hüquqları sözü azərbaycan dilində

hüquqları

Yazılış

  • hüquqları • 67.1233%
  • Hüquqları • 32.8379%
  • HÜQUQLARI • 0.0389%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Müəllif hüquqları
Müəllif hüququ (copyright – ingiliscə hərfi mənası köçürmə hüququ deməkdir) – insanların elm, ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yaradıcılıq nəticələrinin istifadəsinin hüquqi münasibətlərini tənzimləyən qaydadır. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. == Müəlliflik hüquqlarının pozulması == Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audiovizual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur (bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu" cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq" olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququ ilə bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603 –cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq" adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq" bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. === Nümunələr === Müəllif hüquqlu məhsulların qeyri-qanuni yüklənməsi və MP3 formasında İnternetdə paylaşılması MP3 faylların kəşfi və İnternetin yaranmasından sonra hətta NAPSTER şirkətinin dağılması və RIAA (Amerika Audio-Visual Məhsullar Sənayesi Assosasiyası) tərəfindən qaldırılan bir çox məhkəmə işlərinə baxmayaraq günümüzdə ən gözəçarpan nümunə olaraq qalmaqdadır.
Müəlliflik hüquqları
Müəllif hüququ (copyright – ingiliscə hərfi mənası köçürmə hüququ deməkdir) – insanların elm, ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yaradıcılıq nəticələrinin istifadəsinin hüquqi münasibətlərini tənzimləyən qaydadır. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. == Müəlliflik hüquqlarının pozulması == Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audiovizual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur (bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu" cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq" olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququ ilə bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603 –cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq" adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq" bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. === Nümunələr === Müəllif hüquqlu məhsulların qeyri-qanuni yüklənməsi və MP3 formasında İnternetdə paylaşılması MP3 faylların kəşfi və İnternetin yaranmasından sonra hətta NAPSTER şirkətinin dağılması və RIAA (Amerika Audio-Visual Məhsullar Sənayesi Assosasiyası) tərəfindən qaldırılan bir çox məhkəmə işlərinə baxmayaraq günümüzdə ən gözəçarpan nümunə olaraq qalmaqdadır.
Qadın hüquqları
Qadın hüquqları — Bütün dünyada qadın və qız uşaqlarının sahib olduğu sosial-iqtisadi, siyasi və qanuni hüquqların məcmusuna verilən ad. Qadın hüquqları XIX əsrdə Avropadakı qadın hərəkatının və XX əsrdə baş verən feminizm hərəkatının təməli hesab olunur. Bəzi ölkələrdə bu hüquqlar qanunlara, yerli adət və ənənələrə görə özəlləşdirilsə də, digər bir qrup ölkələrdə isə ümumiyyətlə sayılmır. Ümumi insan və vətəndaş hüquqları kontekstində qadın hüquqlarının xüsusi vurğulanması təbii-fizioloji və sosial əsaslara malikdir. Təbii-fizioloji əsas bioloji varlıq kimi qadının xüsusiyyətləri, sosial əsas isə qadının cəmiyyətdə və ictimai-siyasi proseslərdə rolu və tarixən kişilərə münasibətdə daha az müdafiə edilən olmasıdır. Qadın hüquqları anlayışına daxil edilən hüquqlar: fiziki bütünlük və müstəqillik, cinsi zorakılıqdan uzaq olmaq, qanuni müqavilələrə daxil edilmək, ailədaxili hüquqda bərabər hüquqlara sahib olmaq, ədalətli və ya bərabər əmək haqqı, reproduktiv hüquqlara sahib olmaq, əmlak sahibi olmaq, təhsil almaq. == Tarixi == === Qədim dövr === ==== Mesopotamiya ==== E.ə 3500-cü illərdə Mesopotamiyada yaşayan şumerlər öz dövrlərinə görə parlaq bir mədəniyyət yarada bilmişdilər. Mixi yazılardan istifadə edən şumerlər yazılı hüquqa sahib ilk xalqlardan sayılırlar. Bu hüquqa əsasən qız və oğaln uşaqları miras baxımından bərabər hüquqlara malik idilər. Qədim Şumerdə qadınlar əmlak ala, özəlləşdirə, sata və miras ala bilərdilər.
Uşaq hüquqları
Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək istismarı, pornoqrafiya, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur. Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilmişdir. Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır. == Konseptual çərçivə == === Uşaq və uşaq hüquqları konsepsiyası === Uşaqlar üzərində aparılan tədqiqatlarda ilk növbədə uşaq anlayışından nəyin başa düşülməsi, uşaqların anlayışını böyüklərdən necə fərqləndirməsi göstərilməlidir. İnkişaf etməmiş ölkələrdə mövcud olan anlayışa görə, uşaq potensial olaraq ailənin fenomenindən kənarda ailənin iqtisadi inkişafına töhfə verə biləcək potensial işçi qüvvəsi və ailənin sonrakı çağlarında sosial təminat vasitəsi olaraq görülür.Başqa sözlə, kənd təsərrüfatı cəmiyyətlərində uşaq iqtisadi cəhətdən səmərəli bir vasitədir. Belə cəmiyyətlərdə uşaq bir tərəfdən istehsala töhfə verir və qocalıq dövründə sığorta rolunu oynayır. Uşaq anlayışının sonrakı dövrlərdə dəyişdiyi görülür.
Gürcüstanda insan hüquqları
Gürcüstanda insan hüquqları — 1990-cı illərin əvvəllərindən bəri insan hüquqları təşkilatları və ictimai xadimlərin diqqət mərkəzindədir. Gürcüstan hakimiyyəti müxalifətçiləri öldürməkdə, dinc nümayişləri dağıtmaqda və döyməkdə, saxta sübutlara əsaslanaraq siyasi rəqiblərə qarşı həbs etməkdə, təqib etməkdə və cinayət işi qurmaqda ittiham olunur. Mixail Saakaşvili hakimiyyətə gələndən sonra insan haqları təşkilatlarının ittihamları dinlənilməyə davam edir. Ən ciddi ittihamlardan bəziləri soyqırım və osetinlərin etnik təmizlənməsi ilə bağlıdır. 2007-ci ilin noyabr ayında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Luiza Arbur, "xüsusilə Gürcüstan Ombudsmanına qarşı orantısız güc tətbiqi, müxalifət liderlərinin həbsləri və nümayişçilərin döyülməsi xəbərlərindən narahat olduğunu" söylədi. Arbur, müstəqil televiziyaların işini dayandırmağa məcbur edən təhlükəsizlik qüvvələrinin fəaliyyəti ilə bağlı məlumatlardan narahatlığını ifadə etdi. Gürcüstan Ombudsmanı Sozar Subari dəfələrlə Gürcüstan hakimiyyətini sərt tənqid edib. 2006-cı ilin mart ayında Subari, ölkənin Daxili İşlər Nazirliyini, xüsusən də Gürcüstan banklarından birinin əməkdaşı Sandro Girqvlianinin qətlində günahlandırdı. == İnsan hüquqları müqavilələrində iştirak == == Sərbəst toplaşmaq hüququ və təzahürləri == 2007-ci ilin noyabrında hakimiyyət müxalifətin çıxışlarını yatırmaq üçün xüsusi təyinatlı dəstələrdən istifadə edirdi. Noyabrın 2-də müxalifət siyasi məhbusların azad edilməsi tələbləri ilə mitinqlərə başlayır.
Müəllif hüquqları işarəsi
Kopirayt işarəsi (ing. Copyright sözündən) və ya müəllif hüquqları işarəsi — əqli mülkiyyətin göstəricisi. Dairəyə alınmış "C" hərfi ilə təsvir olunmuşdur: ©. Bu işarə 1952-ci ildə Cenevrədə YUNESKO tərəfindən qəbul edilmiş Ümumdünya Müəllif Hüquqları Konvensiyası ilə təsis edilmişdir. Bu işarə 1955-ci ildən beynəlxalq hüquqda istifadə olunur. Qərbdə bu, qeydiyyat hesab edilmir, yalnız icazəsiz çoxalmaya qarşı xəbərdarlıq rolunu oynayır.
Qazaxıstanda LGBT hüquqları
Qazaxıstanda lezbiyen, gey, biseksual və transgender (LGBT) hüquqları məhduddur. Qazaxıstandakı LGBT insanlar, LGBT olmayanların yaşamadığı hüquqi vəziyyət, sosial çətinlik və ayrıseçkiliklə qarşılaşırlar. Qazaxıstanda həm kişi, həm də qadınların eyni cinsli münasibətləri qanuni sayılır, lakin qanuni qorumalar eyni cinsli cütlüklərə və eyni cinsli cütlüklərin rəhbərlik etdiyi ailələrə şamil edilmir. == Eyni cinsli cinsi fəaliyyətin qanuniliyi == Gay cinsi əlaqə Qazaxıstanda həm kişilər, həm də qadınlar üçün 1998-ci ildən bəri qanunidir. Razılıq yaşı 16-dır. 1997-ci ildən əvvəl "sodomiya" Qazaxıstan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə cinayət sayılırdı. Bu qanunvericiliyi keçmiş Sovet İttifaqından yalnız kişilər arasında anal əlaqəni cinayət hesab edən 121-ci maddə izlədi. == Cins şəxsiyyəti və ifadəsi == 2003-cü ildən bəri Trans insanlarına Qazaxıstanda rəsmi şəxsiyyət sənədlərində qanuni cinslərini dəyişdirməyə icazə verilir. Cinslərini dəyişdirmək istəyən insanlar bir neçə tibbi test və 30 günlük psixiatrik qiymətləndirmədən ibarət olan "cinsiyyət şəxsiyyət pozuqluğu" diaqnozundan keçmək məcburiyyətində qalırlar. 2011-ci ildə yalnız cinsiyyət dəyişdirmə əməliyyatı, fiziki və psixiatrik tibbi müayinələr, hormon terapiyası və sterilizasiyadan sonra şəxsiyyət sənədlərində dəyişikliklərə icazə verən yeni qanunvericilik tətbiq olundu.
Qazaxıstanda insan hüquqları
Qazaxıstandakı insan haqları müstəqil müşahidəçilər tərəfindən eyni dərəcədə zəifdir. "Qazaxıstan sərbəst toplaşma, söz və din azadlığını böyük ölçüdə məhdudlaşdırır. 2014-cü ildə səlahiyyətlilər qəzetləri bağladılar, dinc, lakin icazəsiz etiraz nümayişlərindən sonra onlarla insanı həbs etdilər və ya cərimə etdilər və ibadət edənləri dövlətin nəzarəti xaricində dinə etiqad etdiklərinə görə cəzalandırdılar." Hökumət tənqidçiləri, müxalifət də daxil olmaqla lider Vladimir Kozlov, haqsız mühakimələrdən sonra nəzarətə alındı. Həbs yerlərində işgəncə tətbiq olunmağa davam edilir. " Qazaxıstanın siyasi quruluşu hakimiyyəti prezidentlikdə cəmləşdirir. Prezident Nursultan Nazarbayev 1989–2019-cu illərdə ölkənin lideri olub. 1989-cu ildə Qazaxıstan Kommunist Partiyasının birinci katibi seçildi və 1991-ci ilin dekabrında Sovet İttifaqından müstəqillik qazanandan sonra ölkənin ilk prezidenti seçildi. Qazaxıstanda keçirilən seçkilərin heç biri beynəlxalq standartlara uyğun deyildi. 2012-ci ildə Qazaxıstan Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına üzv seçildi. 2014-cü ildə İnsan Hüquqlarına dair Ümumdünya Periyodik İcmal zamanı, milli nümayəndələr "Qazaxıstanın işgəncə qarşısının alınması mexanizmi və milli insan hüquqları institutu" nu, "azadlığın qanuni məhdudlaşdırılması ilə bağlı narahatlıqlarını bölüşdükləri üçün" yüksək qiymətləndirdilər.
Tacikistanda insan hüquqları
Tacikistanda insan hüquqları — Mərkəzi Asiya ölkəsi beynəlxalq əhəmiyyətli bir problemə çevrildi. Hökumətdəki korrupsiya və vətəndaşlarının insan hüquqlarının sistematik şəkildə pozulması ölkədə demokratik və sosial islahatların gedişatını yavaşlatdığı üçün əsas insan hüquqlarına çıxış məhdud olaraq qalır. ABŞ-nin Tacikistandakı İnsan Hüquqları üzrə Dövlət Departamentinin hesabatına görə, vətəndaşlar bir çox hüquqlardan məhrum edilir və hökumət sistemini dəyişdirmək imkanlarını məhdudlaşdırırlar. Hesabatda deyilir ki, bu, xüsusən də əsas insan hüquqlarına çıxış imkanları qeyri-kafi olan məhkumlar üçün doğrudur: təhlükəsizlik qüvvələri tərəfindən qismən cəzasız hərəkət etmək qabiliyyətinə görə işgəncə, təhdid və təhlükəsizlik qüvvələri tərəfindən təhqir və pis rəftar edildiyi barədə məlumatlar var. Cinayətdə təqsirləndirilən şəxslərin ədalətli mühakimə olunma hüququnun rədd edilməsi, sərt və həyati təhlükəli həbsxana şəraitinə səbəb ola biləcək, həmçinin Tacikistan həbsxanalarına beynəlxalq girişin bağlanmasına səbəb ola biləcək başqa bir problem kimi müəyyən edilmişdir. Həbs istintaqı ümumiyyətlə lazım olduğundan daha uzun çəkir və məhkəmə prosesi prokurorluq tərəfindən izlənilir. Həbsxanalar çoxdur və məhkumlar arasında vərəm və qidalanma halları yüksəkdir. Digər məhdudiyyətlər arasında medianın məhdudlaşdırılması, söz azadlığı, birləşmə və din azadlığı və siyasi müxalifətə qoyulan məhdudiyyətlər var. Qeyd və viza, qadınlara qarşı şiddət və ayrı-seçkilik, insan alveri və uşaq əməyi ilə bağlı çətinliklər də bildirildi. Tacikistanın insan alveri üçün həm mənbə, həm də keçid nöqtəsi olduğu bildirilir.
Uşaq Hüquqları Konvensiyası
Uşaq hüquqları Konvensiyası (ing. Convention on the Rights of the Child) — 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir. Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər. Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər. Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. O, uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib. Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. Əsasən uşaq hüquqlarının qeyri-formal tədris prosesi vasitəsi ilə öyrədilməsi üçün yazılmasına baxmayaraq, bu vəsait çox asanlıqla və müvəffəqiyyətlə məktəblərdə də istfiadə edilə bilər.
Özbəkistanda insan hüquqları
Özbəkistanda insan hüquqları — 18-46-cı maddələrdə Konstitusiyada təsbit edilmişdir. Ölkə BMT, ATƏT və MDB-nin üzvüdür. BMT-də 2005-2007-ci illərdə Özbəkistanda insan haqları ilə bağlı vəziyyətə dair müstəqil ekspert vəzifəsi var idi . Bir ombudsman ofisi var; Daxili İşlər Nazirliyinin Akademiyasında insan hüquqları üçün bir resurs mərkəzi var . Konstitusiya məhkəməsi var, ancaq fərdlər üçün məhkəməyə müraciət etmək hüququ yoxdur. 2011-ci ildə Human Rights Watch-un ofisini ləğv etmək üçün məhkəməyə iddia qaldırıldı. Ölkədə qanuni müxalifət və ya müstəqil media yoxdur. Pravoslav İslamın təbliğçiləri istisna olmaqla, vətəndaş cəmiyyəti və dini icmalar, hakimiyyət tərəfindən sərt və bəzən amansız təzyiqlərə məruz qalırlar. Siyasi repressiya hökumət siyasətinin ayrılmaz hissəsidir. Memorial cəmiyyətinin hesablamalarına görə, Özbəkistanda siyasi məhbusların sayı, Rusiya istisna olmaqla, bütün digər postsovet dövlətlərindən daha çoxdur.
İnsan Hüquqları Günü
İnsan Hüquqları Günü (ing. Human Rights Day, isp. Día de los Derechos del Hombre, fr. la Journée des droits de l'homme) — BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il (423 (V) № ) Qətnaməsi ilə hər il, 1950-ci ildən başlayaraq hər il 10 dekabr tarixi İnsan Hüquqları Günü kimi qeyd edilir. Kiribatidə İnsan Hüquqları Günü dövlət bayramıdır.
Azlıqların hüquqları
Azlıqların hüquqları — irqi, etnik, sinif, dini, dil, gender və ya cinsi azlıqların üzvlərinə aid edilən fərdi hüquqlardır; bura o cümlədən hər hansı bir azlığa verilən kollektiv hüquqlar da daxildir. Azlıqların hüquqları eyni zamanda hər hansı bir çoxluğa daxil olmayan hər kəsin fərdi hüquqlarına da şamil edilə bilər. Vətəndaş hüquqları hərəkatları tez-tez hər hansı azlığa üzvlük səbəbindən fərdi hüquqların inkar edilməməsini təmin etməyə çalışırlar. Bu cür vətəndaş hüquqları müdafiəçiləri arasında qlobal qadın hüquqları və qlobal LGBT hüquqları hərəkatları və dünyadakı müxtəlif irqi azlıqların hüquqları üzrə hərəkatlar (ABŞ-dakı Vətəndaş Hüquqları Hərəkatı) yer alır. Əsas insan hüquqlarının pozulması milli demokratik dövlətlərdə dözülməz qəbul edilir. Bununla belə, bir milli dövlətin milliyətçilik prinsiplərinin azlıqların təməl insan hüquqlarına münasibətdə təzyiqlərə və ayrı-seçkiliyə səbəb ola biləcəyi iddia edilir. Vətəndaşlarına qarşı ayrı-seçkilik tədbirləri tətbiq edən millətçiliyin ilk arqumenti fransız millətçiliyi nümunəsi ilə göstərilə bilər. Fransa demokratik dünyəvi dövlət kimi qəbul edilir; fransız millətçiliyi prinsipi bərabərliyi və qadın hüquqları ideologiyasını tətbiq edir. Müsəlmanlarla bağlı qadağa millətçilik prinsiplərinin insanın əsas seçim azadlığı hüququna tətbiq edilə biləcəyini göstərir. Konkret olaraq, qərb yarımkürəsindəki azlıq qrupları üçün şəxsin dini geyim seçimində fransız müsəlman qadınlara qarşı daha aydın şəkildə bu büruzə verir.
İnsan hüquqları
İnsan hüquqları və ya İnsan haqları — insanların malik olmağa haqqı olduğu əsas hüquqlar və azadlıqlar". İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları hakimiyyət üzərində nəzarət vasitəsi kimi insan hüquqları ilə müəyyən olunan azadlıq həddini keçməməli olan dövlətin qeyri-məhdud hakimiyyətinin məhdudlaşdırıcısıdır. İnsan hüquqları institutu məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik hüquqlarının mahiyyəti hələ tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır.
İstehlakçı hüquqları
İstehlakçı hüquqlarının müdafiəsi — istehlakçı ilə sahibkarlıq subyekti arasında yaranan münasibətlərin tənzimlənməsinə yönəlmiş dövlət və ictimai hərəkatlar tərəfindən həyata keçirilən tədbirlər kompleksi. Bunlara daxildir: spesifik istehlakçı hüquqlarının müəyyən edilməsi; mümkün hüquqların pozulmasının formaları və onların müdafiəsi mexanizmi; istehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət. İstehlakçı hüququnun ən mühüm cəhətlərindən biri qida təcrübələrinin tənzimlənməsidir. Beləliklə, qida təhlükəsizliyi standartları ilə qida keyfiyyəti siyasətini fərqləndirmək mümkündür. Təhlükəsizlik məcburidir və qidanın təhlükəsizliyinə zəmanət verir, keyfiyyət isə könüllüdür və məhsulun istehlakçı tərəfindən qavranılması baxımından müəyyən xüsusiyyətlərinə zəmanət verir. 16 aprel 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən "İstehlakçıların hüquqlarının müdafiəsi üzrə təlimatlar" (39/248 saylı Qətnamə) təsdiq edilmişdir. Rəhbərlik istehlakçı münasibətlərinin bəzi prioritet aspektlərinə toxunur: a) fiziki təhlükəsizlik; b) istehlakçıların iqtisadi maraqlarının təşviqi və müdafiəsi; c) xidmətlərin və istehlak məhsullarının təhlükəsizliyi və keyfiyyəti standartları; d) əsas istehlak məhsullarının və xidmətlərin paylanması sistemləri; e) istehlakçılara kompensasiya almaq imkanı verən tədbirlər; f) təhsil və məlumat proqramları və g) "pestisidlər və kimyəvi maddələr kimi digər sahələr" üçün məsuliyyətə xələl gətirmədən, xüsusi sahələrə, qida, su və əczaçılıq məhsullarının differensiallaşdırılmış emalı ilə bağlı tədbirlər. == İstinadlar == == Əlavə ədəbiyyat == Mańko, Rafał. "The notion of 'consumer' in EU law" (PDF). Library Briefing.
Müəllifin hüquqları
Müəllifin hüquqları müəlliflik hüquqları qanununun bir hissəsidir. Termin fransızca droit d'auteur sözündən leksik kalka kimi yaranıb və adətən müəllif hüquqları qanunu ilə bağlı istifadə olunur. Müəlliflərin hüquqları beynəlxalq səviyyədə Ədəbi və İncəsənət Əsərlərinin Mühafizəsi üzrə Bern Konvensiyası və digər oxşar müqavilələrlə qorunur. “Müəllif” çox geniş mənada işlənir və eyni şey bəstəkarlara, rəssamlara, heykəltəraşlara və memarlara da aiddir: ümumiyyətlə, müəllif hər hansı bir əsərin yaranmasında yaradıcılığı əsas amil olmuş müxtəlif ölkələrdə olduqca geniş şəkildə dəyişir, ümumiyyətlə, tərifini verən şəxsdir. Müəlliflərin hüquqları əmlak (“iqtisadi”) və şəxsi qeyri-əmlak (“mənəvi”) bölünür. İqtisadi hüquqlar zamanla məhdud olan və hər hansı digər əmlak kimi müəllif tərəfindən başqalarına verilə bilən mülkiyyət hüquqlarıdır (baxmayaraq ki, bir çox ölkələr köçürmənin yazılı müqavilə formasında olmasını tələb edir). Onlar müəllifə və ya sahibinə hüquqi cəhətdən maddi fayda əldə etmək, habelə onun əsərlərinin istənilən formada reproduksiyasına icazə vermək məqsədi daşıyır (Bern Konvensiyasının 9-cu maddəsi). Dramatik və musiqi əsərlərinin (pyeslərin və s.) müəllifləri də onların ictimai ifasına icazə vermək hüququna malikdirlər (Bern Konvensiyasının 11-ci maddəsi). Müəllifin mənəvi hüquqlarının müdafiəsi belə bir fikrə əsaslanır ki, yaradıcılıq müəyyən mənada müəllifin şəxsiyyətinin ifadəsidir: ona görə də, mənəvi hüquqlar müəllifin ölümündən sonra vəsiyyətnamə şəklində başqa şəxsə verilə bilməz. Hüquqların mənəvi müdafiəsi ölkədən ölkəyə çox dəyişir, lakin bunların hamısına əsərin müəllifi kimi tanınmaq hüququ və mülkiyyətə, şərəfə və nüfuza xələl gətirə biləcək hər cür deformasiyadan qorunmaq hüququ daxildir.
Yeniyetmələrin hüquqları
Yeniyetmələrin hüquqları — Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi vəfiziki şəxslərin vəzifələrini müəyyən edir. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. Bu münasibətlə hər il noyabrın 20-si Uşaq Hüquqları Günü kimi qeyd edilir. Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. = Uşaq hüquqları Konvensiyası = Uşaq hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları əhatə olunur. Uşaq Hüquqları Konvensiyası dünyada 2 dövlət istisna olmaqla, bütün dövlətlər tərəfindən təsdiq olunmuş, dünya səviyyəsində ən geniş qəbul olunmuş insan hüquqları alətidir. Konvensiya uşaqların insan hüquqlarının bütün növlərini – mülki, siyasi, iqtisadi, sosal və mədəni – bir sənəddə birləşdirir.
İnsan Hüquqları İnstitutu
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu — yarandığı gündən 2022-ci ilin may ayına qədər Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna, 2022-ci ildən publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin ("Mərkəz") tabeliyində fəaliyyət göstərən elmi təşkilatdır. 1999-cu ildən 2022-ci ilin may ayına qədər İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil idi. Hal-hazırda institut publik hüquqi şəxs kimi "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi"nin ("Mərkəz") tabeliyində fəaliyyət göstərir. == Tarixi == İnstitut 30 noyabr 1998-ci il tarixdə yaranıb. İnstitutun yaranmasına mühüm sənədlər və bir sıra hadisələr təkan verib. Belə ki, 1998-ci ilin fevral ayının 22-də Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzaladı. Fərmanda ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, aparılan genişmiqyaslı islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi sisteminin yaradılması zəruriliyi göstərilərək, bu sahədə inkişafın istiqamətləri müəyyən edilmişdi. Bu fərmanın məntiqi davamı olaraq Azərbaycan Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə Azərbaycanın ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"[[1]] təsdiq edildi. Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə insan hüquq və azadlıqları probleminə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsi məqsədilə "İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 1998-ci il tarixli Sərəncamı əsasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 26 may 1999-cu il qərarı verildi. İnstitutun ilk Nizamnaməsi 21 iyun 1999-cu il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alındı.
İnsan hüquqları heykəli
İnsan Hüquqları heykəli (türk. İnsan Hakları Heykeli) və ya İnsan Hüquqları abidəsi (türk. İnsan Hakları Anıtı) — Türkiyənin paytaxtı olan Ankara şəhərində yerləşən heykəl. == Haqqında == Heykəl 1990-cı ildə heykəltaraş Mətin Yurdanur tərəfindən bürüncdən hazırlanmışdır. Heykəl, Ümumdünya insan hüquqları bəyannaməsini oxuyan bir qadını təsvir edir. Heykəl sonuncu dəfə 2010-cu ildə yenilənmişdir. 2017-ci ildə heykəl hökumət tərəfindən mitinqlərin qarşısını almaq üçün barrikadaya alınmışdır.
İslamda insan hüquqları
İslamda insan hüquqları — İslam dininə əsasən hər bir insan doğulduğu andan bir cox hüquqlara malikdir. Müsəlman və qeyri-müsəlman olmasından asılı olaraq insanlara Allah tərəfindən verilən hüquqlar müxtəlifdir. Müsəlmanın malik olduğu hüquqlara qeyri-müsəlmanlar sahib ola bilməzlər. Müsəlmanların himayəsi altında olan qeyri-müsəlmanlar zimmi adlanır.
Bolqarıstanda insan hüquqları
Bolqarıstanda insan hüquqları — Bolqarıstan 2007-ci ildə Avropa İttifaqına daxil olsa da, dövlətin insan hüquqları normalarına uyğunluğu mükəmməl deyil: birincisi, ölkənin mediası ümumilikdə obyektiv və müstəqil hesab edilsə də, Bolqarıstanda onları dövlətin müdaxiləsindən qoruyan qanunlar yoxdur. İkinci əsas problem həbsxanaların həddindən artıq sıxlığıdır. Bəzən polis əməkdaşları məhbusa qarşı zorakılıq etməkdə, qanunsuz istintaq üsullarından istifadə etməkdə ittiham olunurlar. Ölkə konstitusiyası dini etiqad azadlığına zəmanət verir, baxmayaraq ki, yerli hakimiyyət orqanları bəzi dini qruplar üçün xüsusi qeydiyyat tələblərini tətbiq etməyə cəhdlər edir. Məhkəmələrin gecikdirilməsi və məhkəmə sisteminin səmərəsizliyi bəzi hallarda konstitusiya hüquqlarının müdafiəsini problemli edir. Avropa İnsan Hüquqları Məhkəməsi tez-tez hesab edir ki, Bolqarıstan Avropa İnsan Hüquqları Konvensiyasını pozur. 2015-ci ildə Məhkəmə Bolqarıstanın ədliyyə sisteminin sistemli probleminə həsr olunmuş xüsusi press-reliz dərc edir. Burada vurğulanır ki, "Bolqarıstana qarşı 45-dən çox qərarda…hakimiyyət orqanları effektiv araşdırma aparmaq öhdəliyinə əməl etməyib". == Qaraçı azlığı == Bolqarıstan polisi tərəfindən ölkədə qaraçıların nümayəndələrinə qarşı çoxlu pis rəftar halları var. Ölkədə Bolqarıstan cəmiyyətində qaraçılara qarşı geniş yayılmış ayrı-seçkilik təcrübəsi mövcuddur və hazırda Bolqarıstan hökuməti qaraçılara qarşı ayrı-seçkiliyə qarşı heç bir qanun qəbul etməyib.
Ukraynada LGBT hüquqları
Ukraynada lezbiyan, gey, biseksual və transgender (LGBT) insanlar qeyri-LGBT vətəndaşların qarşılaşmadığı hüquqi problemlərlə üzləşə bilirlər. Konsensual yetkinlik yaşına çatmış şəxslər arasında qeyri-kommersiya xarakterli cinsi fəaliyyət Ukraynada qanunidir, lakin üstünlük təşkil edən sosial münasibətlər çox vaxt LGBT insanlara qarşı dözümsüzlük göstərir və eyni cinsli cütlüklər heteroseksual cütlüklərdə olan mövcud hüquqi vasitələrin heç birinə sahib deyillər. 2010-cu ildə Avropada aparılan araşdırmada, sorğuda iştirak edən ukraynalıların 28%-i LGBT insanların azad və istədikləri kimi yaşamalı olduğu fikrində idilər . 2017-ci il sorğusu göstərdi ki, ukraynalıların 56%-i geylərin və biseksualların bərabər hüquqlardan istifadə etməli olduğuna inanır ki, bu da ictimai rəydə əhəmiyyətli dəyişiklik olduğunu göstərdi . 2015-ci ildə Ukrayna parlamenti cinsi oriyentasiya və gender kimliyi ilə bağlı ayrı-seçkilik ilə mübarizə haqqında qanunu təsdiqlədi və 2016-cı ildə Ukrayna hakimiyyəti transgenderlər üçün transgender keçid prosesini yüngülləşdirdi və gey, biseksual kişilərə qan verməyə icazə verməyə başladı. 2019-cu ilin may ayında Beynəlxalq Lesbiyanlar və Geylər Assosiasiyasının (ILGA-Avropa) Avropa bölməsi özünün "Göy qurşağı Avropası" reytinqində Ukraynanı 49 Avropa ölkəsi arasında 34–35-ci yerə uyğun bilmişdir . == Hüquqi vəziyyət == Ukrayna Ailə Məcəlləsinin 21-ci maddəsi yalnız kişi və qadın arasında nikahı təmin edir, eyni zamanda, nikahın qeydə alına bilməyəcəyi 26-cı maddədə sadalanan səbəblər siyahısında ər-arvadın eyni cinsi göstərilmir. Ukrayna Konstitusiyasının 51-ci maddəsində deyilir ki, nikah kişi və qadının könüllü razılığı əsasında bağlanır . 13 iyul 2022-ci ildə BBC yayımladığı xəbərdə qeyd edilirdi ki, eynicinsli nikahların hüquqiləşdirilməsini tələb edən petisiya prezidentin təklifi nəzərdən keçirməsi üçün kifayət qədər imza toplayıb. Eynicinsli nikahların tanınmamasının əsgərliyə gedən LGBT insanlar üçün problemlər yaratdığı bildirilir.
Türkiyədə LGBT hüquqları
Türkiyədə lezbiyan, gey, biseksual və transgender (LGBT) insanlar ölkənin qeyri-LGBT sakinlərinin yaşamadığı hüquqi problemlərlə üzləşirlər. Buna baxmayaraq, Türkiyədə LGBT insanlar üçün ümumi abu-hava müsəlman ölkələrinin əksəriyyəti ilə müqayisədə daha az repressiv hesab olunur. 1858-ci ildə Osmanlı imperiyası homoseksuallığı, sodomiyanı və köçəkliyi (gənc kölə rəqqaslar) cinayət hesab edən heç bir açıq-aşkar maddələri özündə əks etdirməyən yeni cəza məcəlləsini qəbul etmişdir. 1858-ci il Osmanlı Cəza Qanunu "Tənzimat" dövründə daha geniş islahatların bir hissəsi olaraq Napoleon məcəlləsindən çox təsirlənmişdi. LGBT fərdlərin 1951-ci ildən Cenevrə Konvensiyasına əsasən Türkiyədə sığınacaq axtarmaq hüququ var, lakin eynicinsli cütlüklərə heteroseksual cütlüklər üçün olan eyni hüquqi müdafiələr verilmir. Transseksuallara 1988-ci ildən qanuni formada cinsini dəyişməyə icazə verilmişdir. Cinsi oriyentasiya, həmçinin gender kimliyi və ya onun ifadə edilməsi ilə bağlı diskriminasiyanın müdafiə edilməsi qanuni olaraq müzakirə edilir, lakin onlar hələ qanunvericilikdə nəzərdə tutulmamışdır. == Hərbi xidmət == Türkiyədə məcburi hərbi xidmət 18–41 yaş arasında olan bütün kişi Türkiyə vətəndaşlarına şamil edilir. Buna baxmayaraq , Türkiyə Silahlı Qüvvələri homoseksuallara hərbi xidmətə qadağa qoyaraq onlara qarşı açıq ayrı-seçkilik edir. Eyni zamanda, Türkiyə Avropa İnsan Haqları Konvensiyasından irəli gələn öhdəliklərini pozaraq hərbi xidmətdən vicdanla boyun qaçırmağı hər hansı formada tanımır.
Türkiyədə insan hüquqları
Türkiyədə insan hüquqları — 1982-ci il Konstitusiyasının 90-cı maddəsinə əsasən, daxili qanunvericilikdən üstün olan müxtəlif beynəlxalq hüquq müqavilələri ilə qorunur. Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt Türkiyə tərəfindən 2000-ci ilə qədər imzalanmamışdır. Hər halda, bu günə qədər Türkiyə Birləşmiş Millətlər Təşkilatının 18 beynəlxalq insan hüquqları müqaviləsindən 16-nın iştirakçısıdır. Avropa İttifaqı (Aİ) ilə aparılan danışıqlarda insan haqları məsələsi böyük əhəmiyyət kəsb edir. 2022-ci ildə "Freedom House" Türkiyənin insan haqlarını 100 baldan 32 (azad deyil) olaraq qiymətləndirmişdir. == Ümumi baxış == Kəskin insan haqları məsələlərinə xüsusilə Türkiyədə yaşayan kürdlərin statusu daxildir. PKK münaqişəsi illər ərzində çoxsaylı insan haqlarının pozulmasına səbəb olmuşdur. Ölkədə yaşamaq hüququ, işgəncə, ifadə azadlığı, eləcə də din, sərbəst toplaşma və birləşmək azadlıqları ilə bağlı müzakirələr davam edir. 2009-cu ildə Türkiyə İnsan Hüquqları Fondu işgəncə, pis rəftar və həbsxanada kiçik qrupların təcrid olunması da daxil olmaqla insan hüquqlarının pozulmasını təfərrüatlandıran iki hesabat yaymışdır. Hesabatlarda 15 illik hərbi idarəçilik dövründə həbsxana şəraitində 419 ölüm qeydə alınmışdır və təkcə 2008-ci ildə həbsxanalarda 39 ölüm halı baş tutmuşdur.
Ukraynada insan hüquqları
Ukraynada insan hüquqları və ya Ukraynada insan haqları (ukr. Права людини в Україні) — Ukrayna Konstitusiyasının “İnsan və vətəndaşın hüquqları, azadlıqları və vəzifələri” adlı 2-ci bölməsində rəsmi şəkildə təsbit olunmuş əsas insan hüquqları. Beynəlxalq ekspertlərin fikrincə, onların faktiki icrası müxtəlif amillərin mürəkkəb təzahürü səbəbindən çox arzuolunandır. Belə ki, korrupsiyalaşmış siyasi mühit, hakimiyyətdən asılı olmayan müstəqil məhkəmə sisteminin olmaması, mediada söz azadlığının kifayət qədər müdafiə olunmaması və s. belə amillərdəndir. 2017-2022-ci illər arasında "Freedom House" Ukraynaya 100 ballıq şkala üzrə 60-62 bal və ümumi reytinqi “qismən azad” verib. Seçki prosesləri üzrə reytinqlər ümumilikdə yaxşı olub, lakin korrupsiya və qanuni proseslərlə bağlı problemlər var. Daha sonra 2023-cü ildə onun reytinqini Rusiyanın Ukraynaya müdaxiləsi, Ukraynada hərbi vəziyyətin tətbiqi, habelə işçilər və kiçik və orta şirkətlər üçün bir çox hüquqi müdafiəni ləğv edən əmək məcəlləsi, habelə hökumətin media şirkətlərini və jurnalistikanı tənzimləmək səlahiyyətlərini gücləndirən qanun aşağı salıb. İşğalın əvvəlindən Rusiya Ukraynanın mülki əhalisinə qarşı müxtəlif hərbi cinayətlər törədib və işğal Ukraynaya və onun vətəndaşlarına ciddi humanitar təsir göstərib. Həm 2015-ci il yerli seçkilər, həm də 2019-cu il prezident seçkiləri ümumilikdə dinc, rəqabətli və ədalətli keçib, baxmayaraq ki, ictimai resurslardan sui-istifadə və səslərin satın alınması əlamətləri müşahidə olunsa da, media plüralizminə hələ tam nail olunmayıb.
Müəllif Hüquqları Agentliyi (Azərbaycan)
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra "əqli mülkiyyət hüquqları") sahəsində dövlət siyasətini həyata keçirən, normativ-hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanıdır. == Haqqında == Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur. Agentlik öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai birliklər və digər hüquqi şəxslərlə əlaqəli şəkildə qurur. 20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. == Əsas vəzifələri == əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirmək, bu sahədə müvafiq konsepsiya və məqsədli proqramlar hazırlamaq və onların icrasını təmin etmək; əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı dövlət tənzimlənməsini həyata keçirimək əqli mülkiyyət sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının və bu sahənin subyektləri olan hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsi işində köməklik göstərmək; əqli mülkiyyət hüquqları sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək; elm, ədəbiyyat və incəsənət sahəsində çalışan yaradıcı şəxslərin və digər hüquq sahiblərinin işgüzar fəaliyyəti üçün daha əlverişli hüquqi şəraitin və əqli mülkiyyətdən cəmiyyətin tələblərinə uyğun kütləvi istifadə yolu ilə sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaradılması və əqli mülkiyyəti əmtəəyə çevirmək məqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə aid təkliflər hazırlamaq və lazımlı tədbirlər görmək; əqli mülkiyyətin müasir iqtisadiyyatda artan roluna əsaslanan və əqli mülkiyyət sənayesinin inkişafına yönəldilmiş investisiya mühitini yaxşılaşdırmaq məqsədilə müasir elmi-texniki potensiala və beynəlxalq təcrübəyə uyğun olaraq əqli mülkiyyət sahəsinə aid olan normativ sənədləri müntəzəm şəkildə təkmilləşdirmək və bu istiqamətdə müvafiq tədbirlər görmək; rəqəmli informasiya texnologiyalarının və elektron ticarətin inkişafının tənzimlənməsi məqsədilə əqli mülkiyyətin bu istiqamətdən irəli gələn yeni obyektlərinə olan hüquqların qorunmasına aid mexanizmlərin yaradılmasına dair təkliflər hazırlamaq və müvafiq tədbirlər görmək; əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatını aparmaq, onların fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəzarət etmək; əqli mülkiyyət obyektlərinin dövlət qeydiyyatını aparmaq, hüquq sahibləri və istifadəçilər haqqında milli informasiya sistemini yaratmaq və onun müntəzəm təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görmək; tərkibində əqli mülkiyyət obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onlara qanunvericilikdə müəyyən edilmiş qaydada və gömrük orqanlarının müraciəti əsasında gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərmək; öz səlahiyyətləri daxilində əqli mülkiyyətin beynəlxalq mübadiləsini və bu sahədə əməkdaşlığı təmin etmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. == Strukturu == Agentliyin strukturuna rəhbərlik, Müəllif hüquqlarının qorunması, əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı və əmlak hüquqları, iqtisadiyyat və maliyyə, ümumi işlər sahələri üzrə şöbə və sektorlar daxildir. Agentlikdə sədrdən (kollegiya sədri), sədr müavinindən, Agentliyin aparat rəhbərindən, struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbər işçilərindən ibarət kollegiya fəaliyyət göstərir. Kollegiya öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və həmin məsələlər haqqında müvafiq qərarlar qəbul edir. Əqli mülkiyyət sahəsində elmi-texniki nailiyyətlərin, yeni texnologiyaların tətbiqinin və mədəni sənayedə əqli mülkiyyət hüquqlarının təmin olunması üzrə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, habelə dövlət qeydiyyatına alınmaq üçün təqdim olunan əqli mülkiyyət obyektlərinin orijinallığının müəyyən edilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən və tərkibində sahələr üzrə ekspert komissiyaları olan mütəxəssislərdən və alimlərdən ibarət Elmi-metodik Şura fəaliyyət göstərir.
Müəllif hüquqlarının pozulması
Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audio-visual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur(bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu"cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq"olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququyla bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603-cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq"adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq"bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. == Terminologiya == === Piratlıq === Əqli mülkiyyət hüquqlarının qorunması tək Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün prioritet istiqamətlərdən biridir. Hazırda piratlıq bütün dünya üzrə silah alveri və narkomaniyadan sonra üçüncü yerdə durur. Piratlıqdan gələn gəlir beynəlxalq illik ticarətin 200 milyard ABŞ dollarını təşkil edir.
Müəlliflik hüquqlarının pozulması
Müəllif hüququ (copyright – ingiliscə hərfi mənası köçürmə hüququ deməkdir) – insanların elm, ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yaradıcılıq nəticələrinin istifadəsinin hüquqi münasibətlərini tənzimləyən qaydadır. Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur və qorunma aləti kimi çıxış edir, subyektiv mənada isə öz-özlüyündə əsərlərin yaradıcılarına məxsus olan şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarıdır və bu hüquqlar müstəsna xarakter daşıyır. == Müəlliflik hüquqlarının pozulması == Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audiovizual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur (bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu" cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq" olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququ ilə bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603 –cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq" adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq" bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. === Nümunələr === Müəllif hüquqlu məhsulların qeyri-qanuni yüklənməsi və MP3 formasında İnternetdə paylaşılması MP3 faylların kəşfi və İnternetin yaranmasından sonra hətta NAPSTER şirkətinin dağılması və RIAA (Amerika Audio-Visual Məhsullar Sənayesi Assosasiyası) tərəfindən qaldırılan bir çox məhkəmə işlərinə baxmayaraq günümüzdə ən gözəçarpan nümunə olaraq qalmaqdadır.
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkili
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman)-Naxçıvanda Ali Məclis tərəfindən seçilən ombudsman. == Tarixi == Naxçıvan Muxtar Respublikasında İnsan hüquqlarının müdafiəsi mexanizmləri təkmilləşdirilmiş və yeni təsisat - Ombudsman təsisatı yaradılmışdır. 30 dekabr 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul edilmişdir. Həmin qanuna əsasən Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi və onun statusu ilə bağlı əlavə və dəyişikliklər edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 20 fevral 2006-cı il tarixli üçüncü çağırış ikinci sessiyasında "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanunu qəbul edilmişdir. == Müvəkkillər == Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ülkər Bayramova, ilk dəfə 11 iyul 2006-cı il tarixdə keçirilən üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin üçüncü sessiyasında, ikinci dəfə 28 dekabr 2013-cü ildə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında bu vəzifəyə seçilib. Hazırkı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva 16 iyul 2022-ci il tarixdə keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında bu vəzifəyə seçilib.
Qadın və Vətəndaş hüquqları haqqında Bəyannamə
Qadın və Vətəndaş Hüquqları Bəyannaməsi (fr. Déclaration des droits de la femme et de la citoyenne) 1791-ci ildə Fransız inqilabçı fəalı, feministi və yazıçısı Olympia de Gouges tərəfindən İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinə cavab olaraq yazılmışdır. Bu sənədi yayımlamaqla de Gouge, Böyük Fransız İnqilabının bərabərliyi elan edərkən kişi və qadın bərabərliyini tanımamasına ictimaiyyətin diqqətini cəlb etməyi ümid edirdi. Lakin bəyannamənin inqilabın gedişinə heç bir real təsiri olmadı. Bəyannamə də daxil olmaqla siyasi yazılarının yayımlanması nəticəsində de Gouge xəyanətdə günahlandırıldı və terror dövründə bir çox Jirondist ilə birlikdə edam edildi. Bu dövrdə başı kəsilən üç qadından biri və siyasi nəşrləri üçün edam edilən yeganə qadın idi. Bəyannamə mütəşəkkil bir qadın hərəkatı üçün manifest deyildi, ancaq feminizmin xeyli müddət sonra mübarizəyə başladığı tam qadın bərabərliyi ideyasını formalaşdırdı. == Tarixi kontekst == "İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi" 1789-cu ildə Böyük Fransız İnqilabı zamanı Təsis Məclisi tərəfindən təsdiq edilmişdir. Sənəddə dövlətlə əlaqəli olaraq "təbii və ayrılmaz" insan hüquqları elan edilmişdi. Bəyannamədə dini və sinif fərqlərinə görə ayrı-seçkilik və bərabərsizlik rədd edilmişdi, lakin qadınların hüquqları nəzərə alınmamışdı.
Qadınların hüquqlarının qorunması
Qadınların hüquqlarının qorunması (ing. A Vindication of the Rights of Woman: with Strictures on Political and Moral Subjects 1792) — feminist fəlsəfənin ilk əsərlərindən biri olan XVIII əsrin İngilis feministi Meri Uolstonkraftın ən məşhur kitabı. Bu kitabda Uolstonkraft, qadınların təhsil almamalı olduğuna inanan on səkkizinci əsr təhsil və siyasi nəzəriyyəçiləri ilə polemikaya girir. O, qadınların cəmiyyətdəki mövqelərinə uyğun bir təhsil almalı olduqlarını, uşaqları böyüdükləri üçün millət üçün vacib olduqlarını və bu səbəbdən ərləri üçün “yoldaş” ola bildiklərini, yalnız arvadların deyil ”deyə mübahisələndirdi. Uolstonkraft, qadınları cəmiyyətin bəzəyi və ya evlilikdə alınıb-satıla bilən mülk olaraq görməkdənsə, kişilərlə eyni təməl haqlara layiq insan olduqlarını iddia edir. Uolstonkraft, Şarl Moris de Taleyran-Periqorun Fransa Milli Məclisinə qadınların yalnız evdə təhsil almaları lazım olduğunu söyləyən 1791-ci il tarixli hesabatını oxuduqdan sonra “Qadınların Hüquqlarını Müdafiəsi” yazmağa qərar verdi. bu hadisə ilə bağlı şərhlərini cinslərdəki ikili standartların geniş tənqidinə başlamaq və kişilərin qadınların həddindən artıq emosional olduğu görüşünü təbliğ etməkdə günahlandırmaq üçün istifadə etdi. Uolstonkraft baş verən hadisələrə birbaşa reaksiya göstərmək üçün əsərlərini tələsik yazdı; daha düşünülmüş ikinci cild yazmaq niyyətində idi, lakin tamamlanmadan vəfat etmişdir. == İstinadlar == == Biblioqrafiya == Sapiro, Virginia. A Vindication of Political Virtue: The Political Theory of Mary Wollstonecraft.
Rəqəmsal hüquqların idarə edilməsi
Rəqəmsal hüquqların idarə edilməsi (ing. Digital rights management, qısaca DRM) rəqəmsal medianın istehsalı olan məhsulların (filmlər, musiqilər, oyunlar kimi) bu gün çox asanlıqla kopyalana bilinməsinə, yəni surətlərinin çıxarılmasına, saxtalarının hazırlanması ehtimalının yüksək olmasına görə lisenziya hüquqlarını idarə etmək üçün hazırlanmış giriş nəzarət sistemləri üçün istifadə edilən ümumi addır. O, avadanlıq istehsalçıları, oyun və proqram təminatı şirkətləri, musiqi şirkətləri və naşirlər tərəfindən satışdan sonrakı dövrdə piratlıqla mübarizə aparmaq üçün istifadə olunur. Son dövrlərdə bu üsul bir sıra səbəblərə görə əks reaksiyalara səbəb olmuşdur. Bunun ən mühüm səbəblərindən biri bundan ibarətdir ki, bu cür məhdudiyyətlər adətən yalnız müvafiq medianın məhsullarını qanuni yollarla əldə edən istifadəçilərə təsir etməsi, lakin eyni zamanda da piratlığın qarşısını ala bilməməsidir. Həmçinin bu da məlumdur ki, DRM sistemlərinin tamamilə müvəffəqiyyətli olması texniki cəhətdən qeyri-mümkündür, buna baxmayaraq yenə də rəqəmsal medianı yayan şirkətlər bu üsuldan istifadə etməyə davam edirlər. Bu məsələ ilə bağlı hal-hazırda müəyyən etirazlar mövcud olsa belə, hələlik iştirakçılarının sayının yüksək olduğu hər hansısa bir etiraz və yaxud da boykot hadisəsi ilə rastlaşılmamışdır. Bəzi istifadəçilər, satın aldıqları medianın; İnternetə qoşulmuş cihazları olmadan istifadəsinin mümkünsüz olması, şəxsi kompüterlərinin əməliyyat sistemlərindəki yenilənmələr, yenidən quraşdırılmalar və yaxud da aparat təminatındakı dəyişikliklərdən sonra medianın təkrar istifadəsinin bloklanması, oyun konsollarındakı (məs. PS3 və Xbox 360) və müxtəlif media pleyerlərdəki (məsələn, iPod) məhdudiyyətlər və uyğunsuzluqlara görə qeyri-qanuni olsa da, pirat məhsullarından istifadədən mühafizəni ləğv edən müxtəlif yamaqlardan və ya proqramlardan istifadə edirlər. == İstinadlar == == Xarici keçidlər == Середа С. А. «Анализ влияния систем защиты на потребительские свойства программного обеспечения» Середа С. А. «Перспективы охраны авторских и смежных прав в условиях распространения произведений через глобальные сети передачи данных» Александр Новичков, Рубен Сардарян.
Yerli Xalqların Hüquqları üzrə Bəyannamə
Yerli Xalqların Hüquqları üzrə Bəyannamə (ing. Declaration on the Rights of Indigenous Peoples) — 13 sentyabr 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinın 62-ci sessiyasında qəbul edilmiş sənəd. == Sənədin məzmunu == Bu sənəd yerli xalqların ləyaqətli bir yaşamaq, öz mədəniyyətlərini və öz təsislərini qorumaq və inkişaf etdirmək hüququnu, habelə insanların öz ehtiyaclarına və istəklərinə ən uyğun hesab etdikləri istiqamətdə insanları inkişaf etdirmək hüququnu elan edir. Sənəd yerli xalqların öz müqəddəratlarını təyinetmə hüququnu təsdiqləyir və bu hüququn nəticəsi olaraq yerli xalqların siyasi statuslarını müəyyənləşdirmək və iqtisadi, sosial və mədəni inkişaflarını davam etdirmək azadlığından bəhs edir. == Sənədin qəbul tarixçəsi == Bu sənədin layihəsi 20 il ərzində hazırlanmışdır. Ən gərgin müzakirələr torpaq, resurslar, qrup və fərdi hüquqlarla bağlı idi. Yerli Xalqlar üzrə İşçi Qrupu 1982-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasının qərarı ilə yerli xalqlar üçün insan hüquqları standartlarını inkişaf etdirmək məqsədi ilə yaradılmışdır. 1985-ci ildə yerli xalqların hüquqları ilə bağlı bir bəyannamə layihəsi hazırlamaq üçün bir işçi qrupu başladı. Səkkiz il sonra, 1993-cü ildə İşçi Qrup bəyannamə layihəsinin mətni üzərində işi tamamladı. BMT-nin Ayrı-seçkiliyin Qarşısının Alınması və Azlıqların Müdafiəsi üzrə Alt Komissiyası 1994-cü ildə layihənin mətnini təsdiqlədi və BMT-nin İnsan Hüquqları Komissiyasına baxılması üçün təqdim etdi.
Ümumdünya Müəllif Hüquqları Konvensiyası
Ümumdünya Müəllif Hüquqları Konvensiyası (ÜMHK) (bəzən sənədin variantından asılı olaraq Cenevrə və ya Paris Konvensiyası) (ing. Universal Copyright Convention) — müəllif hüquqlarının müdafiəsi üzrə beynəlxalq müqavilə, UNESCO-nun himayəsi altında fəaliyyət göstərir. 6 sentyabr 1952-ci ildə Cenevrədə Müəllif Hüquqları üzrə Hökumətlərarası Konfransda qəbul edilmişdir. Konvensiyanın məqsədi heç bir ölkənin müəllif hüquqlarının beynəlxalq müdafiə sistemi çərçivəsindən kənarda qalmamasını təmin etmək idi. == Haqqında == ÜMHK Bern Konvensiyasına nisbətən daha aşağı səviyyədə müəllif hüquqlarının qorunmasını təmin edir. Bu, Cenevrə Konvensiyasının mümkün qədər çox dövlətin, o cümlədən bu və ya digər səbəbdən Bern tərəfindən nəzərdə tutulmuş müəllif hüquqlarının müdafiəsi səviyyəsini təmin edə bilməyən dövlətlərin ona qoşulması məqsədilə işlənib hazırlanması və qəbul edilməsi ilə əlaqədardır. Konvensiya. Bern Konvensiyasından fərqli olaraq (müəllif hüquqlarının qorunması üçün kifayət qədər əsas kimi əsərin yaradılmasından irəli gəlir), ÜMHK ayrı-ayrı üzv ölkələrdə belə mühafizənin verilməsi üçün müəyyən rəsmiləşdirmələrin həyata keçirilməsini nəzərdə tutur. Bu rəsmiləşdirmələr onunla bağlıdır ki, bəzi ölkələrdə əsərin mühafizəsi üçün nüsxələrin, qeydiyyatın və ya digər rəsmiləşdirmələrin depozitə qoyulması lazımdır. Buna görə də, Art.
Ümumdünya Uşaq Hüquqları Günü
Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) — 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub. BMT tərəfindən 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul etmişdir. BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyası (UHK) uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK demək olar ki, bütün dünyada qəbul edilib.
Ümumdünya insan hüquqları bəyannaməsi
İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə hər insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biridir. Əvvəlki beynəlxalq bəyannamə və sazişlərin əksəriyyəti hüquqları yalnız milli qanunvericiliklə irəli sürüldüyü halda tanıyırdı. İlk olaraq, ÜİHB 58 coğrafi, mədəni və siyasi cəhətdən fərqli bölgəni ümumbəşəri bir sənədin yaradılması nəticəsində bir araya gətirmişdi. ÜİHB-nin məcburi olmamasına baxmayaraq, o, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartları yaratmışdır. ÜİHB 1947-ci ilin yanvarı ilə 1948 –ci ilin dekabrı arasında hazırlanmışdır. Onun mətni Eleonora Ruzveltin rəhbərlik etdiyi səkkiz üzvlük İnsan hüquqları Komissiya tərəfindən yazılmış və mədəni, sosial, iqtisadi sahədəki hüquqlardan tutmuş mülki və siyasi hüquqlara qədər müxtəlif sahələrdəki insan hüquqlarını əhatə etmişdir. Sənədin mətnində dəyişikliyin lehinə 48 və Belarusiya, Çexoslovakiya, Polşa, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, SSRİ, Ukrayna və Yuqoslaviyadan gələn 8 bitərəf səslə BMT –nin Baş Assambleyası 1948-ci il dekabrın 10-da Bəyannaməni yekdilliklə qəbul etdi. ÜİHB hər bir fərdin hüquqlarını qoruyan 30 maddədən ibarətdir. İlk iki maddə bütün insanların bərabər olduğunu və bu bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını söyləməklə sənəd üçün giriş rolunu oynayır. İnsan ləyaqətinin bu bərabərliyi ümumbəşəri insan hüquqlarının da bərabərliyinə rəvac verir.
İnsan Hüquqları Beynəlxalq Cəmiyyəti
İnsan Hüquqları Beynəlxalq Cəmiyyəti — Qərargahı Nyu-York şəhərində yerləşən insan hüquqları təşkilatı. Birləşmiş Ştatların ən qədim insan hüquqları təşkilatı olduğunu iddia edən İHBC öz missiyasını "öz vətənlərində ədalətli və vətəndaş cəmiyyətinin ideallarını təbliğ etmək üçün həyatlarını təhlükə altına alan insan hüquqları müdafiəçiləri" kimi təqdim edir. == Tarixi == İnsan Hüquqları Beynəlxalq Cəmiyyəti ilk olaraq XIX əsrin sonlarında Fransada təsis edilən Fransa İnsan Hüquqları Cəmiyyətinin tərkibində yaradılmışdı. Həmin qrup 1942-ci ildə Nyu-Yorkda Avropa qaçqınları və Amerika Vətəndaş Azadlıqları Birliyinin təsisçisi olan Roqer Naş Boldvin tərəfindən bərpa edilmiş və 1976-cı ilədək Bəşər Hüquqları üzrə Beynəlxalq Cəmiyyət kimi tanınmışdır. 1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) ona məsləhətçi statusunu verdi. İHBC həmçinin dünyada 40-dan çox insan hüquqları təşkilatını özündə birləşdirən BMT-nin Şimali Koreyada insanlıq əleyhinə cinayətlərə qarşı mübarizə üzrə Beynəlxalq Koalisiyasının üzvüdür. == Heyəti == İnsan Hüquqları Beynəlxalq Cəmiyyətin prezidenti Robert Arsenault, icraçı direktoru isə Luis Kantroudur. == Fəaliyyəti == İHBC-in internet domen adı 3 iyun 2014-cü il tarixində başa çatıb və yenilənməyib. Onun köhnə veb ünvanı indi istehlak mallarının kuponları olan bir səhifədir. Bununla yanaşı təşkilat 2018-ci ilədək mətbuatda bildirildiyi kimi vətəndaş cəmiyyəti və insan hüquqları ilə məşğul olan şəxslərə "Karl von Osetskiy medalı” mükafatını verməyə davam edir.
İnsan Hüquqları Haqqında Universal Bəyannamə
İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə hər insanın eyni hüquqlara sahib olması fikrinə əsaslanan ilk beynəlxalq sənədlərdən biridir. Əvvəlki beynəlxalq bəyannamə və sazişlərin əksəriyyəti hüquqları yalnız milli qanunvericiliklə irəli sürüldüyü halda tanıyırdı. İlk olaraq, ÜİHB 58 coğrafi, mədəni və siyasi cəhətdən fərqli bölgəni ümumbəşəri bir sənədin yaradılması nəticəsində bir araya gətirmişdi. ÜİHB-nin məcburi olmamasına baxmayaraq, o, müxtəlif beynəlxalq müqavilələrdə öz əksini tapan beynəlxalq insan hüquqları standartları yaratmışdır. ÜİHB 1947-ci ilin yanvarı ilə 1948 –ci ilin dekabrı arasında hazırlanmışdır. Onun mətni Eleonora Ruzveltin rəhbərlik etdiyi səkkiz üzvlük İnsan hüquqları Komissiya tərəfindən yazılmış və mədəni, sosial, iqtisadi sahədəki hüquqlardan tutmuş mülki və siyasi hüquqlara qədər müxtəlif sahələrdəki insan hüquqlarını əhatə etmişdir. Sənədin mətnində dəyişikliyin lehinə 48 və Belarusiya, Çexoslovakiya, Polşa, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, SSRİ, Ukrayna və Yuqoslaviyadan gələn 8 bitərəf səslə BMT –nin Baş Assambleyası 1948-ci il dekabrın 10-da Bəyannaməni yekdilliklə qəbul etdi. ÜİHB hər bir fərdin hüquqlarını qoruyan 30 maddədən ibarətdir. İlk iki maddə bütün insanların bərabər olduğunu və bu bərabərliyin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını söyləməklə sənəd üçün giriş rolunu oynayır. İnsan ləyaqətinin bu bərabərliyi ümumbəşəri insan hüquqlarının da bərabərliyinə rəvac verir.

"hüquqları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hüquqları nədir? #hüquqları sözünün mənası #hüquqları nə deməkdir? #hüquqları sözünün izahı #hüquqları sözünün yazılışı #hüquqları necə yazılır? #hüquqları sözünün düzgün yazılışı #hüquqları leksik mənası #hüquqları sözünün sinonimi #hüquqları sözünün yaxın mənalı sözlər #hüquqları sözünün əks mənası #hüquqları sözünün etimologiyası #hüquqları sözünün orfoqrafiyası #hüquqları rusca #hüquqları inglisça #hüquqları fransızca #hüquqları sözünün istifadəsi #sözlük