* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] klas. 1. Əhvalı pozulmuş, pərişan, qarışıq. Şikəstə xatirü məhzun, sözü aşüftə, digərgun; Tutub nəqşi-rəhiMəcnun, gəzər vəhşi kimi səhra. Nəbati. Qurd dedi: çox-çox yanıram halına; Xatirim aşüftədir əhvalına. A.Səhhət. □ Aşüftə olmaq – əhvalı pozulmaq, kefi pozulmaq, pərt olmaq, pərişan olmaq. Şagirdimin bu dərəcədə aşüftə olması məni də məlul etdi. S.M.Qənizadə. 2. Məftun, dəlicəsinə vurulmuş, aşiq. // İs. mənasında. Həzər qıl, ey könül, ol zülfipürçinin xətasından; Asılmış neçə-neçə sən kimi aşüftələr ondan. Q.Zakir.
Azərbaycan dilinin izahlı lüğəti / aşüftə2 f. 1) həyəcanlı; 2) qarmaqarışıq; 3) m. vurğun, məftun.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / aşüftə1 устар. I прил. 1. унылый, печальный 2. лишённый покоя, безумный, обезумевший (от любви) II в знач. сущ. влюблённый, безумно влюблённый
Azərbaycanca-rusca lüğət / aşüftə