* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. sif. Ərinin ölümündən sonra ərə getməmiş (qadın); arvadının ölümündən sonra evlənməmiş (kişi). Dul arvad yetim saxlar; Naxırçıya minnət qoyar. (Ata. sözü). Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı-qardaşın. A.Səhhət. [Mirsaqulu] aldığı maaşla iki ailəni; özünü, iki yetimlə dul bacısını saxlayırdı. S.Hüseyn. □ Dul qalmaq – əri (və ya arvadı) ölmək. [Süleyman:] …Xala daha bu qədər dul qaldın bəsdir. Ü.Hacıbəyov. Ana tanıyıram iyirmi yaşından, dul qaldı; Bəlalar ötdü başından. B.Vahabzadə. Dul qoymaq – birinin ərini (ya arvadını) öldürmək. 2. is. Dul kişi, ya dul arvad. [Məhərrəm:] Mən dünən də demişəm, Qurban üçün qız az deyil. Birini alıb ölüb. İndi bir dul alsın və ya dul istəmir, ayrı bir qız alsın. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / dul1 Qədim mənbələrdə dölək sözü var, “boşluq” anlamını əks etdirib. Ehtimal ki, dul və dölək qohum sözlər olub. Dul “boş”, “azad” (ərsiz, arvadsız), “tək” deməkdir. Tuva dilinə bu söz “tək, tənha”, kalmıklarda “bir” mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dul1 DUL – ƏRLİ Bir neçə ərli qadın oturub, dul Tellinin qeybətini edirdi (“Ulduz”).
Azərbaycan dilinin antonimlər lüğəti / dul2 I сущ. вдова, вдовец II прил. 1. вдовый (являющийся вдовцом), вдовая (являющаяся вдовой) 2. вдовий (принадлежащий вдове, вдовцу). Dul qadının qızı вдовья дочь, dul qisməti (taleyi) вдовья доля; dul qalmaq вдоветь, овдоветь, dul yaşamaq вдовствовать, жить вдовой (вдовцом)
Azərbaycanca-rusca lüğət / dul1 i. (kişi) widower; (qadın) widow; ~ olmaq (kişi) to be* a widower; (qadın) to be* a widow
Azərbaycanca-ingiliscə lüğət / dul1 1. прил. хендеда(й); dul arvad хендеда паб (гъуьл кьейидалай кьулухъ гъуьлуьз хъфин тавунвай дишегьли); dul kişi хендеда итим (паб кьейидалай кьулухъ паб къахчун тавунвай итим); // dul qalmaq хендеда хьун, гъуьл (ва я паб) кьин; dul qoymaq хендеда авун (тун), садан гъуьл ва я паб яна рекьин; 2. сущ. хендеда паб ва я кас.
Azərbaycanca-ləzgicə lüğəti / dul