Hud sözü azərbaycan dilində

Hud

Yazılış

  • Hud • 93.5484%
  • HUD • 4.3011%
  • hud • 2.1505%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
HUD
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
Fort Hud
Fort Hud - dünyada ən iri ABŞ hərbi bazası 1942-ci ildə tikilmiş Fort Hud dünyada ən iri ABŞ hərbi bazasıdır. ABŞ-nin Texasda ştatının Fort Hood şəhərində yerləşir. Burada 40 min hərbçi var, ailə üzvləri və digər mülki şəxslərlə birlikdə bazanın sakinlərinin sayı 80 minə çatır. Bazada iki muzey, məktəblər, xəstəxana və göl var. 2009-cu ilin noyabr ayının 5-də burada mayor Malik Nadal Hasan silahsız əsgərləri atəşə tutması nəticəsində 13 nəfər ölüb, 31 nəfər yaralanıb.
Hud Surəsi
11-ci surə
Hud peyğəmbər
Hud — ilahi peyğəmbərlərdən biri. Yüksək mənəvi dərəcə və insani keyfiyyətlərə sahib olması və zahiri gözəlliyi onu zəmanəsinin insanlarından fərqləndirirdi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Yunus, Məhəmməd və Hud) biridir. Hud peyğəmbəri bir çox peyğəmbərdən fərqləndirən xüsusiyyət odur ki, onun haqqında nə yəhudilikdə, nə də xristianlıqda məlumat var. Onun haqqında məlumatlar ancaq islam mənbələrində var. Quran rəvayətlərindən məlum olur ki, Hud peyğəmbər azğın, nadan və cahil qövmünü düz yola hidayət etmək üçün nə qədər çətinliklərlə üzləşmiş və bunlara səbir etmişdir. Hud peyğəmbərin qəbri İraqda Nəcəf şəhərində yerləşir == Hudun peyğəmbər seçilməsi == Hud 40 yaşına yetişdikdə Allah tərəfindən bir peyğəmbər kimi öz qövmünü tovhidə, pis adətləri tərk etməyə və axirətin dəhşətli əzabından qorxmağa dəvət etmək üçün təyin olundu. Rəvayətlərdə qeyd olunur ki, Hudun qövmü 13 qəbilə idi və bu qəbilələrin nəsilləri Nuh peyğəmbərin kötücəsi olan Ad ibni Ovsa çatırdı. Buna görə də həmin qövm Ad qövmü adını almışdı. Onların yaşadığı yerin adı Əhqaf idi.
Moraq Hud
Moraq Hud (ing. Morag Hood) — Böyük Britaniya aktrisasıdır. == Həyatı == Moraq Hud 1942-ci ildə Şotlandiyanın Qlazqo şəhərində anadan olmuşdur. Qlazqo Universitetində təhsil aldıqdan sonra aktrisalıq karyerasına başlamışdır. Bir çox filmlərdə və televiziya seriallarında çəkilmişdir. Moraq Hud 2002-ci ildə Xərçəng xəstəliyindən vəfat etmişdir. Onun həyatı boyu nə həyat yoldaşı, nə də uşağı olmuşdur.
Robin Hud
Robin Qud, Robin Hud (ing. Robin Hood - Robin Hud) - normanlara qarşı mübarizə aparmış ingilis xalq balladası qəhrəmanı, incidilmişlərin və yoxsulların müdafiəçisi. == Xarici keçidlər == Robin Qud - Əsatir, yoxsa həqiqət?
Robin Hud (cizgi filmi, 1973)
Robin Hud (ing. Robin Hood) — 1973-cü ildə istehsal olunmuş cizgi filmidir. "Cəngəllik kitabı" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 21-ci klassik qısametrajlı cizgi filmidir. == İstinadlar == == Xarici keçidlər == Robin Hud — Internet Movie Database saytında.
Robin Hud (film, 2010)
Robin Hud 2010-cu ildə Ridli Skottun rejissorluğu ilə çəkilmiş Britaniya-Amerika müştərək macəra filmidir. Filmdə baş rollarda Russell Crowe, Cate Blanchett və Mark Strong çəkilib. == Süjet xətti == Kral Riçardın Fransada ölümü ilə oxatan Robin Lonqstride və dostları İngiltərəyə qayıdırlar. Fransanın İngiltərəni işğalına cavab olaraq, Nottingemdə Valterin atasına qarşı üsyan edirlər. Bu vaxt Robin dul qalmış xanım Ledi Mariona aşiq olur, lakin Ledi Robinə qarşı eyni hissləri yaşaya bilmir. Yaşadığı regiondakı şərlə üz-üzə qalan Robin bir dəstə yaratmağa çalışır və bu dəstə ilə həm Ledi Marionu qazanmağı, həm də baronları öldürməyi planlaşdırır. == Çəkiliş mərhələsi == Filmin üzərində 2007-ci ildən Universal Studios tərəfindən işlərə başlanılıb. Aktyor Russell Crowe 20 milyon dollara Robin Hud rolunu oynamağa razılaşdırılmışdır. Filmin çəkilişləri 2009-cu ildə İngiltərənin Şervud meşəsində aparılıb.
Carex hudsonii
Carex acuta (lat. Carex acuta) – cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü. == İstinadlar == == Xarici keçidlər == Joint Nature Conservation Committee. "Observations of Slender Tufted-sedge Carex acuta". Wildlife Statistics Online. 1958 – 1998. İstifadə tarixi: 2011-04-06.
Cennifer Hudzon
Cennifer Hadson — ABŞ kino ulduzu və pop-estrada müğənnisidir. 2006-cı ildə "Dreamgirls" filmində Effie White roluna görə "Oscar", "BAFTA" və "Golden Globe" mükafatlarını qazanmışdır. == Həyatı == Cennifer Hadson 1981-cu il sentyabrın 12-də Çikaqoda anadan olub.
Circus hudsonius
Tarla belibağlısı (lat. Circus cyaneus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Harri Hudini
Harri Hudini (ing. Harry Houdini, əsl adı və soyadı Erik Vays (mac. Weisz Erik); 24 mart 1874[…], Budapeşt – 31 oktyabr 1926[…], Detroyt, Miçiqan) — Çətin qaçış və azad olma tryukları ilə şöhrət qazanmış məşhur amerikalı illüzionist və hipnozçu. == Bioqrafiya == Baxmayaraq ki, Hudini özünün ABŞ-nin Viskonsin ştatında anadan olduğunu bildirsə də, sənədlərdə gələcək fokusçunun Budapeştdə ravvin ailəsində anadan olduğu göstərilmişdir. Erikin ailəsi onun 4 yaşı olanda, 1878-ci il 3 iyul tarixində ABŞ-yə emiqrasiya etmişdi. İlk əvvəl ailə Viskonsin ştatının Eplton şəhərində məskunlaşmışdı. Çünki ailənin başçısı — Meyer Samuel Vays burada Zion Reform Jewish Congregation adlı reformist sinaqoqunda ravvin vəzifəsini əldə etmişdi. 1887-ci ildə Hudini atası ilə birlikdə Nyu-Yorka gəlir. Harri 10 yaşından başlayaraq əyləncə müəssisələrində kart fokusları göstərməyə başlamışdır. 1892-ci ildə fransız fokusçusu Rober-Hudenin şərəfinə özünə Hudini təxəllüsünü götürür.
Henri Hudzon
Henri Hudzon (ing. Henry Hudson; 1565, İngiltərə krallığı – ən tezi 23 iyun 1611[…], güm. Ceyms körfəzi[d], Nunavut) — məşhur ingilis səyyahı, coğrafiyaçı. Şimali Amerikadakı Hudzon körfəzi və Hudzon çayı onun adı ilə bağlıdır. == Həyatı == Henri Hudzon 1550-ci ildə anadan olmuşdur. İngilis mənşəli Henri Hudzon Şimali Amerikanın tətqiqadçılarından biri olmuşdur. O, Atlantik okeanından Sakit Okeana daha qısa su yolu axtarırdı. 1609-cu ildə Hudzon çayını, 1610–1611-ci illərdə isə Hudzon körfəzi ilə Hudzon boğazını kəşf etmişdir. 1611-ci ilin yazında qərbə tərəf üzmək istəsə də heyətin üsyanı nəticəsində üsyançılar onu oğlu və sadiq dənizçiləri ilə birlikdə qayığa mindirib tərk etmişdilər. Bir çox səyyahlar kimi Hudzon da Atlantik okeanından Şimal Buzlu okeanını keçməklə Sakit okeana dəniz yolu axtaran və materikin sahil zonalarını tədqiq edən səyyah olmuşdur.
Hudayfa ibn Mihsan
Hudayfa ibn Mihsan (Bariq[d], Əsir bölgəsi[d] – 632, ərəb. حذيفة بن محصن البارقي‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Onun İslam tarixində yeri mühümdür və Ömərin xilafətində ordunun komandanı olub. == Ridde müharibəsi == 632-ci ilin sentyabrında Əbu Bəkr Omandakı üsyanları yatırmaq üçün Hudayfa ibn Mihsanın komandanlığı altında qoşun göndərir.. Burada Azd qəbiləsi və onların başçısı Ləkit ibn Malik üsyan qaldırır. Omana girən Hudayfa, düşmənə qarşı kifayət qədər əsgərinin olmadığını qiymətləndirincə dəstək gözləməyə başlayır. İkrimə ilə gələn dəstək qüvvələrinin köməyi ilə üsyan 632-ci ilin noyabrında Dibbadakı Daba döyüşü ilə yatırılır. Lakin o, müharibə zamanı şəhid olur.
Hudeybiyyə müqaviləsi
Hüdeybiyyə sülhü— (ərəb. الحدیبیّة‎) hicri VI (M.628/mart)ildə Hüdeybiyyə adlanan bir məntəqədə Hz. Peyğəmbərlə məkkə müşrikləri arasında bağlanmış bir sülh müqaviləsidir. Həcc mərasimlərini yerinə yetirmək üçün Məkkəyə yollanan müsəlmanlar Qureyş müşrüklərinin qadağası ilə üzləşdilər, Hz.Peyğəmbər Qüreyş müşrikləri ilə danışıqlar aparmaq qərarına gəldi və bunun üçün ilk olaraq Ömər ibn Xəttabı seçdi. Ancaq O, getməkdən imtina edib Osman ibn Əffanın getməsini təklif etdi, Osmanın getməsindən və öldürülməsi barədə yayılan şayiələrdən sonra hz. Peyğəmbər müsəlmanlara Rizvan beyəti kimi tanınan bir müqavilə bağladı. Tərəflər arasındakı danışıqlardan sonra nəhayət, tərəflər arasında on illik barışığı təmin edən Hüddeybiyyə Barışıq Sazişi bağlandı və müsəlmanlar o il Mədinəyə qayıtdılar ki, növbəti il Ümrə ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəlsinlər. == Müsəlmanların Həccə getmək əzmi == Hz.Peyğəmbər hicrətin VI ilində səhabələri ilə birlikdə Məkkəyə getdiyini və Allahın evini ziyarət etdiyi yuxusunda gördü. لَّقَدْ صَدَقَ اللَّـهُ رَسُولَهُ الرُّؤْیا بِالْحَقِّ ۖ لَتَدْخُلُنَّ الْمَسْجِدَ .الْحَرَامَ إِن شَاءَ اللَّـهُ آمِنِینَ مُحَلِّقِینَ رُءُوسَکمْ وَمُقَصِّرِینَ لَا تَخَافُونَ ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا فَجَعَلَ مِن دُونِ ذَٰلِک فَتْحًا قَرِیبًا ( And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) rö’yasının çin olduğunu təsdiq etdi. (Ey mö’minlər!) Siz, inşallah, əmin-amanlıqla, (bə’ziniz) başınızı qırxdırmış, (bə’ziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız.
Hudeydə
Hudeydə—Yəməndə Qırmızı dənizin sahilində tarixi şəhər. == Tarixi == Hudeydə adından ilk dəfə Yəmən tarixçisi Əli bin Həsən əl-Hazrəci 1393-cü ildə bir sahilin adı olaraq söz açır. Ancaq aparılan arxeoloji araşdırmalar, bu tarixdən üç-dörd əsr öncə bu civarda bəzi yaşayış mərkəzlərinin olduğunu ortaya çıxarmışdır. İslamın yayılışından qısa bir müddət öncə bölgənin cənubundakı Qanemiyədə yaşayanlar vardı və bu insanlar, Həzrət peyğəmbərin bölgəyə yolladığı dəvətçiyə dirənmə göstərmədən İslamiyəti qəbul etmişdilər . Bu şəhər ehtimalən bir zəlzələ sonunda yox olmuşdur. XIV əsrdə ov sahəsi olaraq istifadə edilən Hudeydədən yaşayış mərkəzi mahiyyətilə bəhs edilməsi, XV əsrin ortalarında Ədəndəki Tahiri sultanlığının hakimiyət illərinə rastlanır. Əhməd ibn Məcid də "Kitabül-Fəvaid" adlı əsərində (yazılma tarixi 1490) buranın Yəmənin ən önəmli limanlarından biri olduğunu söyləyir. XVI əsrin ilk rübündə Hudeydə limanı önəmini qorudu. 1515-ci ildə Məmlüklər Ədənə gələn portuqaliyalılara qarşı göndərdikləri qüvvətlər için Zəbid imamının istənilən qıda yardımını etməməsi üzündən quruya əsgər çıxararaq Hudeydədə hakimiyətə yiyələndilər. Bu hücumdan böyük zərər görən şəhər canlılığını itirdi və funksiyasını daha cənubdakı Moha limanına buraxdı.
Hudilər
Hudilər ya da Banu Hud (بنو هود), İspaniyanın dağınıq müsəlman əmirliklərə (Təvaif-ül Mülk) bölündüyü XI əsrdəki siyasi qarğaşa dönəmində Saraqosa şəhəri çevrəsində hökm sürən bir Ərəb xanədanıdır. == Tarixi == Xanədanın qurucusu olan Süleyman bin Məhəmməd bin Hudi, xanədanını Tucibi əmiri və yaxın müttəfiqi olan II Munzirin 1039-cu ildə öldürülməsindən sonra elan etmişdir. Tucibi zamanında şimal sınırında vəzifədə olan əl-Mustain adıyla da anılan Süleyman bin Məhəmməd bin Hudi, əsgəri uğurlarıyla adını duyurmuş və Lerida valiliyi vəzifəsində olmuşdur. Hudilər Əl-Mustain dönəmində qısa müddətdə İber yarımadasının şimal-şərqində geniş torpaqlara sahib bir əmirlik təşkil etdilər. Ancaq Əl-Mustainin ölümündən sonra beş oğlu arasında başlayan taxt qovğası, oğullarından I Əhməd əl-Müqtədirin hakimiyyəti ələ almasıyla sona çatdı. Əhməd əl-Müqtədir uğurlu idarəsi və Norman Robert Crespinin 1064-cü ildə müsəlmanlardan aldığı Barbastoyu yenidən fəthi (1065) ilə müsəlman əmirlər arasında adını duyurdu. Ayrıca aralarında ünlü din alimi Əbul Vəlid əl-Bacinin və şair İbn Ammarın da olduğu önəmli din adamlarını və sənətkarları yanına aldı və günümüzdə sadəcə kiçik bir qismi ayaqda qalmış olan Cəfəriyyə sarayını tikdirdi. əl-Müqtədir bunun yanında Tortosa (1061) və Denianı (1075) ələ keçirərək əmirliyi dönəmində torpaqlarını genişlətməyi bacardı. Yerinə keçən oğlu Yusif əl-Mutəmin (1081-1085) əsgəri kimliyindən çox elm adamı kimliyi ilə ortaya çıxdı. Əl-Mutəmindən sonra taxtı əlinə alan II Əhməd əl-Mustainin hökmdarlıq dönəmiysə (1085-1110) Xristianlarla aparılan savaşlarla keçdi.
Hudul (Astara, İran)
Hudul (fars. هودول‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 388 nəfər yaşayır (84 ailə).
Hudzon boğazı
Hudzon boğazı ing. Hudson Strait (Skandinaviyadan cənubda yerləşir)-Şimal Buzlu okeanında yerləşən Kanada ərazisində Baffin Torpağı adasını (cənub) Labrador yarımadasını (şimal) ayırır. Boğaz Labrador dənizini daxili Foks və Hudzon körfəzi, cənub-şərqdə isə Unqava körfəzi ilə birləşir. Boğaz akvatoriyasında Mill, Solsberi, Hottingem, Çarlz, Biq-Aylənd, Botton, Rezolyuşen, Edzell, Digges, Qudvin adaları yerləşir. Uzunluğu 800 km, eni şərqdə 115 km, qərbdə 240 km təşkil edir. Dərinliyi 115–704 m-dir. Qabarma 12 m təşkil edir. Fırtınalar müşahidə edilir. Boğaz 4 ay gəmiçilik üçün açıq olur. Boğaz 1610-cu ildə onu üzüb keçən Henri Hudzonun şərəfinə adlandırılıb.
Hudzon körfəzi
Hudzon körfəzi (ing. Hudson Bay, fr. baie d'Hudson, inuktitut Kangiqsualuk ilua) — Şimal Buzlu okeanın akvatoriyasına daxil olan və birbaşa boğaz vatəsi ilə Atlantik okeana çıxışı olan körfəzdir (Faktiki olaraq isə Hudzon daxili dənizdir). Körfəz Kanadanın Kvebek, Ontario, Manitoba və Nunavut vilayətlərinin ərazisi ilə hüdudlanır. Labrador dənizi ilə Hudzon boğazı vastəsilə birləşir, Şimal Buzlu okean ilə Foks körfəzi vastəsilə birləşir. Körfəzin sahəsi 1,23 milyon km² təşkil edir. Dərinliyi 258 metrdir. Oktyabrdan iyul ayına qədər buzla örtülü olur. Sularında Terka, Kambala və seld kimi balıqlar tutulur. Suiti bölgə üçün əhəmiyyətlidir.
Hudzon körfəzi şirkəti
Hudzon körfəzi şirkəti (ing. Hudson's Bay Company, HBC; Hudzonbay şirkəti kimi 1870-ci illərədək tərcümə edilmişdir) — Şimali Amerikadakı və dünyanın ən köhnə ticarət şirkətlərindən biri. Şirkət rəhbəri vəzifəsinə hələ də Qubernator deyilir. Şirkətin mərkəzi ofisi Kanadanın Toronto şəhərində, köhnə şəhərətrafı, indiki Skarboro bölgəsində yerləşir. == Tarixi == === Yaranması === XVII əsrin ortalarına qədər Kanadada kürk ticarəti demək olar ki, tamamilə Kvebekdəki (Yeni Fransa) Fransız müstəmləkə rəhbərliyinin əlində idi. Fransız Huguenot tələsi Pyer-Espri Radisson, Kri hindilərindən öyrəndi ki, ən yaxşı kürk ölkəsi Hudzon Körfəzi mənasını verən "donmuş dəniz" ə gedən yolda, Yuxarı gölünün şimalında və qərbində yerləşir. 1659-cu ildə Radisson və qayınatası Medard de Qrozey, öz xəsarəti və riski ilə oraya getdilər, çoxlu kürk əldə etdilər və Huron hinduları ilə ticarət əlaqələri qurdular. 1661-ci ildə iki Fransız tərəfindən edilən dəfələrlə uğurlu səyahətə baxmayaraq, təşəbbüsləri hazırkı qubernator Marquis d'Argenson'dan təsdiq almayıb, tutucuların qənimətini tutdu və bundan sonra Bostondan gələn İngilis tacirlərinə müraciət etdilər.
Hudzon çayı məktəbi
Hudzon çayı məktəbi adının New York Tribune sənət tənqidçisi Clarence Cook və peyzaj rəssamı Homer Dodge Martininin şərəfinə adlandırıldığı güman edilir. Plein–air Barbizon məktəbi Amerika rəssamları və kolleksiyaçıları arasında dəb halına gəldikdən sonra üslub gözdən düşdüyü üçün əvvəlcə aşağılayıcı şəkildə istifadə edildi. Hudzon çayı məktəbi 19-cu əsr Amerikasının üç mövzusunu əks etdirirdi: kəşfiyyat, öyrənmə və yerləşmə. Bu məktəb həmçinin Amerika landşaftını insanların və təbiətin dinc yaşadığı qeyri–adi bir mühit kimi təsvir edirlər. Hudzon çayı məktəbi mənzərələri, təbiətin real, təfərrüatlı və bəzən ideallaşdırılmış təsvirləri ilə xarakterizə olunur. Ümumiyyətlə Hudzon çayı məktəbinin rəssamları dini inanclarının dərinliyinə görə fərqlənsələr də, Amerika mənzərəsinin şəklindəki təbiətin Tanrının bir əksi olduğuna inanırdılar. Onlar Claude Lorrain, John Constable və JMW Turner kimi Avropa ustalarından ilham aldılar. Bir neçə rəssam Düsseldorf rəssamlıq məktəbinin üzvləri idi, digərləri isə alman Paul Veber tərəfindən yetişdirilmişdir. == Quruluşu == Thomas Cole ümumiyyətlə Hudzon çay məktəbinin qurucusu kimi qəbul edilir. O, 1825-ci ilin payızında Koul Hudson sahilində bir paroxoda minərək əvvəlcə West Point, sonra Catskill estakadasında dayandı.
Hudərəc
Hudərəc (fars. هودرج‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 485 nəfər yaşayır (141 ailə).
Jak Hudek
Jak Hudek (ing. Jacques Houdek; d. 14 aprel 1981, Velika Qoritsa, Yuqoslaviya Sosialist Federativ Respublikası (indiki Xorvatiya)) — Xorvatiyalı müğənni və bəstəkar. O Xorvatiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Jak öz peşəkar musiqi karyerasına 2000-ci ildə başlamışdır və həmin zamandan ifaçı bir çox mahnılar və albomlar təqdim etmişdir. O Xorvatiyanın The Voice səs yarışmasında münsif olaraq faəliyyət göstərir və 2015-ci ildə onun komandasında yer alan Nina Kralyiç yarışmanın qalibi seçilmişdir. Jak Xorvat dili ilə yanaşı İngilis, İtalyan, Alman, İspan, Fransız və Makedon dillərində də mahnılar ifa etmişdir. == Həyatı == Jelko Hudek 14 aprel 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının Zaqreb qraflığında yerləşən Velika Qoritsa şəhərində anadan olmuşdur. Musiqi məktəbinin piano bölməsində təhsilini bitirdikdən sonra Jak iki ali məktəbdə fərqli ixtisaslar üzrə təhsil almağa başlamışdır; musiqi (solo ifa bölməsi) və bərbərlik peşəsi. O eyni zamanda vokal dərsləri də almışdır.
Proprioseiopsis hudsonianus
Proprioseiopsis hudsonianus (lat. Proprioseiopsis hudsonianus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis hudsonianus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ramazan Hudulov
Ramazan İzzət oğlu Hudulov (24 noyabr 1994, Qaysa, Balakən rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Hudulov Ramazan İzzət oğlu 1994 cü il 24 Noyabr tarixində,Balakən rayonu, Qaysa kəndində avar ailəsində doğulub. == Filmoqrafiya == Dəmir Yumruq (film, 2021) (Real Təhlil və İnformasiya Mərkəzinin sənədli filmi) == Təltifləri == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ramazan Hudulova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.38 dəfə / 1 mln.
2004 ••••• 0.67
2007 ••• 0.42
2009 •••••••••••••••••••• 3.36
2010 •••• 0.64
2011 •• 0.26
2012 0.09
2013 0.15
2014 •••• 0.51
2015 •• 0.17
2016 •• 0.17
2018 0.15

"hud" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hud nədir? #hud sözünün mənası #hud nə deməkdir? #hud sözünün izahı #hud sözünün yazılışı #hud necə yazılır? #hud sözünün düzgün yazılışı #hud leksik mənası #hud sözünün sinonimi #hud sözünün yaxın mənalı sözlər #hud sözünün əks mənası #hud sözünün etimologiyası #hud sözünün orfoqrafiyası #hud rusca #hud inglisça #hud fransızca #hud sözünün istifadəsi #sözlük