* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Zaman və məkanca son nöqtəni bildirən və bitişik yazılan qoşma; …qədər. Günortayadək. Vağzaladək. Evədək. – …Bakıda yığılan qırx beş min manatdan indiyədək bircə nəfər müsəlman acının qarnı doymayıb. C.Məmmədquluzadə. Mirzə Fətəli küçəsini iki kərə məktəbədək gedib qayıtdım. S.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / dək1 Bu qoşma dəymək feili ilə bağlıdır. Onun sinonimi olan –can2 qoşması isə dək sözünün dəyişmiş formasıdır, tarixi baxımdan hər ikisi eyni söz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dək