hərləmək sözü azərbaycan dilində

hərləmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hərləmək • 93.1034%
  • HƏRLƏMƏK • 3.4483%
  • Hərləmək • 3.4483%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

hərləmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Dairəvi şəkildə hərəkət etdirmək; fırlatmaq, dolandırmaq, hərləndirmək, aylandırmaq. Çarxı hərləmək. – Gözləri sevinclə gülən bir qız və oğlan çiyin-ciyinə verərək qüvvətli əllərilə böyük bir təkəri hərləyir. M.İbrahimov. Cavan fəhlə cəld bir hərəkətlə əlindəki açarı quyuya endiriləcək boruya keçirərək hərlədi… M.Hüseyn. 2. Dalını qabağa, yuxarısını aşağı və ya əksinə çevirmək; döndərmək, dolandırmaq, hərləndirmək, o tərəf-bu tərəfə çevirmək. Buruqçu Salman kepkasını hərləyib, ona baxan gənclərə göz gəzdirir, Ağbulaq meşələrinə səs sala-sala ucadan danışaraq sözünü qurtarmaq istəyirdi… S.Rəhimov. Yüngül, səssiz addımlarla [qadın] manqalın yanına endi, arxasını gələn adama çevirib şişləri hərləməyə başladı. İ.Hüseynov. // Havada fırlatmaq, dolandırmaq, hərləndirmək. Qamçını hərləmək. Qumbaranı hərləyib atmaq. – [Vaqif] qeyri-ixtiyari olaraq əlini pəncərəyə tərəf hərləyəndə güldana toxunub saldı. Çəmənzəminli. Usta Əbülqasım çəkicini hərləyərək cavab verdi. S.Rəhimov. 3. məc. Dalısınca düşüb izləmək, axtarmaq. Yaranal güclü qoşun götürüb, Nəbini dağlarda hərləməyə başladı. “Qaçaq Nəbi”.

    Azərbaycan dilinin izahlı lüğəti / hərləmək

hərləmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

hərləmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. вертеть, крутить, кружить, вращать; 2. преследовать;

    Azərbaycanca-rusca lüğət / hərləmək
  • 2 глаг. 1. вращать, вертеть, крутить: 1) приводить, привести в круговое движение. Çarxı hərləmək вращать колесо, sükanı hərləmək крутить руль 2) держа в руках, поворачивать в разные стороны, приводить во вращательное, круговое движение. Şlyapasını hərləmək вертеть шляпой, şişləri hərləmək вертеть шомпола 3) совершать круговое вращательное движение в воздухе. Əlindəki qamçısını hərləyirdi вертел в руках хлыстик 2. перен. преследовать (гнаться за кем-л., стремясь захватить, настичь). Caniləri meşədə hərləmək преследовать преступников в лесу 3. прогуливать кого-л., водить гулять; водить медленным шагом. İti bayırda hərləmək прогуливать собаку во дворе ◊ əcəl hərləyir kimi на грани смерти кто, смерть не отступает от кого, смерть ходит по пятам кого

    Azərbaycanca-rusca lüğət / hərləmək

hərləmək sözünün inglis dilinə tərcüməsi

hərləmək sözünün fransız dilinə tərcüməsi

hərləmək sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#hərləmək nədir? #hərləmək sözünün mənası #hərləmək nə deməkdir? #hərləmək sözünün izahı #hərləmək sözünün yazılışı #hərləmək necə yazılır? #hərləmək sözünün düzgün yazılışı #hərləmək leksik mənası #hərləmək sözünün sinonimi #hərləmək sözünün yaxın mənalı sözlər #hərləmək sözünün əks mənası #hərləmək sözünün etimologiyası #hərləmək sözünün orfoqrafiyası #hərləmək rusca #hərləmək inglisça #hərləmək fransızca #hərləmək sözünün istifadəsi #sözlük