daban sözü azərbaycan dilində

daban

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • daban • 89.1403%
  • Daban • 9.9548%
  • DABAN • 0.9050%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.84 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 3.15
2005 ••••••••• 1.35
2006 •••••••• 1.13
2007 ••••• 0.63
2008 •• 0.24
2009 ••• 0.32
2010 ••••••• 1.09
2011 •••••••• 1.20
2012 ••••••• 0.95
2013 •••••••• 1.17
2014 ••••• 0.69
2015 ••• 0.34
2016 ••••• 0.69
2017 •••• 0.49
2018 ••• 0.45
2019 ••••••••• 1.39
2020 ••• 0.40

daban sözünün leksik mənası və izahı

  • 1 is. 1. İnsan və heyvan ayağının dal hissəsi. Çox gəzməkdən dabanlarım sızıldayır. 2. Ayağa geyilən şeylərin arxa hissəsi. Corabın dabanını yamamaq. – Qərənfil xala corabların ikisinin də dabanını toxuyub kəsdi. Ə.Vəliyev. // Ayaqqabı altının arxa tərəfindəki möhkəm və qalın hissə. Çəkmənin dabanı ilə başımdan vurub papağımı saldı yerə. C.Məmmədquluzadə. [Dilənçi] ayağına dabanları yatırılıb əyilmiş bir kişi başmağı geymişdi. Ə.Sadıq. 3. dan. Bir daban bərabərində uzunluq. Gülsənəm arvad Cəmilin … bir ildə azı bir daban uzandığını görüb sevindi. M.Hüseyn. 4. dan. Dəfə, kərə. Üç daban getmək. 5. bax ayaq1 9-cu mənada. Tüfəngi dabana çəkmək. Dabanda saxlamaq. – Sənsə cəbhədəsən belə bir gündə; Tüfəngin dabanda bir döyüşçüsən. S.Vurğun. 6. məh. Dəyirmanın üst daşını yuxarı qaldırmaq üçün dirəklərdən düzəldilən qurğu. 7. bax dabana. Qapının dabanı. – [Xortdan:] Uşağı olmayan qadınlar gedib qarınlarını ağanın qapısının dabanına sürtərdilər. Ə.Haqverdiyev. …Üçüncü dəfə qapını taqqataqla döydülər, az qaldı dabanı çıxsın. M.İbrahimov. ◊ Daban almaq – qaçmaq, götürülmək, yüyürüb getmək. Xoruzoğlu kağızı cibinə qoyub daban almış və enişlərdə xoruz kimi qanadlanmışdı. S.Rəhimov. Daban aldı müxalifin qoşunu. M.Rahim. Uşaq: – Sağ olun, – deyib, əlindəki kağıza baxa-baxa daban almaq istəyəndə müavin çağırdı. Mir Cəlal. Daban döymək – çox gəzmək. Gündüz axşama kimi hər kəs ona iş buyurduğuna və o da daban döydüyünə görə o qədər yorulardı ki, yerə uzanmaqla yuxuya getməyi bir olardı. S.Rəhimov. Daban qırmadan – dayanmadan. Onlar daban qırmadan qaçırdılar. “Qaçaq Nəbi”. Dabanına daş dəymək – yubanmaq, gecikmək, ləngimək. Dabanına daş dəymiş – bəduğur, uğursuz. Dabanına tüpürmək – bax daban almaq. Çuğul qarı … dabanına tüpürüb özünü birbaşa Soltan Mahmuda yetirdi. (Nağıl). Salman bəy dedi: – Dabanımıza tüpürək, hər nə ola, ola. N.Vəzirov.

    Azərbaycan dilinin izahlı lüğəti

daban sözünün etimologiyası

  • 1 Bəzi türk dillərində bu söz təbən kimi işlədilir və “aşağı”,”yastı” mənasını verir. Su dəyirmanında da daban olur, qapının da dabanı var, mənaları “üstündə saxlayan, aşağısında duran”, “söykənəcək” deməkdir. Tapan sözü də var, təx­mi­nən, ”dişsiz dırmaq” deməkdir. Görünür, bu da daban sözü ilə bağlıdır, “yastı” (yapıq) an­lamına uyğun gəlir. Güman edirəm ki, daban sözünün qədim kökü indi sıradan çıxmış olan da sözüdür və daban sözü ilə dayaq kəlməsi kökdaşdır. İkinci yozum da mümkündür: daban və təpik sözləri eyni kökə malik olub, “ayaq” anlamı ilə bağlıdır. Dəbərmək (tərpənmək) sözü də yuxarıdakılarla qohum ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Dəyirmanda üst daşınsürətini nizamlayan qurğudur. Davranmaq, dəbər­mək sözləri ilə qohumdur. Türkmən dilində qez adlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti

daban sözünün rus dilinə tərcüməsi

  • 1 1. пята, пятка; 2. каблук;

    Azərbaycanca-rusca lüğət
  • 2 I сущ. 1. пятка: 1) задняя часть ступни. Dabanına qədər до пятки, dabanı üstə dönmək повернуться на пятках 2) задняя часть чулка или носка, закрывающая пятку. Corabın dabanı пятка чулка 2. каблук (твёрдая набойка на подошве обуви под пяткой). Çəkmənin dabanı каблук сапога, daban vurmaq прибить каблук, alçaq daban низкий каблук, hündür daban высокий каблук 3. тех. пята (опорная часть чего-л., вставляемая в основание, гнездо). Daban diski диск пяты II прил. 1. мед. пяточный. Daban qabarı пяточный бугор, daban sümüyü пяточная кость, daban mahmızı пяточные шпоры 2. тех. пятовый. Daban oynaqları пятовые шарниры, daban hissəsi пятовая часть 3. подошвенный. Daban suyu геол. подошвенная вода ◊ axilles dabanı ахиллесова пята (слабая сторона кого-л., чего-л.); daban almaq показать пятки; daban döymək: 1. гранить мостовую; 2. быть на ногах; dabanına tüpürmək засверкать пятками, задать стрекача, броситься со всех ног; dabanını qırmaq kimin наступать на пятки кому; dabanını yağlamaq смазать пятки, готовиться бежать; dabanını basmaq kimin наступать на пятки кому

    Azərbaycanca-rusca lüğət

daban sözünün inglis dilinə tərcüməsi

  • 1 i. heel; hündür ~ ayaqqabı highheeled shoes; alçaq ~ ayaqqabı lowheeled shoes; ◊ ~ almaq to run* away, to go* away; təpədən ~a qədər from head to foot, from top to toe; ◊ bir kəsin ~ını yalamaq (yaltaqlanmaq) to lick smb.’s shoes / boots; ◊ ~ına tüpürmək d.d. to take* to one’s heels, to make* a dash, to show a clear pair of heels

    Azərbaycanca-ingiliscə lüğət

daban sözünün fransız dilinə tərcüməsi

  • 1 is. talon m ; ~ almaq prendre ses jambes à son cou, prendre la poudre d’escampélle ◊ bir kəsin ~ını yalamaq lécher les bottes, (le cul) à qn ; ~ına tüpürmək enfuir (s’) à toutes jambes

    Azərbaycanca-fransızca lüğət

daban sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. дабан, тӀве, тӀегь; 2. гуьлуьтрин, кӀвачинкъапарин ва мс. дабандал гьалтзавай пай; 3. рах. са дабандиз барабар яргъивал; 4. рах. ттилит, сефер, -ра; iki daban getmək кьведра фин; 5. кӀвач; tüfəngi dabana çəkmək тфенг кӀвачиз акъудун; 6. кил. dabana; ** daban almaq дабандал илисун, дабандиз куьс гун, катун, зверна фин; daban döymək дабан гатун, гзаф къекъуьн; daban qırmadan ара датӀана, акъваз тавуна; dabanına daş dəymək дабан къванцел алукьун, геж хьун, иглеш хьун; dabanına daş dəymiş кӀвач залан, няс; dabanına tüpürmək кил. daban almaq.

    Azərbaycanca-ləzgicə lüğəti

daban sözünün türk dilinə tərcüməsi

daban sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Qarakilsə, Qazax) dəyirman daşının işini nizamlayan dəmir hissə. – Dabanı bərkit, daş düşər (Qazax); – Də:rmanın dabanın yendir, unu yaxşı üyüssün (Qafan) II (Şamaxı) tütün bitkisinin kökə yaxın yarpaqları. – Tənbəkinin dabani çəkməyə çox yüngüldü III (Kürdəmir) həncama əvəzində qapını çərçivəyə birləşdirən oxcuqlar (qapı bu oxcuqlar üzərində fırlanır). – Qapı dabanınnan çıxdı IV (Qax) sinə. – Əbdal kimi dabanını niyə əçirsin?

Azərbaycan dilinin dialektoloji lüğəti.

"daban" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#daban nədir? #daban sözünün mənası #daban nə deməkdir? #daban sözünün izahı #daban sözünün yazılışı #daban necə yazılır? #daban sözünün düzgün yazılışı #daban leksik mənası #daban sözünün sinonimi #daban sözünün yaxın mənalı sözlər #daban sözünün əks mənası #daban sözünün etimologiyası #daban sözünün orfoqrafiyası #daban rusca #daban inglisça #daban fransızca #daban sözünün istifadəsi #sözlük