* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Müsəlmanların islam dininə ibadət etməyənlərə verdiyi ad. Gavurun tənbəli – keşiş, müsəlmanın tənbəli – dərviş. (Ata. sözü). [Qədir:] Gavur öldürdüyüm üçün rəisin hörmətinə, xələtinə nail olacağam. Mir Cəlal. // Söyüş məqamında işlədilir.
Azərbaycan dilinin izahlı lüğəti / gavur2 f. 1) Allahın birliyinə inanmayan; kafir; 2) müsəlman olmayan; qeyri-müsəlman.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / gavur3 ər. kafir Müsəlman olmayan, qeyri-müsəlman. (“Koroğlu” dastanının lüğəti) Koroğlunun başına yer qəhətdi ki, gəlib özünü bu dəlmə-deşiyə soxub! Bəyəm gavurdu ki, kilsəyə ibadətə gəlib? Mənim meydanda işim yoxdu. (Paris nüsxəsi, 8-ci məclis)
Azərbaycan dastanlarının leksikası / gavur4 ərəb. kafir Müsəlman olmayan, qeyri-müsəlman. Paşa dedi: Aşıq, sən bir müsəlman adamsan, Əsli gavur, özü də keşiş qızı. (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası / gavur1 [ər.] сущ. гавур (ислам диндиз ибадат тийирбуруз мусурманри лугьудай тӀвар).
Azərbaycanca-ləzgicə lüğəti / gavur