sabun sözü azərbaycan dilində

sabun

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sabun • 87.9499%
  • Sabun • 12.0501%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sabun
Sabun — ali karbon turşularının natrium və kalium duzlarıdır. Natrium duzları bərk sabun, kalium duzları isə maye sabun əmələ gətirir. Kimyada, sabun yağ turşusunun duzudur. Sabunlar qalıb ya da maye şəklində əsasən yumaq, hamam etmə və təmizləmə üçün surfektant kimi istifadə olunur və həm də tekstil əyirməsində istifadə olunur və yağlayıcı maddələrində mühüm komponentlərindəndir. Əvvəllər sabun hidrogenləşdirilmiş bitki yağlarının və heyvan mənşəli piylərin qələvi və ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Ona görə də yağların qələvi iştirakında hidrolizi sabunlaşma adlanır. Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə alınır. Azərbaycan dilində işlənən "Sabun" sözünün Avropa dillərindən gəldiyi bilinir. Latın dilində sāpō, qədim İngilis dilində sāpe; Qədim Yuxarı German dilində seipfa, qədim Fransız dilində savon kimi bilinir. Sabunun ümumi kimyəvi formulu C17H35OOM şəklindədir.
Sabun opera
Sabun opera — serial növüdür. Sabun köpüyü mənasını verən "Soap opera" seriallardakı mövzuların xəfifliyi və işlənmə biçiminin diqqətsizliyi kimi də izah olunur. Ancaq anlayışın son nöqtəsinə baxdıqda "soap opera"nın bu cür proqramların ilk sponsorlarından qaynaqlandığını görə bilərik. Sabun operalar ümumilikdə boş vaxtlarında qadınların izlədiyi və kişilərin çox xoşlamadığı seriallardır. Bu cür seriallarda sevgi həmişə var, yəni emosionallıq ön plandadır. Maraq cəlb etməsi üçün bütün sabun operalarda bir çox hadisə olur. Sabun operalar ilk dəfə İtaliyada yayımlanıb, sonra Fransada yayılıb ve beləliklə, bütün dünyaya yayılmış və evdar qadınların sevimlisi olmuşdur.
Safeguard (sabun)
İvory (sabun)
İvory (ing. Ivory) — Procter & Gamble şirkəti tərəfindən istehsal olunmuş sabun.
Bakıxanov (Sabunçu)
Bakıxanov, (1936–1992 Razin) — Bakının Sabunçu rayonunda şəhərtipli qəsəbə. Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Stepan Razin qəsəbəsi adı verilmiş və 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır. Qəsəbə Bakı dəmir yolu stansiyasından 10 km məsafədə yerləşir. Ərazisi 12 km²-dir. Bura Bakının ən yaşıl qəsəbələrindən biridir. Bu gün burada geniş abadlıq-quruculuq işlərini müşahidə etmək olar. Burada bir çox bağça, bir neçə park vardır. Qəsəbənin mərkəzi hissəsiylə uzanan xiyaban var. Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bakıxanov qəsəbəsinin ən qədim yerli adının mənasının araşdırmasında AMEA Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d.
Balaxanı-Sabunçu Polis Meysterliyi
Balaxanı-Sabunçu Polis Meysterliyi və ya Balaxanı-Sabunçu Polis İdarəsi — Bakı şəhərinin Balaxanı-Sabunçu ərazisindəki neft mədənlərini mühafizəsini təmin edən Azərbaycan Xalq Cümhuriyyətinin polis qurumu. Polis meysterliyi XIX əsrin sonunda Bakıda neft sənayesinin sürətlə inkişaf etdiyi bir vaxtda, 1897-ci ildə yaradılmışdır. Qurum, 17 aprel 1917-ci il tarixində Bakı Xalq Komissarları Soveti polismeysterliyi tərəfindən ləğv edilmişdir. Qurum, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad olunduqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə yenidən bərpa edilmiş, şəhərin neft mədənləri rayonlarında qayda yaradılması ona həvalə olunmuşdu. Polis meysterliyinin ərazisi 7 polis məntəqəsinə (Sabunçu, Ramana, Zabrat, Balaxanı, Suraxanı, Binəqədi, Corat) bölünmüşdü. Məntəqələrə pristavlar başçılıq edirdilər 1920-ci il mayın 14-də Bakı İnqilab Komitəsinin qərarı və Bakı Şəhər Milis İdarəsinin əmri ilə Balaxanı-Sabunçu Polismeysterliyi ləğv edilib, Balaxanı-Sabunçu Milis idarəsi adlandırılıb. Bununla belə, xidməti ərazisinin böyüklüyü və xüsusi əhəmiyyəti nəzərə alınaraq, Bakı Şəhər və Qəza Milis İdarəsinə tabe edilməklə ona müəyyən müstəqillik verilib. Polis meysterliyi, Azərbaycan kinosunun pioneri olan Aleksandr Mişonun Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları adlı qısametrajlı sənədli filminin diqqət mərkəzidir. Balaxanı-Sabunçu Polis Meysterliyi // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild.
Balaxanı-Sabunçu Polis İdarəsi
Balaxanı-Sabunçu Polis Meysterliyi və ya Balaxanı-Sabunçu Polis İdarəsi — Bakı şəhərinin Balaxanı-Sabunçu ərazisindəki neft mədənlərini mühafizəsini təmin edən Azərbaycan Xalq Cümhuriyyətinin polis qurumu. Polis meysterliyi XIX əsrin sonunda Bakıda neft sənayesinin sürətlə inkişaf etdiyi bir vaxtda, 1897-ci ildə yaradılmışdır. Qurum, 17 aprel 1917-ci il tarixində Bakı Xalq Komissarları Soveti polismeysterliyi tərəfindən ləğv edilmişdir. Qurum, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad olunduqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə yenidən bərpa edilmiş, şəhərin neft mədənləri rayonlarında qayda yaradılması ona həvalə olunmuşdu. Polis meysterliyinin ərazisi 7 polis məntəqəsinə (Sabunçu, Ramana, Zabrat, Balaxanı, Suraxanı, Binəqədi, Corat) bölünmüşdü. Məntəqələrə pristavlar başçılıq edirdilər 1920-ci il mayın 14-də Bakı İnqilab Komitəsinin qərarı və Bakı Şəhər Milis İdarəsinin əmri ilə Balaxanı-Sabunçu Polismeysterliyi ləğv edilib, Balaxanı-Sabunçu Milis idarəsi adlandırılıb. Bununla belə, xidməti ərazisinin böyüklüyü və xüsusi əhəmiyyəti nəzərə alınaraq, Bakı Şəhər və Qəza Milis İdarəsinə tabe edilməklə ona müəyyən müstəqillik verilib. Polis meysterliyi, Azərbaycan kinosunun pioneri olan Aleksandr Mişonun Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları adlı qısametrajlı sənədli filminin diqqət mərkəzidir. Balaxanı-Sabunçu Polis Meysterliyi // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild.
Balaxanı-Sabunçu Polis İdarəsi Süvari Qorodovoylarının At Oynatmaları (1898)
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları ― qısametrajlı sənədli filmi rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Kinosüjetdə polislərin atla təlim keçmələri göstərilmişdir. Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları (film, 1898)
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları ― qısametrajlı sənədli filmi rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Kinosüjetdə polislərin atla təlim keçmələri göstərilmişdir. Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
Balaxanı-Sabunçu rayonu
Sabunçu rayonu (əvvəlki adı: Lenin rayonu) — Bakı şəhərinin rayonu. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Lenin rayonu Sabunçu rayonu adlandırılmışdır. 29 aprel 1992-ci ildə Lenin rayonu adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır. Həmçinin Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Razin qəsəbəsinə adı verilmiş və 1992-ci ildə Bakıxanov qəsəbəsi adlandırılmışdır. Sabunçu rayonu 10 qəsəbədən ibarətdir. Rayonda 5016 ailə olmaqla 20859 nəfər məcburi köçkün və 1635 ailə olmaqla 8318 nəfər qaçqın məskunlaşmışdır. Rayonda 46 məktəb, 3 internat və 25 səhiyyə müəssisələri fəaliyyət göstərir. Sabunçu rayonu ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 75 sənaye, 53 tikinti, 9 nəqliyyat, 2 kənd təsərrüfatı və 370 ticarət obyekti və sair fəaliyyət göstərir. AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 231.271 nəfər əhali yaşayır. Məşğul əhalinin əsas hissəsi mədənçıxartma sənayesindən, rayonda fəaliyyət göstərən neft avadanlıqlarının istehsalı müəssisəsindən, çörək, fındıq və digər istehsal, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.Hazırda rayon üzrə məşğul əhalinin sayı 30273 nəfər, o cümlədən sənayedə çalışanların sayı 8777 nəfər, tikintidə 1378 nəfər, büdcə təşkilatlarında 1210 nəfər, təhsildə 4860 nəfər, səhiyyədə 4296 nəfər, digər sahələrdə 9752 nəfərdir.
Cümə məscidi (Sabunçu)
Sabunçu Cümə məscidi — Sabunçuda yerləşən və yerli əhəmiyyətli abidə olan məscid. Məscid qəsəbənin qədim hissəsindədir. Məscid binası 1897-ci ildə Əli bəy Aşurbəyov tərəfindən tikilmişdir. Məscid qəsəbənin qədim hissəsindədir. Məscid binası 1897-ci ildə Əli bəy Aşurbəyov tərəfindən tikilmişdir. Məscidin ibadət zalının iç sahəsi 16x19 metr, yonulmuş sal daşlardan hörülmüş divarların qalınlığı isə 1 metrdir. Məscid 1937-ci ildən 1992-ci ilədək müxtəlif məqsədlərlə (anbar, sex kimi) istifadə olunmuş və habelə, iki dəfə yanğına məruz qalmışdır. 1992-ci ildən başlayaraq məsciddə təmir-bərpa işləri aparılmaqdadır. Sabunçu qəsəbəsi Cümə məscidi iki mərtəbədən ibarət olub, kifayət qədər geniş ibadət zalına malikdir. Birinci mərtəbədəki sütunların qalınlığı 2,5 metr olub, sal daşlardan tikilmişdir.
Drummonda sabunağacı
Drummonda sabunağacı (lat. Sapindus drummondii) — Quraqlığa davamlı, isti və günəş sevən bitkidir. Şimali Amerikada, Arkanzas, Luiziana, Texas, Missuri, Kanzas, Nyu-Meksika, Arizoniya, Şimali Meksikada yayılmışdır. Hündürlüyü 15 m, diametri isə 30 sm-ə çatan, gövdəsinin qabığı qırmızı-qonur rəngli olmaqla lövhəciklər şəklində pulcuqlanan ağacdır. Budaqları bozumtul rəngdə olub, çoxlu mərcilərlə örtülüdür. Yarpağın saplağı tükcüklərlə örtülü olur, sonradan çılpaqlaşır, Yarpaqcıqlar demək olar ki, oturaqdır, növbəli və ya qarşılıqlı düzülüşə malikdir, üstdən parlaq, çılpaq yaşıl rəngli, altdan ağımtıl olub, tükcüklərlə örtülüdür. Yumurtavarı-lanset, bəzən uzunsov-lansetşəkilli olub, 6 sm uzunluğunda, 1,5–2,5 sm enindədir. Budaqlarında yarpaqcıqlar 14 sm enində olur. Çiçəkləri sarımtıl-ağ rəngdə, çiçək qrupu seyrək, 15–25 sm uzunluqda süpürgəyə toplanaraq tükcüklərlə örtülü budağa malikdir. Kasayarpaqları iti, kirpikciklidir.
Dərman sabunotu
Dərman sabunotu (lat. Saponaria officinalis) — qərənfilkimilər fəsiləsinin sabunotu cinsinə aid bitki növü. Bootia saponaria Neck. Bootia vulgaris Neck. Lychnis officinalis (L.) Scop. Silene saponaria Fr. ex Willk.
Hələb sabunu
Hələb sabunu — əldəqayırma, sərt sabun qəlibidir ki, zeytun yağı və kül suyundan Suriyanın Hələb şəhərində hazırlanır. Hələb sabunu, zeytun və dəfnə ağaclarının meyvələrindən əldə edilən təbii yağlayardan hazırlanır və bioloji olaraq parçalanabilir.
Marağa sabunu
Marağa sabunu — Cənubi Azərbaycanın Marağa şəhərində düzəldilən sünnəti (ənənəvi) bir sabun adıdır ki, Marağada ənənəvi və yarı-sənaye üsullarıyla hazırlanır. Bu sabun çox vaxt sarı rəngdə olur və dərinin təravətli qalması və sağlamlığı üçün çox faydalıdır. Deyilənlərə görə, 150 ildən çoxdur ki bu sabun düzəldilir. Azərbaycanın eşiyində də adlımdır (məşhurdur) və satılır. İstehsalında heyvan piyi və kostik sodadan istifadə olunur. Marağa sabunu qoyun quyruğu və natrium hidroksiddən (acışdıran sudan) düzəlinir, və yeni kimyəvi maddənin qatılmamağına görə dəriyə zərərli deyil. Marağa sabunu sarı boyasından əlavə, ağ və qara boyasında da düzəlinir. Sarı və ağ sabunun təkcə boyalarında fərqləri var, ancaq qara Marağa sabunu, materialın artıqlarından düzəldilir və təmizləmə gücü az olur. Bu sabuna sidr və xına da qatılanda baş qovağının (kəpəyi), saç tökülməsinin qarşısının almaqda yararlıdır və saçın kökünü gücləndirir. Marağa sabununun hazırlanmasında işlədilən xammalı qarışdırıb hazırlamaq üçün 6 saat zaman lazımdır.
Marsel sabunu
Marsel sabunu — Fransanın Marsel şəhərinin ətrafında bitki yağlar ilə hazırlanan ənənəvi sabun. Ənənəvi olaraq, sabun Aralıq dənizindən olan dəniz suyu, zeytun yağı, və qələvi kimyəvi soda külü (natrium karbonat) və kül suyu (natrium hidroksid) qarışmasından hazırlanır. Hazırda bu sabunun iki əsas növü var. İlkinci növ zeytun yağı ilə hazırlanır; ikinci növ isə xurma yağı və ya xurma və kopra yağı qarışığı ilə eyni prosesiylə hazırlanır.
Nablus sabunu
Nablus sabunu (ərəb. صابون نابلسي‎, ṣābūn Nābulsi) — Fələstinin qərb sahilində yerləşən Nablus şəhərində istehsal olunan zeytun yağından hazırlanan sabundur. Onun əsas inqredientləri zeytun yağı (regionun əsas kənd təsərrüfatı məhsullu), su və natrium qələvisidir.
Nardaran (Sabunçu)
Nardaran — Bakının Sabunçu rayonu ərazisində qəsəbə. Bakıətrafı tarixi 32 kənddən biri. Bakıdan 25 kilometr şimalda yerləşir. Kəndin dəniz kənarındakı qayalıq ərazisində qədim mayakın alt hissəsində Ocaqqulu adlı mağara yerləşir. Kənddə təxminən 10 min nəfər yaşayır. Bir çox qədim adət ənənələr burada qorunub saxlanılır. Kəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir. Amma ən çox ehtimal olunan mənalar bunlardan ibarətdir: Tədqiqatçılara görə bu yaşayış məntəqəsinin adı fars dilindəki nər (ikihürgüclü erkək dəvə) və daran (yer məkan) komponentlərindən düzəldilib, "dəvə saxlanan, yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqəsində əhalinin keçmişdə dəvəçiliklə məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan tədqiqatçılar isə oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstlik əlaqədar ""od olan yer" kimi izah edirlər.
Sabunağacıkimilər
Sabunağacıkimilər (lat. Sapindaceae) — i̇kiləpəlilər sinfinin sabunağacıçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Sabunağacıçiçəklilər
Sabunağacıçiçəklilər (lat. Sapindales) — bitkilər aləminə aid bitki dəstəsi.
Sabunotu
Sabunotu (lat. Saponaria) — qərənfilçiçəklilər sırasının qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Sabunçu
Azərbaycanda Sabunçu rayonu — Bakıda rayon. Sabunçu (qəsəbə) — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. Sabunçu (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Ermənistanda Sabunçu (Talin) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Talin rayonunda kənd. Sabunçu (Qəmərli) — İrəvan quberniyasında kənd. Bulaqlar, çaylar Sabunçu — Bakı şəhəri, Sabunçu qəsəbəsində mineral bulaqlar. Suyu isti və kükürdlüdür. Sabunçu — Zaqatala rayonunda çay. Qaraçayın sağ qoludur.
Sabunçu (Qəmərli)
Sabınçı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. ""İrəvan əyalətinin icmal dəftəri"ndə "Saatlı Sabunçu" formasında, Qafqazın 5 verstlik xəritəsində Sabunçu kimi qeyd edilmişdir. Kəndin başqa adı Şeyxzadə Əli Sabunçu olmuşdur. Toponim türk mənşəli sabunçu tayfasının adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.01.1978-ci il fərmanı ilə dəyişdirilib Araksavan (Araz qəsəbəsi) qoyulmuşdur. İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.
Sabunçu (Talin)
Sabunçu - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Talın rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı «Sabunçular» formasında da göstərilir. Toponim türk dilində «kotan» mənasında işlənən saban sözünə -çı şəkilçisinin qoşulması əsasında əmələ gələn sabunçu etnonimindən əmələ gəlmişdir. Qaraqalpaqlarda sapun tayfasının olması fikrimizi təsdiq edir. Səfəvi padşahlarından Sultan Hüseyn 1704-cü ildə verdiyi fərmanda Aranda, Muğanda və İrəvan ətrafında yaşayan 36 türk tayfasından birinin sabunçu olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Sabunçu (Talın)
Sabunçu - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Talın rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı «Sabunçular» formasında da göstərilir. Toponim türk dilində «kotan» mənasında işlənən saban sözünə -çı şəkilçisinin qoşulması əsasında əmələ gələn sabunçu etnonimindən əmələ gəlmişdir. Qaraqalpaqlarda sapun tayfasının olması fikrimizi təsdiq edir. Səfəvi padşahlarından Sultan Hüseyn 1704-cü ildə verdiyi fərmanda Aranda, Muğanda və İrəvan ətrafında yaşayan 36 türk tayfasından birinin sabunçu olduğunu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm.
Sabunçu (Zaqatala)
Sabunçu — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin bir hissəsi Zaqatala rayonunun Lahıc kəndinə köçürülmüşdür. Sabunçu kəndinin əhalisini Saxurlar təşkil edir. Saxur dilində danışırlar. 2012-ci ilin dekabrında Zaqatalanın ən ucqar dağ kəndlərindən olan Sabunçu kəndində yeni məktəb binası istifadəyə verilib. Əhalinin əsas məşğuliyyəti fındıqçılıq, bağçılıq və maldarlıqdır.
Yalançı sabunağacı
Yalançı sabunağacı (lat. Koelreuteria paniculata) Çin, Koreya, Yaponiyada geniş yayılmışdır. Hündürlüyü 17 m-ə, dimetri 40 sm-ə çatan iri koldur. Budaqları açıq qəhvəyi qabığa malikdir. Yarpaqları 45–50 sm uzunluqda və 25 sm enində olub, tək lələkvarı və bəzən cüt lələkvarıdır. Yarpaqcıqlar qarşı-qarşıya düzülüşlü, 9–15 olub, oturandır. Çiçəkləri ikicinsli, bulanıq-sarı rəngdə olub, 30–40 sm uzunluqda seyrək, iri süpürgələrə toplanmaqla budaqların uclarında ensizləşir. Kasa yarpaqlar 5, bitişik, dərindilimlidir. Ləçəklər 4, erkəkciklər 8, uzun saplaqlı, dişicik sütuncuğu 3 bölümlüdür və erkəkciklərdən qısadır. Meyvələri 3 yuvalı, 5 sm uzunluqda, qutucuqdur, hər yuvada bir ədəd şarşəkilli, qara rəngli meyvə vardır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.12 dəfə / 1 mln.
2004 0.34
2006 •• 0.68
2007 •• 0.63
2008 •• 0.73
2009 •••• 1.60
2010 ••• 1.45
2011 ••••• 2.32
2012 ••••• 2.24
2013 •••••• 2.77
2014 •••••• 2.92
2015 •••• 1.70
2016 ••• 1.39
2017 ••• 1.46
2018 •• 0.75
2019 ••• 1.11
2020 •••••••••••••••••••• 9.81

sabun sözünün leksik mənası və izahı

  • 1 is. Kirli və ya yağlı şeyləri və s.-ni yuyub təmizləmək üçün yağlardan və qələvi maddələrdən hazırlanan, suda tez əriyib köpüklənən bərk və ya yarımmaye kütlə. Paltar sabunu. Əl-üz sabunu. Ətirli sabun. Hamam sabunu. – [Səriyyə:] Səhər tezdən ikimiz də eyni vaxtda qalxdıq. Məhrəba, sabun, diş fırçası götürüb suyun üstünə endik. İ.Əfəndiyev. ◊ Sabun köpüyünə (qovuğuna) dönmək – heç olmaq, puç olmaq, yox olmaq. …Keçən ilin ortalarından tutulmağa başlanılan plan yeni ildə sabun qovuğuna dönmüşdü. “Kirpi”.

    Azərbaycan dilinin izahlı lüğəti / sabun

sabun sözünün etimologiyası

  • 1 Yunan mənşəli sözdür. Bizdə onun yerinə açmalı (ehtimal ki, “çirki açan” deməkdir) kəlməsi işlədilib, sonra arxaikləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / sabun

sabun sözünün rus dilinə tərcüməsi

  • 1 1. мыло; 2. мыльный;

    Azərbaycanca-rusca lüğət / sabun
  • 2 I сущ. мыло. Ətirli sabun душистое мыло, əl-üz sabunu туалетное мыло, paltar sabunu бельевое, хозяйственное мыло, bir qəlib sabun кусок мыла, əllərini sabunla yumaq мыть руки с мылом, sabun gözü acışdırır мыло ест глаза II прил. 1. мыльный (относящийся к мылу). Sabun qovuqcuqları мыльные пузыри, sabun köpüyü мыльная пена, sabun məhlulu мыльный раствор, sabun tozu мыльный порошок 2. мыловаренный (производящий мыло). Sabun zavodu мыловаренный завод; sabun daşı сапонит, sabun istehsalı мыловарение

    Azərbaycanca-rusca lüğət / sabun

sabun sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. soap; əl ~u toilet soap; paltar ~u laundry soap II. s. soapy; ~ dadı soapy taste; ~ köpüyü lather, soap-suds pl.; ~ zavodu soap-works; ~ qabarcığı soap-bubble: ~ qabarcığı buraxmaq to blow* bubbles

    Azərbaycanca-ingiliscə lüğət / sabun

sabun sözünün fransız dilinə tərcüməsi

sabun sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. запун; əl-üz sabunu ччин-гъил чуьхуьдай запун; // запундин; sabun köpüyü запундин каф; ** sabun köpüyünə (qovuğuna) dönmək пуч хьун, гьич хьун (мес. са план).

    Azərbaycanca-ləzgicə lüğəti / sabun

sabun sözünün türk dilinə tərcüməsi

"sabun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sabun nədir? #sabun sözünün mənası #sabun nə deməkdir? #sabun sözünün izahı #sabun sözünün yazılışı #sabun necə yazılır? #sabun sözünün düzgün yazılışı #sabun leksik mənası #sabun sözünün sinonimi #sabun sözünün yaxın mənalı sözlər #sabun sözünün əks mənası #sabun sözünün etimologiyası #sabun sözünün orfoqrafiyası #sabun rusca #sabun inglisça #sabun fransızca #sabun sözünün istifadəsi #sözlük