* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Çocuq, uşaq, körpə, bala (nəvazişlə deyilir). Yavrum, quzum! Yatanlar ayılmaz mahaldır? Ancaq mənimki nalə, səninki sualdır. M.Ə.Sabir. Yanaşar bəstəriətfalə ana; Uyqudan yavrusu istər oyana. A.Səhhət. [Nazlı Marala:] Mən sənə ana yerindəyəm, yavrum! Nə dərdin varsa, aç söylə! H.Cavid. Məsum yavrusunun buz kimi soyumuş çöhrəsi bir an belə [ananın] gözlərinin qabağından getmirdi. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / yavru1 сущ. устар. дитя. Torpaq bizim anamızdır, biz torpağın yavrusu земля – наша мать, а мы – её дети; söylə, yavrum скажи, дитя моё
Azərbaycanca-rusca lüğət / yavru