* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Gəzmək, dolaşmaq, dolanmaq. Nəbi Naxçıvanda bir az girlənib, İsmayılın yerini öyrənməyə çalışırdı, ancaq tapmırdı. “Qaçaq Nəbi”. O, Şehli kəndinin arasında xeyli dolandı, girlənə-girlənə (z.) Safonun kahasının qabağında dayandı. S.Rəhimov. 2. Yaşamaq, dolanmaq, birtəhər baş saxlamaq, keçinmək. Orada-burada girlənmək. – [Çimnaz] birtəhər girlənən ailəni artıq xərcə-borca düşməkdən qorumaq istəmişdi. Ə.Əbülhəsən.
Azərbaycan dilinin izahlı lüğəti / girlənmək1 Baş girləmək, başını dolandırmaq ifadələrindəki girlə, dolandır sözlərinin mənası nədir? Mənbələrdə girlənmək kəlməsinin mənası “öz ətrafında sürətlə fırlanmaq” kimi açıqlanıb. Deməli, baş girləmək “yalnız öz işi ilə məşğul olmaq” (öz ətrafında fırlanmaq), “başqa şeyə məhəl qoymamaq” deməkdir. Girlənmək sözünün hərfi mənası fırlanmaq sözü ilə bağlıdır. Sözün kökü farsca gird (girdə) kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / girlənmək1 1. плутать, валандаться; 2. временно чем-нибудь заниматься, чтобы раздобыть прожиточный минимум;
Azərbaycanca-rusca lüğət / girlənmək2 глаг. 1. шляться, ходить, бродить 2. перебиваться, перебиться (с трудом, кое-как прожить) ◊ birtəhər girlənmək перебиваться с хлеба на квас
Azərbaycanca-rusca lüğət / girlənmək1 f. 1. to stray, to wander; 2. to live somehow / in some way
Azərbaycanca-ingiliscə lüğət / girlənmək1 гл. 1. къекъуьн, экъуьн; 2. яшамиш хьун, дуланмиш хьун, са тегьер кьил хуьн, югъ няни авун.
Azərbaycanca-ləzgicə lüğəti / girlənmək