hüd sözü azərbaycan dilində

hüd

Yazılış

  • hüd • 87.5000%
  • Hüd • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dərya Hüdayı
Dərya Hüdayı (fars. دريا هدائى‎, ing. Darya Hodaei, 21 sentyabr 1989, İran) amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. İran Azərbaycanının Təbriz şəhərində doğulub boya-başa çatmışdır. 9 yaşından etibarən qısa hekayələr yazmağa başlayan Dərya daha sonra Təbriz milli univeristesindən əczaçılıq üzrə elmər doktoru dərəcəsi almışdır. 26 yaşında ABŞ-yə köçmüş və əczaçılıq peşəsini inkişaf etdirməyə çalışmışdır. Eyni zamanda Dərya Hüdayı uşaq ədəbiyyatına və ana dilinə öz yaradıcılığında diqqət ayıraraq Amerikada uşaq kitabları müəllifi oldu. Kitab nəşri ilə yanaşı hazırda Florida ştatının Mayami şəhərində yaşayan Dərya Hüdayı özünün "EnglishAzerbaijani" platformasında baş direktor vəzifəsində çalışır. Dərya Hüdayı Azərbaycan türklərinin mədəni adət-ənənələri haqqında videolar və məzmunlar hazırlayır. Onun "Jirtdan’s Halloween" ("Cırtdanın Helloini") kitabı mediada geniş işıqlandırılmış və Amazon satış platformasının "ən çox satılanlar" siyahısına daxil olmuşdur.
Hüda Şəravi
Hüda Şə’ravi (ərəb. هدى شعراوي‎; 23 iyun 1879, Əl-Minya, Misir xidivliyi – 12 dekabr 1947 və ya 1947, Qahirə, Misir krallığı[d]) — Misirli feminist və aktivist.
Hüdeybiyyə sülhü
Hüdeybiyyə sülhü— (ərəb. الحدیبیّة‎) hicri VI (M.628/mart)ildə Hüdeybiyyə adlanan bir məntəqədə Hz. Peyğəmbərlə məkkə müşrikləri arasında bağlanmış bir sülh müqaviləsidir. Həcc mərasimlərini yerinə yetirmək üçün Məkkəyə yollanan müsəlmanlar Qureyş müşrüklərinin qadağası ilə üzləşdilər, Hz.Peyğəmbər Qüreyş müşrikləri ilə danışıqlar aparmaq qərarına gəldi və bunun üçün ilk olaraq Ömər ibn Xəttabı seçdi. Ancaq O, getməkdən imtina edib Osman ibn Əffanın getməsini təklif etdi, Osmanın getməsindən və öldürülməsi barədə yayılan şayiələrdən sonra hz. Peyğəmbər müsəlmanlara Rizvan beyəti kimi tanınan bir müqavilə bağladı. Tərəflər arasındakı danışıqlardan sonra nəhayət, tərəflər arasında on illik barışığı təmin edən Hüddeybiyyə Barışıq Sazişi bağlandı və müsəlmanlar o il Mədinəyə qayıtdılar ki, növbəti il Ümrə ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəlsinlər. == Müsəlmanların Həccə getmək əzmi == Hz.Peyğəmbər hicrətin VI ilində səhabələri ilə birlikdə Məkkəyə getdiyini və Allahın evini ziyarət etdiyi yuxusunda gördü. لَّقَدْ صَدَقَ اللَّـهُ رَسُولَهُ الرُّؤْیا بِالْحَقِّ ۖ لَتَدْخُلُنَّ الْمَسْجِدَ .الْحَرَامَ إِن شَاءَ اللَّـهُ آمِنِینَ مُحَلِّقِینَ رُءُوسَکمْ وَمُقَصِّرِینَ لَا تَخَافُونَ ۖ فَعَلِمَ مَا لَمْ تَعْلَمُوا فَجَعَلَ مِن دُونِ ذَٰلِک فَتْحًا قَرِیبًا ( And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) rö’yasının çin olduğunu təsdiq etdi. (Ey mö’minlər!) Siz, inşallah, əmin-amanlıqla, (bə’ziniz) başınızı qırxdırmış, (bə’ziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız.
Hüdud əl-aləm
Hüdud əl–aləm (fars. حدود العالم) — X əsrdə, hicri 372–ci (miladi 982–983–cü) ildə naməlum müəllif tərəfindən farsca yazılmış coğrafi traktat. Əsərin tam adı Hüdud əl–aləm min əl–məşriq ili əl–məğribdir (ərəb. حدود العالم من المشرق الی المغرب Hudud əl–aləm min əl–məşriq ili əl–məğrib, fars. حدود العالم من المشرق الی المغرب‎). Əsərin müəllifinin adı tam dəqiqliklə məlum olmasa da o indiki Əfqanıstanın türkmənlər yaşayan Cövzcan vilayətindədir. Azərbaycan coğrafiyasına aid hissə Minorskinin etdiyi tərcümələrin 142-145-ci səhifələrində yerləşir. Hüdud əl-Aləm əsərinin müəllifi təsvir etdiyi ölkələri gəzməyib və bu əsərin yazılması üçün bir neçə fars və ərəb səyyah və coğrafiyaşünasların əsərlərindən istifadə edib. Ona görə də bu əsərin müəllifi bəzi daha öncələr yazılmış və o dövr insanına məlum olan ölkələrin təsvirində eyni xəta və eyni məlumatları təkrarlayır. Müəllifin İstəxri tərəfindən yazılmış "Məmləkətlərin yolları kitabı"na bələd (Kitab məsalik vəl-məmalik) olduğu aşkar məsələdir.
Hüdudsuz (Nik Vuyiçiç)
Hüdudsuz: İnanılmaz gözəl həyata çağırış (ing. Limitless: Devotions for a Ridiculously Good Life) — Nik Vuyiçiçin psixoloji-motivasiya mövzusunda yazdığı əsər. == Məzmun == Nik Vuyiçiç – Dünyaca məşhur motivasiya ustası, bestseller kitablar müəllifi. Əlsiz-ayaqsız doğulmağına baxmayaraq, iki ali təhsil alıb, qolf oynayır, dənizdə üzür, sörfinqlə məşğul olur, kompüterdə yazır, bir sözlə, dolğun həyat yaşamağı bacarır. Kitabları və çıxışları sayəsində milyonlarla insanın ümid mənbəyi olmuşdur. Xoşbəxt ailəsi var, iki uşaq atasıdır. Tanrıya sual verdim ki, məni niyə belə yaratdın? Dedi: Mənə güvən! Nik bu dünyada Tanrının insan həyatı üçün cızdığı plana inanmağı hər şeydən üstün tutur. O, Tanrının hər bir insan övladına bəxş etdiyi hüdudsuz sevgi və gücü anlamaqla fiziki məhdudiyyətinin yaratdığı bütün çətinliklərin, dərin psixoloji sıxıntıların öhdəsindən gəlmiş və inanılmaz xoşbəxt həyat yaşamağa nail olmuşdur.
Hüdudsuz Güc
Hüdudsuz Güc —"Əsər "Simon &Schuster"nəşriyyatının orijinalı əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb.Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ TEAS Press Nəşriyyat evinə məxsusdur == Haqqında == Bu kitab ilk dəfə 1986-cı ildə "Simon&Schuster"nəşriyyatı tərəfindən "Unlimited Power" adı ilə nəşr olunub. Entoni Robbins bunu “şəxsi nailiyyət haqqında yeni elm” adlandırır. Siz isə bunu “indiyədək qarşılaşdığınız ən yaxşı şey” adlandıracaqsınız. Əgər nə vaxtsa daha yaxşı həyat xəyal etmisinizsə, “Hüdudsuz güc” sizə arzuladığınız və layiq olduğunuz fövqəladə keyfiyyətli həyata nail olmağın, eləcə də şəxsi və peşəkar həyatınızı idarə etməyin yollarını göstərəcək. Entoni Robbins öz kitabları, lent yazıları və seminarları vasitəsilə milyonlarla insana sübut edib ki, zehninizin, düşüncənizin gücündən istifadə etməklə həyatınız üçün istədiyiniz hər şeyi edə, ona malik ola, onu yarada və əldə edə bilərsiniz. O, ölkə rəhbərlərinə, olimpiya oyunları iştirakçılarına və peşəkar idmançılara, kinoulduzlara və uşaqlara hədəfə necə nail olmağın yollarını göstərir. O, şəxsi nailiyyət haqda elmi “Hüdudsuz güc” vasitəsilə coşğunluqla aşkara çıxarır və sizə aşağıdakıları öyrədir: • əslində nə istədiyinizi üzə çıxarmağın yollarını • uğurun yeddi yalanını • qorxu və fobiyaları bir neçə dəqiqə ərzində aradan qaldırmaq üçün beyninizi yenidən proqramlaşdırmağın yollarını • görüşdüyünüz istənilən şəxslə dərhal qarşılıqlı münasibət yaratmağın sirlərini • başqasının uğurlarını təkrarlamağın yollarını • zənginliyin və xoşbəxtliyin beş açarını “Hüdudsuz güc” beyin üçün inqilabi fitnes kitabıdır. Bu kitab sizə emosional və maliyyə azadlığı əldə edərkən, liderliyə, özgüvənə və digərləri ilə əməkdaşlığa nail olarkən yüksək bacarıq nümayiş etdirməyin yollarını addım-addım göstərəcək. Bu kitab özünüzü və dünyanızı kökündən dəyişmək üçün sizə bilgi və cəsarət verəcək. “Hüdudsuz güc” uğur erasında yüksək performans üçün bir bələdçidir.
Mahmud Hüdayi
Mahmud Hüdayi Həzrətləri (d. 1541, Şərəfliqoçhisar - ö. oktyabr 1628, İstanbul) — Anadoluda yetişən böyük sufilərdən biri, Sufi İslam təriqətinin bir alt qrupuna aid Bayrami təriqətinin davamı olan Cəlvəti təriqətinin də qurucusudur. 1598-ci ildə Üsküdarda öz adına məscid və dərgah inşa etdirmişdir. Əsl adı Mahmuddur, Hüdayi adını isə sonradan almışdır. == Həyatı == Mahmud Əfəndi Həzrətləri 1541-ci ildə Ankaranın Şərəfliqoçhisar bölgəsində dünyaya gəlmişdir. Atasının adının Fəzlullah ibn Mahmud olduğu bilinir. Uşaqlıq illərini Əskişəhərin Sivrihisar bölgəsində keçirdi. İlk dini təhsilini də məhz burada almağa başladı. Ardından İstanbula gələrək Kiçik Ayasofya mədrəsəsində təhsilini davam etdirdi.
Seyid Mürtəza Ələmül-hüda
Seyid Mürtəza Ələmül-hüda — Seyid Mürtəza ləqəbi ilə məşhur olan "Əbul-Qasim Əli ibn Hüseyn ibn Musa Ələmul-Hüda" beşinci əsrin əvvəllərində yaşamış görkəmli şiə alimidir. O, Şeyx Müfidin şagirdidir. O, həmçinin Nəhcül-Bəlağəni toplayan Seyid Rəzinin qardaşıdır. == Həyatı == Seyid Mürtəza Ələmul-hüda Bağdad şəhərində dünyaya gəlmiş və Bağdad şəhərində də vəfat etmişdir. Onun qəbri Kərbəla şəhərində Hüseyn ibn Əli (ə)-ın məqbərəsinin kənarındadır. Seyid Mürtəza Ələmül-hüda və onun Nəhcül-Bəlağəni toplayıb və tərtib edən qardaşı Seyid Rəzi uşaqlıqlarından şiənin böyük fəqih və alimlərindən olan Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məsciddə oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən tutmuş və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”. Şeyx Müfid ağlayır və öz yuxusunu o möhtərəm xanıma danışır.
Yeni hüdudlar
Yeni hüdudlar — Günəş sisteminin planetləri olan Yupiter, Venera və cırtdan planet olan Plutonu tədqiq etmək məqsədi ilə NASA tərəfindən aparılan kosmik kəşfiyyat missiyaları seriyasından biridir. == İstinadlar == == Xarici keçidlər == "NASA to Launch New Science Mission to Asteroid in 2016". Retrieved 25 May 2011. NASA/JPL Near-Earth Object Program Office. 21 July 2015. Archived from the original Lunar Geophysical Network (LGN). Planetary Science Decadal Survey – Mission Concept Study Final Report, 2011.
HÜDA PAR
Hür Dava Partiyası (türk. Hür Dava Partisi, qısaldılmış halı ilə HÜDA PAR; kürd. Partiya Doza Azadî) — Türkiyədə sünni kürd islamçı siyasi partiya. == Tarixi == 2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar. Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər.20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir. Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.2012-ci ilin sonlarında "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" əsasən solçu və kürd milliyətçi Sülh və Demokratiya Partiyasının hegemonluğuna meydan oxumaq üçün siyasi partiya yaratmaq iradəsini açıqlamışdır. 17 dekabr 2012-ci ildə "Hür Dava Partiyası" təsis edilmişdir.

"hüd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hüd nədir? #hüd sözünün mənası #hüd nə deməkdir? #hüd sözünün izahı #hüd sözünün yazılışı #hüd necə yazılır? #hüd sözünün düzgün yazılışı #hüd leksik mənası #hüd sözünün sinonimi #hüd sözünün yaxın mənalı sözlər #hüd sözünün əks mənası #hüd sözünün etimologiyası #hüd sözünün orfoqrafiyası #hüd rusca #hüd inglisça #hüd fransızca #hüd sözünün istifadəsi #sözlük