vücud sözü azərbaycan dilində

vücud

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • vücud • 82.5000%
  • Vücud • 15.6250%
  • VÜCUD • 1.8750%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vəhdətül-vücud
Vəhdətül-vücud — sufi təlimi. == Haqqında == Bu sufi təlimə görə yalnız bir varlıq vardır, o da Allahdır. Ondan başqa heç nə yoxdur. Maddi və mənəvi aləmdə olanlar isə onun təcəllisi və təzahürüdürlər. Onların varlıqları Tanrının varlığından asılıdır. Deməli maddi aləmin Allahla əlaqəsi bir şeyin onun kölgəsi ilə bağlılığı kimidir. O şey olmasa, onun kölgəsi də olmaz. Deməli bu dünyanın da varlığı Allahın varlığına bağlıdır. "Vəhdəti-vücud" təliminə görə hər bir şeydə Tanrının təzahürləri vardır. Hər bir sufi Tanrıdan başqa heç bir şeyin olmadığını bilir.
Vücudnamə
Vücudnamə — aşıq şeri şəkli. Vücudnamələrdə insanın ayrı-ayrı yaş mərhələlərinin səcıyyəsi verilir . Bu şeir formasında sənətkarlar bir növ özünün əsli-nəcabəti, ana bətninə düşməsi, anadan olması, uşaqlıq illəri, təhsil alması, ədəb-ərkanı həyatının müxtəlif yaş dövrləri, oturub-durması, ailə məişəti, məhəbbəti, elobası, həyat yollarında olan çətinlikləri, gənclik, ahıllıq dövrü və s. haqqında avtobioqrafik məlumatlar verir.Azərbaycan aşıq və şairlərinin bəziləri gəraylı, qoşma, divani və s. şeir janrlarında vücudnamələr yazmışlar. Bu cür vücudnamələrin sayı çox azdır. Çünki, bu növ şeir yazmağın öz çətinlikləri var. Burada müəllifdən geniş dünyagörüşü, zəngin bilik, psixoloji, fəlsəfi duyum və s. tələb olunur. Koroğlunun "Bənzərsən" rədifli vücudnaməsi Azərbaycan poeziyasında bu şeir şəklinin ən tanınan nümunələrindəndir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.37 dəfə / 1 mln.
2006 ••••• 0.23
2007 ••••••••• 0.42
2009 •••••••••••••••••••• 0.96
2010 •••••••••••• 0.54
2011 •• 0.09
2012 •• 0.09
2013 ••••••• 0.29
2014 •••••••••••••••••• 0.86
2015 •••••••• 0.34
2016 ••••••••••••••••••• 0.87
2017 •••••••••••••• 0.65
2019 •••••••••••• 0.56
2020 ••••••••• 0.40

vücud sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Olma, varlıq, mövcud olma, var olma. Bəs bunların vücudu nəyə lazımdır! M.F.Axundzadə. Kəndlilər onun [Xəlilin] vücudunu özləri üçün bir nemət bilirdilər. S.Hüseyn. □ Vücuda gəlmək – əmələ gəlmək, meydana gəlmək, ortaya çıxmaq, törəmək. Hüsnün kitabətindən gəldi vücudə aləm. Nəsimi. [Əhməd] bu uzun müddət içində Bakıda nə kimi bir dəyişiklik vücuda gəldiyini görmək, bilmək istəyirdi. A.Şaiq. Vücuda gətirmək – yaratmaq, törətmək, meydana gətirmək. 2. Cisim, bədən, orqanizm. [Fəxrəddin:] Yox, o deyil, mənim sevgilimin boyu bundan daha ucadır, vücudu daha böyük tənasübə malikdir. M.S.Ordubadi. [Qadının] qarabuğdayı üzündə bir dirilik, yanaqlarında vücudunun sağlamlığından nəşət edən bir qırmızılıq … mövcuddur. S.Hüseyn. Vücudun möhkəm olması döyüşçü üçün mühüm şərtdir. Mir Cəlal. 3. Adam, şəxs. Amma mən elə başa düşmədim ki, bu yavuqlarda vəfat edən bir vücudun barəsində o qədər çığır-bağır saldılar. C.Məmmədquluzadə. Məşədi Səttar dedi: – Bu da bir tühaf vücuddur. Ə.Haqverdiyev. Gözümün qarşısında mələk qədər məsum bir vücud od içində yanır. S.Hüseyn. [Səfər bəy:] A kişi, Mirzə Turab, sənə kişi kimi söz deyirəm, siz iki qardaşsınız, ikiniz də alim vücudsunuz. B.Talıblı.

    Azərbaycan dilinin izahlı lüğəti / vücud

vücud sözünün etimologiyası

vücud sözünün sinonimləri (yaxın mənalı sözlər)

vücud sözünün rus dilinə tərcüməsi

  • 1 1. тело; 2. особа, лицо, существо, индивидуум;

    Azərbaycanca-rusca lüğət / vücud
  • 2 сущ. 1. существо 2. тело, телосложение. Gözəl vücud красивое телосложение 3. особа, индивидуум, фигура, личность. Bir vücudun barəsində danışırdılar говорили об одной особе ◊ alimi vücud учёный человек; vücuda gəlmək возникнуть, появиться; vücuda gətirmək создавать, создать, творить, сотворить, производить, произвести; уродить, порождать, породить; bütün vücudu ilə всем своим существом

    Azərbaycanca-rusca lüğət / vücud

vücud sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. body; 2. person, man*; 3. being, creature; ~a gəlmək to come* into being / existence, to spring* up, to appear; ~a gətirmək to create (d.), to originate (d.), to establish (d.)

    Azərbaycanca-ingiliscə lüğət / vücud

vücud sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) corps m ; 2) personne f, personnage m ; 3) être m, créature f ; ~a gəlmək surgir vi ; survenir vi (ê) ; paraître vi ; ~a gətirmək créer vt ; engendrer vt ; produire vt

    Azərbaycanca-fransızca lüğət / vücud

vücud sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. хьунухь, авай затӀ, аваз хьунухь, хьун; vücuda gəlmək арадал атун, туьремиш хьун, хьун; vücuda gətirmək арадал гъун, яратмишун, туьретмишун; 2. беден, жендек, тан, организм; 3. кас, инсан.

    Azərbaycanca-ləzgicə lüğəti / vücud

vücud sözünün türk dilinə tərcüməsi

vücud sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) var olma, mövcud olma; mövcudluq; 2) bədən, cəsəd, cisim; 3) şəxs, zat, nəfər; 4) yaradılmış, məxluq. Vücudi-küll tam varlıq; vücudi-mütləq mütləq varlıq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"vücud" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vücud nədir? #vücud sözünün mənası #vücud nə deməkdir? #vücud sözünün izahı #vücud sözünün yazılışı #vücud necə yazılır? #vücud sözünün düzgün yazılışı #vücud leksik mənası #vücud sözünün sinonimi #vücud sözünün yaxın mənalı sözlər #vücud sözünün əks mənası #vücud sözünün etimologiyası #vücud sözünün orfoqrafiyası #vücud rusca #vücud inglisça #vücud fransızca #vücud sözünün istifadəsi #sözlük