Abuzər sözü azərbaycan dilində

Abuzər

Yazılış

  • Abuzər • 99.0424%
  • ABUZƏR • 0.5472%
  • abuzər • 0.4104%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abuzər
Abuzər — Azərbaycanlı adı. Abuzər bəy Rzayev — Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər Aydəmirov— Sovet və Çeçen yazıçı və şairi, Çeçen klassiki. Abuzər Nadirov – "Laçın" futbol klubunun baş məşqçisi. Abuzər Bağırov — tərcüməçi, tənqidçi, publisist Abuzər Qazıyev — Azərbaycan Respublikasının Əməkdar müəllimi (20.09.2010), professor. Abuzər Rəsulov — Optika və molekulyar fizika kafedrasının professoru. Abuzər Xələfov — Azərbaycanda kitabxanaşünaslıq elminin banisi == Həmçinin bax == Abuzər (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Abuzər (Nir)
Abuzər (fars. اباذر‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (39 ailə).
Abuzər Aydəmirov
Abuzər Əbdülhakimoviç Aydəmirov (29 oktyabr 1933 – 27 may 2005) — Sovet və Çeçen yazıçı və şairi, Çeçen klassiki. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq yazıçısı (1977), Çeçenistan Yazıçılar Birliyinin sədri (2004–2005) olub. == Həyatı == Abuzər Aydəmirov Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Naji-Yurt rayonunun Mesket kəndində anadan olmuşdur. İlk təhsilini kəndində almışdır. Sonradan Qroznı şəhərində oxumuşdur. 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı o, da ailəsi ilə birlikdə sürgün edilmişdir. Aydəmirov sürgün illərində kolxoz briqadasında mühasib, məktəb kitabxanaçısı və sovxozda baş mühasib müavini işləyib. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra vətəninə qayıdıb. Abuzər Aydəmirov 1957–1987-ci illərdə doğma kəndində çeçen dili və ədəbiyyatı müəllimi işləyib. 1963-cü ildə Çeçen-İnquş Dövlət Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini bitirib.
Abuzər Bağırov
Bağırov Abuzər Musa oğlu (17 dekabr 1954, Gədəbəy rayonu) — tərcüməçi, tənqidçi, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abuzər Bağırov 1954-cü il dekabrın 17-də Azərbaycanın Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində (indiki Miskinli) anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1971). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1971-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Puşkin rayonunda (indiki Biləsuvar rayonu) Ş.Qurbanov adına 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1975-1976). Sovet ordusunda xidmət etmişdir (1976-1977). Tərxis olunandan sonra Bakı şəhəri Qaradağ rayonunun Səngəçal-qəsəbə orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur (1977-1978). SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində müxtəlif vəzifələrdə (Natəvan adına Yazıçılar klubunun müdiri, Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru) işləmişdir (1978-1980). Sonra Moskvada Peredelkino SSRİ ədəbiyyat fondunda təminat şöbəsində rəis müavini olmuşdur (1981-1988). Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir vəzifəsində çalışır (1988-ci ildən).
Abuzər Nadirov
Abuzər Qazıyev
Abuzər Yusif oğlu Qazıyev (21 sentyabr 1967, Arçut, Böyük Qarakilsə rayonu) — Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi (20.09.2010), professor. == Həyatı == Abuzər Yusif oğlu Qazıyev 9 oktyabr 1967-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kədində dünyaya gəlib. 1989-cu ildə N.Nərimanov adina Azərbaycan Dövlət Tibb İnstitutunu, 1990-cı ildə Bakı şəhəri Kliniki Təcili Tibbi yardım Xəstəxanasında internaturanı, 1995-ci ildə Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasında aspiranturanı bitirmişdir. 1990–92-ci illərdə Sumqayıt 1 saylı şəhər poliklinikasında həkim-cərrah işləmişdir. 1995-ci ildə "Sümüklərin xondro və osteogen sarkomalarında cinsi steroid hormonların reseptorları və onların klinik əhəmiyyəti" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 2005-ci ildə isə "Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, tibbi, demoqrafik və sosial-iqtisadi aspektləri" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 1995-ci ildən ATU-nun onkologiya kafedrasında assistent, 2005-ci ildən dosent, 2009-cu ildə isə professor vəzifəsinə seçilmişdir. 2011-ci ildən ATU-nun I müalicə-profilaktika fakultəsinin dekanı vəzifəsində çalışır. 2000–2005-ci illərdə eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyində işləmişdir. Hazırda həm də ictimai əsaslarla Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının elmi işlər üzrə direktor müavini və Bakı Baş Səhiyyə İdarəsində Baş onkoloqudur. Professor A.Y.Qazıyevin cərrahi fəaliyyət sahəsinə — süd vəzisinin, dərinin, yumşaq toxumaların bəd və xoşxassəli şişlərində müxtəlif cərrahi əməliyyatlar aiddir.
Abuzər Rəsulov
Rəsulov Abuzər Məmməd oğlu (16 dekabr 1907, Nuxa – 2001) — Optika və molekulyar fizika kafedrasının professoru. == Həyatı == Abuzər Rəsulov 1907-ci ildə Şəki şəhərində anadan olmuşdur. Təhsilini Şəki şəhərində almışdır. 1915-ci ildən 1918-ci ilə qədər üçillik ibtidai məktəbdə oxumuş və 1918-ci ildən 1920-ci ilə qədər atasının yanında dəmirçilik peşəsi ilə məşğul olmuşdur. 1920 və 1921-ci illərdə nümunə-zəhmət məktəbində, 1921-ci ildən 1925-ci ilə qədər isə Şəki Müəllimlər Seminariyasında oxumuş, oranı bitirdikdən sonra 10 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 1926 və 1927-ci illərdə 7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsindən yaranmış böyük məktəbin müdiri vəzifəsində çalışmışdır. İlk dəfə olaraq qız uşaqları ilə oğlan uşaqlarının birlikdə oxumalarının təlim-tərbiyə işini sınaqdan keçirmək ona tapşırılmışdı. O zaman maarif şöbəsinə və maarif komissarlığına yazılmış hesabatlarda qeyd olunmuşdur ki, qız və oğlan uşaqlarının birlikdə oxumalarının təlim – tərbiyə işinə və birlik səviyyələrinin yüksəlməsinə müsbət təsiri vardır. == Elmi adları == Abuzər Rəsulov 1951-ci ildə "Özlü mayelərdə tərpənmiş dalğalarının yayılması" mövzusunda fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə, 1973-cü ildə isə "Rezinin deformasiya və quruluşu" mövzusunda apardığı çox mürəkkəb, nəzəri və praktiki əhəmiyyətə malik doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru adına layiq görülmüşdür. == Elmi fəaliyyəti == A. M. Rəsulov 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat şöbəsinə daxil olmuş, 1932-ci ildə oranı bitirmiş və "Azsənaye Şurası"nın Şəkidə olan "Sənaye Texnikomu"na Fizika-riyaziyyat müəllimi vəzifəsinə təyin olunmuşdur.
Abuzər Xələfov
Abuzər Alı oğlu Xələfov (25 dekabr 1931, Cil, Basarkeçər rayonu – 27 aprel 2020, Bakı) — Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor. == Həyatı == Abuzər Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olmuşdur. A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanmışdır. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş, o, bu fakültənin ilk dekanı olmuş və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. 1963-cü ildən 2016-cı ilədək Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində çalışmışdır. == Fəaliyyəti == A.Xələfov SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanmış və Azərbaycan kitabxanaşünaslıq elmi məktəbinin əsasını qoymuşdur. Professor Xələfov uzun illər ərzində Sovet İttifaqında – Moskva şəhərində fəaliyyət göstərmiş doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü kimi də fəaliyyət göstərmişdir. O, Azərbaycanda, Rusiyada, Gürcüstanda, Özbəkistanda mədəniyyət, kitabxana quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, yaxud müdafiə şuralarının üzvu kimi iştirak etmişdir. A.Xələfovun elmi araşdırmalarını Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur.
Abuzər bəy Rzayev
Rzayev (İrzayev) Abuzər bəy Əsgər bəy oğlu (17 oktyabr 1876, Yelizavetpol – 15 iyun 1920, Bakı) — Gəncənin ilk ixtisaslı memar-mühəndisi, Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Rəfibəylilər nəslindəndir. == Həyatı == Abuzər bəy Əsgər bəy oğlu İrzayev 1876-cı il avqustun 20-də Gəncə şəhərində anadan olub. === Təhsili === Orta təhsilini əvvəllər mollaxanada, sonra isə Şah Abbas məscidindəki mədrəsədə alıb. Tiflis realnı məktəbini (1894) və Moskva texniki məktəbini (1899) bitirmişdir. == Ailəsi == Abuzər bəyin 3 övladı olub. Almaniyada ali təhsilli mühəndislik ixtisasına yiyələnən oğlanlarından Səməd 1922-ci ildə Türkiyəyə, Əskər isə 1925-ci ildə İrana getməyə məcbur olub. Səməd ailə qursa da, Əskər ömrünün sonuna kimi evlənməyib. Abuzər bəyin 1915-ci il təvəllüdlü yeganə qız övladı olan Züleyxa xanım Tibb İnstituna daxil olsa da, IV kursdan təhsilini yarımçıq qoymağa məcbur olub.
Abuzərçay
Taxtakörpüçay — Zəngəzurda, indiki Ermənistanda çay. Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Gəvik dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Xırdaçay və Salvartıçay ilə, aşağı məhəllənin orta hissəsində isə Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Taxtakörpü çayı Salvartıçay və Xırdaçaydan fərqli olaraq, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında o qədər də mühüm rol oynamırdı. Qədim İpək yolunun bir qolu da Naxçıvandan Culfaya, oradan həmin rayonun Ərəfsə kəndinə, Gəviyi aşdıqdan sonra isə Sisian mahalındakı Ərəfsə kəndi vasitəsilə Qarakilsəyə, oradan da Gorus və Qubadlı vasitəsilə Qarabağa, Qafan vasitəsilə də Cənubi Azərbaycana gedirdi. Qədim İpək yolunun qalıqları indi də qalmaqdadır. Müsafirlərin çaydan keçidinin asanlaşdırılması üçün meşənin orta hissəsində Taxtakörpü çayı üzərindən daşdan aşırımlı körpü salınmışdır. Həmin körpünün qalıqları günümüzədək gəlib çatmışdır. Görünür elə bu səbəbdən də çaya Taxtakörpü adı verilmişdir. Taxtakörpüçayın bir adı da Abuzər çayıdır. Çayın başlanğıc hissələrində meşə başında mədənlər vardır.
Elşən Abuzərov
== Siyahı ==

abuzər sözünün leksik mənası və izahı

"abuzər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#abuzər nədir? #abuzər sözünün mənası #abuzər nə deməkdir? #abuzər sözünün izahı #abuzər sözünün yazılışı #abuzər necə yazılır? #abuzər sözünün düzgün yazılışı #abuzər leksik mənası #abuzər sözünün sinonimi #abuzər sözünün yaxın mənalı sözlər #abuzər sözünün əks mənası #abuzər sözünün etimologiyası #abuzər sözünün orfoqrafiyası #abuzər rusca #abuzər inglisça #abuzər fransızca #abuzər sözünün istifadəsi #sözlük