* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Mühafizə etmək, qorumaq, keşiyini çəkmək. Bizə çün qədr bulunmaz, çıxalım dünyadan; Müştəri yox, necə bir bəkləyəlim bazarı. Füzuli. Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışır yollara doğru. Qurbani. Əhli-halın bəzminə huşyar olan layiq deyil; Bəkləyən meyxanə qapısın bu cənnət babidir. Qövsi. 2. Gözləmək. …Nabat xala yavaş-yavaş qazanıb, evin məxaricini təmin edir və iqtisadi ehtiyacı olmadığından oturub, özünə adlı-sanlı bir kürəkən bəkləyirdi. B.Talıblı. Hardasan, gözlərim həp səni bəklər; Bax, övladın necə giryandır, ana! S.Vurğun. [Bülənd] Sonadan bəklədiyini görmürdü. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / bəkləmək2 Gözləmək. On bir aydı sər tovlanda bəklədim, Olsana dərdimə bir agah mənim. (“Qurbani”)
Azərbaycan dastanlarının leksikası / bəkləmək1 глаг. устар. 1. охранять, караулить, сторожить. Şeyləri bəkləmək охранять вещи 2. ждать, ожидать
Azərbaycanca-rusca lüğət / bəkləmək