asudə sözü azərbaycan dilində

asudə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • asudə • 96.3993%
  • Asudə • 3.5516%
  • ASUDƏ • 0.0491%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 20.07 dəfə / 1 mln.
2002 ••••••• 10.28
2003 •••••••••• 14.17
2004 ••••• 7.07
2005 ••••••••• 12.82
2006 •••••••••••• 18.02
2007 •••••••••••••••• 24.31
2008 ••••••••••••• 19.49
2009 •••••••••••• 17.92
2010 •••••••••• 14.07
2011 ••••••••••••• 19.30
2012 •••••••••••••••• 24.18
2013 ••••••• 10.07
2014 •••••••••• 14.42
2015 ••••••••••••••• 22.63
2016 ••••••••••••••• 22.04
2017 •••••••••••••• 21.14
2018 ••••••••••••••• 22.92
2019 •••••••••••••••••••• 30.60
2020 •••••••••••••••••••• 29.70

asudə sözünün leksik mənası və izahı

  • 1 sif. və zərf [fars.] 1. Rahat, dinc, qayğısız, arxayın. Asudə həyat. Asudə yaşamaq. – Olduz hərəniz bir evin oğlanı, uşaqlar! Asudə gəzin indi bu dünyanı, uşaqlar. M.Ə.Sabir. Buna bax, gör necə yatmış burada asudə; Yazmayır, işləməyir, vaxtı itir bihudə. A.Səhhət. [Mirzağa] yalnız evlənməklə öz həyatını müəyyən bir şəklə sala bilər, onun sayəsində asudə, rahat bir həyat sürə bilərdi. S.Hüseyn. Asudə olmaq – rahat olmaq. …Darülfünunda tətildir, zaçotlar gedir; iyunun iyirmisindən sonra tamam asudə olacağam. Ə.Haqverdiyev. 2. Bikar, işi olmama. [Səttar bəy:] Bu gün bazar günüdür, bilirəm asudəsən. N.Vəzirov. 3. Təhlükəsiz, azad, sərbəst, nəzarətsiz. Ayı özünü asudə görüb, bir müddət kolluqda gəzdi, sonra üzünü meşəyə tərəf tutub getdi. S.S.Axundov.

    Azərbaycan dilinin izahlı lüğəti / asudə

asudə sözünün etimologiyası

  • 1 Farsca asudən (sakit olmaq, dinc olmaq) məsdəri ilə qohumdur. Asudəvaxt əvəzinə bizdə tınaq sözündən istifadə olunub (dincəlmə kəlməsinin sinonimidir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / asudə

asudə sözünün sinonimləri (yaxın mənalı sözlər)

asudə sözünün rus dilinə tərcüməsi

  • 1 1. спокойный, свободный, беззаботный; 2. свободно, беззаботно, спокойно;

    Azərbaycanca-rusca lüğət / asudə
  • 2 I нареч. мирно, свободно, беззаботно, спокойно. Asudə yaşamaq жить мирно, спокойно II прил. свободный, беззаботный. Asudə həyat беззаботная жизнь, asudə adam свободный (незанятый) человек, asüdə vaxt свободное время; asudə olmaq быть свободным; быть беззаботным

    Azərbaycanca-rusca lüğət / asudə

asudə sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. free, easy; leasure; ~ xalq free people; ~ olmaq to be* free, to be* at leasure; ~ vaxt free time; ~ saatlar free / leasure hours; ~ vaxtlarda in one’s spare time II. z. freely, easily; ~ yaşamaq to live freely; ~ nəfəs almaq to breathe freely; bir kəsi ~ buraxmaq to leave* smb. alone / in peace

    Azərbaycanca-ingiliscə lüğət / asudə

asudə sözünün fransız dilinə tərcüməsi

  • 1 1) zərf. librement adv ; facilement adv ; avec insouciance ; avec facilité ; tranquillement adv ; ~ yaşamaq vivre tranquillement ; 2) sif. libre ; exempt ; disponible ; insouciant, -e ; sans souci ; oisi||f, -ve ; ~ adam homme m libre ; ~ vaxt temps m dsponible ; ~ olmaq être libre ; être insouciant, -e ; ~ həyat une vie f oisive (insouciante)

    Azərbaycanca-fransızca lüğət / asudə

asudə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил., нареч. 1. динж, регьят, къайгъусуз, архайин; динждаказ, регьятдаказ, регьятвилелди; asudə yaşamaq динж яшамиш хьун; asudə həyat динж уьмуьр; 2. бекар, буш, архайин, кӀвалах авачир; asudə olmaq буш хьун, регьят хьун, архайин хьун; 3. азад, хатасуз, вич-вичиз, кьилди-кьилихъ.

    Azərbaycanca-ləzgicə lüğəti / asudə

asudə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ASUD(Ə) f. işi olmayan, xatircəm.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

dinc, rahat.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"asudə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#asudə nədir? #asudə sözünün mənası #asudə nə deməkdir? #asudə sözünün izahı #asudə sözünün yazılışı #asudə necə yazılır? #asudə sözünün düzgün yazılışı #asudə leksik mənası #asudə sözünün sinonimi #asudə sözünün yaxın mənalı sözlər #asudə sözünün əks mənası #asudə sözünün etimologiyası #asudə sözünün orfoqrafiyası #asudə rusca #asudə inglisça #asudə fransızca #asudə sözünün istifadəsi #sözlük