* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | • | 0.39 |
2004 | • | 0.34 |
2006 | •••••••• | 3.38 |
2007 | •••••••••••••••••••• | 8.88 |
2008 | •••••••••••• | 5.12 |
2009 | •••••••••••• | 5.28 |
2011 | • | 0.26 |
2012 | •• | 0.86 |
2014 | • | 0.17 |
2018 | •• | 0.75 |
1 is. 1. Üstündə oturmaq və ya soyuqdan qorunmaq üçün atın və bəzi başqa heyvanların dalına salınan qıldan və ya yundan toxunma qalın örtük. Şirməmməd öküzləri rahatladı, çullarını alıb qabaqlarına yem tökdü. E.Sultanov. [Nisə xala:] Yəhərləmək lazım deyil, çulu aşır üstünə. Qantəmir. 2. dan. Geyim, paltar mənasında (istehza ilə). ◊ Çul kimi yerə sərilmək – yerə dəymək, birdən bərk yıxılmaq. Bayram qoşalüləni hərləyib qırma barıtı bəyin qarnına doldurur. Bəy çul kimi yerə sərilir. Ə.Vəliyev. Çulunu sudan çıxarmaq – birtəhər dolanmaq, işin içindən çıxmaq. [Şirzad Yarməmmədə:] Deyirəm, qorxaqsan, birtəhər sürünüb çulunu sudan çıxarmaq istəyirsən. M.İbrahimov. Turaclılar demişkən [Qurban] oxuyub qurtarmadı, bəlkə süründü, ölüm-zülüm çulunu sudan çıxartdı. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / çul2 I сущ. 1. попона (покрывало для лошади, а также для некоторых других домашних животных). At çulu конская попона, çulu atın belinə aşırmaq надеть на лошадь попону, çulu atın belindən götürmək (düşürmək) снять попону с лошади 2. чепрак (суконная или ковровая подстилка под седло лошади) 3. перен. ирон. об одежде, одеянии II прил. попонный, чепрачный (относящийся к чепраку, попоне); çul kimi yerə sərilmək упасть плашмя (навзничь или ничком) ◊ çulunu sudan çıxarmaq см. kürkünü sudan çıxarmaq
Azərbaycanca-rusca lüğət / çul1 сущ. 1. палан, алух; 2. рах. ппек, алух (рахшанддалди); ** çul kimi yerə sərilmək палан хьиз ччиле акъун, садлагьана ярх хьун; çulunu sudan çıxarmaq палан (алух) цяй акъудун, са жуьре кьил хуьн, кьил акъудун, кардин къеняй са жуьре экъечӀун.
Azərbaycanca-ləzgicə lüğəti / çulÜstündə oturmaq və ya soyuqdan qorunmaq üçün atın və bəzi başqa heyvanların dalına salınan qıldan və ya yundan toxunma qalın örtük. (“Koroğlu” dastanının lüğəti) Qıratı minərəm körpə, Hayqıranda çıxar sarpa, Hər dönədə on tas arpa, İpək çullar ərzənindir. (“Eyvazın Çənlibelə gətirilməyi”) * Koroğlu der, paşa bilməz halını, Əşrəfidən kəsdirəcəm nalını, Üç gözələ toxudacam çulunu, Alma gözlü, qız birçəkli Qırat, gəl! (“Həmzənin Qıratı aparmağı”) (“Həmzə-Əsəd”)
Azərbaycan dastanlarının leksikasıçul düşməx’: (Cəbrayıl, Mingəçevir, Salyan, Oğuz) yorulub əldən düşmək, taqətdən düşmək. – O qədir işdəmişəm ki, yap çul düşmüşəm (Cəbrayıl); – Gidif çul düşəllər öyə (Oğuz)
Azərbaycan dilinin dialektoloji lüğəti.