abunə sözü azərbaycan dilində

abunə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • abunə • 82.0707%
  • Abunə • 17.5685%
  • ABUNƏ • 0.3608%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abunəçi
Abunəçi və ya abonent — televiziya və radio yayım xidmətlərindən istifadə edən fiziki və ya hüquqi şəxs. Rabitədə abonementdən istifadə etmək hüququ olan müəssisə, təşkilat və ya şəxs; rabitə qovşaqlarında sexin böyük qurğu və cihazları olan sahəsi. İnformatikada hesablama sisteminin xidmətindən istifadə etmək hüququ olan şəxs, təşkilat və ya müəssisələr. Aktiv, videomətn və verilənlərin teleemalı Abonenti olur. Aktiv Abonentin verilmiş anda EHM ilə əlaqəsi olur. Videomətn Abonenti videomətn xidmətinin imkanlarından həmin sistemin terminalı vasitəsilə istifadə edir. Verilənlərin teleemalı Abonenti teleemal sisteminin xidmətindən istifadə edən hüquqi və ya fiziki şəxsdir.
Abunəçi teleqrafı
Abunəçi teleqrafı — teleqraf rabitəsinin növlərindən biri. Bu, abunəçilər arasında teleqraf mesajlarının birbaşa ikitərəfli mübadiləsinə xidmət edir. Abunəçilər həm təşkilatlar, həm də fiziki şəxslər ola bilər. Abunəçi teleqrafı adi teleqrafla müqayisədə məlumatın daha tez çatdırılmasını təmin edir. Mesajlar iki naqilli xətt üzrə birbaşa cərəyanla ötürülür, abonentlərin qoşulması abonent teleqraf şəbəkəsinin kommutasiya stansiyalarında həyata keçirilir. Terminal avadanlığı teletayp) lent və ya rulon printeri, cavab verən maşın, zəng cihazından ibarətdir. Abunəçi teleqraf xidmətini təşkil etməyin başqa bir yolu mesajların telefon xətti üzərindən ton siqnalı ilə ötürülməsinə əsaslanır.
Asimmetrik rəqəmsal abunəçi xətti
ADSL (ing.. Asymmetric Digital Subscriber Line — asimmetrik rəqəmsal abunəçi xətti) — adi analoq telefon xətlərini yüksəksürətli qoşulma xətlərinə çevirən modem texnologiyası. == İnkişaf tarixi == ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin səksəninci illərindən başlayır. O zaman İnteraktiv televiziyanı təmin edən texnologiyaların axtarışı aparılırdı. 1987-ci ildə Bellcore şirkəti xDSL texnologiyasının ilk spesifikasiyasını təqdim etdi və həmin texnologiyanı ABŞ-nın telefon şəbəkələrində işə saldı. Lakin sonradan şirkət parçalandı, texnologiya isə müvəqqəti istifadədən çıxdı. Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal xətləri asimmetrik modifikasiyası ilə — ADSL-lə təkmilləşdirildi. Sonrakı illərdə ADSL vasitəsilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş mikrosxem yığımı yaradıldı. Hal-hazırda ADSL daha sürətli Fast Ethernet texnologiyası tərəfindən sıxışdırılıb çıxarılır. Bunun səbəbi – ADSL şəbəkəsində ötürmə qabiliyyətinin məhdud olmasıdır, 24 Mbit/s (ADSL2+) abunəçi istiqamətində və abunəçidən 1.4 Mbit/s, belə ki, FastEthernet dolanmış naqil cütü üzərindən 100 Mbit/s, hətta 1Gbit/s (Gigabit Ethernet) sürəti ilə məlumatın ötürülməsini təmin edir.

abunə sözünün leksik mənası və izahı

  • 1 is. [əsli fr.] Abonement haqqını ödəməklə kütləvi informasiya vasitələrinə əvvəlcədən yazılma. Abunə şöbəsi. Abunə qəbulu. Abunə vərəqəsi. – Amma bircə şey qaldı ki, mən onu başa düşmürəm: bilmirəm abunə pullarını sevgili “Rəhbər” harada saxlamaq istəyir. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / abunə
  • 2 abonement haqqını ödəməklə kütləvi informasiya vasitələrinə əvvəlcədən yazılma. Məsələn, abunə şöbəsi, abunə qəbulu, abunə vərəqəsi.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / abunə

abunə sözünün rus dilinə tərcüməsi

  • 1 абонемент, подписка

    Azərbaycanca-rusca lüğət / abunə
  • 2 I сущ. подписка. Abunə qəbul olunur принимается подписка, abunə qəbulu başlanmışdır началась подписка, abunə şöbəsi отдел подписки, abunə agenti агент по подписке II прил. 1. подписной. Abunə agentliyi подписное агентство 2. абонементный. Abunə qutusu абонементный ящик, abunə kitabı абонементная книга, abunə nömrəsi абонементный номер, abunə sistemi абонементная система, abunə şöbəsi абонементный отдел, abunə haqqı абонементная плата; abunə etmək kimi абонировать, подписать кого; abunə olmaq nəyə подписаться на что, выписывать, выписать что

    Azərbaycanca-rusca lüğət / abunə

abunə sözünün inglis dilinə tərcüməsi

abunə sözünün fransız dilinə tərcüməsi

abunə sözünün ləzgi dilinə tərcüməsi

abunə sözünün türk dilinə tərcüməsi

  • 1 abone Fransızca abonne Bizim xəbər bülleteninə abunə olmaq istəyirsinizsə, elektron poçt ünvanınızı daxil etməniz xahiş olunur

    Azərbaycanca-türkcə lüğət / abunə

"abunə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#abunə nədir? #abunə sözünün mənası #abunə nə deməkdir? #abunə sözünün izahı #abunə sözünün yazılışı #abunə necə yazılır? #abunə sözünün düzgün yazılışı #abunə leksik mənası #abunə sözünün sinonimi #abunə sözünün yaxın mənalı sözlər #abunə sözünün əks mənası #abunə sözünün etimologiyası #abunə sözünün orfoqrafiyası #abunə rusca #abunə inglisça #abunə fransızca #abunə sözünün istifadəsi #sözlük