bənzətmə sözü azərbaycan dilində

bənzətmə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • bənzətmə • 94.5946%
  • Bənzətmə • 4.5045%
  • BƏNZƏTMƏ • 0.9009%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bənzətmə
Bənzətmə — klassik ədəbiyyatda işlənən nəzirənin aşıq poeziyasındakı ekvivalenti. Bir qayda olaraq, sonrakı nəslə, yaxud ədəbi məktəbə mənsub aşıq özündən əvvəl yaşayıb-yaratmış ustad sənətkarın diqqətini cəlb edən, təsirləndiyi şeirə yaxın şeir, yəni onun oxşarını, bənzərini yaratmağa çalışır. Bənzətmə, yaxud bənzəmə adlandırılan belə yeni transformasiya zamanı qafiyələnmə prinsipi olduğu kimi qorunub saxlanır. Bənzətmə ruh və məzmun etibarı ilə də klassikin əsərinə yaxın olmalıdır. Məsələn, vaxtı ilə Aşıq Ələsgər aşağıdakı misraların yer aldığı "Olacaqdı" qoşmasını yazmışdı: Özünü Aşıq Ələsgər ədəbi məktəbinin davamçısı sayan Aşıq Hüseyn Bozalqanlı qoşmaya eyni adlı bənzətmənin müəllifidir: Bənzətmə yalnız bir ədəbi məktəbin, yaxud janrın hüdudları ilə məhdudlaşmır. Aşıqların klassik poeziya nümunələrindən, şairlərin isə folklordan və aşıq yaradıcılığından təsirlənərək bənzətmə xarakterli əsərlər yaratmaları ilə bağlı çoxsaylı misallar mövcuddur. Məlum olduğu kimi, realist xalq şeirinin ən görkəmli nümayəndəsi Molla Pənah Vaqif həyatının son günlərində dövrünün ictimai ədalətsizliklərini qabarıq şəkildə əks etdirən, qoyan fəlsəfi mündəricəli "Görmədim" müxəmməsi qələmə almışdı. Müxəmməs bu misralarla başlanır: Aşıq Ələsgər aradan təxminən yüz il keçəndən sonra həmin müxəmməsə özünün eyni narazılıq və etiraz ruhu ilə dolu bənzətməsini qələmə almışdı: Bənzətmə yalnız oxşar mövzular, yaxud motivlər əsasında yaranmır. XX əsr Azərbaycan poeziyasında inqilabi dəyişikliklərə imza atmış böyük Mirzə Ələkbər Sabir Füzulinin gözəlin və gözəlliyin vəsfinə həsr olunmuş incə qəzəllərinə öz dövrünün tiplərini göz önündə canlandıran bənzətmələr yazmışdır. Bənzətmədə eyni zamanda bədii mətndə söylənən fikrin ifadəliliyini, emosional təsir gücünü artırmaq üçün haqqında söhbət açılan predmet (surət, hiss, duyğu) başqa məfhumlara bənzədilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2004 •••• 0.34
2007 ••• 0.21
2009 •• 0.16
2010 •••• 0.27
2011 •• 0.17
2012 •• 0.17
2013 •••••••••••••••••••• 1.75
2014 •• 0.17
2015 •••••• 0.51
2017 •• 0.16
2018 •••••• 0.45
2019 •• 0.14

bənzətmə sözünün leksik mənası və izahı

  • 1 1. “Bənzətmək”dən f.is. Bir-birinə bənzətmə. 2. is. ədəb. Nəzirə surəti ilə bir əsərə təqlidən yazılmış əsər. Nizamiyə bənzətmə. Füzuliyə bənzətmə. Sabirə bənzətmə. // Təşbeh.

    Azərbaycan dilinin izahlı lüğəti / bənzətmə

bənzətmə sözünün rus dilinə tərcüməsi

  • 1 подражание, уподобление, имитация

    Azərbaycanca-rusca lüğət / bənzətmə
  • 2 I сущ. от глаг. bənzətmək 1. уподобление; аналогия 2. лит. подражание. Nizamiyə bənzətmə подражание Низами 3. эпитет; имитация II прил. имитационный. Bənzətmə oyunlar имитационные игры

    Azərbaycanca-rusca lüğət / bənzətmə

bənzətmə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. f.is. кил. bənzətmək; 2. сущ. лит. са эсердиз ухшар авуна, гьадаз килигна кхьенвай эсер; // гекъигун, тешпигь.

    Azərbaycanca-ləzgicə lüğəti / bənzətmə

"bənzətmə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bənzətmə nədir? #bənzətmə sözünün mənası #bənzətmə nə deməkdir? #bənzətmə sözünün izahı #bənzətmə sözünün yazılışı #bənzətmə necə yazılır? #bənzətmə sözünün düzgün yazılışı #bənzətmə leksik mənası #bənzətmə sözünün sinonimi #bənzətmə sözünün yaxın mənalı sözlər #bənzətmə sözünün əks mənası #bənzətmə sözünün etimologiyası #bənzətmə sözünün orfoqrafiyası #bənzətmə rusca #bənzətmə inglisça #bənzətmə fransızca #bənzətmə sözünün istifadəsi #sözlük