Kavus sözü azərbaycan dilində

Kavus

Yazılış

  • Kavus • 98.2759%
  • kavus • 1.7241%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Huşəng ibn Kavus
Huşəng ibn Kavus – Şirvanşahlar dövlətinin otuz üçüncü hökmdarı, Şirvanşah Kavus ibn Keyqubadın oğlu. == Hakimiyyəti == Huşəng Şirvanda 1372-ci ildən hakimiyyətə başlamışdır. Bu vaxta qədər o, sultan Üveysin yanında girov saxlanılırdı. Huşəng də, atası kimi icazəsi ilə Şirvanşah taxtına sahib olduğu Üveyslə dostluq münasibətləri saxlayırdı. Belə ki, Kavusun ölüm xəbərini eşidən sultan Üveys özü atasının taxtını tutmaq üçün Huşəngi Şirvana göndərmişdi. Huşəngin hakimiyyəti sultan Üveysin oğlanları Hüseyn və Əhmədin hökmranlıq dövrünə təsadüf etmişdir. Şeyx Üveys h.776 (1374)-cı ildə, Kavusdan iki il sonra ölmüşdür. Onun ölümündən sonra oğlanları və digər iri feodallar – Azərbaycan əmirləri arasında çəkişmə başladı. Bu mübarizə nəticəsində Müzəffərəddin Şah Şüca h.777 (1375/6)-ci ildə bir neçə aylığa Cənubi Azərbaycanı tutaraq qardaşı oğlu Şah Mansuru qoşunla Şirvana və Muğana göndərdi. Mənbələrin verdiyi məlumata , görə, Şirvanşah onunla vuruşmaqdan vaz keçmiş və itaətkarlıq göstərmədən Şirvanı tərk etmişdi.
Kavus Seyid İmami
Kavus Seyid İmami (1953, Tehran – 2018) — İranlı-Kanadalı universitet professoru, İran-İraq müharibəsi veteranı və görkəmli ətraf mühit fəalı. O, 2018-ci ildə İran təhlükəsizlik qüvvələri tərəfindən casusluq ittihamı ilə həbs edilmiş və həmin ilin fevral ayının 8-də, Tehranın Evin həbsxanasında naməlum şəraitdə ölmüşdü. İnsan haqları fəalları və Kanada hökuməti alimə qarşı sürülmüş ittihamı rədd edirdilər.
Kavus ibn Keyqubad
Kavus ibn I Keyqubad – Şirvanşahlar dövlətinin otuz ikinci hökmdarı, Şirvanşah I Keyqubadın oğlu. == Fəaliyyəti == Mənbələrin verdiyi məlumata görə Şirvanşah Keyqubad hələ sağlığında dövlətin idarə olunmasını oğlu Kavusa vermişdi. Ə.Ə.Əlizadənin fikrincə, "Keyqubad qoca olduğundan artıq dövlət işlərində fəal iştirak edə bilmirdi və ölkənin idarə edilməsini oğlu ilə bölüşdürməli olmuşdu". === Çobanilərlə münasibətlər === Şirvanşah Keyqubad öz hakimiyyətini Cənubi Azərbaycanda və Qarabağda möhkəmləndirən Çobani Əşrəfdən kömək umurdu. H.745 (1344/5)-ci ildə "Şirvan və Şamaxının hakimi", Şirvanşah Keyqubadın oğlu malik Kavus Şirvandan Qarabağa Məlik Əşrəfin iqamətgahına gəlir. Məlik Əşrəf Kavusu iltifatla qarşılayır, ona qiymətli hədiyyələr – daş-qaşla işlənmiş paltar və başqa şeylər verir. Lakin Əşrəf Kavusun yanında nüfuzlu feodallardan biri olan Hacı Şəhribanın oğlu əmir Vəfadan gözlənilmədən tutub öldürür. Əşrəfin bu qəddarlığı Kavusu elə sarsıdır ki, elə həmin gecə Qarabağdan qaçaraq Şirvana qayıdır. Şirvanşahla dostluğu pozmaq istəməyən məlik Əşrəf elçiləri Xacə Əbdülheyi və Əxicuq Məliki Kavus və onun atası Keyqubad üçün qiymətli hədiyyələr – daş-qaşla bəzənmiş kəmər, papaqvə başqa şeylərlə Şirvana yollayır. O, eyni zamanda, Keyqubadın qızına elçi göndərir.
Kavus mirzə Dərbəndi
Kavus Mirzə — Şirvanşah şahzadəsi. == Həyatı == Bürhan Əlinin bacısı oğlu idi. İlk işi Şabran şəhərini ələ keçirmək oldu. Şəhərdən 12 kilometr aralıda isə Aras xan Rumlunun ordusuna məğlub oldu və öldürülərək başı Qəzvinə göndərildi.

kavus sözünün leksik mənası və izahı

"kavus" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kavus nədir? #kavus sözünün mənası #kavus nə deməkdir? #kavus sözünün izahı #kavus sözünün yazılışı #kavus necə yazılır? #kavus sözünün düzgün yazılışı #kavus leksik mənası #kavus sözünün sinonimi #kavus sözünün yaxın mənalı sözlər #kavus sözünün əks mənası #kavus sözünün etimologiyası #kavus sözünün orfoqrafiyası #kavus rusca #kavus inglisça #kavus fransızca #kavus sözünün istifadəsi #sözlük