и поперечный; hər yetən, hər çatan см. hər yerindən duran; hər yoldan (küçədən) ötən, keçən см. yerindən duran; hər yolla любым путем; hər kol dibindən çıxan см. hər yerindən duran; hər kəsin öz dərdi özünə bəsdir у каждого свое горе; hər gördüyündən göz kirəsi istəmək клянчить, попрошайничать; hər nə qədər olsa как-никак; hər nə isə в общем; hər saatdan bir через каждый час; hər tin başı на каждом шагу, на каждом перекрёстке; hər üzünə и так и так; на все лады; и так и этак; hər halda: 1. всё же, тем не менее, во всяком случае. Hər halda bir dəfə də görüşsək yaxşı olar во всяком случае, если еще раз встретимся, будет лучше; 2. что бы ни случилось, несмотря ни на что; hər hansı bir (обозначает неопределенность) любой, всякий. Hər hansı bir iş всякая работа; hər şeydən əvvəl прежде всего, в первую голову; hər şeyə qulp qoymaq ко всему придираться; hər şeyi söz eləmək из всего делать проблему; hər şeydən əli çıxmaq остаться при пиковом интересе; остаться ни с чем; hər şeydən, hər yerdən bir az отовсюду обо всём
Azərbaycanca-rusca lüğət / hər1 əv. each, every, any; ~ vaxt each time, at any time; ~ an always, any moment; ~ bir every; each, each one; anyone of, whoever; ~ gün every day; continually; ~ iki gündən bir every two days, every other day; ~ addımda at every step; ~ dəfə every time; ~ halda in any case, under any circumstances; ~ kim whoever; ~ necə in whatever way; ~ nəyin bahasına olursa olsun at any cost; ~ nədənsə for some reason or other; ~ nə qədər however much, ~ harada wherever; ~ yerdə everywhere; ~ zaman every time, always; ~ kəs everyone, everybody, anyone, anybody; ~ şey everything, anything; Hər şey ola bilər Anything may happen; Hər kəs bilməlidir Everyone ought to know; ~ kəsdən qabiliyyətinə görə, ~ kəsə əməyinə görə from each according to his ability, to each according to his work; ~ kəsdən qabiliyyətinə görə, ~ kəsə ehtiyacına görə from each according to his ability, to each according to his needs
Azərbaycanca-ingiliscə lüğət / hər1 əv. chaque, tout ; n’importe quel ; n’importe lequel ; ~ vaxt tout le temps ; n’importe quand ; ~ an à tout (chaque) moment ; ~ gün chaque jour m ; ~ dəfə chaque fois f ; ~ halda en tout cas m ; ~ kim n’importe qui ; ~ yerdə partout ; ~ zaman toujours, de tout temps ; à n’importe quel moment
Azərbaycanca-fransızca lüğət / hər1 тӀв-эв. гьар, гьар са; hər oxuyan Molla Pənah olmaz. Ata. sözü гьар кlелайдакай алим жедач; // hər bir гьар са; hər biri гьар сад, гьар са кас ва я гьар са затӀ; hər adam кил. hər kəs; hər an кил. hər vaxt; hər cəhətdən гьар (са) жигьетдай, тамам; hər cür гьар жуьре, жуьреба-жуьре; hər dəqiqə кил. hər vaxt; hər gün гьар юкъуз, гьамиша; hər kəs (kim) гьар кас (сад, вуж) а) гьар са кас, вири, вири инсанар; б) гьар гьим хьайтӀани, малум тушир, течир кас; hər ləhzə кил. hər an; hər nə гьар вуч, гьар са затӀ, вуч аватӀани; hər nəfər кил. hər kəs; hər saat кил. hər vaxt; hər şey гьар са затӀ, вуч аватӀани вири, вири; hər tərəf гьар са пад, вири элкъвер, къваларив гвай чкаяр, невегьар; hər vaxt гьар вахтунда, гьар са чӀавуз, гьар гьеленда, гьар декъикъада, гьар сятда, мус хьайитӀани, гьамиша; hər yan гьар са пад, кьуд пад, элкъвер, элкъвез-элкъвез вири невегьар; hər zaman кил. hər vaxt; ** hər addımda гьар камуна, камун кьилиз, фад-фад; hər ağızdan bir avaz (səs) gəlir (çıxır) гьарда са суьрне (макьам) язва, гьар сиве са аваз ава (са кардал виридан фикирар сад тахьун); hər bir ehtimala qarşı гьар са игьтималдиз къарши, игьтияж хьайила, лазим къведамаз, хьун мумкин тир са кардин патахъай; hər bir kəlamı (sözü) qızıldır гьар са калам (гаф) къизил я (гзаф акьуллу, къиметлу каламар, гафар рахадай касдин гьакъинда); hər biri bir oğula dəyər гьар сад са хцик ква (гзаф къиметлу я, гуьзел я, тай-барабар авач манада); hər gördüyündən göz kirəsi istəmək гьар акурдавай вилин кири кӀан хьун, гьар акур, дуьшуьш хьайи касдивай са затӀ къачудалди гъил чӀугун тавун; hər halda гьар гьал(да) а) гьикӀ хьайитӀани, якъин (игьтимал къалурдай гаф); б) гьар гьикӀ хьайитӀани, вуч кӀантӀани хьуй, мутӀлакь; hər hansı bir гьар гьи хьайитӀани са (мес. кар, кас); hər işə (şeyə) qulp qoyur (гьар са кардал, затӀунал) къулп эцигун, кӀвалахиз манийвал авун манада; hər kol dibindən çıxan кил. hər yerindən duran; hər necə çalsa(lar), elə (eləcə) də oynamaq масадан (масада ягъай, чарадан) макьамдал кьуьлун (кьилди вичин фикир авачиз, масадан гафуналди кар акун); hər nə isə гьар вуч ятӀани, вуч ятӀани (ихтилат, лагьай фикир тамамарун патал лугьудай ибара); hər nə qədər (olsa) гьар гьикьван хьайитӀани, гьикӀ хьайитӀани, гьар гьал(да); hər nə olur(sa) olsun гьар гьикӀ хьайитӀани хьуй, гьар гьал(да), мутӀлакь; hər şeydən əvvəl виридалай (гьар са затӀунилай) вилик, сад лагьай нубатда; hər şeyi söz eləmək гьар са затӀуникай гаф авун, гьар буш затӀуниз дикъет авун, адакай мана хкудун; hər vəchlə гьар гьикӀ хьайитӀани хьуй, гьар гьал(да); hər tükü bir qızıl зар. гьар са чӀар са къизил (гзаф тарифун макъамда лугьудай ибара); hər yerindən duran; hər yetən (çatan); hər yoldan (küçədən) ötən (keçən) гьар чкадилай къарагъайди, гьар са валакай хкатайди, гьар са рехъ алатайди, гьар гьим хьайитӀани (масад кваз такьун, гьисаба такьун, саймиш тавун манада ибара); hər yolla гьар са рекьелди, гьар гьикӀ хьайитӀани, вири рекьералди.
Azərbaycanca-ləzgicə lüğəti / hər