* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••• | 0.39 |
2007 | •••• | 0.63 |
2008 | •• | 0.24 |
2010 | •••• | 0.64 |
2011 | •••••••••••• | 2.06 |
2012 | •••••• | 1.03 |
2013 | •••••••••••••••• | 2.77 |
2014 | ••••••••••••• | 2.23 |
2015 | ••••••• | 1.19 |
2016 | • | 0.17 |
2017 | • | 0.16 |
2018 | ••• | 0.45 |
2019 | ••• | 0.42 |
2020 | •••••••••••••••••••• | 3.58 |
1 is. [ər.] Qarabasma. Lakin bu, yuxu deyil, kabus idi. Ə.Əbülhəsən. // Kölgə. Küçələri, evləri taun gəzir birbəbir; Bir qara kabus kimi o hər yerə baş çəkir. B.Vahabzadə. // Qorxulu yuxu, dəhşətli yuxu. // Xəstə təxəyyüllü və ya mistikaya qapılmış adamın gözünə görünən şey, xəyalən təsəvvürə gələn surət. [Qönçə:] Biri kabus kimi içəri girib qapını qapadı. S.Hüseyn. İndi də [xan] kabusdan qurtarmayıb, oğlunun hər bir hərəkətindən diksinir, yuxu ilə oyaqlıq arasında idi. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / kabus1 Ərəbcədir, bizdə onun yerinə qarabasma işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kabus4 KABUS Bir gün bir saat olmur ki, onun ürəyini anlaşılmaz, sanki gözlənilmədən haradansa çıxıb gələrək başının üstünü alacaq bir kabus vahiməsi ilə qorxutmasın! (M.İbrahimov); KÖLGƏ (məc.) Bu qorxunc kölgə nədir? Bunu bilmək mahaldır, – intiqam pərisimi, yoxsa boş bir xəyaldır?! (M.Rzaquluzadə); QARABASMA İndi Həmid o zaman qarabasmaya nahaqdan gülməli bir uydurma kimi baxmasını etiraf etməyə məcbur idi (H.Abbaszadə); TEYF Oddan, sudan, dənizdən, ilandan qorxan da var; Həyuladən, teyfdən, xortdandan qorxan da var.. (X.Rza).
Azərbaycan dilinin sinonimlər lüğəti / kabus2 сущ. 1. привидение (призрак человека, отсутствующего или умершего). Kabus kimi как привидение 2. призрак (что-л. созданное воображением). Müharibə kabusu призрак войны 3. тень, дух умершего 4. кошмар (тягостное, гнетущее сновидение). Vahiməli kabuslar страшные кошмары
Azərbaycanca-rusca lüğət / kabus1 i. ghost, spectre / specter, spook; (qarabasma, gözəgörünmə) phantom; apparition; ~ kimi ghostly; ~ şəkilli ghosty, ghostly
Azərbaycanca-ingiliscə lüğət / kabus1 is. fantôme m ; hallucination f ; apparition f ; ~ kimi comme un fantôme ; ~ şəkilli tel un fantôme ; au visage de fantôme
Azərbaycanca-fransızca lüğət / kabus1 [ər.] сущ. вилерикай карагдай затӀ; хъварц; хъен; кичӀе жедай ахвар.
Azərbaycanca-ləzgicə lüğəti / kabus