* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] Əsil mənası “tüstü” olub, klassik şeirdə və folklorda çox vaxt “dudiah”, “dudi-dil” və s. tərkiblərində “ah, fəğan” mənasında işlənmişdir. Dudi-ahindir, Xətayi, gögdə buludlar sənin; Durmayıb tök göz yaşın, kim əbri-baran devridir. Xətayi. Başdan-ayağa nədir bu yanmaq; Dudi-dilə dəmbədəm boyanmaq? Füzuli. Çəkdi dudiahimi ta çərxi çənbərbar tüfəng. M.P.Vaqif. Zərrəcə gəlməzsən nəzarıma sən; Dudi-ahın mən dəhanə yetirrəm. Aşıq Pəri.
Azərbaycan dilinin izahlı lüğəti / dud2 DUD1 f. 1) duman, çən; 2) tütün, his. Dudi-dil «ürək tüstüsü» m. kədər, qəm, ah-nalə. DUD2 ə. qurd (həşərat).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / dud3 Ah-nalə. (“Koroğlu” dastanının lüğəti) Eyvaz xana al şərabı içirdim, Dud eləyib, çox xocalar köçürdüm, Səksən oxu əgrimcədən keçirdim, Heç kamanda arzumanım qalmadı. (Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”) * Çənlibeldən dud eləyib yeridim, Ərzurumun güzarına gəlmişəm. Ya qismət yetirib məni buraya, Ya da əcəl bazarına gəlmişəm. (“Koroğlunun Ərzurum səfəri”) (“Dəli-Həsənbala”)
Azərbaycan dastanlarının leksikası / dud