iməkləmək sözü azərbaycan dilində

iməkləmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • iməkləmək • 90.0000%
  • İMƏKLƏMƏK • 5.0000%
  • İməkləmək • 5.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2012 •••••• 0.09
2013 •••••••••••••••••••• 0.29

iməkləmək sözünün leksik mənası və izahı

  • 1 f. Əllər və dizlər üzərində hərəkət etmək. Nə isə, vaxt yetişdi, gərək uşaq iməkləsin, yerisin, gülsün, danışsın, şad olsun… N.Nərimanov. [Atakişi:] Ay sənə qurban inəklər; Bu balam haçan iməklər. C.Cabbarlı. Əllərin qurtardı iməkləməkdən; Ayağın yer tutdu, a qızım, sənin. B.Vahabzadə. // Üzüqoylu sürünə-sürünə hərəkət etmək, yerlə sürünmək. Dəyirman üstə ləklər; Çırmanıb ağ biləklər; Oğlan qızdan ötəri; Dizi-dizi iməklər. (Bayatı). [Döyüşçülər] bəzən uşaq kimi iməkləyir, bəzən də şahin kimi uçurdular. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / iməkləmək

iməkləmək sözünün etimologiyası

  • 1 Türk dillərində ömələmək, ömgələmək (hər ikisi “iməkləmək” de­mək­dir) kimi feillər olub və bunlar əmək kəlməsi ilə qohumluq təşkil edirlər. Əmək, iməcilik, iməkləmək kökdaş sözlərdir, qədim mənası “iş, əziyyət” demək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / iməkləmək

iməkləmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 İMƏKLƏMƏK (müxtəlif mənalarda) O, yazıq anasının dalınca ağlaya-ağlaya iməklədi (M.Hüseyn); SÜRÜNMƏK Yasavul düşündükcə tələsiyir, üzü yuxarı sürünür, mümkün qədər öz qisasını tez almaq üçün bacarığını işə salmaq istəyirdi (S.Rəhimov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / iməkləmək

iməkləmək sözünün rus dilinə tərcüməsi

  • 1 ползти на четвереньках

    Azərbaycanca-rusca lüğət / iməkləmək
  • 2 глаг. 1. ползать: 1) передвигаться, припадая туловищем к какой-л. поверхности, перебирая по ней руками и ногами. Uşaq artıq iməkləyir ребенок уже ползает 2) перен. заискивать, унижаться, пресмыкаться перед кем-л. Dizin-dizin iməkləmək ползать на коленях перед кем-л. 2. ползти, проползти (ползком переместиться на какое-л. расстояние). O, on metr iməklədi он прополз десять метров

    Azərbaycanca-rusca lüğət / iməkləmək

iməkləmək sözünün inglis dilinə tərcüməsi

iməkləmək sözünün fransız dilinə tərcüməsi

iməkləmək sözünün ləzgi dilinə tərcüməsi

iməkləmək sözünün türk dilinə tərcüməsi

"iməkləmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iməkləmək nədir? #iməkləmək sözünün mənası #iməkləmək nə deməkdir? #iməkləmək sözünün izahı #iməkləmək sözünün yazılışı #iməkləmək necə yazılır? #iməkləmək sözünün düzgün yazılışı #iməkləmək leksik mənası #iməkləmək sözünün sinonimi #iməkləmək sözünün yaxın mənalı sözlər #iməkləmək sözünün əks mənası #iməkləmək sözünün etimologiyası #iməkləmək sözünün orfoqrafiyası #iməkləmək rusca #iməkləmək inglisça #iməkləmək fransızca #iməkləmək sözünün istifadəsi #sözlük