luq sözü azərbaycan dilində

luq

Yazılış

  • luq • 99.5984%
  • Luq • 0.1606%
  • LUQ • 0.1606%
  • lUq • 0.0803%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bela Luqoşi
Bela Luqoşi (20 oktyabr 1882[…] – 16 avqust 1956[…], Los-Anceles, Kaliforniya) — Macar teatr oyunçusu və qorxu filmi aktyoru. Bram Stokerin klassikləşmiş vampir əhvalatı Drakulanın 1927-ci il tarixli Broadway istehsalında və sonradan çəkilən 1931-ci il tarixli film versiyasında oynadığı Qraf Drakula rolu ilə ad-san qazanmış, sonrakı karyeriylə simvollaşmışdır. == Gəncliyi == Luqoşi, Paula da Vojnich ilə çörəkçi olan İstvan Blaskonun dörd uşağının ən kiçiyi olaraq, o zamanlar Avstriya-Macarıstan İmperatorluğu sərhədləri içindəki Lugosda (indi Rumıniyadakı Lugoj) doğuldu. Əsl adı Béla Ferenc Dezső Blaskó idi. Luqoşi, aktyorluq karyerinə teatrda başladı, Şekspir və başqa əhəmiyyətli rollarda oynadı. Macar səssiz filmlərində Arisztid Olt ləqəbiylə rol aldı. Birinci dünya müharibəsi əsnasında Avstriya-Macarıstan ordusunda piyada leytenant olaraq vəzifə aldı. 1917-ci ildə İlona Szmick ilə evləndi, ancaq həyat yoldaşının ailəsiylə yaşadığı siyasi fikir ayrılıqları səbəbiylə 1920-ci ildə boşandı. == İlk filmləri == Luqoşi ilk olaraq 1917-ci il tarixli Az ezredes (İngiliscə adı The Colonel (Polkovnik)) adlı filmdə rol aldı. Almaniyaya getməzdən əvvəl Macarıstanda, 1917–1918-ci illər arasında on iki filmdə rol aldı.
Calyptranthes luquillensis
Myrcia luquillensis (lat. Myrcia luquillensis) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin myrcia cinsinə aid bitki növü.
Dieqo Luqano
Dieqo Luqano (d. 2.11.1980, Kanelones, Uruqvay) — uruvaylı futbolçu. İngiltərənin Vest Bromviç Albiyon və Uruqvay milli futbol komandasının müdafiəçisidir. == Həyatı == Futbolçu 1980-ci ilin 2 noyabrında anadan olub. == Karyerası == Dieqo da əksər cənubi amerikalılar kimi "köhnə qitə" klublarının diqqətinə San Paulodakı oyunuyla düşüb. 2006-cı ildə Fənərbaxçanın heyətinə cəlb olunub. Etibarlı müdafiə və hücumlara aktiv dəstəyiylə seçilən stoper 2011-ci ilə qədər Türkiyədə qaldı. Fənərbaxçanın qitəmiqyaslı yarışlardan kənar qalması Luqanonun Pari Sen-Jermen ilə anlaşmasına səbəb oldu. Ançelotti Dieoqoya etimad göstərmədi və futbolçu 2013-cü ilin yanvarında Malaqaya, avqustunda isə Vest Bromviçə keçdi. Uruqvay millisinin heyətində 87 matç keçirib.
Fernando Luqo
Fernando Luqo (isp. Fernando Armindo Lugo Méndez; d. 30 may 1951, San Solano, Paraqvay) — Paraqvay Respublikasının Prezidenti (2008-2012). == Həyatı == 30 may 1951-ci ildə Paraqvayın San Solano şəhərində anadan olmuşdur. == Dini fəaliyyəti == Orta təhsilini Enkarnasion şəhərindəki dini məktəbdə almışdır. 15 avqust 1977-ci ildə keşiş, 1977-1982-ci illərdə Ekvadorda missioner olmuşdur. 17 aprel 1994-cü ildə Roma Katolik Kilsəsinin yepiskopu seçilmişdir == Siyasi fəaliyyəti == 29 oktyabr 2007-ci ildə Paraqvayın Xristian Demokratlar Partiyasının üzvü olaraq, həmin partiyadan Prezident seçkilərinə öz namizədliyini irəli sürmüş və 2008-ci ildə ölkənin Prezidenti seçilmişdir. 22 iyun 2012-ci ilə qədər bu vəzifədə olmuşdur. == Ailəsi == 1 övlad atasıdır.
Liu Luqu
Liu Luqu - Tiefu konfederasiyasının şərqdəki III başçısı. Atası Liu Fulun idi. 285-ci ildə hakimiyyətə gəlmişdi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Toba sülaləsindən bir şahzadə ilə evlənmişdi. Bu evlilikdən Liu Kuren və Liu Tucuan adlı övladları olmuşdu.
Luqa
Luqa — Rusiya Federasiyasında yerləşən şəhər. Leninqrad vilayətinə daxildir.
Luqansk
Luqansk (Ukraynca: Луганськ; əvvəllər (1935-58 və 1970-89 arasında) Voroşilovqrad) — Ukraynada Luqansk Oblastının idarə mərkzi şəhər. Luqon Çaynın Olqovaya Çayıyla kəsişdiyi yerdə qurulmuştur. == Demoqrafik == 2001-ci il Ukrayna siyahıyaalınmasında sakinlərin 49,6%-i özlərini etnik olaraq ukraynalı, 47%-i isə etnik olaraq rus olduğunu bəyan edib. Ən çox yayılmış ana dili rus dili olub, əhalinin 85,3%-ni təşkil edir. Ukrayna dili əhalinin 13,7%-nin ana dilidir və daha az sayda erməni (0,2%) və belarus (0,1%) dilində danışanlar mövcuddur.
Luqansk Xalq Respublikası
Luqansk Xalq Respublikası (rus. Луганская народная республика ) — Şərqi Avropada eyniadlı separatist tәşkilat tәrәfindәn qurulan tanınmayan separatist dövlәt. Donbass müharibəsi zamanı 2014-cü il aprelin 28-də Ukraynadakı müstəqil, suveren respublika kimi quruldu. Mayın 11-də müstəqillik referendumu keçirildi və müstəqilliyi ictimaiyyət tərəfindən təsdiq edildi. Mayın 12-də rəsmi olaraq müstəqilliyini elan etdi. Təsisçilər 24 may 2014 tarixində Donetsk Xalq Respublikası ilə bir konfederasiya imzaladılar. == Tarixi == 2014-cü il mayın 11-də 96.2% səslə qəbul edilmiş müstəqillik referendumundan sonra yeni hökumət Rusiya və 13 başqa ölkəni 11 iyun tarixində öz müstəqilliyini tanımağa çağırdı. Onun müstəqilliyi Donetsk Xalq Respublikası və 2008-ci ildə Gürcüstandan ayrılaraq suveren olduğunu bəyan edən Cənubi Osetiya tərəfindən tanındı.
Luqansk vilayəti
Luqansk vilayəti (ukr. Луганська область) — Ukraynanın şərqində yerləşən vilayət.
Luqo
Luqo (qalis. Lugo) — İspaniyanın tarixi Qalisiya muxtar regionunda yerləşən şəhər. Lugo vilayətinin mərkəzidir.
Luqov kərtənkələsi
Luqov kərtənkələsi (lat. Darevskia praticola) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Elədə böyük olmayan, 5 — 10 sm uzunluğa malik olan (bədəni 6 — 7 sm, quyruğu 3 sm) kərtənkələ. Tünd-yaşıl rəngə malikdir. Başı yuxarıdan bütünlüklə tünd qəhvəyidir. == Arealı == Növ əsasən Şimali Qafqaz və Cənubi Qafqaz ərazilərdə rast gəlinir. Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Bolqarıstan ərazilərində yayılmışdır. == Həyat tərzi == Günlük aktiv canlıdır. Əsasən açıq çəmənliklərə daha çox əhəmiyyət verir.
Luqu döyüşü
Luqu döyüşü — 16 aprel 1899-cu ildə kapitan Pol Vule, onun adyutantı Jülyen Şanuenin rəhbərliyi altındakı Mərkəzi Afrika ekspedisiyasının Fransa müstəmləkə qüvvələri ilə kahinə Sarrauniyanın başçılığı altındakı Əzna bütpərəst tayfa arasında baş tutmuş döyüş. Vule və Şanuen 1898-ci ildə Niger çayı ilə Çad gölü arasındakı ərazini fəth etmək missiyası ilə ekspedisiyaya göndərilmişdi. 1899-cu ilin yanvarında onlar Fransa Sudanını tərk etdikdən sonra güclü müqavimət göstərməyən yerli xalqları zorakı şəkildə tabe özlərinə tabe etmişdir. Döyüşmək qərarına gələn azsaylı yerlilərdən biri uzun müddət islamlaşan regionda yaşayan Əzna bütpərəst tayfasının başçısı sehrbaz-kraliça Sarrauniya idi. Ekspedisiyanın yolunu bağlamaq qərarına gələn Sarrauniya Vuleyə təhqirlərlə dolu təxribatçı məktub yazmışdır. Fransızlar çağırışı qəbul etmiş və 15 aprel 1899-cu ildə Sarrauniyanın qüvvələrini cəmləşdirdiyi Luqu və Tuqana kəndlərinə doğru yola düşmüşdür. Fransızlar güclü müqavimətlə qarşılaşmış, lakin nəticədə uğur qazanmış və Əzna tayfasını ərazidən qaçmağa məcbur etmişdir.
Zarya FK (Luqansk)
"Zarya" Futbol Klubu — Luqansk şəhərini təmsil edən, Ukraynanın ən uğurlu peşəkar futbol klubudur. Klub 1972-ci ildə SSRİ çempionu olmuşdur. Şərqi Ukraynadakı münaqişə səbəbilə klub Zaporojye şəhərindəki Slavutyç Arenada oynuyur. Komandanın heyəti 1 İyun 2018.
Zarya Luqansk FK
"Zarya" Futbol Klubu — Luqansk şəhərini təmsil edən, Ukraynanın ən uğurlu peşəkar futbol klubudur. Klub 1972-ci ildə SSRİ çempionu olmuşdur. Şərqi Ukraynadakı münaqişə səbəbilə klub Zaporojye şəhərindəki Slavutyç Arenada oynuyur. Komandanın heyəti 1 İyun 2018.
Luqansk Xalq Respublikası bayrağı
Luqansk Xalq Respublikası bayrağı — LXR-nin rəsmi bayrağı. LXR Konstitusiyasına əsasən Dövlət Bayrağının təsviri və rəsmi istifadə qaydası Luqansk Xalq Respublikasının qanunu ilə müəyyən edilir. == Bayrağın rəngləri == Luqansk Xalq Respublikasının bayrağının rəngləri "Luqansk Xalq Respublikasının Dövlət Bayrağı haqqında qanun" ilə müəyyən edilir.
Luqansk Xalq Respublikası gerbi
Luqansk Xalq Respublikası gerbi — LXR-nin rəsmi gerbi.
Luqansk Xalq Respublikası himni
Luqansk Xalq Respublikası himni — LXR-nin rəsmi himni.
Staniçno-Luqansk qoruğu
Staniçno-Luqansk qoruğu (ukr. Станично-Луганське відділення) — Luqansk təbiət qoruğunun filialı, Staniçno-Luqansk rayonunun (Luqansk vilayəti, Ukrayna) ərazisindəki Pesçanoe kəndindən qərbdə yerləşir . İdarənin əsas vəzifəsi Severski Donets çayının daşqın düzənliyinin təbii komplekslərinin qorunmasıdır. Sahəsi 494 hektardır. Bölgədəki hərbi əməliyyatlarla əlaqədar olaraq, Staniçno-Luqansk şöbəsi Luqansk vilayətində böyük dərəcədə zərər çəkmiş ekoloji obyektlərdən biridir. Qoruq Seversk-Donetsk fiziki-coğrafi bölgəsində yerləşir. 50 metrə qədər yüksəklikləri əhatə edən bölgədə qərarlaşır. Qoruğun demək olar ki, bütün ərazisi qara torpaqla örtülüdür, baxmayaraq ki, onun bir hissəsində qum təpələri var. Qoruğun ərazisində sahəsi 2 hektar olan Soldatskoye gölləri və sahəsi 0,8 hektar olan Krasnenkoe və sahəsi 7,6 hektar olan Pesçanoe gölü var. Çaylar və göllər yağıntılar, yeraltı sularla qidalanır.
Myrcia luquillensis
Myrcia luquillensis (lat. Myrcia luquillensis) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin myrcia cinsinə aid bitki növü.
Kazan kilsəsi (Luqansk)
Kazan kilsəsi - Luqanskdakı tarixi pravoslav kilsəsi (1864-1935). == Tarixi == 9 oktyabr 1861-ci ildə Luqansk zavodunun "duz mədənləri" şöbəsində bəzi tacirlərin Luqansk zavodu ərazisində kilsə tikmək istədikləri barədə məlumatlar yayıldı. Məbədin tikintisi 1861-1864-cü illər arasında aparılmışdır. Kazan kilsəsinin memarlığında ilk dəfə olaraq 5 bandan istifadə edilmişdir. 1909-cu ildə Şəhər duması zəng qülləsi tikmək üçün 500 rubl ayırmağa qərar verdi. Vəsaitlərin ayrılmasında Luqanskın fəxri vətəndaşı İvan Pivovarovun böyük dəstəyi olub. 1910-cu ildə məbədə üç qatlı dəmir zəng qülləsi əlavə edildi. 1935-ci ildə bolşeviklər məbədi bağladılar və noyabrın 6-da xaç yerinə qırmızı bayraqlar asdılar. 1937-ci ildə kilsə dağıdıldı. 1942-ci ildə Kazan kilsəsində xidmət edən keşişlər fəaliyyətlərini davam etdirmək qərarına gəldilər və fəaliyyətlərini şəxsi evlərdə davam etdirsələr də, 1961-ci ildə hakimiyyət bu evləri də bağladı.

Oxşar sözlər

#luq nədir? #luq sözünün mənası #luq nə deməkdir? #luq sözünün izahı #luq sözünün yazılışı #luq necə yazılır? #luq sözünün düzgün yazılışı #luq leksik mənası #luq sözünün sinonimi #luq sözünün yaxın mənalı sözlər #luq sözünün əks mənası #luq sözünün etimologiyası #luq sözünün orfoqrafiyası #luq rusca #luq inglisça #luq fransızca #luq sözünün istifadəsi #sözlük