* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Oxşamaq. Yanaq üzrə saçın tovuza bənzər. Nəsimi. Daşə bənzər bağrı, təsir eyləməz əfqan ona. Füzuli. Fələk rənginə bənzər bu bənövşə. X.Natəvan. İllərin yarpaq kimi bir-birinə bənzəyən müxtəlif günləri var. R.Rza. 2. Tay olmaq, tənləşmək, bərabər olmaq, uyğunlaşmaq. Sən heç bir vaxt ona bənzəməzsən.
Azərbaycan dilinin izahlı lüğəti / bənzəmək1 Sözün əsli bəniz kəlməsi ilə bağlıdır, yaş-a-maq qəlibi üzrə bəniz-ə-mək feili əmələ gəlib, sonra i saiti reduksiya olunub. Yanzamaq kimi də işlədilib, “yanaq, bəniz oxşarlığı” demək olub. İndi məna genişlənib. Bəniz və bənzəmək kökdaş sözlərdir. Oxşar anlamında yanlıq sözü də olub. Öz hərəkətini kiminsə hərəkətinə oxşatmağa “yansıla” deyiblər (indi: yamsıla kimi işlədirik). Deməli, yamsılamağın da kökü yan sözüdür. Belə məlum olur ki, yanaq, bət, bəniz, bənzəmək sözləri tarixən qohum olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bənzəmək2 глаг. 1. быть похожим, быть сходным. Yarpaqlar bir-birinə bənzəyir листья похожи один на другой 2. уподобиться, стать подобным к ому-, чему-л., похожим на кого-л., что-л.
Azərbaycanca-rusca lüğət / bənzəmək