devr sözü azərbaycan dilində

devr

Yazılış

  • devr • 83.3333%
  • Devr • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aysu Devrişova
Devran Nayibov
Devran Fazil oğlu Nayıbov (30 noyabr 1993, Bərdə rayonu – 8 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Devran Nayıbov 1993-cü il noyabrın 30-da Bərdə şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik giziri olan Devran Nayıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Devran Nayıbov oktyabrın 8-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Devran Nayıbov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Devran Nayıbov

Devranlar
Devran (dövran) xalq arasında aşıq məclisinə verilən addır. Söyləyicilərin verdiyi məlumata görə, keçən əsrin 80-ci illərinə qədər kəndlərə aşıqlar gələr və devranlar keçirərdilər. Aşıq hər kəsin evinə deyil, kimin evi geniş idisə, ora düşərdi və kəndə xəbər yayılardı ki, axşam filankəsin evində devran keçiriləcək. Camaat axşam mal-qaranı tövləyə saldıqdan və yeməyini yedikdən sonra ora yığışardı. Damı işıqlandırmaq üçün sütunlardan çıraqlar asardılar. Aşıq devrana başlamazdan əvvəl bildiyi dastanları sayar və camaatdan hansı dastanı istədiklərini soruşardı. Camaat hansı dastanı desəydi, onu da danışardı. Belə məclislər gecəyarısına qədər davam edərdi, aşıq dastanı tamamlaya bilmədikə, onun davamını səhərə saxlayardı. Aşıqların keçən əsrin səksəninci illərinə qədər kəndlərə gəlib devran keçirdiyini kənd sakinləri də vurğulayırlar. Məsələn, Bərdə rayonunun Seyid Yusifli kəndinə bərdəli Aşıq İsmayıl, Aşıq Zeynal gələrmiş.
Devrim
Devrim (türk. Devrim "inqilab" və ya "çevriliş") — Türkiyə Respublikasının 4-cü prezidenti olmuş Camal Gürsəlin əmri ilə 1961-ci il Respublika günü münasibətilə hazırlanmış 4 nümunəlik avtomobil. Yüngül avtomobillər sinfinə daxil bir avtomiobil olmuşdur. Uzunluğu 4.5 , eni 1.8 m, hündürlüyü 1550 mm olan bir avtomobil. Avtomobilin ümumi çəkisi 1250 kq olmuşdur. Bu avtomobillər 4 ay yarıma hazırlanmış və istifadəyə verilmişdir. Gələcəkdə seriya buraxılışları planlaşdırılırdı. Layihə əsasında yalnız avtomobilin ümumi raması və xarici quruluşu işlənə bilir. Mühərrik və idarəetmə qurğusu isə xaricdən alınır. Cəmi dörd nümunə hazırlanır.
Devrək
Devrək (türk. Devrek) — Zonquldak ilinin ilçəsi. Əhalisi 57.540 nəfərdir. 14 may 1920-ci ildə Zonquldak ilinin ilçəsi statusu almışdır. Məmur Ümid Altay, bələdiyyə başçısı isə Çətin Bozqurddur. Qədim dövrlərdən bəri dərin köklü bir tarixə sahib olan Devrek bölgənin sosial və mədəni yükünü digər qonşuları ilə birlikdə icra edirdi. Bu çərçivədə, Devrek erkən xalkolit dövründə (e.ə. 5500) məskunlaşma səhnəsi idi və bu vəziyyət erkən tunc dövrünün sonuna qədər davam etdi. Eramızdan əvvəl 2000-ci ildən Yunan dövrünə qədər 'Qaranlıq Əsr' adlandırdığımız bu illərdə heç bir yaşayış məskəninin olmadığı Devrəkin Ellinizm Dövründən bəri tikintiyə məruz qaldığı aydın olur. Buna görə Devrekdə və ətrafındakı ərazilərdə Hitti yaşayış yeri yoxdur.
Devrim Özkan
Devrim Özkan (2 sentyabr 1998, Muğla[d], Muğla ili) — türk kino və teatr aktyoru. 2 sentyabr 1998-ci ildə Muğlada anadan olub, Bodrumda böyüyüb. Muğla Sıtkı Koçman Universitetinin İncəsənət fakültəsində bir il oxuduqdan sonra məktəbi tərk edərək İstanbula köçür və ilk film işi olan "Röya" serialı ilə aktyorluğa başlayır. Daha sonra Vatanım Sensin, Vuslat, Ramo kimi film layihələrində iştirak edib. Gelsin Hayat Bilip Gibi serialında canlandırdığı "Songül Acarerk" obrazı ilə daha çox tanınıb. Daha sonra Ne Gemiler Yaktım serialında "Fidan Hersekli" obrazını canlandırıb.
Slobodan Miloseviçin devrilməsi
"Buldozer inqilabı" (serb. Булдожер револуција) — Yuqoslaviya Federativ Respublikasında 2000-ci ildə baş verən və Slobodan Miloseviçin prezident vəzifəsindən devrilməsi ilə başa çatan hadisələr silsiləsi. İnqilab mətbuatda məşhur olan adını, etirazçıların buldozerlə mərkəzi televiziya binasına basqın etdiyi məşhur epizoda görə almışdır. Etirazlar 2000-ci il sentyabrın 24-də Yuqoslaviyada keçirilən növbədənkənar prezident seçkilərindən dərhal sonra başlaydı. Seçki Komissiyası heç bir namizədin minimum səs toplamadığını və ikinci turun keçirilməli olduğunu açıqladı. “Demokratik müxalifət” blokunun liderlərinin sözlərinə görə, onun namizədi Voislav Koştunitsa səslərin yarıdan çoxunu toplayıb. Koştunitsa səsvermə zamanı yol verilən çoxsaylı qanun pozuntularını da açıqlamışdı. Eyni zamanda, Monteneqroda səsvermədə fəallıq minimal olub (lakin Slobodan Miloşeviç səs verənlər arasında çoxluğu qazanıb), Kosovoda isə Slobodan Miloşeviçə səs verən Serb əhalisi arasında çoxluğu qazanıb. Sentyabrın 28-də Serb Pravoslav Kilsəsinin Yepiskoplar Sinodu Vojislav Koştunitsanın seçilməsini dəstəklədi. Bütün ölkə boyunca etirazlar başladı.

devr sözünün leksik mənası və izahı

  • 1 1. bax dövr1. 2. bax dövrə 2-ci mənada. Bu ümid ilə ki qəmzəndən ala kami-dilin; Düzülüb gözlərini dövrünə müjgan səf-səf. S.Ə.Şirvani. 3. etnoqr. Evə gətirilmiş gəlinə xalça üzərində yer açmaq adəti. Həsən ağanın bağçıları gəlinin yerini xalça üzərində açmağa başladılar. Buna devr deyirdilər. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / devr

devr sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. кил. dövr¹; 2. кил. dövrə 2); 3. этногр. кӀвализ гъанвай сусаз халичадал чка авунин адет.

    Azərbaycanca-ləzgicə lüğəti / devr

"devr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#devr nədir? #devr sözünün mənası #devr nə deməkdir? #devr sözünün izahı #devr sözünün yazılışı #devr necə yazılır? #devr sözünün düzgün yazılışı #devr leksik mənası #devr sözünün sinonimi #devr sözünün yaxın mənalı sözlər #devr sözünün əks mənası #devr sözünün etimologiyası #devr sözünün orfoqrafiyası #devr rusca #devr inglisça #devr fransızca #devr sözünün istifadəsi #sözlük