* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. məh. İyləmək, qoxulamaq, iy almaq. Külək də ac it kimi vurnuxur o küçədən bu küçəyə; Qapıları, divarları imsiləyir. R.Rza. İmsilədi o, havanı; Buynuzunu sürtdü daşa. Z.Xəlil.
Azərbaycan dilinin izahlı lüğəti / imsiləmək1 İm sözü iy sözü ilə paralel və eyni mənada işlədilib, -si şəkilçisi meyil, arzu mənalı sözlər düzəldib. Söz im-si-mək, im-si-k (isim), im-si-i-lə qəlibi üzrə yaranıb (imsik sözü də var: “iy bilən” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / imsiləmək