* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. Görünmək, aşkar olmaq, aydın olmaq, bilinmək, tanınmaq. Rəmz anlayan, söz düşünən, dərd bilən; Aləmlərdə şöhrətlənir, bəllənir. Qurbani. Mərd igidlər yarasından bəllənər; Namərdləri qoy tər bassın, xar olsun! “Koroğlu”.
Azərbaycan dilinin izahlı lüğəti / bəllənmək2 Bilinmək, tanınmaq, aşkar olmaq, aydın olmaq, görünmək. (“Koroğlu” dastanının lüğəti) Dəlilərim, bu gün dava günüdü, Müxənnət ölkəsi talanmaq gərək! Qoç igidlər yarasından bəllənər, Şərbəttək qanına yalanmaq gərək! (“Durna teli”) * Amma ki Çənlibel karvan yolunun üstündəydi deyin, Koroğlunun sədası hər yerə yayılmışdı. Hər yerdə adı bəllənmişdi. (“Koroğlunun Dərbənd səfəri”) * Mənə Bəlli Əhməd deyərlər. Mənim qanım sellənər, sirrim bəllənməz. (“Koroğlunun İstanbul səfəri”)
Azərbaycan dastanlarının leksikası / bəllənmək1 глаг. 1. выясняться, выясниться, быть выясненным 2. намечаться быть намеченным 3. становиться, стать известным
Azərbaycanca-rusca lüğət / bəllənmək