bəsləmək sözü azərbaycan dilində

bəsləmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bəsləmək • 98.3806%
  • BƏSLƏMƏK • 0.8097%
  • Bəsləmək • 0.8097%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

bəsləmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Tərbiyə edib böyütmək, boya-başa çatdırmaq. Madərləriniz etdi sizə mehrü məhəbbət; Ağuşi-şəfəqqətdə sizi bəslədi rahət. M.Ə.Sabir. Anadır hər kişiyə öz vətəni; Bəsləyib sinəsi üstündə onu. A.Səhhət. // Yetişdirmək, becərmək. Körpə heyvanları bəsləmək. – İpək qurdlarını bəsləmək üçün respublikamızın alimləri iriyarpaqlı yaxşı ipək verən zərif tut ağacları yetişdirmişlər. M.Axundov. 2. Qidalandırmaq, yedirmək, yediribiçirtmək, yedirib-kökəltmək. Ətlik qoyunları qidalı yemlərlə bəsləmək. – Cəm edəcək tarlasının hasilin; Bəsləyəcək ailəsin, həm elin. M.Ə.Sabir. 3. məc. Qorumaq, saxlamaq. Bəbəktək bəslədim daim gözümdə xali-hinduni. Nəsimi. 4. Duymaq, hiss etmək, ürəyində saxlamaq. Onların hamısına eyni hiss və münasibət bəslədiyim halda, bir dəstə gülü kimə verəydim? Mir Cəlal. 5. “Etmək” sözünün sinonimi kimi bəzi isimlərə qoşularaq, mürəkkəb feil düzəldilir; məs.: ümid bəsləmək, etibar bəsləmək, nifrət bəsləmək.

    Azərbaycan dilinin izahlı lüğəti / bəsləmək

bəsləmək sözünün etimologiyası

  • 1 Mənbələrdə bes sözü var, “откромление” mənasında açıqlanıb. Bəsi sözü də olub və “yedirtmək” mənasında işlədilib. Bəsləmək də elə “кормить” deməkdir. Ərsəyə (əsli: əsrəyə) gətirmək ifadəsi ilə “qidalandırmaq, böyütmək” deməkdir. Bəs əsrə sözləri aş sözünün dəyişmiş formalarıdır: aşlamaq kəlməsi əs­rəmək, bəsləmək şəklinə düşüb. Bəsləmək, əsrəmək kəlmələri həm də “tər­bi­yələndirmək” demək olub, çünki qədimdə tərbiyə və qidalandırma eyni cür başa düşülüb. Başqa dillərdə də belədir: ərəbcə tərbiyə, rusca воспитание sözləri “qidalandırma” deməkdir (fikir verin: вос –пит –ание, buradakı пит his­səsi ап­петит, пить sözləri ilə qohumdur). Deməli, bəsləmək tarixən “yedirtmək, tərbiyələndirmək” anlamını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / bəsləmək

bəsləmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

bəsləmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. кормить, питать; 2. воспитывать, выращивать, растить, вынянчить; 3. культивировать;

    Azərbaycanca-rusca lüğət / bəsləmək
  • 2 глаг. kimi, nəyi: 1. воспитывать, воспитать (растить, вырастить кого- л.). Onu Vətən bəsləyib Родина воспитала его, öz (doğma) balam kimi bəsləmişəm воспитал как дитя родное 2. выращивать, вырастить; ухаживать (о животных, растениях). İpək qurdu bəsləmək ухаживать за шелковичными червями, gül bəsləmək выращивать цветы, quzuları bəsləmək растить ягнят 3. перен. kimə, nəyə питать какие-л. чувства к кому-, к чему-л. Məhəbbət bəsləmək питать любовь, любить; ümid bəsləmək питать надежду, надеяться; hörmət bəsləmək питать уважение, уважать

    Azərbaycanca-rusca lüğət / bəsləmək

bəsləmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to feed* (d.); (döşlə) to suck le (d.); to tend (d.), to nurse (d.); 2. to bring up (d.), to raise (d.), to breed* (d.); 3. (bitkini) to grow (d.), to look after (d.); gül ~ to look after flowers; 4. to feel* (d.), to nourish (d.), to cherish (d.); simpatiya ~ to feel* sympathy (for); ümid ~ to cherish / to nourish the hope; bir kəsə dərin hörmət ~ to have* a profound respect for smb.; nifrət ~ to hate (d.), to detest (d.), to abhor (d.)

    Azərbaycanca-ingiliscə lüğət / bəsləmək

bəsləmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. éduquer vt, élever vt ; former vt, cultiver vt ; ~ döşlə alléter vt ; ~ bitkini ; cultivar une plante ; gül ~ cultiver des fleurs ; simpatiya ~ avoir de la sympathie pour qn ; ümid ~ nourrir d’espoir

    Azərbaycanca-fransızca lüğət / bəsləmək

bəsləmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. хуьн, хвена (тербия гана, къуллугъна) чӀехи авун, хвена агакьарун; 2. тӀуьн гун, нез гун, рузи гун, хуьн; ем гун, ем гана куькарун; 3. пер. хуьн; 4. гьисс авун, рикӀе хуьн, къалурун; 5. “авун” манада; ümid bəsləmək умуд авун, умуд кутун; etibar bəsləmək ихтибар авун; nifrət bəsləmək нифрет авун.

    Azərbaycanca-ləzgicə lüğəti / bəsləmək

bəsləmək sözünün türk dilinə tərcüməsi

"bəsləmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəsləmək nədir? #bəsləmək sözünün mənası #bəsləmək nə deməkdir? #bəsləmək sözünün izahı #bəsləmək sözünün yazılışı #bəsləmək necə yazılır? #bəsləmək sözünün düzgün yazılışı #bəsləmək leksik mənası #bəsləmək sözünün sinonimi #bəsləmək sözünün yaxın mənalı sözlər #bəsləmək sözünün əks mənası #bəsləmək sözünün etimologiyası #bəsləmək sözünün orfoqrafiyası #bəsləmək rusca #bəsləmək inglisça #bəsləmək fransızca #bəsləmək sözünün istifadəsi #sözlük