* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Adamların bir mətləblə Allaha və müqəddəs saydıqları şəxslərə müraciət, yaxud da ibadət zamanı zikr etdikləri sözlər. Şəhərin kənarı, camaat ayaq üstə, əlləri duada, dodaqları dua vird edir. C.Məmmədquluzadə. // Bu məzmunda olan mətn, yazı. Dua kitabı. – Nə qədər dua yazdırırlar, pirə aparırlar və bu kimi avamca müalicə edirlərsə də, fayda vermir. S.S.Axundov. Nəhayət, uşaq üçün fala baxdırıb tas qurdurar və dua yazdırardılar. H.Sarabski. Şair gedir… Bu gün dua əvəzinə həzin-həzin, Oxuyurlar “Şəbi-hicran” qəzəlini Füzulinin. B.Vahabzadə. // Allaha yalvarış; bir xahişlə, iltimasla, yaxud təşəkkürlə Allaha, müqəddəs sayılanlara müraciət; dua mərasimi. □ Dua etmək (eləmək) – 1) Allaha müraciət edib yalvarmaq, iltimas etmək. [Hacı:] Otur evdə, dua eylə ki, gəlsin qardaşın Səlim. C.Cabbarlı. [Ömər koxa] …Yatmazdan əvvəl üzünü qibləyə çevirib dua elədi. İ.Şıxlı; 2) birisinə təşəkkür, minnətdarlıq ifadəsi olaraq Allaha müraciətlə onun üçün xoşbəxtlik, rifah və salamatlıq diləmək. Muzdur şadlığına sağ əlini yuxarı qalxızıb Sədrəddin bəyə və prokurora dua etdi. S.M.Qənizadə. Ramazan yenə də Tahiri düşünür, ürəyində ona dua eləyirdi. M.Hüseyn. 2. Salam mənasında. [Hacı Qənbər:] Get, axşama düşərsən və mənim tərəfimdən çoxçox dua apar. N.Vəzirov.
Azərbaycan dilinin izahlı lüğəti / dua2 ə. 1) çağırış; 2) Allaha yalvarma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dua1 Ərəbcə “çağırmaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dua1 DUA [Əvvəlinci azarlı:] Dua yazdırmaqdan yoruldum (C.Məmmədquluzadə); PİTİK Kəndli: Sən Allah, buna bir duadan, pitikdən yaz (M.N.lət.).
Azərbaycan dilinin sinonimlər lüğəti / dua2 сущ. 1. молитва: 1) обращение с просьбой, мольбой, благодарностью к Богу, Святым 2) установленный текст молитвы 3) разг. привет (посылаемый через кого- л.) 2. амулет (талисман); dua etmək kimə молиться за кого (выражать свою благодарность кому-л., молясь Богу за благополучие чьё-л.); dua yazmaq kimə писать молитву (в целях исцеления от болезни); dua oxumaq читать молитву (служить, отправлять службу)
Azərbaycanca-rusca lüğət / dua1 i. din. prayer; (yeməkdən əvvəl və sonra) grace; ~ etmək to pray (to), to offer prayers (to); ~ yazmaq to write* a prayer; ~ oxumaq 1) to read* a prayer; 2) to say* one’s prayers; axşam ~sı evening prayer; O, hər axşam yatmazdan əvvəl dua oxuyur She / He says her / his prayers every evening before she / he goes to bed
Azərbaycanca-ingiliscə lüğət / dua1 is. din. prière f ; ~ etmək prier vi ; ~ oxumaq dire des prières
Azərbaycanca-fransızca lüğət / dua1 [ər.] сущ. 1. дуьа, дуа; dua etmək (eləmək) дуьа авун а) дуьа авуналди Аллагьдиз минетун; б) хийир-дуьа авун, Аллагьдиз дуьа авуналди садаз хушбахтвал, саламатвал тӀалабун; 2. дуа, салам манада.
Azərbaycanca-ləzgicə lüğəti / dua