Tamar Çuqoşvili
Tamar Çuqoşvili (gürc. თამარ ჩუგოშვილი; 11 avqust 1984, Gürcaani) — Gürcüstan siyasətçisi. O, 2016-cı ilin noyabrından 2019-cu ilin noyabrına qədər Gürcüstan parlamentinin birinci vitse-spikeri vəzifəsində çalışmışdır. Çuqoşvili "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasının xarici işlər katibi və partiyanın Siyasi Şurasının üzvü olmuşdur.
Çuqoşvili 2015-cı ildən "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasının xarici işlər katibidir. O, 2016-cı ilin noyabrında Gürcüstan parlamentinin üzvü və birinci vitse-spiker seçilmiş, o vaxtdan parlamentin Gender Bərabərliyi Şurasının sədri, Parlamentdə ABŞ və İsrail kokuslarının sədri, xəzinədarlar şurasının sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Daimi Parlament Nümayəndəliyinin rəhbəri, AŞPA-da Sosialistlər, Demokratlar və Yaşıllar Qrupunun sədr müavini və Qadın Siyasi Liderlərin Qlobal Forumunda səfir kimi xidmət etmişdir.
Çuqoşvili Gürcüstanda hökumət islahatlarında iştirak etmişdir. Odur ki, o, parlamentinin reqlamentində islahatlara rəhbərlik etmişdir. Yeni reqlament 2018-ci ilin dekabrında təsdiq edilmişdir. Ona əsasən, parlamentin nəzarət funksiyası artırılmış, qanun yaradıcılığı prosesi təkmilləşdirilmiş, öarlamentin hesabatlılığı artırılmış, vətəndaşların iştirakı təşviq edilmiş və şəffaflıq səviyyəsi yüksəlmişdir.