* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••• | 332.34 |
2003 | •••••••••••••••••••• | 490.92 |
2004 | •••••••••••••••••••• | 499.93 |
2005 | •••••••••••••••••• | 434.56 |
2006 | •••••••••••••••••• | 434.48 |
2007 | ••••••••••••••••• | 405.52 |
2008 | •••••••••••••••• | 398.32 |
2009 | ••••••••••••••• | 373.56 |
2010 | ••••••••••••• | 304.54 |
2011 | ••••••••••••• | 302.59 |
2012 | •••••••••••• | 298.93 |
2013 | •••••••••••• | 286.35 |
2014 | •••••••••••• | 289.34 |
2015 | •••••••••• | 228.98 |
2016 | •••••••••••• | 278.53 |
2017 | •••••••••••• | 292.33 |
2018 | ••••••••••• | 262.94 |
2019 | •••••••••••••• | 339.80 |
2020 | •••••••••••• | 277.42 |
1 is. [ər. “həqq” söz. cəmi] 1. Dövlət tərəfindən müəyyən olunan və tətbiq edilən, insanlar arasında ictimai münasibətləri nizama salan və hakim sinfin iradəsini ifadə edən normaların, qaydaların məcmusu. Seçki hüququ. – İnsan hüququndan dərs deyən ölkə; Haqqı bağ güncünə niyə atmısan? B.Vahabzadə. // Cəmiyyətin təşkilinin, həyat və fəaliyyətinin hər hansı bir cəhətinə aid olan dövlət hüquq və qərarlarının məcmusu. Əmək hüququ. Mülki hüquq. Vətəndaşlıq hüququ. // Hər hansı bir məsələyə dair dövlətlər arasındakı qarşılıqlı münasibətləri nizama salan beynəlxalq sazişlərin, müqavilələrin məcmusu. Dəniz hüququ. // Həmin qayda və normalar haqqındakı qanunlardan bəhs edən elm və onun bu və ya başqa bir sahəsi. Mülki hüquq mütəxəssisi. Cinayət hüququndan mühazirə. Hüquq elmləri doktoru. – Mehman sənədlərini təqdim edib hüquq fakültəsinə daxil oldu. S.Rəhimov. 2. Bir iş görmək, bir şeyi həyata keçirmək üçün dövlət qanunları ilə verilən azadlıq, imkan, ixtiyar. Vətəndaşların hüquqları. Fəhlə sinfinin siyasi hüquqları. Sosial təminat hüququ. Varislik hüququ. – Asudə nəfəs çəkməyə halət edə fəhlə; Yainki hüquq üstə ədavət edə fəhlə. M.Ə.Sabir. Və yenə də biz başa düşmürük ki, osmanlı arvadları nə hüquq istəyirlər? C.Məmmədquluzadə. // Birisinə vəzifəsini yerinə yetirmək, müəyyən vəzifə tutmaq ixtiyarını verən rəsmi icazə, vəsiqə. Müəllimlik hüququ. // dan. Hər hansı bir şəxsə avtomobil, motosiklet və s. sürmək ixtiyarı verən sənəd. Sürücülük hüququ. 3. Bu və ya başqa bir tərzdə hərəkət etmək, iş görmək imkanı; ixtiyar. Yeni təyin edilmiş müdirə böyük hüquqlar verilmişdir. – [Cahan:] İmdi bizim hüququmuz kişilərlə bərabərdir. Ə.Haqverdiyev. 4. Əsas, sübut, haqq. Bu adı daşımağa heç bir hüququ yoxdur. 5. köhn. Əmək haqqı, zəhmət haqqı; maaş, aylıq, donluq. …Həmin uşqolda həftədə iki saat şəriət dərsi deyib, ayda on iki manat yarım hüquq alasınız. C.Məmmədquluzadə. ◊ Hüquq məsləhətxanası – əhaliyə hüquq məsələlərinə dair məsləhətlər vermək üçün vəkillər kollegiyası şöbəsi. Hüquq məsləhətçisi – bir idarənin, müəssisənin və s.-nin hüquq məsələlərinin praktik həlli ilə məşğul olan və hüquq təşkilatlarında (arbitrajda, məhkəmədə və s.) onun mənafeyini müdafiə edən hüquqçu.
Azərbaycan dilinin izahlı lüğəti / hüquq3 HÜQUQ [Ruzbeh:] Hətta, o qədər məharətli və yumşaq bir adamam ki, mənim şəxsi hüquqlarımı və ixtiyaratımı məhdudlaşdırıb öz xeyrinə istifadə edənlərə belə ürəyimdə kin bəsləyə bilməmişəm (M.İbrahimov); HƏDD Kərim Məşədi Qurbana: Heç vaxt sənin həddin yoxdur ki, o qıza böyüklük edəsən! (M.F.Axundzadə); İXTİYAR ..kapitan onları başa saldı ki, özü arzu etsə də, buna ixtiyarı yoxdur (M.Rzaquluzadə); İXTİYARAT Bu gündən Əkbər hər bir ixtiyaratı əlinə alıb Hacı Xəlil mərhumun məsnədində əyləşdi (Ə.Haqverdiyev); SƏLAHİYYƏT (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / hüquq2 I сущ. право: 1. совокупность устанавливаемых и охраняемых государством норм, правил поведения, регулирующих общественные отношения между людьми. Təhkimçilik hüququ крепостное право 2. совокупность законов и постановлений государства, относящихся к какой-л. стороне общественного устройства, жизни и деятельности общества. Vətəndaşlıq hüququ: 1. право гражданства; 2. гражданское право; mülki hüquq гражданское право, cinayət hüququ уголовное право, cinayət-prosessual hüququ уголовно-процессуальное право; ailə hüququ семейное право, torpaq hüququ земельное право; 3. совокупность международных соглашений, договоров, регулирующих взаимоотношения государств п о каким-л. вопросам. Beynəlxalq hüquq международное право; 4. наука, изучающая выражение законов и постановлений в законодательстве; учебная дисциплина такого содержания. Mülki hüquq mütəhəssisi специалист по гражданскому праву, cinayət hüququndan mühazirələr лекции по уголовному праву; 5. предоставленная кому-л., чему-л. свобода, возможность действовать или пользоваться чем-л., гарантированная государственными или какими-л. другими законами, постановлениями и т.п. Vətəndaşların siyasi hüquqları политические права граждан, vətəndaşların seçmək və seçilmək hüququ право граждан избирать и быть избранным, vərəsəlik hüququ право наследования, sosial müdafiə hüququ право социальной защиты; əmək hüququ право на труд, təhsil hüququ право на образование; … hüququndan məhrum etmək лишить права на что, чего; … hüququndan istifadə etmək пользоваться правом …; 6. власть, полномочия, предоставленные кому-л. Prezidentin konstitusion hüquqları конституционные права Президента, hüquq vermək kimə предоставить право кому, öz hüquqları uğrunda mübarizə aparmaq бороться за свои права; 7. официальное разрешение, допуск к выполнению обязанностей кого-л., к занятию какой-л. должности, чина. Dərs demək hüququ право преподавания, növbədənkənar xidmət hüququ право внеочередного обслуживания; 8. разг. мн. ч. документ, разрешающий кому-л. управлять автомобилем, мотоциклом и т.п. Sürücülük hüququ водительские права; 9. основание, причина для какого-л. действия. Mənəvi hüquq моральное право, məhkəməyə vermək hüququ право подать в суд; 10. возможность действовать, поступать каким-л. образом. Çap olunmaq hüququ право печататься II прил. 1. правовой: 1) устанавливаемый и охраняемый государством. Hüquq normaları правовые нормы 2) основанный на праве. Hüquq münəsibətləri правовые отношения 3) предоставленный, гарантированный какими-л. органами. Vətəndaşların hüquq məsələləri правовые вопросы граждан 2. юридический: 1) относящийся к изучению правоведения. Hüquq elmləri юридические науки, hüquq fakültəsi юридический факультет 2) относящийся к работе юриста (юристов). Hüquq təcrübəsi (практикасы) юридическая практика, hüquq xidməti юридическая служба, hüquq məsləhətxanası юридическая консультация (учреждение, в задачи которого входит оказание помощи населению по правовым вопросам); hüquq məsləhətçisi юрисконсульт (юрист, являющийся постоянным консультантом при учреждении по практическим вопросам права и защитником его интересов в юридических организациях); hüquq məsləhətçiliyi юрисконсульство; hüquq pozuntuları правонарушения; hüquq vermək давать, дать право; hüquqlarını pozmaq (tapdamaq) нарушать (нарушить), попирать (попрать) права, hüquqlarını özünə qaytarmaq kimin восстанавливать в правах кого, hüququnu saxlamaq оставить право за кем-л. что-л. делать
Azərbaycanca-rusca lüğət / hüquq1 I. i. 1. (müxt. mənalarda) right; veto ~u the right of veto; səsvermə ~u the vote; suffrage; vətəndaşlıq ~u civic rights pl.; 2. (elm sahəsi) law; beynəlxalq ~ international law II. s. law; ~ fakültəsi faculty / department of law
Azərbaycanca-ingiliscə lüğət / hüquq1 is. droit m ; veto ~u droit de véto ; səsvermə ~u droit de vote ; beynəlxalq ~ droit international ; ~ fakültəsi faculté f de droit
Azərbaycanca-fransızca lüğət / hüquq1 [ər. “həqq” söz. cəmi] сущ. гьукьукь (1. зикиб; 2. ихтияр, имкан; ижаза, рухсат; 3. асас, субут, гьахъ; 4. куьгьн. зегьметдин гьакъи, мажиб, дуллух); ** hüquq məsləhətxanası агьалидиз гьукьукьдин месэлайриз талукь тир меслятар гудай векилрин коллегиядин хел; hüquq məsləhətçisi са идарадин, карханадин ва мс. гьукьукьдин месэлаяр гьял авуналди машгъул тир ва гьукьукьдин тешкилатра (арбитражда, судда ва мс.) адан тереф хуьдай векил.
Azərbaycanca-ləzgicə lüğəti / hüquqhakim sinfin qanun səviyyəsinə qaldırılmış iradəsi; bu iradənin məzmunu mövcud sinfin maddi həyat şəraiti ilə, həmin sinfin mənafeyi ilə müəyyən olunur.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. «həqq» c. t. 1) insanlar arasındakı münasibətləri nizama salan qanunlar toplusu; 2) t. ixtiyar, imkan, azadlıq; 3) t. sərbəstlik, ixtiyar.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti“insanlar arasındakı münasibətləri nizama salan qanunlar” toplusu.
Azərbaycan kişi adlarının izahlı lüğəti