hərlənmək sözü azərbaycan dilində

hərlənmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hərlənmək • 92.3077%
  • HƏRLƏNMƏK • 5.1282%
  • Hərlənmək • 2.5641%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

hərlənmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir şeyin ətrafında dolanmaq, fırlanmaq, aylanmaq, dövrə vurmaq. Bağın ətrafına hərlənmək. – Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yan-yörəsinə hərlənib, özünə mehriban eləmişdi. “Koroğlu”. Qoçaq ağacın dövrəsinə hərlənib gövdəsinə yanaşdı… M.Rzaquluzadə. // xüs. Öz oxu ətrafında fırlanmaq, dolanmaq. Çarx hərləndi və getdikcə kəndir açıldı. C.Cabbarlı. Val sürətlə hərlənir. Gənc bir Azərbaycan bəstəkarı tərəfindən yazılmış xəfif, rayihədar bir melodiya sərin yay küləyinə qarışaraq, talvardan uzaqlara qanad çalır. İ.Əfəndiyev. // Havada dövrə vurmaq. Sərçələr bağın üstündə hərlənir. –Çox yeriməyib uşaq durdu, başının üstə bir gecəquşu hərlənib fırlanırdı. Çəmənzəminli. 2. Gəzmək, dolaşmaq, dolanmaq, gəzişmək. Bir az bulvarda hərlənmək. – O tərəfdən padşah qızı dağda nə qədər hərləndisə, Güloğlanı tapa bilmədi. (Nağıl). Sübhanverdizadə hərlənib əlini zəngin düyməsinə dayadı, katib içəriyə girdi. S.Rəhimov. 3. məc. Gəlib keçmək, ötüb keçmək, dolanıb keçmək. Əsrlər hərləndi. – İllər, aylar gəldi, hərləndi, Şəms axırda bir şəhərə çatdı. (Nağıl). 4. məc. Qurdalanmaq, vurnuxmaq. Orada nə hərlənirdin? – [Eyvaz:] Bu gecə vaxtı burada nə hərlənirsən? “Koroğlu”.

    Azərbaycan dilinin izahlı lüğəti / hərlənmək

hərlənmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

hərlənmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. вертеться, кружиться, вращаться; 2. погулять, прогуляться; 3. околачиваться, возиться, болтаться;

    Azərbaycanca-rusca lüğət / hərlənmək
  • 2 глаг. 1. вертеться, вращаться, кружиться 1) двигаться по кругу, кругообразно. Parkın ətrafında hərlənmək кружиться вокруг парка, ağacların ətrafında hərlənmək кружиться вокруг деревьев 2) поворачиваться вокруг своей оси. Çarx hərlənir колесо вращается 3) делать, описывать круги на лету. Quşlar evin üstündə hərlənirlər птицы кружатся над домом 2. погулять, прогуливаться, прогуляться. Axşamlar bağda hərlənmək adamın səhhətinə çox xeyirdir прогуливаться по вечерам в саду очень полезно для здоровья человека 3. перен. проходить, пройти, пролететь. İllər, əsrlər hərlənir, nəsillər köçür, adamın heç xəbəri də olmur проходят года и века, уходят поколения, и человек не замечает 4. перен. околачиваться, возиться, болтаться. Burada nə hərlənirsən? что ты околачиваешься здесь? evin yanında hərlənmək bəs deyil? не хватит ли болтаться около дома?

    Azərbaycanca-rusca lüğət / hərlənmək

hərlənmək sözünün inglis dilinə tərcüməsi

hərlənmək sözünün fransız dilinə tərcüməsi

hərlənmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. элкъуьн; 2. экъуьн, къекъуьн; 3. пер. алатун, атана алатун, алатна фин, кьил-кьилел хтун (вахт); 4. пер. авун, къекъуьн.

    Azərbaycanca-ləzgicə lüğəti / hərlənmək

Oxşar sözlər

#hərlənmək nədir? #hərlənmək sözünün mənası #hərlənmək nə deməkdir? #hərlənmək sözünün izahı #hərlənmək sözünün yazılışı #hərlənmək necə yazılır? #hərlənmək sözünün düzgün yazılışı #hərlənmək leksik mənası #hərlənmək sözünün sinonimi #hərlənmək sözünün yaxın mənalı sözlər #hərlənmək sözünün əks mənası #hərlənmək sözünün etimologiyası #hərlənmək sözünün orfoqrafiyası #hərlənmək rusca #hərlənmək inglisça #hərlənmək fransızca #hərlənmək sözünün istifadəsi #sözlük