Dük sözü azərbaycan dilində

Dük

Yazılış

  • Dük • 74.0741%
  • dük • 18.5185%
  • DÜK • 7.4074%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bill Dük
Bill Dük (26 fevral 1943) — 26 fevral 1943-cü ildə Poukipzi şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Etel Luis və Uilyam Henri Dük (böyük) ailəsində anadan olub. Datçess Kommuniti kollecində aktyorluq və yazıçılıq üzrə təhsil alıb. Daha sonra aktyor sənətinin incəliklərini Boston Universitetində, ardınca Nyu-Yorkun Universiteti nəzdində Tiş ali məktəbində və Amerika Kino-İncəsənət İnstitutunda mənimsəyib. Xarizmatik xarici görünüş və ədaya malik aktyoru, rejissorlar başlıca olaraq döyüş filmlərinə çəkib. Çəkildiyi lentlərdə daha çox mənfi obrazlar yaradıb. 80-ci illərdə ABŞ teleməkanında bir sıra səs-küylü seriallara, o cümlədən "Hill-Strit blüzü" və "Mayami Polisi" seriallarına rejissorluq edib. Kinoda aktyor debütü 1976-cı ildə baş tutub. "Avtoyuyucu" adlı filmdə radikal müsəlman inqilabçı Əbdül Məhəmməd Əkbər roluna çəkilib. 1980-ci ildə "Amerikalı jiqolo" melodramında homoseksual sutenyor rolunu oynayıb.
Bar-le-Dük (rayon)
Bar-le-Dük (fr. Bar-le-Duc) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Möz. Suprefektur — Bar-le-Dük . Rayonun əhalisi 2006-cı ildə 62.490 nəfər təşkil edirdi. Əhalinin sıxlığı 43 nəf. / km². Rayon sahəsi — 1,451 km².
Dükanlar
Dükanlar — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dükanlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. == Toponimikası == Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə yaşayış məntəqəsində bir neçə dukan olduğu üçün belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir.
Düktay mədəniyyəti
Düktay mədəniyyəti - Şimal-Şərqi Asiyada formalaşmış və inkişaf etmiş Yuxarı (Son) Paleolit dövrünə aid arxeoloji mədəniyyət. 1967-ci ildə Y.A.Moçanov tərəfindən aşkar edilmişdir. Ərazi Düktay çayının sağ sahilində, Aldan çayının yatağından (Yakutiya) 112 metr uzaqlıqda yerləşir. Mədəniyyət öz adını Düktay mağarasının adından almışdır. Düktay mədəniyyəti iki təbəqəyə bölünür: erkən (35—25 min il əvvəl) — Ejansı, Ust-Mil, İxine-I,II yaşayış məntəqələri; gec (23—10,5 min il əvvəl) — Düktay mağarası, Tumulur, Dirinq-Yuryax, Xayırqas mağarası, Yeni Leten-I,II, Kiçik Cikimde, Vilyoy və İndiqirka çay hövzələri == Ümumi məlumat == Mağarada 12-14 min il əvvələ aid 2 təbəqə radiokarbon analizləri vasitəsilə öyrənilmişdir. Y.A.Moçanovun fikrincə, Düktay mədəniyyətinin ən qədim abidəsi radiokarbon analizləri nəticəsində təqribən 35 min il əvvələ aid edilən Ejansı düşərgəsidir, digər tədqiqatçılar isə Düktay mədəniyyətinin yaşının 18 min ildən çox olmadığını hesab edirlər. Açıq düşərgə və mağara düşərgələri məlumdur, nizə və ya mizraq ucluqlarının, bıçaqların ikitərəfli emalı səciyyəvidir. Fauna qalıqları mamont, şimal maralı, sığır, bizon, at, qar bəbiri, mağara şiri, canavar, tülkü, şimal tülküsü, dovşan və gəmiricilərin sümüklərindən ibarətdir. Ejansı düşərgəsindən tüklü kərgədanın sümükləri tapılmışdır. Indigirka çayı hövzəsinə aid olan Börölöx düşərgəsində “mamontlar qəbiristanı” məşhurdur.
Eli Dükommen
Eli Dükommen (fr. Élie Ducommun,19 fevral 1833, Cenevrə, İsveçrə — 7 dekabr 1906, Bern, İsveçrə) — isveçrəli jurnalist, pasifist, 1902-ci il Nobel sülh mükafatı laureatı (Karl Albert Qoba ilə birlikdə). == Həyatı == Eli Dükommen 1833-cü il fevralın 19-da Cenevrə şəhərində anadan olub. Saatsaz ailədə üç uşaqdan ən kiçiyi olaraq dünyaya gəlib. Ali təhsilinin olmamasına baxmayaraq, 17 yaşında varlı bir ailənin evində şəxsi müəllim olaraq çalışırdı. Üç il sonra məktəbdə müəllimlik etməyə başladı və iki il sonra "Cenevrə Xülasəsi" (fr. Les États-Unis d’Europe) jurnalının redaktoru oldu. Jurnaldakı fəaliyyətini 1857-ci ilə qədər davam etdirdi və beş il sonra Cenevrə kantonunun kansleri vəzifəsinə təyin edildi. 1865-ci ildə Bernə köçdükdən sonra Progress jurnalını qurdu. 1868-ci ildən bəri, Beynəlxalq Sülh və Azadlıq Liqası tərəfindən nəşr olunan "Avropa Birləşmiş Ştatları" (fr.
Jan-Batist Dükass
Jan-Batist Dükass (fr. Jean-Baptiste du Casse; 2 avqust 1646, Po, Fransa – 25 iyun 1715, Burbon-l'Arşambo, Fransa) — Fransa bukanyeri, admiralı və müstəmləkə idarəçisi. Bir hugenot ailəsində anadan olan Dükass gənc yaşlarında fransız ticarət donanmasına qoşulmuş və Ost-Hind Şirkətində, eləcə də kölə ticarəti ilə məşğul olan Seneqal Şirkətində fəaliyyət göstərmişdir. Daha sonra Fransa Hərbi Donanmasının bir üzvü olan Dükass Auqsburq liqası müharibəsi zamanı Karib adaları və İspaniya Cənubi Amerikası cəbhələrində müxtəlif uğurlara nail olmuşdur. O, İspaniya varisliyi uğrunda müharibə zamanı Velez-Malaqa döyüşü və Barselonanın mühasirəsi kimi bir neçə önəmli hərbi qarşıdurmalarda iştirak etmişdir. Göstərdiyi xidmətə görə İspaniya kralı V Filipp tərəfindən Qızıl Dəri Ordeninə layiq görülən Dükass 1691–1703-cü illərdə San-Dominqo müstəmləkəsinin qubernatoru olaraq çalışmışdır. O, karyerasını Fransa Donanmasının general-leytenantı (XVII əsr Fransasının ən yüksək rütbəsi olan general-leytenant, müasir vitze-admiral rütbəsi ilə eynidir), Müqəddəs Lüdovik Hərbi Ordeninin isə komandiri olaraq bitirmişdir. == Bioqrafiya == O zamanlar soyadların yazılışının düzəldirilməsi adi bir əməl olmadığından, Dükassın soyadı müxtəlif yazılışları var idi. du Casse yazılışı doğum sənədindən əsaslanır, fəqət digər sənədlər Ducasse, Ducas və Du Casse yazılışlarını göstərirlər. Onun qardaşının nəvəsi Robert 1876-cı ildə Jan-Batist Dükassın bioqrafik əsərini yazanda ulu əmisinin və özünün soyadını du Casse olaraq qələmə vermişdir.
Komedi Dükkanı
Komedi Dükkanı — Tolga Çevik'in, Fırat Doğu Parlak'ın iştirakıyla yaradılmış bədahətən əyləncəli komedik tamaşa. İlk dəfə TV8 kanalında yayımlanan proqram sonradan TRT1 kanalına keçmiş . Uzun müddət sonraysa Star TV-də yayımlanmışdır. Proqramın əsas karakterləri Arkadaşım (Tolqa Çevik), Rejissor - Yönetmen (Fırat Parlak) və Minik - Müzisyen (Özer Atik)-dir. Sonralarsa, proqram bağlanmış və hal hazırda Kanal D kanalında "Arkadaşım Hoşgeldin" adıyla yayımlanır.
Meydanda dükan
Meydanda dükan (slovak. Obchod na korze; 1965) — İkinci Dünya müharibəsi illərində Slovakiyada aparılan ariizasiya proqramı haqqında Çexoslovakiya filmi. Filmin rejissorları slovak Yan Kadar və çex Elmar Klosdur, ssenarist slovak Ladislav Qrosmandır. Çəkilişlər Praqada yerləşən "Filmové Studio Barrandov" adlı studioda aparılırdı, açıq hava çəkilişləri isə Slovakiyanın şimal-şərqindəki Sabinov şəhərində baş tutmuşdur. Filmdə əsas rolları Yozef Kroner (dülgər Tono Brtko) və Polşa aktrisası İda Kaminska (qoca dul yəhudi Rozaliya Lautmann) oynuyurlar. 1965-ci ildə film "Ən yaxşı xarici dildə film" nominasiyasında Oskar qazandı və bir il sonra İda Kaminska "Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında Akademiya mükafatına namizəd oldu. Film eyni zamanda Qızıl Qlobus mükafatını aldı və Kann Film Festivalında xüsusi mükafata layiq görüldü. İkinci Dünya Müharibəsi illərində, slovak dülgər Tono Brtkoya ariizasiya proqramı çərçivəsində bacanağı (yerli Glinkov partiyasının fəalı) tərəfindən düymə satan qoca dul yəhudi Rozaliya Lautmanna məxsus kiçik dükan verilir. Tononun həyat yoldaşı mağazanın ailələrinə qazanc gətirəcəyini və tezliklə əri ilə zəngin olacağına ümid edir. Tono yaxşı başa düşür ki, bacanağı ona tamamilə yoxsul mağaza dürtüb və ondan heç bir qazanc görə bilməzlər.
Meydanda dükan (film, 1965)
Meydanda dükan (slovak. Obchod na korze; 1965) — İkinci Dünya müharibəsi illərində Slovakiyada aparılan ariizasiya proqramı haqqında Çexoslovakiya filmi. Filmin rejissorları slovak Yan Kadar və çex Elmar Klosdur, ssenarist slovak Ladislav Qrosmandır. Çəkilişlər Praqada yerləşən "Filmové Studio Barrandov" adlı studioda aparılırdı, açıq hava çəkilişləri isə Slovakiyanın şimal-şərqindəki Sabinov şəhərində baş tutmuşdur. Filmdə əsas rolları Yozef Kroner (dülgər Tono Brtko) və Polşa aktrisası İda Kaminska (qoca dul yəhudi Rozaliya Lautmann) oynuyurlar. 1965-ci ildə film "Ən yaxşı xarici dildə film" nominasiyasında Oskar qazandı və bir il sonra İda Kaminska "Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında Akademiya mükafatına namizəd oldu. Film eyni zamanda Qızıl Qlobus mükafatını aldı və Kann Film Festivalında xüsusi mükafata layiq görüldü. İkinci Dünya Müharibəsi illərində, slovak dülgər Tono Brtkoya ariizasiya proqramı çərçivəsində bacanağı (yerli Glinkov partiyasının fəalı) tərəfindən düymə satan qoca dul yəhudi Rozaliya Lautmanna məxsus kiçik dükan verilir. Tononun həyat yoldaşı mağazanın ailələrinə qazanc gətirəcəyini və tezliklə əri ilə zəngin olacağına ümid edir. Tono yaxşı başa düşür ki, bacanağı ona tamamilə yoxsul mağaza dürtüb və ondan heç bir qazanc görə bilməzlər.
Möcüzələr dükanı (roman)
Möcüzələr dükanı — (port. Tenda dos Milagres) 1960-cı illərin ortalarında Jorje Amadu tərəfindən yazılmış sehrli realizm romanıdır. Romanın əsas mövzusu Braziliyada mədəniyyətlərin qarışması və irqçiliyin araşdırılmasıdır. 1977-ci ildə roman Nelson Pereira dos Santos tərəfindən Amadunun özünün ssenarisi əsasında lentə alınıb. 1985-ci ildə roman əsasında kiçik serial (30 seriya) səhnələşdirilib. Baş qəhrəman eyni zamanda candomblé keşişi, kapoeyra ustası, orijinal sosial mütəfəkkir və şair, fransız, ispan və ingilis dillərini mükəmməl bilən, simvolik "bütün insanların atası" olan melez dilənçi Pedro Arçenjodur. Romanın hərəkəti 1968-ci ildə amerikalı antropoloq, Nobel mükafatı laureatı Levensonun Bahiaya gəlişi ilə başlayır, təhsilli braziliyalılar Arçenxonun varlığını ilk dəfə ondan öyrənirlər. Levenson braziliyalının 100 illik yubileyini qeyd etmək istəyir və yerli şair Fausto Penaya onun tərcümeyi-halı üçün materiallar hazırlamağı əmr edir. Bu, çox sayda personaj və vəziyyətin olduğu romanın əsas süjet quruluşudur. Levenson Amerikada Arçenjodur onunla heç bir əlaqəsi olmayan tərcümeyi-halını nəşr etdirdi: o, Fausto Penanın əlyazmasına belə baxmadı.
Pol Düka
Pol Düka (fr. Paul Dukas; 1 oktyabr 1865[…], I arondisman (Paris)[…] – 17 may 1935[…], Paris) — Fransalı bəstakar.
Üç dükan
"Üç dükan" məhəlləsi — Ərdəbil şəhərində yerləşən əski altı məhəlldən biridir.
Üç dükan (Ərdəbil)
"Üç dükan" məhəlləsi — Ərdəbil şəhərində yerləşən əski altı məhəlldən biridir.
Fort-Düken
Fort-Düken (fr. Fort Duquesne, fransız: [dykɛːn]) — 1754-cü ildə Allegeyni və Mononqahela çaylarının qovuşduğu yerdə Fransa tərəfindən qurulmuş qala. Sonradan britaniyalılara və amerikalılara məxsus olan bu fort nəhayət Pensilvaniyada Pittsburq şəhərinə çevrilmişdir. Fort-Düken özü ingilislərin işğalından əvvəl fransızlar tərəfindən məhv edilmişdir. İngilislər onun yerində Fort-Pitti qurmuşdular. Hazırda hər iki qalanın yerində hər iki qalanın konturları kərpiclə hörülmüş Poynt-Steyt-Park yerləşir. == Mədəniyyətdə == Fort-Dükenin əsası Vilyam Tekkereyin "Virciniyalılar" romanında qeyd olunmuşdur: "Saylarına görə bizimkindən xeyli üstün olan fransız qoşunları indiki böyük Pittsburq şəhəri olan Pensilvaniya sərhəddində möhkəmlənməyə çalışan ingilis forpostlarına rast gəldilər. Sərəncamında cəmi qırx əsgəri olan Virciniya zabiti yarımçıq qalasının qarşısında görünən iyirmi qat daha güclü düşmənə heç bir müqavimət göstərə bilmədi. Fransızlar ona sakitcə getməyə icazə verdilər və özləri də onun qalasına sahib oldular, onun tikintisini başa çatdırdılar və Kanada qubernatorunun şərəfinə Fort-Düken adını verdilər". == İstinadlar == == Əlavə ədəbiyyat == Anderson, Fred.
Düksel
Düksel (fr. sauce duxelles) toyuq, hinduşka içalatı, şorba və souslarda istifadə edilə bilən göbələk, soğan və ətirli göyərtilərin qarışığıdır. Yeməklərə göbələk dadı əlavə etmək üçün istifadə edilən məhsul olsa da, məzə kimi də hazırlana bilər. Hazırlandıqdan sonra hissələrə ayrılaraq dondurula bilər. Onun ilk dəfə XVII əsrdə yaşamış fransız aşpazı olan Fransua-Pierre de la Varen tərəfindən hazırlandığı və onu işə götürən Markiz d'Uxellesin şərəfinə belə adlandırdığı güman edilir. Onun əsas tərkib hissəsi çox incə doğranmış göbələk və soğandır. Göyərti kimi kəklikotu və ya mərzədən müntəzəm olaraq istifadə olunur. Duz və istiot, həmçinin də kokos palması tozu əlavə edilərək dadı daha daha da fərqli edilə bilər. Bəzi aşpazların reseptlərində isə konservləşdirilmiş ağ şəraba, sarımsağa və qaymağa da rast gəlmək mümkündür. İstifadə ediləcəyi reseptin strukturundan asılı olaraq, çörək qırıntıları, üyüdülmüş çörək qırıntıları və ya qovrulmuş unla onun konsistensiyasını artırmaq, sousa yaxın bir tutarlılıq üçün isə onu qatılığını qaymaq və ya bulyon ilə seyreltmək mümkündür.

"dük" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dük nədir? #dük sözünün mənası #dük nə deməkdir? #dük sözünün izahı #dük sözünün yazılışı #dük necə yazılır? #dük sözünün düzgün yazılışı #dük leksik mənası #dük sözünün sinonimi #dük sözünün yaxın mənalı sözlər #dük sözünün əks mənası #dük sözünün etimologiyası #dük sözünün orfoqrafiyası #dük rusca #dük inglisça #dük fransızca #dük sözünün istifadəsi #sözlük