Laqun sözü azərbaycan dilində

Laqun

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Laqun • 77.7778%
  • laqun • 22.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Kayum (laqun)
Kayum — Kamçatka yarımadasının şimal-şərqində, Berinq dənizi akvatoriyasında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. karaqin körfəzinin bir hissəsini təşkil edir. Laquna Kayum və Qıtkatkinvayam çayları tökülür. çuk. Ӄуйым çukotkaçadan tərcümədə «buxta» mənasını verir. == Su reestrinin məlumatı == Rusiya dövlət su reyestrinin məlumatına əsasən Anadır-Kolıma hövzə dairəsinə daxildir. Dövlət su reyestrindəki obyekt kodu — 19060000315320000000446.
Akyatan laqunu
Akyatan laqunu ― Ramsar konvensiyasında beynəlxalq əhəmiyyətə malik olan su-bataqlı ərazisi olaraq təyin olunmuş 14 700 hektarlıq su-bataqlıq ekosistemi. Köçəri quşlar üçün böyük dayanacaq olan Akyatan BirdLife International tərəfindən Əhəmiyyətli Quş Sahəsi olaraq tanınır. Bura, Aralıq dənizindəki yaşıl tısbağa populyasiyasına 43%-nə sahib olmaqla Aralıq dənizindəki ən böyük yuva qurma sahəsidir. Laqun Aralıq dənizinin şimal-şərq sahilində, Türkiyənin Çukurova regionundakı Adana şəhərinin 30 km cənubunda yerləşir. == Geologiya == Akyatan gölü və ətrafındakı laqunlar 4-cü dövrdə (10 000 il əvvəl) Aralıq dənizində suyun səviyyəsinin dəyişməyə başladığı zaman meydana gəlib. Delta yaradan çayların suyu daşdıqca Akyatan gölünün olduğu yerdə böyük bir bataqlıq meydana gəlmişdir. Bataqlıq daha sonralar dənizdən ayrılmış və göl əmələ gətirmişdir. Akyatan gölü tipik allüuvial bənd gölüdür. Yayda gölü bəsləyən suyun miqdarının azalması və yüksək buxarlanma nəticəsində gölün sahəsi azalır. Qurumuş ərazilərdə palçıq layları əmələ gəlir və yayın sonunda göl tamamilə quruyur.
Karavasta laqunu
Karavasta laqunu (alb. Laguna e Karavastasë) — Albaniyada ən böyük, Adriatik dənizində isə ən böyük laqunlardan biri. Karavasta Adriatik dənizindən böyük qum zolağı ilə ayrılmışdır. Laqun Divyaka-Karavasta milli parkının bir hissəsidir. Laqun 1995-ci ilin 29 noyabrından Ramsar konvensiyasına əsasən qorunan beynəlxalq ərazilər siyahısına daxil edilmişdir. == Coğrafiya == Laqun Albaniyanın qərb hissəsində, təxminən Şkumbini və Simnan çaylarının mənbələri arasında, Lyuşnya şəhərindən 20 kilometr qərbdə yerləşmişdir. Laqun təxminən 45 m² ərazini tutur. Laqunun maksimal dərinliyi — 1,3 m, orta dərinliyi — 0,7 m-dir. Laqun Adriatik dənizindən böyük qum zolağı ilə ayrılmışdır. Bataqlıq sahilləri boyunca bir neçə qumlu ada yerləşir.
Laquna
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Laquna-Biç
Laquna-Biç (ing. Laguna Beach) — ABŞ-nin Kaliforniya ştatının Orinc qraflığında yerləşən şəhər.

laqun sözünün leksik mənası və izahı

  • 1 (ital. laquna, lat. lacus-göl) okeandan (dənizdən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. лагуна lagoon

    Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / laqun

laqun sözünün etimologiyası

laqun sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. геогр. лагуна (мелководный залив, отделённый от моря песчаной косой). Krater laqunu кратерная лагуна II прил. лагунный (относящийся к лагуне). Laqun çöküntüləri лагунные отложения

    Azərbaycanca-rusca lüğət / laqun

Oxşar sözlər

#laqun nədir? #laqun sözünün mənası #laqun nə deməkdir? #laqun sözünün izahı #laqun sözünün yazılışı #laqun necə yazılır? #laqun sözünün düzgün yazılışı #laqun leksik mənası #laqun sözünün sinonimi #laqun sözünün yaxın mənalı sözlər #laqun sözünün əks mənası #laqun sözünün etimologiyası #laqun sözünün orfoqrafiyası #laqun rusca #laqun inglisça #laqun fransızca #laqun sözünün istifadəsi #sözlük