der sözü azərbaycan dilində

der

Yazılış

  • der • 72.1971%
  • Der • 22.4736%
  • DER • 5.2288%
  • DeR • 0.1006%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Der Adler
Der Adler (mənaca "Qartal") qəzeti Üçüncü Reyxin təbiğat xarakterli nəşrlərindən biri idi və Şerl Verlaq tərəfindən ay ərzində 2 dəfə nəşr edilirdi. 1939-cu ilin avqust ayından etibarən lüftvaffe ali komandanlığının dəstəyi ilə Şerl Verlaq tərəfindən yaradılmışdır. 1939-cu ildən 1944-cü ilədək qəzetin ümumilikdə 146 nömrəsi çap edilmişdir. Sidney L. Mayer, Masama Tokoi (1978): Der Adler. Eine Auswahl aus der Illustrierten der Luftwaffe 1939–1944. Stuttgart, Germany: Motorbuch-Verlag. ISBN 3-87943-577-4.
Der Angriff
Der Angriff 1927-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasının Berlin Gausu tərəfindən təsis edilən alman qəzeti idi. Qəzet Yozef Gebbels tərəfindən təsis edilmişdir. 1926-cı ildə Berlinin Nazi Partiyasının (Gauleiter) lideri oldu və partiyanın nəşrlərini təmin etmək üçün lazım olan pulun böyük hissəsini özü qarşıladı. Der Angriff kobud və təcavüzkar bir dildən istifadə edərək kütlələrə çatmaq üçün hazırlanmışdır. Antiparlamentarizm və antisemitizm kimi özünü təyin edən mövzular var idi. Məqalələr 1933-cü ilə qədər əsasən naşir Gebbels tərəfindən yazılmış və imzalanmışdır. Qəzetdə Hans Schweitzerin siyasi karikaturaları da çap olunmuşdur. Der Angriff ilk dəfə 4 iyul 1927-ci ildə "Angriff Press" tərəfindən nəşr edilmişdir. Onun şüarı İstismarçılara qarşı məzlumlar üçün idi. Daha sonra 1929-cu il oktyabrın 1-dən həftədə iki dəfə nəşr olundu.
Der Spiegel
Der Spiegel, "Şpigel" (azərb. Güzgü‎) — Hamburqda nəşr olunan Almaniyanın ən məşhur həftəlik jurnallardan biri. Jurnal özünü "Almaniya və Avropada ən böyük tirajlı məlumatlandırıcı-siyasi jurnalı" hesab edir. Orta hesabla həftədə təxminən 1,1 milyon nüsxə satılır. 2004-cü ildə jurnal 5,69 milyon insanı oxumuşdur. Hələ Birinci Dünya müharibəsindən əvvəl Münhendə Lion Feyxtvanger 1908-ci ilin noyabrında Ziqfrid Yakobsonun "Şaubyune" qəzeti birləşən Der Spiegel adlı bir qəzet nəşr etmişdir. İkinci Dünya Müharibəsindən sonra ilk nəşr 4 noyabr 1947-ci ildə, Hannoverdə, Diese Woche qəzetinin varisi olaraq nəşr olundu. Jurnal ilk növbədə "Time" jurnalındakı Amerika və Britaniya xəbərlərinin nəşrlərini izlədi. Bir müddət Rudolf Augşteynin rəhbərliyi altında gənc alman redaktorları işlərini tənqidi və ciddi jurnalistikanın prinsipləri ilə yerinə yetirməyə çalışdılar ki, ittihamlar hətta müttəfiqlərə (birinci və ikinci dünya müharibəsində Almaniya opponentlərinə) ünvanlanmışdı. Londonda hökumət və digər üç işğalçı qüvvə bu informasiya formasına etiraz etdi və jurnalın nəşri dayandırıldı.
Deyv Van Der Burq
Deyv Van Der Burq (10 iyul 1993, Xes[d], Şimali Brabant) — Niderlandlı peşəkar kişi BMX velosipedçisi. Deyv Van Der Burq Niderlandı beynəlxalq yarışlarda təmsil edir. Deyv Van Der Burq 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.197 saniyəlik nəticəsi ilə 20-ci yeri tutdu.
An der Vin
An der Vin (alm. Theater an der Wien‎) — Avstriyanın paytaxtı Vyanada teatr binası.
OMSI Der Omnibussimulator
OMSİ Der Omnibussimulator — avtobus sürücüsü simulator janrında bir oyun. Alman m-R proqramı studiyası tərəfindən hazırlanmışdır.
Oberkommando der Marine
Oberkommando der Marine (OKM) Nasist Almaniyasının Dəniz Qüvvələri Komandanlığı və Kriegsmarinenin ən yüksək inzibati və komandanlıq orqanı idi. Rəsmi olaraq Reichswehrin Marineleitung (“Dəniz Qüvvələri Komandanlığı”) 1936-cı ilin yanvar ayında quruldu. 1937-ci ildə yeni qurulmuş Seekriegsleitung (SKL) ilə birləşdirildi. Nəzəri olaraq OKW-nin əmri altında idi, amma əslində onlar olduqca müstəqil hərəkət edirdilər.
Oberkommando der Wehrmacht
Silahlı Qüvvələrin Baş Komandanlığı (alm. Oberkommando der Wehrmacht‎ Qısaca: alm. OKW‎) Vermaxtın 1938–1945-ci illər arasında baş komandanlığıdır. Adolf Hitler, Müdafiə Naziri Werner von Blombergi vəzifəsindən azad etdikdən sonra, 4 fevral 1938-ci ildə Üç Orduya şəxsən rəhbərlik edəcəyini bəyan etdi. Bunun üçün Hitler, Müdafiə Naziri təyin etmədən mövcud olan Wehrmachtamtın adını Oberkommando der Wehrmacht (OKW) olaraq dəyişdirdi və Vilhelm Keyteli onun rəhbəri təyin etdi. Faşistlərin sovet əsirlərinə qarşı törətmiş olduğu cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando der Wehrmachtın əmri ilə baş vermişdir.
Annalen der Physik
"Annalen der Physik" ("Fizika annalları") — fizika problemlərinə həsr olunmuş Almaniya elmi jurnalı. 1799-cu ildən nəşr olunan jurnal ən qədim elmi jurnallardan biridir. Eksperimental, nəzəri, tətbiqi və riyazi fizika, eləcə də əlaqəli sahələr üzrə orijinal məqalələr dərc edir. Bütün məqalələr əvvəlcədən nəzərdən keçirilir. XIX əsrin sonundan etibarən jurnalın hər il təxminən 1,000 səhifə olmaqla üç nömrəsi çıxırdı. Hal-hazırda ildə 12 kitab çap olunur, ümumilikdə 800 səhifəyə yaxındır. Almaniyada ilk fizika jurnalları 1790–1794-cü illərdə nəşr olunan "Journal der Physik və Neues Journal der Physik" (1795–1797) idi. 1799-cu ildə onları əvəz edən "Annalen der Physik"in fəaliyyəti daha uğurlu olmuş, 2 əsrdən çox nəşr edilmişdir. Tarixində adını iki dəfə dəyişmiş: "Annalen der Physik und der physikalischen Chemie" (1819–1824), "Annalen der Physik und Chemie" (1824–1899), lakin 1899-cu ildə orijinal adına qayıtmışdır. Jurnal XIX–XX əsrlərdə Almaniya fizikasının sürətli inkişafına fəal töhfə vermişdir.
David van der Kolff
David van der Kolff (29 aprel 1997) — Botsvanalı üzgüçü. David van der Kolff Botsvananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. David van der Kolff birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 57.77 saniyəlik nəticəsi ilə 35-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Edvin van der Sar
Edvin van der Sar (d. 29 oktyabr 1970, Vorhaut, Niderland) keçmiş hollandiyalı qapıçı. Peşəkar futbol karyerası ərzində Ayaks, Yuventus, Fulhem və Mançester Yunayted klublarında çıxış etmişdir. Niderland milli komandasının heyətində ən çox oyuna çıxan ikinci futbolçudur. Hal-hazırda Ayaks klubunda baş icraçı direktor vəzifəsində çalışır. O, peşəkar karyerasına başladığı Ayaksda klubun "qızıl nəsil"ə aid olan oyunçularından biri hesab olunur. Burada 9 il çıxış etdikdən sonra İtaliyanın Yuventus klubuna, sonra isə İngiltərənin Fulhem və sonda Mançester Yunayted klubuna transfer olmuşdur. UEFA Çempionlar Liqasını iki fərqli klubla qazana bilən azsaylı futbolçulardan biridir. O, bu mükafatı 1995-ci ildə Ayaksda və 2008-ci ildə Mançester Yunaytedin heyətində qazanmışdır. Van der Sar həmçinin 1992-ci ildə Ayaksın heyətində UEFA kubokunun qalibi olmuşdur.
Karla van der Bun
Karla van der Bun (d. 9 sentyabr 1968) — Niderlandı təmsil edən su poloçusu. Karla van der Bun, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Laura van der Helyden
Laura van der Helyden (d. 27 iyun 1990) — Niderlandı təmsil edən həndbolçu. Laura van der Helyden Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Michael von der Heide
Mixael Von Der Heide (13 oktyabr 1971, Amden, İsveçrə) — İsveçrəli müğənni və aktyor. Avroviziya 2010-da İsveçrəni "Il pleut de l'or" mahnısı ilə təmsil edib.
Mixael Von Der Heide
Mixael Von Der Heide (13 oktyabr 1971, Amden, İsveçrə) — İsveçrəli müğənni və aktyor. Avroviziya 2010-da İsveçrəni "Il pleut de l'or" mahnısı ilə təmsil edib.
Mixael fon der Heyde
Mixael Von Der Heide (13 oktyabr 1971, Amden, İsveçrə) — İsveçrəli müğənni və aktyor. Avroviziya 2010-da İsveçrəni "Il pleut de l'or" mahnısı ilə təmsil edib.
Nikolay fon der Nonne
Nikolaus fon der Nonne (alm. Nikolaus von der Nonne‎, Mikołaj, rus. Николай Августович фон дер Нонне/Nikolai Awgustowitsch fon der Nonne; 16 (28) iyun 1834, Sankt-Peterburq quberniyası[d] – 13 (26) avqust 1908, Tiflis) — alman mənşəli memar, 1898–1902-ci illərdə Bakı Şəhər Dumasının sədri. 1883-cü ildə o memar və dövlət tikinti direktoru kimi Bakıya gəlir. Onun müasir avropa tikinti üslubunu oriental elemntlərlə zənginləşdirməsi, yerli əhali tərəfindən rəğbətlə qarşılanır. Bu yolla oriental arxitektura üsul ilə tikilmiş binalar əhatə olunmuş sahələrdə avropa üslubu özünə yer tapmış olur. 1895-ci ildən sərbəst memar kimi fəaliyyət göstərməsi sayəsində ona böyük tikinti layihələri üçün sifarişlər almağa imkan yaradır. 1897-ci ildən dövlət tikinti idarəsindən o şəhərin bütün planını yenidən işləmək sifarişi alır. Bunun üçün ona 33500 rubl pul verilir. Artıq 1898-ci ilin oktyabrında o planı tamamlayır və sonrakı dövrdə aparılan işlərin icrasına nəzarət edir.
Noyburq an der Donau
Noyburq an der Donau (bav. Neiburg an da Donau, alm. Neuburg an der Donau‎) — Almaniyanın Bavariya əyalətində Noyburq-Şrobenhauzen rayonunun paytaxtı olan şəhər. Nəhəng Noyburq qalası erkən orta əsrlərdə Aqilolfinqlər tərəfindən köhnə Roma qalasının yerində tikilmişdir. 1527-ci ildə Vittelsbax ailəsi qalanı İntibah sarayına çevirdi. Şəhər Pfals-Noyburqun paytaxtı kimi fəaliyyət göstərirdi. İkinci Dünya Müharibəsi zamanı Noyburq 1943-cü ilin aprelində müttəfiqlər tərəfindən bombalandı. 1945-ci ilin aprel ayının sonunda ABŞ ordusu şəhəri nasistlərdən azad etdi.
Piter van der Aa
Piter van der Aa (nid. Pieter van der Aa; 1659[…], Leyden, Hollandiya qraflığı – avqust 1733, Leyden, Hollandiya qraflığı) — holland naşir. Xarici bestsellerlərin və şəkilli cildlərin pirat nəşrlərini də yayımlasa da, o, daha çox xəritələr və atlaslar hazırlamaqla tanınır. Onun ən məşhur xəritələrindən bəziləri Afrika qitəsindən Mərakeş və Madaqaskar kimi yerləri detallandırırdı. Sonrakı əsərlərinin çoxu geniş ictimaiyyət üçün fransız və holland dillərində çap olunmuşdur. Piter van der Aa 1969-cu ildə Leyden şəhərində, əslən Holşteyndən olan bir alman qravüraçının ailəsində adan olmuşdur. O, daha sonrakı illərdə üç qardaşı ilə birlikdə ailənin mətbəəsində işləməyə başlayır. Onun qardaşı Boudevin çapçı, digər qardaşı Hildebrand isə qravüraçısı idi. Piter van der Aa, karyerasına 1683-cü ildə Leyden şəhərində, latındilli bir kommersiya naşiri olaraq tibb və elmlə əlaqəli klassik mətnləri nəşr edərək başlayır. O, irəlilədikcə çoxcildli əsərlər toplusunu tərtib edərək atlas və xəritələr nəşr etdirməyə başlayır.
Theater an der Wien
An der Vin (alm. Theater an der Wien‎) — Avstriyanın paytaxtı Vyanada teatr binası.
Van-der-Vaals qüvvələri
Van-der-Vaals qüvvələri - molekullardaxili rabitə qüvvələri ilə yanaşı molekulların və təsirsiz" qaz atomlarının arasında başqa növ qüvvələr də müəyyən edilmişdir ki, bu da onları ilk dəfə müşahidə edən Hollandiya alimi Vas qüvvələri adlanır. Van-der-Vaals qüvvələrinin mövcudluğu xüsusilə üç məsələdə özünü göstərir: real qazların ideal qaz qanunlarından kənara çıxması; qazların sərbəst genişlənməsi zamanı adətən onların soyuması; adi valent rabitələrini əmələ gətirə bilməyən və ya çətin əmələ gətirən "təsirsiz" qazların sıxlaşaraq istilik ayırmaqla maye və hətta bərk aqreqat hala keçə bilməsi. Bütün bunlar qeyd edilən hallarda molekul və ya atomlar arasında müəyyən cazibə qüvvələrinin olmasını göstərir. Molekul və ya atomların arasında Van-der- Vaals qüvvələri mövcud olan bərk cisimlər adətən öz yumuşaqlığı və uçuculuğu ilə fərqlənir. Doğurdanda, belə molekullardan normal şəraitə yalnız yüksək polyarlaşma qabiliyyətinə malik olanları bərk halda mövcud olur. Halogenlərdən təkcə yodun adi şəraitdə bərk maddə olması buna misal ola bilər. Üzvi birləşmələrin əksəriyyətinin yüksək uçuculuğa malik olması da əsasən bu əlamət ilə izah edilir. Van-der-Vaals qüvvələrinin təbiətinin izahında bir-biri ilə əlaqədar olan, bir neçə variant mövcuddur. Kis (1921) müəyyən etmişdir ki, polyar molekullar, başqa sözlə, müəyyən dipol momenti ilə xarakterizə olunan molekullar müəyyən yaxın məsafələrdə bir-birinə görə oriyentasiya edir.Yəni bu vaxt molekulların eyni yüklü qütbləri bir-birini dəf edir, müxtəlif yüklü qütübləri isə cəzb edir. Nəticədə ümumi həcm boyu molekulların müəyyən nizamla düzülüşü təmin edilir.
Yan Van-der-Vaals
Yan Van-der-Vaals (nid. Johannes Diderik van der Waals; 23 noyabr 1837[…], Leyden – 8 mart 1923[…], Amsterdam) – "Qazların və mayelərin vəziyyət tənliyi üzrə tədqiqatlarına görə" 1910-cu ildə Fizika üzrə Nobel mükafatını qazanmış niderlandlı nəzəri fizik. Yan Van-der-Vaals 23 noyabr 1827-də Hollandiyanın Leyden şəhərində anadan olub. Yakob Van-der-Vaals və Elizabet Van-den-Berqin 10 övladının böyüyü idi. Atası ixtisasca dülgər idi. Bir qayda olaraq, XIX əsrdə fəhlə ailələrinin uşaqları orta məktəbi bitirənmirdilər və uyğun olaraq, Universitetdə oxumalarına belə icazə verilmirdi. Bunun əvəzinə, o, "Qabaqcıl İbtidai Təhsil Məktəbi"ndə təhsil aldı və 15 yaşında həmin məktəbi bitirdi. Sonra ibtidai məktəbdə müəllim stajyeri oldu.1856–1861-ci illərdə kurslara qatıldı və ibtidai sinif müəllimi və baş müəllim olmaq üçün lazımi kvalifikasiyalara yiyələndi. 1862-ci ildə Leyden Universitetində riyaziyyat, fizika və astronomiya mövzusunda keçirilən mühazirələrə qatılmağa başladı. 1863-cü ildə Alman hökuməti yeni tipli məktəblər (HBS) açdı.
Çarlz van der Liuv
Çarlz van der Liuv (holland dilində: Charles van der Leeuw; 18 iyul 1952) – Hollandiyalı jurnalist. 1990-cı illərdə Bakıda yaşamış, burada Azərbaycan və Qafqaz bölgəsinin tarixi və neft sənayesi haqqında bir neçə kitab yazmışdır. Hazırda Almatı şəhərində "Caspian Publishing House" nəşriyyatının redaktoru vəzifəsində çalışır.
İlz van der Meyden
İlz van der Meyden (22 oktyabr 1988) — Niderlandı təmsil edən su poloçusu. İlz van der Meyden, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Erik van der Linden
Erik van der Linden (17 aprel 1974) — Niderlandı təmsil edən triatlonçu. Erik van der Linden Niderlandı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 42-ci pillədə başa vurdu.
Der Werwolf: The Annals of Veight
Der Werwolf: The Annals of Veight (azərb. Qurd adam: Veyt salnamələri‎) və ya Yaponiyada tanınan adı ilə Jinrou e no Tensei, Maou no Fukukan (人狼への転生、魔王の副官, azərb. Qurd adama çevrilmə, Demon lordunun düşərgəsi‎) – Nishieda-nın rəssamlığı ilə Hyougetsu tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata qurd adam kimi dirilən Veyt adlı personajdan bəhs edir. Hyougetsu ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Earth Star Entertainment 2015-ci ilin noyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 7 cildi buraxılmışdır. Bundan əlavə, iki manqa adaptasiyası istehsal olunmuşdur. J-Novel Club ranobeni ingilis dilinə tərcümə edərək saytında yayımlamışdır. Qurd adam kimi yenidən dirilən Veyt Demon lordunun üçüncü alayına vitse-komandir titulu ilə komandanlıq edir.
Dera
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Dera-Buqti rayonu
Dera Buqti rayonu — Pakistanın Bəlucistan vilayətində şəhər.İnzibati mərkəzi Dera Buqti şəhəridir.
Dera Allah Yar
Dera Yar Allah — Pakistanın Bəlucistan əyalətinin Cəfərabad rayonunun inzibati mərkəzi. Şəhər Kvetta şəhərindən 300 km məsafədə yerləşir. Şəhərə Siyasi Lider Mir Allahyar Xan Xosanın sui-qəsdindən sonra adı verildi.
Dera Buqti
Dera Buqti — Pakistanın Bəlucistan əyalətində, Dera-Buqti rayonunda şəhər.Əsası 1998-ci ildə qoyulub.Əhalisi 15 min nəfərdir.
Dera Murad Camali
Dera Murad Camali qısaldılmış formada D.M.Camali — Bəlucistan əyalətinin Nəsirabad rayonunda şəhər. Dera sözü Brahi, Urdu, Baluc, Puştu və bir çox digər dillərdə məskunlaşma deməkdir. Dera Murad Camali beləliklə Murad Camali qəsəbəsi və ya şəhər deməkdir. Pakistanda bir çox şəhər adlarında Dera prefiks şəklində var, məsələn Dera İsmayıl Xan, Dera Qazi Xan və Dera Allah Yar. Şəhərə sui-qəsd nəticəsində ölmüş Pakistan lideri Mir Murad Camalinin adı verilib. Mir Məhəmməd Murad Camali Pakistan Müsəlman Birliyinin aparıcı siyasi şəxsiyyətlərindən biri idi və Pakistanın müstəqilliyi və Bəlucistan əyalətinin rifahı üçün Məhəmməd Əli Cinnahın yaxın müttəfiqi idi. Mir Murad naməlum şəxslər tərəfindən cümə namazından sonra Kvetta şəhərində bir məsciddən çıxarkən öldürülmüşdü. Cinayət xəbərindən sonra ölkənin təhlükəsizliyi üçün Sind və Bəlucistanda tətil elan edildi.
Dera Qazi Xan
Dera Qazi Xan — qısaldılmış adı ilə D. Q. Xan, Pakistanın Pəncab əyalətindəki bir şəhərdir. Pakistanın əhali sayına görə ən böyük 19 şəhərdir.Bu Dera Qazi Xan rayonun və Dera Qazi Xan bələdiyyəsinin mərkəzidir.
Dera Yar Allah
Dera Yar Allah — Pakistanın Bəlucistan əyalətinin Cəfərabad rayonunun inzibati mərkəzi. Şəhər Kvetta şəhərindən 300 km məsafədə yerləşir. Şəhərə Siyasi Lider Mir Allahyar Xan Xosanın sui-qəsdindən sonra adı verildi.
Dera mühafazası
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Deratizasiya
Deratizasiya (fr. dératisation — məhv etmək ) — insanlara epidemioloji və iqtisadi ziyan verən gəmiricilərə qarşı aparılan mübarizə tədbiridir. Gəmiricilər İnsanlar arasında infeksiyon xəstəliklərin (taun, tulyaremiya, bruselyoz, qara yara, leptospiroz) daşıyıcı və gəmiriciləri rolunu oynayırlar. Gəmiricilərin xalq təsərüfatına verdiyi zərər çox böyük və müxtəlifdir. Gəmiricilər qida məhsullarını yemi xarab edirlər, çirkləndirirlər və məhv edirlər.Bundan başqa kənd təsərrüfatında mədəni bitkilərin cücərtilərini qırırlar, hidrotexniki qurğuları, tikintiləri korlayırlar, telefon və elektirik xətlərini təcrid edən materialları və avadanlıqları çeynəyirlər, pozullar. Gəmiricilərin məhv edilməsi tədbirləri, onların növündən və yaşadığı şəraitindən, yerindən aslıdır. (Şəhər, kənd, dəmir yolu və su nəqliyyatı, səhra şəraitində aparılan deratizasiya). Şəhərlərdə və kənd yaşayış yerlərində deratizasiya müqavilələr şəklində aparılır. Müqavilələr müəssislərlə rayon, şəhər profilaktik dezinfeksiya və taun əleyhinə stansiya və onun şöbələri tərəfindən aparılır və Səhiyyə Nazirliyinin təsdiq etdiyi preuskurant əsasında həyata keçirilir. "Deratizasiya tədbirlərinin təşkili və aparılmasında" sanitariya qaydaları əhali yaşayan ərazidə binaların, tikililərin, həmçinin insanlar arasında xəstəlik törədicilərinin yayılmasında sinantrop gəmiricilərdən nəqliyyat vasitələrin mühavizəsinin tələblərini yerinə yetirir, deratizasiya tədbirlərinin təşkilində və aparılmasında və deratizasiya işlərinin yerinə yetirdikdə təhlükəsizliyi təmin edir.Sanitariya qaydaları müəssisə, təşkilat və idarə, fiziki şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara, vəzifəli şəxslərə vətəndaşlara, həmçinin sanitarepidemioloji xidmətin təşkilatçılarına, icra hakimiyyətinin təşkilatlarında obyektlər rəhbərliklərinə şamil olunur.
Derbi
Derbi (ing. Derby ) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Derek Barton
Derek Barton(ing. Sir Derek Harold Richard Barton; 8 avqust 1918, Qreyvsend, Kent — 16 mart 1998, Kollec-Steyşen, Texas) — ingilis kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1969). İngilis kimyaçısı Derek Barton 1918-ci ilin avqustun 8-də Qreyvzenddə anadan olmuşdur. 1940-cı ildə Londonda Kral kimya kollecini bitirmişdir. Orada da işləmişdir, 1942–1945-ci illərdə hərbi idarələrdə, 1945–1946-cı illərdə və 1957-ci ildən Londonun Kral kollecində işləmişdir. 1946–1949-cu illərdə "Si-Ay" firmasının laboratoriyasında çalışır. 1950–1955-ci illərdə və 1957–1978-ci illərdə London universitetində dərs demişdir (1953-cü ildən professor). 1955–1957-ci illərdə Qlazqoda universitetdə işləmişdir. Derek Barton 1978-ci ildən Fransada Jif-sür İvetdə təbii maddələr institutunda direktor işləmişdir. Konformasiya analizinin yaradıcılarından biridir.
Derek Parfit
Derek Parfit (11 dekabr 1942[…], Çenqdu, Çin Respublikası – 1 yanvar 2017[…]) — Britaniyalı filosof və yazıçı. 1960-cı illərdə yazdığı kitabların bir çoxu Oksford Universiteti nəşriyyat evindən çıxıb. 1942-ci ildə Çinin Çendu şəhərində anadan olub. Parfit Oksford Universitetinin məzunudur. Uzun illərdir eyni universitetdə fəlsəfə fənnini tədris edən məşhur filosof və yazıçı Derek Parfit 1 yanvar 2017-ci ildə 74 yaşında Britanyanın Oksford şəhərində vəfat etmişdir.
Derek Rae
Derek Rae (1967, Aberdin) — Şotlandiya televiziya aparıcısı və idman şərhçisi. Gənc yaşlarında şərhləri üzərində işləmək üçün lent yazıçısı ilə futbol matçlarına gedirdi.
Derek Sua
Derek Sua (29 dekabr 1987) — Samoalı cüdoçu. Derek Sua Samoanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Derek Sua birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər +100 kq çəkidə, 1/16 final mərhələsində Özbəkistanın nümayəndəsi Abdullo Tanqriyev ilə üz-üzə gəldi. Həmin görüşdə Derek Sua rəqibinə 0:100 hesabı ilə uduzdu.
Derek Uolkott
Derek Elton Uolkott (ing. Derek Alton Walcott; 23 yanvar 1930[…], Kastris – 17 mart 2017[…]) — Sent-Lüsiya şairi və dramaturqu, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1992). Ədəbiyyat sahəsində Nobel mükafatı alan ikinci qara dərili şair və dramaturq Derek Alton Uolkott Qərbi Hindistanın Sent-Lusi adasında, müəllim ailəsində doğulmuşdur. İosif Brodski Uolkottun doğulduğu və əsərlərində məhəbbətlə söz açdığı kiçik ada haqqında demişdi: "Bu torpağı Kolumb kəşf etdi, britaniyalılar müstəmləkəyə çevirdilər, Uolkott isə ona ölməzlik qazandırdı". 1953-cü ildə ailə Trinidad və Tobaqoya köçmüşdü. Derek Uolkott burada yerli Santa Mariya kollecində, sonra isə Kinqstondakı Vest İndia universitetində təhsil almışdı. Rokfeller fondunun təqaüdü hesabına Londonda təcrübə keçmiş və bir müddət Nyu-Yorkda işləmişdir. Hazırda Boston universitetinin professorudur. Derek Uolkott öz yaradıcılığında Karib dənizi hövzəsi və Afrika ədəbiyyatının ənənələrini bacarıqla sintez edə bilmişdir. O, eyni zamanda Cənubi Amerika ədəbiyyatı üçün səciyyəvi olan "sehrli realizmə" və klassik Avropa ədəbi təcrübəsinə də yad deyildir.
Derem drasenası (Əjdaha ağacı)
Derevyannıy adası
Derevyannıy adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın maksimal hündürlüyü 45 metrdir. Şimal-şərqdən cənub-qərbə uzanır. İri Vilçek Torpağının yaxınlığında yerləşir. 200 m qərbdə isə isə Daues adası qəralaşır.
Derfild qətliamı
Derfild qətliamı (ing. Raid on Deerfield) - Şimali Amerikada pilqremlərin yaşadığı koloniyalarda, fransızlar tərəfindən 1704-cü ildə gerçəkləşdirilən qətliam. Hadisə 27 fevral 1704-cü ildə, 47 fransız əsgərinin 200 nəfər əhalisi olan Derfild şəhərinə hücum etməsi ilə başlamışdır. Əsgərlər 50 nəfəri, bir neçə saat ərzində qətlə yetirmişdilər. 111 nəfər əsir götürülmüş və əsrilərdən yarıdan çoxu yolda ölmüşdür. Sonralar 60 nəfər fransızlar tərəfindən sərbəst bıraxılmışdır. Demos, John. "The Unredeemed Captive: A Family Story from Early America", (New York, 1994) Haefeli, Evan and Sweeney, John. "Captors and Captives: The 1704 French and Indian Raid on Deerfield", (Amherst, 2003) Smith, Mary.
Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992)
"Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır" (rus. На Дерибасовской хорошая погода, или На Брайтон-Бич опять идут дожди) — rejissor Leonid Qaydayın filmi. SSRİ və ABŞ kimi iki böyük dövlətin prezidentləri çox vacib danışıqlar üçün bir-birilə görüşməlidirlər. Lakin bu görüş ABŞ-yə əsaslanan rus mafiyasının nümayəndəsinin telefon xəttini kəsməsi nəticəsində baş tutmur. Mafioz Rabinoviç hətta telefon xətti vasitəsilə iki prezidentin gizli danışıqlarını eşidir. Bu cür başlanan komediyada sonradan SSRİ və ABŞ-nin agentləri olan Fyodr Sokolov və Meri Starın sayəsində işin üstü açılır. Onlar gah Lenin, gah Stalin, gah Brejnev, gah Xruşşov, gah da adi Mişa dayıya çevrilən "artist" ləqəbli rus mafiyasının başçısını aşkara çıxarırlar. Filmin təqdimatı İsraildə olmuşdur. Bu film kinorejissor Leonid Qaydayın kinoda sonuncu işidir. Filmdə Leonid Qayday kiçik epizodda kazino müştərisi rolunu ifa edir.
Derik (Salmas)
Derik (fars. دريك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə‎ 194 nəfər yaşayır (38 ailə).

der sözünün leksik mənası və izahı

"der" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#der nədir? #der sözünün mənası #der nə deməkdir? #der sözünün izahı #der sözünün yazılışı #der necə yazılır? #der sözünün düzgün yazılışı #der leksik mənası #der sözünün sinonimi #der sözünün yaxın mənalı sözlər #der sözünün əks mənası #der sözünün etimologiyası #der sözünün orfoqrafiyası #der rusca #der inglisça #der fransızca #der sözünün istifadəsi #sözlük