* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2010 | •••• | 0.09 |
2012 | •••• | 0.09 |
2017 | •••••••••••••••••••• | 0.49 |
2019 | •••••• | 0.14 |
1 is. [fars.] 1. Diqqət, fikir. …Bir iskamyada oturan oğlanın huşunun yarısı müəllimdə olanda, yarısı da yanındakı qızda olacaq… C.Məmmədquluzadə. [Dərviş:] Huşum və bədənim ləmsləşdi, pozğunlaşdı, özümü duymaz oldum… A.Divanbəyoğlu. □ Huşa getmək – fikrə getmək, fikrə dalmaq, xəyala dalmaq. Mən səni düşünərək getdiyim zaman huşa; Bəlkə də sən girirsən əlbəyaxa vuruşa? Ə.Cəmil. Huşu dağılmaq – fikrini cəmləşdirə bilməmək, fikri dağılmaq. Huşundan çıxmaq – yadından çıxmaq, unutmaq. 2. Mürgü, yarıyuxulu hal. □ Huş aparmaq, huşa getmək – mürgüləmək. – [Sayalı və Durna] xəstəxanadan içəri girən zaman Xasay huşa getmişdi. Ə.Vəliyev. Kamal da yerinə uzanmış, amma yatmamışdı. Arabir onu huş aparırdı. M.Rzaquluzadə. ◊ Huşa getmək – bax huşunu itirmək. [Vəzir:] [Oğlanın] … xörəyinin içinə bihuşdarı tökün. Huşa gedən kimi götürüb tolazlayın bir dərənin içinə. (Nağıl). Huşa gəlmək – ayılmaq, huşu özünə gəlmək, özünə gəlmək. Reyhan huşa gəlib, özünü divlərin yanında gördü. (Nağıl). [Münəvvər:] Ana, sən insaf elə, qoy mən o qədər bu evdə qalım ki, babam huşa gəlsin. M.S.Ordubadi. Huşa gətirmək – ayıltmaq, özünə gətirmək. Qaraçılar xeyli çalışdıqdan sonra hər ikisini [Yasəmən ilə Qaraca qızı] huşa gətirdilər. S.S.Axundov. Adamlar oğlanı örtülü maşınların birinin içinə aparıb, huşa gətirməyə başladılar. Ə.Sadıq. Huşdan getmək – bax huşunu itirmək. Axırda Dəmirçioğlu huşdan gedib yıxıldı. “Koroğlu”. Huşu başına gəlmək – bax huşa gəlmək. Gülsəhərin huşu yavaş-yavaş başına gəlir, adamları tanımağa başlayırdı. Ə.Vəliyev. Huşu baş(ın)dan çıxmaq (uçmaq) – bax huşunu itirmək. Şahzadə Mütalibin huşu başından uçdu. Bir vaxt gözün açıb gördü, lələ köçüb, yurdu boş, qızlardan əsər yoxdu… (Nağıl). [Bəhram] duruxdu, sanki huşu başından çıxdı. Ə.Vəliyev. Huşunu aparmaq – heyran etmək, məftun etmək, valeh etmək. Əziziyəm bağ sinə; Səyyad keçər dağ sinə; Baxdım, huşum apardı; Mərmər buxaq, ağ sinə. (Bayatı). Huşunu başına yığmaq – fikrini cəmləşdirmək, düşünmək, fikirləşmək, götür-qoy eləmək. Mən məəttəl qalmışdım və heç macal eləmədim ki, huşumu başıma yığam… C.Məmmədquluzadə. Huşunu itirmək – bihuş olmaq, özündən getmək, huşdan getmək, bayılmaq, qəşş etmək. [Nəbi:] Yazığın üz-gözü, hər yeri qandır; Huşunu itirib, halı yamandır. S.Rüstəm.
Azərbaycan dilinin izahlı lüğəti / huş4 HUŞ Huş başımdan çaşdı, dilim dolaşdı; Gözlərim sataşdı, buxağa düşdü (Aşıq Ələsgər); HUŞ-BAŞ Qəm yemə, yerindədir hər halda huş-başımız (M.Rahim); FİKİR, DİQQƏT, YADDAŞ (bax). 2. huş bax mürgü
Azərbaycan dilinin sinonimlər lüğəti / huş2 сущ. 1. разг. внимание (сосредоточенность мысли на ком-л., чем-л.; направленность мысли на что-л.). Tələbənin huşu müəllimdə idi внимание студента было приковано к учителю 2. сознание (способность осмысленно воспринимать окружающее), рассудок, ум, разум. Huşu ayıq с ясным сознанием 3. разг. память (способность запоминать). Bu adamın huşu yoxdur у этого человека нет памяти ◊ huşa gəlmək прийти в себя, прийти в сознание; huşa gətirmək привести в сознание кого-л.; huşu başına gəlmək см. huşa gəlmək; huşu başında в своём уме, в полном сознании, рассудке; huşu başından çıxmaq (uçmaq) терять, потерять сознание; huşu özündə deyil он вне себя; он сам не свой; huşunda qalmamaq выйти из головы, вылететь из памяти; huşundan çıxmaq см. huşunda qalmamaq; huşunu aparmaq kimin очаровывать, очаровать кого; huşunu başına yığmaq сосредоточиться, собраться с мыслями; huşunu itirmək терять, потерять сознание, рассудок; лишиться разума; huşunu itirənədək до потери сознания; huşu ala qapıda olmaq считать ворон (быть рассеянным, невнимательным)
Azərbaycanca-rusca lüğət / huş1 i. 1. consciousness; mind; bir kəsi ~a gətirmək to restore smb. to consciousness; d.d. to bring* smb. round; ~a gəlmək to regain consciousness; ~unu itirmək to faint, to lose* consciousness; 2. drowsiness; ~ aparmaq to doze; məc. to nod
Azərbaycanca-ingiliscə lüğət / huş1 is. 1) conscience f ; mémoire f connaissance f ; ~a gəlmək reprendre connaissance ; 2) somnolence f, assoupissement m ; ~ aparmaq sommeiller vi, somnoler vi ; məc. évanouir (s’)
Azərbaycanca-fransızca lüğət / huş1 [fars.] сущ. 1. дикъет, фикир; huşa getmək фикирдиз фин, фикирди кьун, хиялри тухун; huşundan çıxmaq фикирдай акъатун, рикӀелай алатун; 2. муьргуь, мухула (я ксанвачир яни уях тушир гьал); huş aparmaq, huşa getmək мухулад кьун, мухулад ахвари кьун, муьргуьди кьун, муьргуь ягъун (гатун); ** huşa getmək кил. huşunu itirmək; huşa gəlmək вич-вичел хтун, уях хьун; huşa gətirmək вич-вичел хкун, уяхарун; huşdan getmək кил. huşunu itirmək; huşu başına gəlmək кил. huşa gəlmək; huşu baş(ın)dan çıxmaq(uçmaq) кил. huşunu itirmək; huşunu aparmaq гьейран авун, кьару авун, валегь авун; huşunu başına yığmaq фикир санал кӀватӀун, фагьумун, фикирун, веревирдун; huşunu itirmək бейгьуш хьун, вич вичелай фин, чӀур хьун.
Azərbaycanca-ləzgicə lüğəti / huşf. diqqət, fikir.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti