* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Gözə tanış gəlməyən, şübhəli görünən tip; subyekt. Bu hərif kimdir? O hərif haradan gəldi? – [Mehralı:] Müxtəsər, bankdan bizim çeklərlə pul alanda hərifləri qamarlayıblar. S.Rəhman. [Yusif:] Həriflər daşımağa macal tapmayıblar, özləri əkilsə də, çuvallar şahid qalıb… B.Bayramov. 2. məc. Bic, çoxbilmiş, tez başa düşən, tez duyan, ayıq. Yaman hərifdir. – Bəhram hərif olduğu üçün Qulunun bu mehribanlığına əhəmiyyət vermədi və … bu nəvazişdən sonra əməli bir təklif olacağını gözlədi. Çəmənzəminli. [Hacı Murad:] Amma o da hərifdir, özünü o yerə qoymuşdu ki, guya heç bir zaddan xəbəri yoxdur. S.S.Axundov. 3. Yüngül söyüş məqamında işlədilir. [Altunbay:] Sən də, Toğrul, xristian hərif, yaxın gəl! C.Cabbarlı. [Ağasəfər:] Adə, ey … çayqıraqlı pəzəvəng hərif! Qrammofon niyə susdu? Ə.Əbülhəsən. // məc. Alçaq, yaramaz (adı çəkilməyə layiq olmayan adam haqqında). – Nə var? – Nə oldu? – Həriflər özgə bir səngərə doldu. S.Vurğun. Bombatək partlaram döyüş zamanı; Bütün hərifləri edərəm zəlil. S.Rüstəm. 4. dan. Oyun yoldaşı; oyundaş. Hərif uduzdu. – Uşaqlardan biri o birilərinə him ilə bildirirdi ki, gələn hərif xamdır. H.Sarabski. Hərifin biri həmişə istər ki, aşıqlar alçı dursun, o birisi də gözünü dikib tovxanlara müntəzir olar. Ü.Hacıbəyov. 5. klas. Sirdaş, yoldaş, munis. Bildim, qəmini sənin, ki çoxdur; Qəm çəkməyə bir hərif yoxdur. Füzuli. 6. bax rəqib 2-ci mənada. Qara pəhləvan gördü, yox, hərif çox qüvvətlidir. “Koroğlu”.
Azərbaycan dilinin izahlı lüğəti / hərif2 ə. 1) sənət yoldaşı; sənətdaş; 2) kef, oyun yoldaşı; 3) gücdə, birlikdə və s. bərabər olan; 4) düşmən, rəqib.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / hərif1 Ərəbcə “yoldaş” deməkdir. Hərf isə səsin yazıdakı işarəsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / hərif1 HƏRİF – ARİF O öz məsələsinə arifdir (C.Cabbarlı); Doğrusu, hərifin təklifi xoşuma gəldi (Çəmənzəminli).
Azərbaycan dilinin antonimlər lüğəti / hərif2 сущ. 1. пренебр. разг. субъект (человек с отрицательными свойствами характера, тёмная, подозрительная личность), тип. Bu hərif kimdir? кто этот субъект? 2. жарг. партнёр (тот, кто принимает участие вместе с кем-л. в какой-л. игре) 3. жарг. фраер, фрайер: 1) о любом мужчине. Bu hərif kimdir? Что это за фраер? (кто этот человек) 2) неопытный, наивный человек. Səni bir hərif kimi aldadıblar тебя обманули как фраера, özünü hərif kimi aparırsan ведёшь себя, как фраер ◊ hərif olma не будь фраером; hərif öz işini bilir знает кошка чье мясо съела
Azərbaycanca-rusca lüğət / hərif1 I. i. strange fellow; queer bird; ~ olmaq to be* ignorant; to be* deceived II. s. naive, naive; ~ adamlar naive people
Azərbaycanca-ingiliscə lüğət / hərif1 is. individu m, type m ; ingénu m ; inconnu m, étranger m ; ~ olmaq être naï//f, -ve
Azərbaycanca-fransızca lüğət / hərif1 [ər.] сущ. 1. вилиз таниш тушир, шак алаз аквадай тип; субъект; 2. пер. биж, амалдар, фад гъавурда акьадай, фад кьатӀудай, аюх; 3. пер. усал, алчах (тӀвар кьуниз лайих тушир касдин гьакъинда); 4. рах. юлдаш (къугъунра); 5. клас. юлдаш, сирдаш, мукьвади, дуст; 6. акъажунра иштирак ийизвайбурукай гьар сад; къарши тереф.
Azərbaycanca-ləzgicə lüğəti / hərif