hüdud sözü azərbaycan dilində

hüdud

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • hüdud • 83.2061%
  • Hüdud • 15.2672%
  • HÜDUD • 1.5267%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüdud əl-aləm
Hüdud əl–aləm (fars. حدود العالم) — X əsrdə, hicri 372-ci (miladi 982–983-cü) ildə naməlum müəllif tərəfindən farsca yazılmış coğrafi traktat. Əsərin tam adı Hüdud əl–aləm min əl–məşriq ili əl–məğribdir (ərəb. حدود العالم من المشرق الی المغرب Hudud əl–aləm min əl–məşriq ili əl–məğrib, fars. حدود العالم من المشرق الی المغرب‎). Əsərin müəllifinin adı tam dəqiqliklə məlum olmasa da o indiki Əfqanıstanın türkmənlər yaşayan Cövzcan vilayətindədir. Azərbaycan coğrafiyasına aid hissə Minorskinin etdiyi tərcümələrin 142–145-ci səhifələrində yerləşir. Hüdud əl-Aləm əsərinin müəllifi təsvir etdiyi ölkələri gəzməyib və bu əsərin yazılması üçün bir neçə fars və ərəb səyyah və coğrafiyaşünasların əsərlərindən istifadə edib. Ona görə də bu əsərin müəllifi bəzi daha öncələr yazılmış və o dövr insanına məlum olan ölkələrin təsvirində eyni xəta və eyni məlumatları təkrarlayır. Müəllifin İstəxri tərəfindən yazılmış "Məmləkətlərin yolları kitabı"na bələd (Kitab məsalik vəl-məmalik) olduğu aşkar məsələdir.
Hüdudsuz (Nik Vuyiçiç)
Hüdudsuz: İnanılmaz gözəl həyata çağırış (ing. Limitless: Devotions for a Ridiculously Good Life) — Nik Vuyiçiçin psixoloji-motivasiya mövzusunda yazdığı əsər. == Məzmun == Nik Vuyiçiç – Dünyaca məşhur motivasiya ustası, bestseller kitablar müəllifi. Əlsiz-ayaqsız doğulmağına baxmayaraq, iki ali təhsil alıb, qolf oynayır, dənizdə üzür, sörfinqlə məşğul olur, kompüterdə yazır, bir sözlə, dolğun həyat yaşamağı bacarır. Kitabları və çıxışları sayəsində milyonlarla insanın ümid mənbəyi olmuşdur. Xoşbəxt ailəsi var, iki uşaq atasıdır. Tanrıya sual verdim ki, məni niyə belə yaratdın? Dedi: Mənə güvən! Nik bu dünyada Tanrının insan həyatı üçün cızdığı plana inanmağı hər şeydən üstün tutur. O, Tanrının hər bir insan övladına bəxş etdiyi hüdudsuz sevgi və gücü anlamaqla fiziki məhdudiyyətinin yaratdığı bütün çətinliklərin, dərin psixoloji sıxıntıların öhdəsindən gəlmiş və inanılmaz xoşbəxt həyat yaşamağa nail olmuşdur.
Hüdudsuz Güc
Hüdudsuz Güc —"Əsər "Simon &Schuster"nəşriyyatının orijinalı əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb.Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ TEAS Press Nəşriyyat evinə məxsusdur == Haqqında == Bu kitab ilk dəfə 1986-cı ildə "Simon&Schuster"nəşriyyatı tərəfindən "Unlimited Power" adı ilə nəşr olunub. Entoni Robbins bunu “şəxsi nailiyyət haqqında yeni elm” adlandırır. Siz isə bunu “indiyədək qarşılaşdığınız ən yaxşı şey” adlandıracaqsınız. Əgər nə vaxtsa daha yaxşı həyat xəyal etmisinizsə, “Hüdudsuz güc” sizə arzuladığınız və layiq olduğunuz fövqəladə keyfiyyətli həyata nail olmağın, eləcə də şəxsi və peşəkar həyatınızı idarə etməyin yollarını göstərəcək. Entoni Robbins öz kitabları, lent yazıları və seminarları vasitəsilə milyonlarla insana sübut edib ki, zehninizin, düşüncənizin gücündən istifadə etməklə həyatınız üçün istədiyiniz hər şeyi edə, ona malik ola, onu yarada və əldə edə bilərsiniz. O, ölkə rəhbərlərinə, olimpiya oyunları iştirakçılarına və peşəkar idmançılara, kinoulduzlara və uşaqlara hədəfə necə nail olmağın yollarını göstərir. O, şəxsi nailiyyət haqda elmi “Hüdudsuz güc” vasitəsilə coşğunluqla aşkara çıxarır və sizə aşağıdakıları öyrədir: • əslində nə istədiyinizi üzə çıxarmağın yollarını • uğurun yeddi yalanını • qorxu və fobiyaları bir neçə dəqiqə ərzində aradan qaldırmaq üçün beyninizi yenidən proqramlaşdırmağın yollarını • görüşdüyünüz istənilən şəxslə dərhal qarşılıqlı münasibət yaratmağın sirlərini • başqasının uğurlarını təkrarlamağın yollarını • zənginliyin və xoşbəxtliyin beş açarını “Hüdudsuz güc” beyin üçün inqilabi fitnes kitabıdır. Bu kitab sizə emosional və maliyyə azadlığı əldə edərkən, liderliyə, özgüvənə və digərləri ilə əməkdaşlığa nail olarkən yüksək bacarıq nümayiş etdirməyin yollarını addım-addım göstərəcək. Bu kitab özünüzü və dünyanızı kökündən dəyişmək üçün sizə bilgi və cəsarət verəcək. “Hüdudsuz güc” uğur erasında yüksək performans üçün bir bələdçidir.
Yeni hüdudlar
Yeni hüdudlar — Günəş sisteminin planetləri olan Yupiter, Venera və cırtdan planet olan Plutonu tədqiq etmək məqsədilə NASA tərəfindən aparılan kosmik kəşfiyyat missiyaları seriyasından biridir. "NASA to Launch New Science Mission to Asteroid in 2016". Retrieved 25 May 2011. NASA/JPL Near-Earth Object Program Office. 21 July 2015. Archived from the original Lunar Geophysical Network (LGN). Planetary Science Decadal Survey – Mission Concept Study Final Report, 2011.
Hüdudsuz sevgi
Hüdudsuz sevgi — türk dram və aksiyon filmi.

hüdud sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “hədd” söz. cəmi] 1. Sərhəd. Vətənin hüdudlarını qorumaq. – [Qızıl Arslan:] Atabəy Məhəmməd sənin tərəfindən vəkil ediləndən bəri məmləkətin hüdudlarını Kirmana qədər genişləndirmişdir. M.S.Ordubadi. 2. Hədd, ölçü, hədd-hüdud. Uşağın sevincinin hüdudu yox idi. – Hüdudu var hər ağrının, hər işgəncənin; Külək yatır, qar dayanır, açılır səhər. S.Vurğun. Xeyir-şər qolqola! Nə yüksəkliyin; Nə də alçaqlığın hüdudu yoxmuş. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / hüdud

hüdud sözünün etimologiyası

hüdud sözünün sinonimləri (yaxın mənalı sözlər)

hüdud sözünün rus dilinə tərcüməsi

  • 1 граница, рубеж, предел

    Azərbaycanca-rusca lüğət / hüdud
  • 2 сущ. 1. предел: 1) обычно мн. ч. пределы (линия, разделяющая территории или воды смежных государств; граница, рубеж). Vətənin hüdudlarını qorumaq охранять рубежи Родины, ölkənin hüdudlarından kənarda за пределами страны, Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda далеко за пределами Азербайджана 2) допустимая норма чего-л. Hər şeyin hüdudu (həddi) var всему есть предел; uşaq sevincinin hüdudu yoxdur нет предела детской радости; vəhşiliyin hüdudu предел зверства, səbrin hüdudu предел терпения, mənim də səbrimin hüdudu var и мое терпение имеет предел II прил. 1. пограничный. связь. Hüdud rejimi пограничный режим 2. предельный. физ. Hüdud şüası предельный луч, hüdud istiliyi предельная теплота, hüdud xətti предельная линия, hüdud keçiriciliyi предельная проводимость 3. краевой. архит. Hüdud kontrastı краевой контраст 4. конечный. эл.-тех. Hüdud açarı конечный ключ ◊ hüdud qoymaq nəyə положить предел чему, hüdudunu aşmaq переходить, перейти границы дозволенного (допустимого)

    Azərbaycanca-rusca lüğət / hüdud

hüdud sözünün inglis dilinə tərcüməsi

hüdud sözünün fransız dilinə tərcüməsi

hüdud sözünün ləzgi dilinə tərcüməsi

hüdud sözünün türk dilinə tərcüməsi

"hüdud" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hüdud nədir? #hüdud sözünün mənası #hüdud nə deməkdir? #hüdud sözünün izahı #hüdud sözünün yazılışı #hüdud necə yazılır? #hüdud sözünün düzgün yazılışı #hüdud leksik mənası #hüdud sözünün sinonimi #hüdud sözünün yaxın mənalı sözlər #hüdud sözünün əks mənası #hüdud sözünün etimologiyası #hüdud sözünün orfoqrafiyası #hüdud rusca #hüdud inglisça #hüdud fransızca #hüdud sözünün istifadəsi #sözlük