hərc-mərclik sözü azərbaycan dilində

hərc-mərclik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hərc-mərclik • 96.9136%
  • Hərc-mərclik • 3.0864%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

hərc-mərclik sözünün leksik mənası və izahı

  • 1 is. Əmin-amanlıq, qayda-qanun olmadığı vəziyyət; qarışıqlıq, nizamsızlıq, qarmaqarışıqlıq; anarxiya. Hərcmərclik geniş Rusiyanın bir başından tutmuş o biri başına qədər dalğalanırdı. Çəmənzəminli. [Nizami:] Çünki hazırkı hərc-mərcliyi doğuran başlıca səbəb Toğrulun iş başında olmasıdır. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / hərc-mərclik

hərc-mərclik sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 HƏRC-MƏRCLİK [Əmiraslan ağa:] Belə hərc-mərclik onun kimi dilsiz-ağızsız tələfə gedə bilərlər (S.S.Axundov); ANARXİYA Səlimə: Xeyr... Onda anarxiya olardı (İ.Əfəndiyev); HƏRC-MƏRC Konsul: Məmləkət məhv olur, hərc-mərc gündəngünə artır... (M.S.Ordubadi); XAOS ..Həyat, baş açılmaz bir xaosa çevriləcək.. (M.İbrahimov); İĞTİŞAŞ Rizvan: Cəbhələrdə vuruşan ordu və dənizçilər içərisində də iğtişaş var (A.Şaiq); İXTİLAL Əbülhəsən bəy: O deyir ki, biz iştirakiyun firqəsi kimi, dini mədəniyyətə zidd hesab etmirik, çünki əsası din üzərində qurulmayan mədəniyyətin axırı ixtilaldan ibarətdir (M.S.Ordubadi); QARĞAŞALIQ Kəndə ikitirəlik; Bir də ki, qarğaşalıq; Salib, Pirəli etdi; Açıq-aydın paşalıq (M.Rahim); QARIŞIQLIQ Nə bilim, deyirlər ki, Zəncan tərəfdə qarışıqlıqdır (Mir Cəlal); ŞULUQLUQ Cavan oğlan: Şuluqluqdan qardaş qardaşı itirir (Mir Cəlal); HƏRKİ-HƏRKİLİK (bax); HÖKUMƏTSİZLİK, NİZAMSIZLIQ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / hərc-mərclik

hərc-mərclik sözünün rus dilinə tərcüməsi

  • 1 беспорядок, неразбериха, безалаберщина, суматоха, ералаш, хаос, хаотичность, неурядица, анархия

    Azərbaycanca-rusca lüğət / hərc-mərclik
  • 2 сущ. беспредел; неразбериха, кавардак, хаос, полный беспорядок. Hərc-mərclik hökm sürür harada царит полный беспорядок (хаос) где

    Azərbaycanca-rusca lüğət / hərc-mərclik

hərc-mərclik sözünün inglis dilinə tərcüməsi

hərc-mərclik sözünün fransız dilinə tərcüməsi

hərc-mərclik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. къайда-къанун, ислягьвал авачир везият (гьал); акахьайвал, къайдасузвал, алаш-булашвал; анархия.

    Azərbaycanca-ləzgicə lüğəti / hərc-mərclik

Oxşar sözlər

#hərc-mərclik nədir? #hərc-mərclik sözünün mənası #hərc-mərclik nə deməkdir? #hərc-mərclik sözünün izahı #hərc-mərclik sözünün yazılışı #hərc-mərclik necə yazılır? #hərc-mərclik sözünün düzgün yazılışı #hərc-mərclik leksik mənası #hərc-mərclik sözünün sinonimi #hərc-mərclik sözünün yaxın mənalı sözlər #hərc-mərclik sözünün əks mənası #hərc-mərclik sözünün etimologiyası #hərc-mərclik sözünün orfoqrafiyası #hərc-mərclik rusca #hərc-mərclik inglisça #hərc-mərclik fransızca #hərc-mərclik sözünün istifadəsi #sözlük