Laqqutu
Laqqutu — müxtəlif ölçülü iki dördbucaq ağac qutudan ibarət zərb aləti. Azərbaycanda Lerik , Astara, Masallı, Lənkəran, Cəlilabad rayonlarında daha çox istifadə edilir. Alətin müxtəlif növləri bir çox ölkələrdə geniş yayılıb. Nağara, qoşa nağara, qaval və başqa zərb alətləri ilə birlikdə müasir ansambl və orkestrlərin tərkibində ifa edilir.
== Söz açımı ==
"Laqqutu" sözü 2 türk kökündən əmələ gəlib: lax/lığ (boş) və qutu . Eyniköklü sözlər: "alaşa", "alaçıq" , rus dilində "лошадь" (loş at) , "лачуга" (alaçıq) .
== Quruluşu ==
Laqqutu mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınır. Alətin ölçüləri 250x125x50 mm-dir. Qoz, ərik, tut, fıstıq ağaclarından içərisi xüsusi ölçüdə oyularaq hazırlanır. Oyuğun üst hissəsi alt hissəsinə nisbətən nazik yonulduğundan ifa zamanı xüsusi səs tembri alınır.