labüd sözü azərbaycan dilində

labüd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • labüd • 98.4127%
  • Labüd • 0.9524%
  • LABÜD • 0.6349%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

labüd sözünün leksik mənası və izahı

  • 1 zərf [ər.] 1. Yerinə yetirilməsi, icrası vacib olan, zəruri olan; mütləq. …Bayramda həlviyyat xonçası üstə bir əlbisəlik ipək parça labüd gedəcəkdir. R.Əfəndiyev. // Mütləq olmalı olan, qaçılmaz, qarşısıalınmaz, zəruri. □ Labüd olmaq – vacib olmaq, zəruri olmaq. [Mürtəce ünsürlər] xalqın və məmləkətin tərəqqisi üçün labüd olan bu məsələlərin həllini tələb edən hər kəsi … töhmətləndirirlər. M.İbrahimov. 2. Məcbur, çarəsiz, əlacsız, naçar, istəristəməz, məcburiyyət qarşısında. [Şah Abbas:] Ona binaən labüddəm ki, talaqınızı verib cümlənizi azad edim ki, hər kəsə meyliniz olsa, ona ixtiyar edəsiniz. M.F.Axundzadə. Sabira, torpağa saldı sayə rəna dilbərim; Gər mələk olsam da, labüd səcdeyi-xak eylərəm. M.Ə.Sabir. □ Labüd qalmaq – zəruriyyət qarşısında məcbur olmaq, əlacsız qalmaq, çarəsiz qalmaq. Mən labüd qaldım, [hamballara] deyim ki, bir surətdə ki, bunlar bizə qulaq asmırlar, bizə bunların xidməti heç lazım deyil. C.Məmmədquluzadə. Pul çox, amma xərc eləməyə yer tapmayırıq, labüd qalıb, pullarımızı xarici vilayətlərdə xərc eləyirik. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / labüd
  • 2 mütləq; məcburən, hökmən. Laçın şahinlər sinfindən alıcı quş; hünərli, cəsarətli; q.t.qəbilələrindən biri.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / labüd
  • 3 LABÜD(D) ə. 1) çox lazım, vacib, zəruri, mütləq; 2) çarəsiz, hər halda.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / labüd

labüd sözünün sinonimləri (yaxın mənalı sözlər)

labüd sözünün rus dilinə tərcüməsi

  • 1 1. неизбежный, неминуемый, непременный; 2. неизбежно, неминуемо, вынужденно;

    Azərbaycanca-rusca lüğət / labüd
  • 2 прил. 1. неизбежный, неминуемый, неотвратимый, непредотвратимый (о смерти, гибели, конце и т.п.). Tarixən labüd mərhələ исторически неизбежный этап, labüd nəticə неизбежное следствие, labüd ölüm неминуемая гибель 2. обязательный, непременный (такой, соблюдение, исполнение которого обязательно). Labüd şərt обязательное условие; labüd olmaq: 1. быть неизбежным, неминуемым, неотвратимым, непредотвратимым; 2. быть обязательным; labüd qalmaq быть вынужденным, оказаться перед необходимостью

    Azərbaycanca-rusca lüğət / labüd

labüd sözünün inglis dilinə tərcüməsi

labüd sözünün fransız dilinə tərcüməsi

labüd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] нареч. 1. важиб тир; чарасуз хьун лазим тир, катиз тежер, вилик пад кьаз тежер; тахьана амукь тийир, жери (мес. затӀ); // labüd olmaq важиб яз хьун; 2. чарасуз, мажбур (яз), кӀанз-такӀанз; // labüd qalmaq мажбур яз хьун, чарасуз хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / labüd

"labüd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#labüd nədir? #labüd sözünün mənası #labüd nə deməkdir? #labüd sözünün izahı #labüd sözünün yazılışı #labüd necə yazılır? #labüd sözünün düzgün yazılışı #labüd leksik mənası #labüd sözünün sinonimi #labüd sözünün yaxın mənalı sözlər #labüd sözünün əks mənası #labüd sözünün etimologiyası #labüd sözünün orfoqrafiyası #labüd rusca #labüd inglisça #labüd fransızca #labüd sözünün istifadəsi #sözlük