* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Bədənli, gövdəli, cüssəli, əndamlı. Qız ucaboylu, sağlam vücudlu, sarısaçlı bir rus qızı idi. M.S.Ordubadi. Qasım ağa qalxıb qapıya çatmamış, qələmkar pərdə qaldırıldı, içəri ortaboylu, dolğun vücudlu gözəl bir qadın girdi. Çəmənzəminli. Rəisi onu [Rzanı] uzunboylu, təqribən səkkiz put ağırlığında dolğun vücudlu bir ağaya təqdim etdi. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / vücudlu1 sif. corpulent, -e, imposant, -e, impressionnant, -e ; éloquent, -e, suggesti//f, -ve ; expressi//f, -ve
Azərbaycanca-fransızca lüğət / vücudlu